Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
  1   2   3   4   5   6   7   8   9   ...   59



 
Mövzu:1. Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları 
Plan: 
1. 
Turizm resursları anlayışı və onun tədqiqat obyekti 
2. 
Turizm resurslarının öyrənilməsinin nəzəri-praktiki əsasları 
3. 
Turizm resurslarının təsnifatı və bölgü prinsipi 
 
1.  Turizm  resursları  anlayışı  və  onun  tədqiqat  obyekti
.  Rekreasiya-turizm 
potensialı  tükənməyən  təbii,  anropogen,  sosial-iqtisadi  resurslara  əsaslanır. 
Turizm resursları – təbii, iqlim, tarixi-arxitektur, dini, sosial-mədəni, mənəvi-irsi 
nümunələri özündə birləşdirir. Funksional xüsusiyyətlərinə görə turizm ehtiyatları 
sağlamlıq-müalicə, dərketmə,  idman,  istirahət  məqsədilə  istifadə  olunur.  Turizm 
ehtiyatı dedikdə: təbii, iqtisadi, tarixi, mədəni, irsi, milli, etnoqrafik kompanentlər 
nəzərdə  tutulur.  Turizm  ehtiyatlarına  landşaft  ekzotikliyi,  iqlim  komfortluluğu, 
təbiət abidələri, milli parklar da daxildir. Turizm ehtiyatlarının təsnifatında təbii 
və antropogen resurslarla yanaşı, onun ərazi təşkili üçün vacib olan sosial-iqtisadi 
amillər  də  əsas  götürülür.  Bu  baxımdan  turizm  ehtiyatlarının  kompanentlərinə 
ə
razinin  infrastruktur  səviyyəsi,  mənimsənilmə  xüsusiyyəti,  bölgələr  üzrə 
paylanması, müəyyən olunmaqla daxil edilir. 
  Turizm  fəaliyyətində  mövcud  ehtiyatlardan  istifadə  fənnin  əsas  məqsədi 
sayılır. Bu baxımdan turizm ehtiyatlarının məqsədinə görə qruplaşdırılması onun 
istifadə  dərəcəsində  asılıdır.  Belə  ki,  təbii  rekreasion  ehtiyatlarının  istifadəsi  3 
qrupda aparılır. 
  1.  İntensiv  mənimsənilmə.  Buraya  təbii  komplekslərin  atraktivliyi,  istifadə 
səviyyəsi yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər aid edilir. 
Bu  növ  mənimsənilmə  turizm  ehtiyatlarından  istifadənin  yüksək  dərəcədə 
yüklənməsinə səbəb olur. Turizm ehtiyatlarından bu növ intensiv mənimsənilmə 
dəniz  sahili  bölgələr  və  ondan  50-100  km  daxilə  doğru  olan  ərazilər  üçün 
səciyyəvidir. Intensiv mənimsənilən  bölgələrdə turizm – istirahətin əksər sahələri 



 
inkişaf  etdiyinə  görə  bəzi  tədqiqatçılar  belə  yaşayış  məntəqələrini  turizm 
aqlomerasiyaları adlandırırlar. 
  2.  Ekstensiv  mənimsənilmə.  Belə  ərazilər  turizmin  istifadəsinə  zəif  cəlb 
olunmuş  təbii  ekzotikliyin  turizmin  inkişafına  az  təsir  göstərən  və  ya  müxtəlif 
təbii  antropogen  komponentlərdən  birgə  istifadənin  mümkün  olmadığı  ərazilər 
üçün səciyyəvidir. Bununla yanaşı müxtəlif növ turizm hərəkatında istifadə edilən 
ekstremal ərazilər də turizm ehtiyatlarının mənimsənildiyi bölgələrə aid ola bilər. 
  3. Az mənimsənilən ərazilər. Turizm baxımdan az mənimsənilən bölgələrə 
daha çox ekstremal şəraitə malik olan ərazilər daxildir. Belə bölgələrə yarımsəhra 
və  səhralar,  komfort  şəraiti  az  olan  regionlar  daxildir.  Bununla  yanaşı  turizm 
baxımdan  mənmsənilməyən  regionlardə  əlavə  abadlaşdırıcı  işlər  aparmaqla 
perspektiv  bölgə  kimi  mənimsəmək  mümkündür.  Bu  növ  mənimsənilmədə 
ehtiyatlarının  azlığı  və  ya  bir  turizm  komponentinin  üstün  olması  turist 
marşurutlarının təşkilinə və turizm sənayesinin yaradılmasına imkan vermir. 
  Turizm  ehtiyatlarının  qruplaşdırılmasında  antropogen  amillər  iqtisadi, 
sosial  şəraitlə  yanaşı  tarixi-mədəni  abidələrin,  milli  irsi  nümunələrinin 
istifadəsindən  ibarət  olur.  Belə  ki,  tirizm  ehtiyatlarına  daxil  olan  milli  irsi 
nümunələri  və  etnoqrafik  abidələr,  antropogen  ehtiyatlara  aid  olub  cəlbediciliyi 
ilə seçilir. 
  Turizm  ehtiyatlarının  öyrənilməsinin  əsas  vəzifəsi  mvcud  resursları 
təfərrüatın  dövriyyəsinə  cəlb  etmək,  onların  qiymətləndirilməsini  aparmaqdan 
ibarətdir. Hər bir təbii və antropogen komponentlərdən istifadənin məqsədi turisti 
cəlb  etmək  imkanlarını  öyrənməkdən  ibarətdir.  Turizm  ehtiyatlarının 
öyrənilməsində  Azərbaycan  alimlərindən  Əyyubov,  Budaqov,  Sultanovun, 
Salmanovun və s. xidmətləri olmuşdur. 
  Turizm  ehtiyatlarının  təsnifatında  təbii  resursdan  istifadənin  aşağıdakı 
xüsusiyyətləri vardır: 



 
  1.  Təbii  resurslar  və onun  ayrı  –  ayrı  komponentləri  turizm  istehlakçısına 
yönəldilmiş əsas ehtiyat olduğuna görə onun təbii mühitlə əlaqəsini birbaşa təmin 
etmiş olur. 
  2.  Turizm  bir  çox  hallarda  təbii  resurslardan  istifadənin  təşəbbüsçü  kimi 
çıxış  edir.  Yəni  onun  elementlərinin  mənimsənilməsi  fəaliyyətində  üstün 
istiqaməti təşkil edir. Belə ki, təbii turizm ehtiyatları turizm və istirahətin bütün 
növlərinin təşkili üçün baza rolunu oynayır. 
  3.  Turizm  təbiətdən  şox  məqsədli  istifadə  etdiyinə  görə  turizmin  ərazi 
təşkilində  mövsümlük  problemi  yaratmır.  Belə  ki,  komfort  və  ya  diskomfort 
şə
rait,ekstermal ərazilər turizm resursuna çevrilir və istifadəni məqsədindən asılı 
olaraq dəyişir. Bu baxımdan təbii turizm resursları turizm və istirahətin təşkilində 
məqsədindən  asılı  olaraq  mövsümlük  yaradır.  Yəni  turizmdə  intensiv  dövürlər 
olan qış və yay mövsümü istirahətin təşkili və nəqsədilə bağlı olur. 
  4.  Turizm  təbiətdən  istifadə  edən  bir  çox  sahələrlə  qarşılıqlı  təsirə  və 
marağa  malikdir.  Bunlara  misal  olaraq  kənd  təsərrüfatı  və  aqro  turizmi,  milli 
parklar və ekoturizm, hətta filiz mədənlənlərinə də ekskursiya təşkil olunduğuna 
görə  turizm  ehtiyatı  sayıla  bilir.  Turizmin  təbiətdən  çox  tərəfli  istifadə  etdiyinə 
görə  insanlar  asudə  vaxtlrının  əsas  hissəsini  ətraf  mühitlə  bağlı  olan  turizm 
sahəsinə ayırır. 
  5.  Turizmdə  təbiətdən  istifadənin  əsas  xüsusiyyətlərindən  biri  də  ətraf 
mühitin qorunması turizm yükünün müəyyən olunması və onun istehsal sahələri 
ilə  əlaqələndirilməsidir.  Turizm  sənayesi  birbaşa  ətraf  mühitlə  əlaqəli  olduğuna 
görə  onun  təsiri  və  ərazi  yüklənməsi  müəyyən  edilməlidir.  Turizmin  ərazi 
təşkilinin  reallaşmasında  təbii komöonentlərə  dəyən  ziyan  onun  deqradasiyasına 
səbəb  olur  ki,  bu  da  gələcəkdə  ərazirekreasiya  komplekslərinin  təşkilinə  mənfi 
təsir edir. Bu baxımdan ətraf mühitin qorunması turizm üçün daha çox əhəmiyyət 
kəsb  edir.  Turizm  vasitəsilə  ətraf  mühitin  qorunmasına  ekoturizm,  ekoloji 
maarifləndirmə,  təmizliyə  əməl  olunması  və  s.  xidmət  edən  əsas  amillərdən 
sayılır.  Beynəlxalq  təcrübədə  turizm  vasitəsilə  ətraf  mühitin  qorunmasında  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə