78
Tarixi-mədəni abidələrin istifadə xüsusiyyətləri iki qrupa ayrılır ki, bunlara
da mövcud ehtiyatlardan ancaq səyahət məqsədli istifadə olunması, digəri isə
elmi təcrübə əhəmiyyəti kəsb etməsidir.
Bununla yanaşı tarixi-mədəni obyektlər xüsusiyyətlərinə görə mənəvi və
mədəni əhəmiyyət kəsb edir. Mənəvi əhəmiyyətinə turistlərin və ya ekskursiyada
iştirak edənlərin mənəvi tələbatların ödənilməsinə xidmət edir. Mədəni
ə
həmiyyətinə isə qeyd olunan abidələrin xalqın tarixi və mədəniyyətindəki rolu
ilə müəyyən edilir.
Arxeoloji abidələrə - qədim yaşayış məntəqələrinin qalıqları, kurqanlar,
qədim insanların yaşadığı mağaralar, müxtəlif an tik əşyaların cəmləndiyi ərazilər
daxildir. Arxeoloji abidələr daha çox elmi əhəmiyyət kəsb etməklə turizm
məqsədilə az istifadə olunur. Arxeoloji abidələrin yayıldığı ərazilər etnoqrafik,
elmi əhəmiyyət kəsb edən ərazi kimi qorunur.
2. Milli irs nümunələri.
Milli irs nümunələri – xalqın adət - ənənələrin
özündə əks etdirən turizm ehtiyatlarına deyilir. Milli irs nümunələrinə ənənəvi
sənətkarlıq milli bayram və festivallar, milli kulinariya, folklor nümunələri və s.
aid edilir. Milli irs nümunələrindən daha çox beynəlxalq turizmdə istifadə olunur.
Mədəni abidələrin və xalq yaradıcılığının turizmdə istifadəsi onların ayrı –
ayrı qrupları üzrə aparılır. Mədəni-mənəvi abidələrə etnoqrafiya, xalq yaradıcılığı,
suvenir istehsalı, milli mətbəx nümunələri də daxil olduğuna görə onların turizm
baxımından birgə istifadəsi mümkündür.
Etnoqrafik abidələrə xalqların adət-ənənələri, milli bayramı və dil
xüsusiyyətlərinin müxtəlifliyi daxil edilir. Etnoqrafik abidələr istifadə
xüsusiyyətinə görə hər hansı bir xalqın və ya etnik qrupun yayıldığı ərazilərdə,
yaşayış məntəqələrində turizm və elmi məqsədli səyahətlərin təşkili ilə bağlı olur.
Etnoqrafik abidələrin turizmdə rolu – mövcud marşrutlarda istifadə
olunmasına, kütləvi turizm tədbirlərinin keçirilməsində şərait yaratmasıdır. Belə
ki, xalqların milli adət-ənənələrinin, bayramlarının, beynəlxalq və yerli
festivalların keçirilməsi kütləvi turistlərin cəlb olunmasına imkan verir.
79
Azərbaycanda belə etnoqrafik abidələr Xınalıq, Basqal, Lahıc, Şəki və
Ordubadda yayılıb. Həmçinin milli bayram olan Novruz bayramının
keçirilməsində bölgələr üzrə müxtəliflik etnoqrafik turizmin inkişafına şərait
yaradır. Misal üçün qeyd edək ki, Türkiyədə milli irs nümunələri ilə bağlı olan 26
– dan çox kütləvi tədbirləri hər il keçirilir.
Xalq yaradıcılığının və suvenir istehsalının turizm ehtiyatları kimi əsas
ə
həmiyyəti bölgələrdə və ya hər hansı bir dövlət daxilində turizm hərəkatının
ümumi imkanları ilə birbaşa bağlı olur. Yəni xalq sənətkarlığının inkişafı birbaşa
turistlərin cəlb olunmasına tam şərait yaratmasa da ölkəyə gələn turistlərin
suvenir istehsalı nümunələrinin alması və hədiyyələr kimi təqdim olunması geniş
yayılıb. Bu baxımdan milli irs turizmin inkişafı yerli kustar sənətkarlığın
genişlənməsinə təkan vermiş olur.
Bununla yanaşı kənd turizminin inkişafında da xalq sənətkarlığından istifadə
olunması əksər ölkələrdə geniş yayılıb. Ölkəmizdə xalq sənətkarlığı
nümunələrindən dulusçuluq, ipəkçilik, keramika, taxta üzərində oyma sənəti,
xalçaçılıq, misgərlik və s. geniş yayılıb ki, bunlar da bölgəyə gələn turistlərin əsas
maraq dairəsinə daxildir.
Turizmin milli ehtiyatlarına daxil olan digər komponentə milli mətbəx
nümunələri aiddir. Turizmdə milli mətbəx nümunələrindən istifadə olunması
beynəlxalq miqyasda daha çox yayılıb. Bunun da əsas xüsusiyyətlərini aşağıdakı
kimi qruplaşdırmaq olar:
•
Milli
mətbəx nümunələrini turizm məqsədilə istifadəsi – iaşə
müəssisələrində, kulinariya turizmdə, qidalanma prosesi kimi istifadə olunması.
Bu baxımdan milli mətbəx nümunələrinin turizm əhəmiyyəti qeyd olunan
amillərlə yanaşı turistlərin ərazini seçməsində rolu, səyahət zamanı qidalanmanın
vacibliyi və onun mövsümi xarakter daşımaması ilə bağlıdır.
Ə
sas turizm mərkəzləri və bölgələrində milli mətbəxi əks etdirən nümunələr
istirahətçiləri daha çox cəlb etmiş olur. Onu da qeyd edək ki, turizm məhsulunda
80
qidalanma ilə bağlı olan xidmətlər yerləşmə müəssisələrindən sonra ikinci yeri
tutur.
•
Milli kulinariya turizm məhsulunun inkişafında və bazarda məhsulların
satılmasında mühüm vasitə olmaqla yanaşı, xalqlar arasında mədəni əlaqələrin
genişlənməsində yerli istehsalın artmasında əhəmiyyətli rol oynaya bilər.
•
Milli kulinariya içki - ərzaq, müxtəlif kulinariya nemətlərinin turizm
məhsulu kimi formalaşmasına və təbliğinə kömək edir.
Milli irs nümunələrindən turizm məqsədilə istifadənin aşağıdakı
istiqamətlərin qeyd etmək olar:
o Milli irsi nümunələrin daha çox yayıldığı ərazidən dərketmə turizm
məqsədilə istifadə olunması;
o Milli irsi nümunələrin yayıldığı yaşayış məntəqələrində etnoqrafik
muzeylərin təşkil olunması yolu ilə beynəlxalq turizmin inkişaf etdirilməsi;
o Yerli və turizm marşrutlarında milli irsi nümunələrdən istifadə olunması;
o Milli irsi nümunələrdən kənd turizmində istifadə olunması.
Turizm sənayesinin inkişafı kustar sənətkarlığın, milli geyimlərin, suvenir
istehsalının artmasına təkan vermiş olur. Türkiyə, Kipr, Misir, Tunis və s.
ölkələrdə kustar sənətkarlıq və suvenir istehsalından əldə olunan gəlirlər yerli
ə
halinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rola malikdir. Misal
üçün qeyd edək ki, Türkiyədə suvenir istehsalının satışı yerli icma
nümayəndələrinə 3,5 – 4 mln. ABŞ dolları gəlir gətirir.
Şə
hərsalma və arxitektur abidələrin antropogen turizm ehtiyatı kimi
təsnifatında dekorativlik, kompleks ansanbıl təşkil etməsi, tarixi – mədəni
ə
həmiyyət kəsb etməsi və s. nəzərə alınır.
Müasir şəhərsalma nümunələrinə misal olaraq Nyu – york, Los – Anceles,
San – Paula, Reo – de – Janeyro, Osaka, Şanxay, Sidney və s. qeyd etmək olar.
Bu şəhərlər öz möhtəşəmliyi ilə yanaşı, müasir tikililəri, küçə və meydanları
turistləri cəlb edir.
Dostları ilə paylaş: |