Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi



Yüklə 43,02 Kb.
səhifə1/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi


Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

Plan;


1) Fəaliyyətin sosial (normativ) tənzimi; sosial mövqe, nəzarət və gözləmələr.

2) Rol davranışının qanunauyğunluqları.

3) Qarşılıqlı təsirin 3tərkibli strukturu; E.Bernin tranzaktsiya nəzəriyyəsinin əsas istiqamətləri.

Ədəbiyyat

1.Bayramov Ə.S.Əlizadə Ə.Ə. Sosial psixologiya Ali məktəblər üçün dərslik B., 2003

2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə.Sosial psixologiyanın aktual problemləri B.,1986.

3.Bayramov Ə.S.Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri B.,1981.

4.Bayramov Ə.S.Psixoloji düşüncələr B.,1994.

5.Əlizadə N.Ə. Sosial pedaqogikanın aktual məsələləri B.,1998

6. R.Əliyev. Psixologiya tarixi. Bakı, 2005.

7.Майерс Д.Социальная психология Секреты слияния. Санкт Пет 2002.

8.Майерс Д.Социальная психология.С.Петерб.,1997

9.Ярошевский М.Г. Психология в XX столетие М.,1974

İnsanlar birgə fəaliyyət prosesində müxtəlif formalarda əlaqə və münas.rə girir, əməkdaşlıq edirlər yəni qarşılıqlı təsir prosesində bulunur.Əgər təsir qarşılıqlıdırsa bu prosesdə ən azı 2adam ünsiyyətdədir: onlar nədə isə bir-birinə kömək etmək, nə haqqındasa məsləhət almaq, dərdini bölüşdürmək. nədə isə razılğa gəlmək vəs. üçün bir-birinə müraciət edirlər. İki misalla tanış olaq: a) anasının xoş sözlərinə qulaq asa-asa uşaq gülümsünür, mehriban-mehriban anasına baxır və gəlib başını onun dizləri üstünə qoyur; b) qonşu otaqdan səs gəlir. Uşaq səsə qulaq asır və üzü nü pəncərədəki akvariuma sarı çeviri. Uşaq diqqətlə akvariumdakı balıqlara baxır...

Birinci halda uşaq bir söz deməsə belə ünsiyyət aktı göz qabağındadır: biri danışır o biri isə öz hissləri və hərəkətləri ilə ona cavab verir. İkinci halda biz ünsiyyətdən danışa bilmərik: o uşağın idrak fəaliyyəti ilə əvəz olunmuşdur.

Qarşılıqlı təsir prosesində söz, hiss, hərəkət özünəməxsus şəkildə birləşir.Bu zaman ünsiyyət 1gə fəaliyyətin təşkilinə xidmət edir.Təsadüfi deyildirki,ünsiyyət tələbatı,insanların 1-1nə söz demək tələbatı elə əmək prosesinin özündə əm\gəlmişdir.

Fəaliyyətin sosial ( normativ ) tənzimi: sosial mövqe, nəzarət və gözləmələr.

Şəxsiyyətin sosial qrupda yerini təhlil etmək üçün psixologiyada mövqe və ya status (latınca—vəziyyət deməkdir) anlayışından ist.olunur. Hər hansı bir qrupu psixoloji cəhətdən təhlil edəndə qrup üzvlərinin mövqeyinin eyni olmaması faktı diqqəti dərhal cəlb edir.

Sosial qrupda onun üzvlərinin mövqeyini səciyyələndirmək üçün iki şkaladan –maaş cədvəli və hörmət şkalasından istifadə etmək olar. Gəlin əvvəlcə hər hansı zavodun, fabrikin və ya məktəbin maaş cədvəli ilə tanış olaq. Məs. məktəbin maaş cədvəlində, əvvəlcə direktorun, sonra onun müavinlərinin, daha sonra metodist müəllimlərinin, baş müəllimlərin, müəllimlərin vəs. əmək haqqı yazılır.Görəsən məktəb rəhbərlərinin, müəllimlərin və başqa işçilərin pedaqoji kollektivdə nüfuzu onların maaş cədvəlindəki yeri ( sırası) ilə avtomatik surətdə müəyyən olunurmu? Əgər biz həmin pedaqoji kollektivdə psixoloji tədqiqat aparıb onu hörmət şkalasına görə səciyyələndirsək, məlum olacaqdır ki, qrupda adamların mövqeyi müx. Obyektiv və subyektiv amillərlə şərtlənir.

Əmək haqqı insanın sosial mövqeyini səciyyələndirən ən ümumi zahiri əlamətidir.. lakin bununla belə, onun özünəməxsus sosial-psixoloji əhəmiyyəti vardır. Əmək haqqı peşə-ixtisas ( təhsil ) səviyyəsi ilə müəyyən olunur və tutduğu vəzifə ilə bilavasitə əlaqədardır. Bu baxımdan Mövqe anlayışı I-növbədə şəxsiyyətin hüquq və vəzifəsidir. Sosial-psixoloji tədqiqatlar göstərir ki, şəxsiyyətin səlahiyyəti bilavasitə onun hüquqları ilə müəyyən olunur. Lakin səlahiyyət hələ şəxsiyyətin qrupda hörmət və nüfuzunu öz-özünə müəyyən etmir. Burada psixoloji baxımdan ən başlıca çətinlik ondan ibarətdir ki, çox zaman şəxsiyyət özünün hüquq konsepsiyasını həddindən artıq şişirtdiyi halda öz üzərinə düşən vəzifəni düzgün qiymətləndirə bilmir. İlk baxışda nə qədər qəribə görünsə də şəxsiyyətin qrup üzvlərinə psixoloji təsir dərəcəsi onun hüquqlarından daha çox öz vəzifələrini layiqincə yerinə yetirməsilə bağlıdır.

Eyni 1qrupda eyni hüquqlu müxt.şəxsiyyətlərin qrup üzvlərinə təsir dərəcəsi sosial psixologiyada şəxsiyyətin hörmət və nüfuzu ilə ifadə edirlər. Əgər səlahiyyət şəxsiyyətin mövqeyini rəsmi səviyyədə xarakterizə edirsə,hörmət və nüfuz onun şəxsi qarşılıqlı münas.r sistemindəki vəziyyətini əks etdirir. yəni şəxsiyyətin xidmətlərinin ətrafdakılardan tərəfindən təsdiq olunması,bəyənilməsi və qəbul edilməsidir. Hörmət və nüfuz insanın şəxsi qarşılıqlı münasibətlər sistemindəki vəziyyətini xarakterizə etmək etmək üçü mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı olaraq onlar şəxsiyyətin öz səlahiyyətini müvəffəqiyyətlə həyata keçirməsinin zəruri psixoloji şərtləri kimi meydana çıxır.

Şəxsiyyətin hörmət və nüfuzu onun əmək töhfələri ilə yanaşı həm də şəxsi keyfiyyətləri, qrup üzvləri ilə münasibətlərinin xarakteri vəs. ilə müəyyən olunur.

Hörmət və nüfuzun formalaşmasında cins-yaş (qoca, qadın vəs) amilləri də müəy.rol oynayır.

Ünsiyyət dairəsi genişləndikcə, insanın münasibətlər şəbəkəsi də mürəkkəbləşir. Lakin bir cəhət aydındır: insanın bütün qruplarda mövqeyi adətən eyni olmur. Hətta bir qrupda qeyd-şərtsiz liderə çevrilmiş hər hansı bir şəxsbəzən başqa bir qrupda onun adi üzvlərindən biri kimi iştirak edir və əksinə bir qrupun adi bir üzvü başqa bir qrupda lider rolunda çıxış edir və s. İnkişaf səviyyəsinə, fəaliyyət və ünsiyyətin məzmununa görə bir-birindən fərqlənən qruplarda şəxsiyyətin statusunun müxtəlif olması kimə tamailə qanunauyğun haldır. Lakin bununla belə, ümumi cəhət kimi qeyd etmək lazımdır ki, şəxsiyyətin bir qrupdakı mövqeyi onun digər qrupdakı mövqeyinin formalaşmasına bu və ya digər dərəcədə təsir göstərir. Adama öz ailəsində-- həyat yoldaşı, uşaqları vəb. Böyük hörmətlə yanaşdıqda , bu qonşuların ona münasibətinə mühüm təsir göstərir.

Bəs sosial qrupda insanların bir-biri ilə qarşılıqlı əlaqə və rabitələri nə ilə şərtlənir? Bu prosesdə qrup üzvlərinin mövqeyi nə kimi əhəmiyyətə malikdir? İnsanların sosial qrupda qarşılıqlı münasibətləri öz-özlüyündə onların mövqeyi ilə şərtlənə bilərmi?

Birgə fəaliyyət və ünsiyyət prosesində insanların 1-1ilə qarşılıqlı əlaqə və rabitələri –sosial normalar—vasitəsilə tənzim olunur. İnsanlar sosial qrupdakı mövqelərindən asılı olmayaraq sosial normalara əməl edirlər.

Sosial normalar—tarixən əm\gəlmiş və müəy.olunmuş davranış və fəaliyyət qaydaları nəzərdə tutulur. Norma latın sözü olub qayda, nümunə deməkdir.Siyasi,əmək,hüquqi,mədəni,etik(əxlaqi) vəs.normalar buna misal ola bilər.Sosial normalar cəmiyyətin ideologiyası və ya ideoloji normalar sistemi əsasında formalaşır və qrup vasitəsilə mənimsəyirlər.

İnsanlar sosial normaları mənsub olduqları qrup vasitəsilə mənimsəyirlər.Hər bir qrupda mövcud olan normalar da sosial normalardır. Qrup normaları cəmiyyətin sosial normalarını özünəməxsus şəkildə əks etdirir.

Sosial normaların funksiyaları müxtəlifdir. Psixoloji baxımdan onların ikisi xüsusilə mühümdür. Sosial normalar, yuxarıda qeyd edildiyi kimi, birinci növbədə, insanların münasibətlərini tənzim edir. Hər bir qrupda böyüklə kiçik, qadınla kişi, briqadirlə mexanizator, müəllimlə şagird, direktorla sex rəisi və b. arasındakı münasibətlər sosial normalar vasitəsilə tənzim olunur. Sosial normaların tənzimetmə funksiyası dedikdə bu cəhəti nəzərə alırlar. Onların əsas funksiyalarından biri isə qiymətləndirmə funksiyasıdır, yəni insanlar sosial normalar vasitəsilə nəinki başqa adamların , həm də özlərinin davranış və rəftarını qiymətləndirir, müxtəlif yollarla özlərinin qarşılıqlı münasibətlərini tənzimedirlər. Bu yollara sosial nəzarət sistemi deyirlər.

Adamlar sosial normalara ya müxəlif səviyyələrdə əməl edir, ya da bu və ya digər dərəcədə pozurlar.

Əgər hər hansı bir adam sosial normalara artıqlaması ilə əməl edirsə, onun hərəkətləri müxtəlif formalarda rəğbətləndirilir. Əgər hər hansı bir adam bu və ya digər sosial normanı pozursa, ətrafdakı adamlar dərhal ona müxt.formada reaksiya verirlər; təəccüblənir, hiddətlənir, etiraz edirlər, bu məqsədlə müxtəlif sanksiyalardan, cəzalandırma tədbirlərindən istifadə edirlər.

Sosial normaların 2əsas funksiyası var;

1) İnsanların münas.rini tənzim edir. Hər 1qrupda böyüklə kiçik, qadınla kişi, briqadirlə mexanizator, müəllimlə şagird, direktorla sex rəisi vəb.rı arasında münasibətlər sosial normalar vasitəsilə tənzim olunur.

2) Qiymətləndirmə funksiyası—yəni insanlar sosial normalar vasitəsilə nəinki başqa adamların,həmdə özlərinin davranış və rəftarını qiymətləndirir, müxtəlif yollarla özlərinin qarşılıqlı münasibətlərinin tənzim edirlər. Bu yollara sosial nəzarət sistemi deyirlər.

Sosial nəzarət sistemi 2 səviyyədə--rəsmi və q\rəsmi; Müəssisənin müdiriyyəti, həmkarlar təşkilatı vəs.nin mühüm funksiyalarından 1-i rəsmi qaydalara müvafiq olaraq həyata keçirilən sosial nəzarətdən ibarətdir. O mahiyyət etibarilə hər bir işçinin fəaliyyətinin məhz ictimai mənasının aydınlaşdırılmasından cəmiyyətin mənafeyi baxımından qiymətləndirilməsindən başlayır və müxtəlif formalarda tətbiq olunur.

Sosial nəzarət təbiyəedici əhəmiyyətə malikdir. Müəssisənin müdiriyyəti, həmkarlar təşkilatı vəs. həmişə bu cəhətə diqqət yetirir və müxt. yollarla şəxsiyyətin siyasi şüuruna, hüquqi düşüncəsinə, əxlaqqi şüuruna təsir göstərir. Həmin proses səmərəli olduqda , əvvəlcə şəxsiyyətin hüquq qaydaları ( əmək qanunçuluğu) əsasında tənzim olunan fəallığı tədricən mənəvi meyarlarla tənzim edilməyə başlayır.

Qeyri-rəsmi səviyyədə həyata keçirilən sosial nəzarət sisteminin əhəmiyyəti böyükdür. Qrupun ictimai rəyi, iş yoldaşlarının, qonşularının mülahizəsi vəs. sosial nəzarətin təsirli vasitələridir.

Hər bir sosial situasiyada adamların davranış və rəftarının ümumi xarakteri sosial normalarla müəyyən olunur. İnsanlar bu normaları necə deyərlər, ana südü ilə mənimsəyirlər. Ailədə və məktəbdə ictimai təcrübənin öyrənilməsinin mühüm yollarından biri sosial normaların mənimsənilməsi ilə bağlıdır. Adamlar bir tərəfdən müəyyən sosial situasiyada sosial normalar müvafiq surətdə hərəkət etməyə çalışırlar, məs. tələbə tralleybusda hər hansı bir qoca qarı və ya əlil görəndə dərhal ayağa durur, ona yer verir. Digər tərəfdən hər hansı bir başqa adamın da həmin situasiyada belə hərəkət edəcəyini gözləyirlər. Məs. tralleybusda qabaq cərgələrdən birində gənc oğlan oturmuşdur. Tralleybusa qoca bir qadın daxil olur, bu zaman hamı gözləyir ki, gənc oğlan durub yerini ona verəcək. Psixologiyada buna sosial gözləmələr deyirlər. Hər bir adam adətən başqa adamların ondan nə gözlədiyini bilir, bu cəhəti öz davranış və rəftarında, istər-istəməz nəzərə alır.

Eyni sosial situasiyada müxt.adamlar iştirak edirlər. Görəsən biz həmin adamların hamısını eyni bir sosial situasiyada eyni dərəcədə hərəkət edəcəyini gözləyirikmi? Tutaq ki, tralleybusu gənc oğlan sürür. Başqa bir qoca qadın növbəti dayanacaqda tralleybusa oturdu. Və oturmaq üçün boş yer yoxdur. Bütün yerlərdə qoca qadınlar əyləşmişlər. Görəsən bu şəraitdə başqa adamlar ondan öz yerini qoca qadına verməsini gözləyərlərmi? Cavab aydındır; əlbəttə yox. Bəs onda nə üçün yuxarıdakı misalda hamı gənc oğlandan durub yerini qoca qadına verməsini gözləyirlər. Məsələnin mahiyyəti sadədir. Eyni bir sosial situasiyada adamlar müxtəlif rollar ifa edirlər. Tanış olduğumuz situasiyalarda gənc oğlanlardan birincisi sərnişin, ikincisi isə sürücü rolunda çıxış edir. Adamlar bundan asılı olaraq onlara eyni sosial situasiyada eyni meyarlarla yanaşmırlar: hər hansı bir adamın hansı rol ifadə etməsini nəzərə alır və onun müvafiq sosial sitauasiyada rolun tələblərinə uyğun olaraq hərəkət edəcəyini gözləyirlər. Bu o deməkdir ki, insanların qarşılıqlı təsiri prosesində sosial gözləmələr rol gözləmələri kimi özünü göstərir. Həmin məsələni izah tmək üçün biz rol davranışının qanunauyğunluqları ilə tanı olmalıyıq.


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə