2. Polşa irsi uğrunda mübarizə
XVIII əsrin I yarısında Türkiyə, Polşa və İsveç hesabına güclənmiş Rusiya Fransa ilə ittifaq bağlamağa çalışdı. Lakin fransız hökuməti bu üç ölkə ilə köhnə dost münasibətlərini korlamaq istəmədi, o zaman Rusiya Avstriya ilə yaxınlaşmağa cəhd göstərdi. Polşa kralı, eləcə də sakson kürfürüstü II Avqustun ölümündən sonra Rusiya və Avstriya onun oğlu III Avqustun namizədliyini müdafiə etdiyi halda, Fransa əvvəllər kral olmuş, lakin devrilmiş Stanislav Leşinskinin namizədliyini müdafiə etdi.
Fransız sarayının belə mövqeyi XV Lüdoviqin Stanislavın qızı Mariya ilə evli olması ilə izah olunurdu.
Varşavadakı fransız səfiri Monti polyakların Leşinskini dəstəkləməsi üçün 3 milyon livr xərclədi. Lakin Polşa şlyaxtları pulu almalarına rəğmən Avstriya və Rusiyaya qarşı çıxmaq fikrində deyildilər. Polşanın özündə isə Leşinskiyə qarşı güclü partiya fəaliyyət göstərirdi. Fransa İsveç və Türkiyəni Rusiyaya qarşı çıxmaq üçün təhrik etsə də rədd cavabı ilə rastlaşdı. Fransanın Leşinskini Polşa taxt-tacına oturtmaq cəhdləri boşa çıxdı. Nə fransız donanması, nə də Peterburqa göndərilmiş abbat Lanqluanın missiyası bir nəticə vermədi. Sonunda Polşa Avstriya və Rusiya (1735) tələbləri ilə razılaşmalı oldu.
Dostları ilə paylaş: |