Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə11/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   ...   4   5   6   7   8   9   10   11   12
Yaş psixologiyası

Psixoloji baxımdan gənclər artıq öz “mən” ini, şəxsiyyətini, qüvvəsini, xarici gözəlliyini dərk edir; gümrah, cəsarətli inamlı olub həyata nikbincəsinə yanaşır, onlarda həyat sevinci, yaşamaq-yaratmaq eşqi, peşəseçmə imkanları, özünü daha qabarıq surətdə büruzə verir; idrak fəaliyyəti öz əhatəliliyi, dünyagörüşü isə bir qədər genişliyilə fərqlənir. Gəncliyin psixoseksual aspektdə inkişafına gəldikdə, burada cinsi yetişmənin əsasən tamamlanması, ikinci və üçüncü cinsi əlamətlərə keçid mərkəzi problem olub mürəkkəb biososial hadisə kimi özünü göstərir. Bu, əlbəttə, heç də bioloji-fizioloji dəyişmələrin nəticəsi olmayıb, həm də bioloji və sosial qüvvələrin qarşılıqlı təsirinin məhsuludur. Kişi və qadın olma, həmin rolu mənimsəmək, ailə haytı qurmaq, məhəbbət, qadın şərəfini, kişi ləyaqətini qorumaq gənclik yaşında özünü büruzə verən yeni keyfiyyətlərdəndir. Beləliklə, psixosek- sual davranışlar, cinsi həvəs, əks cinsə münasibətin dərk olunması, əxlaqi norma- ların, ailə münasibətlərində fərdi xüsusiyyətlərin qanunauyğun təşəkkülü gəncliyin inkişafının müəyyən mərhələsini təşkil edir.

Sosioloji aspektdə isə gənclik öz mahiyyəti etibarilə sosiolojiləşib müstəqil və məsuluyyətli fəaliyyətə keçir, gəncin şəxsiyyətinin fərdi-psixoloji mahiyyəti ictimai münasibətlərdən nəşət edir, başqa sözlə desək, o, ictimai münasibətlərin məcmuyu kimi, sosioloji varlıq kimi yetişir, həyat hadisələrinə fəal mövqedən yanaşır, pasport alır. Erkən gənclik dövründə məktəblilər cəmiyyətdə, ailədə, kollektivdə özünəməxsus yer tutur, onların əsas fəaliyyət növü əmək və təlim olur. Gənclərin bir qismi texniki peşə məktəblərində, texnikumlarda təhsilini davam etdirir, bir qismi istehsalata işləməyə gedir, müəyyən hissəsi ali məktəblərə daxil olur. Məktəblilərin sosial keyfiyyət- lərinin formalaşmasında yaşlılarla və həmçinin həmkarları ilə ünsiyyətinin də rolu az deyildir. Gənclər onlarla ünsiyyət zamanı bir-birinə təsir edir, bir-birini anlayır, informasiya mübadiləsi edirlər, o cümlədən gənclər müəyyən qruplarda birləşib cəmləşir, dostluq qrupları yaradırlar. Gənclərin ünsiyyəti zamanı onların şəxsi intim münasibətləri də diqqəti cəlb edir. Şəxsi intim münasibət cavanların öz tələbatını ödəməyə yönəldilmiş daxili psixoloji halı olub beyindən, ürəkdən, qəlbdən gələrək məzmunca müxtəlif formada təzahür edir. Şəxsi intim münasibətlərə daxildir: 1)Yoldaşlıq; 2)Dostluq; 3)Məhəbbət; 4)Düşmənçilik; 5)Tənhalıq.

1. Gənclərin ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər arzu edirlər ki, yoldaşları, sinif nümayəndələri əməksevər, ağıllı, təmkinli, təşkilatçı, nüfuzli, təşəbbüskar və xeyirxah olsunlar.

2. Gənclik dövründə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi də inkişaf edib mürəkkəbləşir. Dostluq – gənclərin sədaqəti, etibarı saf qəlbi, ümumi maraqları, amalı, səmimi, xoş rəftarıilə səciyyələnir. Gənclər möhkəm, qırılmaz tellərlə bağlı olan dostluqdan məmun olur, həzz alır və özünü gümrah, inamlı hiss edir.

3. Məhəbbət gənclərin bir-birinə münasibətini, rəğbətini ifadə edən yüksək insani hissdir. Həyatda tərəflərin bir-birinə münasibəti dəyişərək ilk zamanlar gizli, tədricən baxışdan-baxışa, qəlbdən-qəlbə keçərək dərin, səmi- mi, saf hissə sirdaşlığa, sevgiyə, eşqə, məhəbbətə çevrilir.

4. Düşmənçilik (ədavət) gənclərdə şəxsiyyətlərarası münasibətlərin pozul- ması sayəsində baş verir, özü də dostluğun antipodudur, kin-küdurət, ədavət ifadə edən psixoloji haldır.

5.Tənhalıq ictimaiyyəti narahat edən, düşündürən ən ciddi problemlər- dəndir. İnsan ona qarşı laqeydlik hiss etdikdə, şəxsi məhəbbət uğursuzluğuna düçar olduqda təklik dünyasını yaşayır və çox vaxt həyatdan bezir, mənəvi sarsıntı keçirir, onda müxtəlif psixi pozğunluq, anormallıq baş verir, qeyri-adilik müşahidə olunur.


2. Gənclik yaşında – gənclərin bu çılğın, qoşun, hərtərəfli inkişaf dövründə onlar bir-birinə qarşılıqlı təsir edir, bir-birini qavrayır, dərk edir, eyni zamanda ünsiyyət dairəsi daha da genişlənir, ailə, valideyn asılılığından müstəqilliyə, özünə xidmətə, özünü idarəyə keçir. Bunlar, gənclərdə sosial keyfiyyətlərin formalaşmasını sürətləndirir. Gənclik çağında şəxsiyyətin bir sıra sosial-psixoloji keyfiyyətləri, xüsusilə ideallıq, əxlaqi saflıq, mənəvi zənginlik, fəallıq, işdə prinsipial olmaq, sözlə əməlin uyğunluğu, məqsəd aydınlığı və i.a.kimi keyfiyyətlər daha çox nəzərə çarpır və sürətlə formalaşır.

Eyni zamanda onlar ideya, əqidə uğrunda mübarizəyə girişir, dünya- görüşlərini müdafiə edirlər.Gənclik dövründə şəxsiyyəti səciyyələndirən əsas sosial keyfiyyətlərdən biri də əxlaqi saflıqdır. Əxlaqi saflıq gənclərin şəxsiyyətini yalnız öz işinə, əməlinə görə yox, həm də insanlara münasibətinə, qayğıkeşliyinə, həssaslığına görə səciyyələndirir. Beləliklə, insanlara münasi- bətin təşəkkülü gənc şəxsiyyətinin əxlaqi saflığını müəyyən edən əsas meyar- dır. Bu dövrdə gəclərdə təşəkkül tapıb formalaşan sosial keyfiyyətlərdən biri də mənəvi zənginlikdir. Sosial-psixoloji mahiyyəti olan mənəvi zənginlik hərtərəfli, ahəngdar inkişaf etmiş gəncin mühüm xüsusiyyətidir.

Məktəbli şəxsiyyəti mənəvi cəhətdən zənginləşərkən həm də onlarda biliklərə, elmə, incəsənətə yiyələnmək üçün tələbat və maraq əmələ gəlir. Gənclərdə formalaşan və tərbiyə olunmağa ehtiyac hiss edilən keyfiyyətlərdən biri də şəxsiyyətin vahidliyi, intqrasiya xassəsidir. Vahidlik, bütövlük gəncləri çəxsiyyət nöqteyi-nəzərindən səciyyələndirir. Gənclərin mühüm xassələrindən biri fəallığıdır ki, bu məktəblini şəxsiyyət nöqteyi-nəzərindən səciyyələndirir. Fəallıq inteqral xassə olub şəxsiyyətin ideallığında, əxlaqi saflığında, mənəvi zənginliyində, münasibətlər sistemində ifadə olunur.

Gəncləri səciyyələndirən mühüm sosial keyfiyyətlərdən biri də orijinal- lıqdır. Belə keyfiyyət şəxsi məna kəsb etdikdə şagird özünün davranışında, həyati məsələlərin həllində özünəməxsus xüsusiyyətləri nümayiş etdirir. Gənclərin sosial-psixoloji keyfiyyətlərinin formalaşmasında yaş və yaşarası birləşmə imkanları, məqsədləri, amalları, yaş və yaşarası birləşmə səviyyəsi, idrak imkanları müəyyən rol oynayır. Sosial keyfiyyətlərin formalaşmasında siyasi-mədəni işlərin, kütləvi tədbirlərin, texniki vasitələrin tərbiyəedici təsirləri, imkanları daha çoxdur. Belə ki, gənclər mədəni ketləvi informasiya- ların vasitəsilə dünyada baş verən siyasi hadisələrə, dövrü mətbuata maraq göstərir və aldıqları məlumatlar onların formalaşma işində mühüm rol oynayır.

3. Özünüdərketmə və mənlik şüurunun inkişafı. Gənclik dövründə şəxsiyyətin yeni keyfiyyətləri, xüsusilə də özünü yaxşı adam kimi aparma, özünüdərketmə meylinin daha sürətli inkişafı nəzərə çarpır. Gənclər öz şəxsi mənəvi keyfiyyətlərini, həmçinin davranış, əda və rəftarını, zahiri gözəlliklə- rini, ağlını sosial-ictimai baxımdan izah edib, bütövlükdə qiymətləndirməklə bərabər, kənar adamların qiymətlərini də başa düşürlər.

Lakin böyük məktəblilər özlərini real qiymətlən dirmədikdə onlarda eqosentrizm təhlükəsi yaranır. İlk gənclik dövründə oğlan və qızların özlərinə verdiyi qiymət və başqalarının onları qiymətləndirməsi gənclərdə şəxsi ləyaqət, özünə- hörmət hissini formalaşdırıb inkişaf etdirir.

Gənclərin özünüqiymətləndirməsini səciyyələndirən xüsusiyyətlərdən biri də cinsi əlamət və keyfiyyətlərinin dərk edilməsidir. Qızlarda qadınlıq, oğlan- larda kişilik etalonları gənclik yaşında sabitləşib şəxsi keyfiyyətə çevrilir.


Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə