Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə5/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası

Uzunmüddətli müşahidəyə bütün dərs ərzində aparılan müşahidələr aiddir. Dövrü müşahidə müəyyən dövrdə psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Sistematik müşahidə inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Sistematik müşahidə uzunmüddətli müşahidədir. Məsələn: bütün il və ya bir neçə il eyni sinif və şagirdlər üzərində müşahidə aparılır. Epizodik müşahidə bir növ dövrü xarakter daşıyır.

Özünümüşahidə insanın özü üzərində, öz daxili aləmində baş verən dəyişiklikləri öyrənmək məqsədilə aparılan müşahidədir. Daxili müşahidə zamanı insan öz daxili aləmində baş verən dəyişiklikləri və onları törədən səbəbləri müəyyənləşdirməyə çalışır.



Eksperiment psixi hadisələrin gedişinə müdaxilə edərək xüsusi şəraitdə təzahür edən, psixi hadisələri öyrənməkdən ibarət olan tədqiqat metodudur. Eksperimentin köməyi ilə qismən az bir vaxt ərzində müəyyən psixi hadisənin xüsusiyyətlərini dəqiq öyrənmək mümkün olur. Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkillərdən istifadə olunur.

Eksperiment metodu laboratortəbii olmaqla 2 növə ayrılır. Laborator təbii yolla aparılır. Eksperiment üsulu ilk dəfə alman fizioloqları: E.Veber və H.Fexner tərəfindən duyğuların öyrənilməsi ilə əlaqədar tətbiq edilmişdir. Eksperiment zamanı üzərində təcrübə aparılanlar bəzən qorxur, sıxıntı çəkirlər. Təbii ekspement ilk dəfə A.Lazurski tərəfindən tətbiq edilmişdir. Təbii eksperiment zamanı təzahür edən psixi xüsusiyyətləri qeydə almaq üçün texnikadan geniş istifadə edilir.

Eksperimentin daha iki növünü qeyd edirlər. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur.Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir. Öyrədici eksperiment eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri nəticəsində yoxlanı- lanlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir.

Anket metodu müəyyən psixoloji məsələni öyrənmək və ya dəqiqləş- dirmək məqsədi ilə aparılır. Bundan ötrü müxtəlif variantlı anketlər tərtib edilə bilər. Bəzi anketlər yalnız müəyyən psixoloji məsələlərlə əlaqədar suallardan ibarət olur. Respondent (üzərində tədqiqat aparılan şəxs) həmin suallara cavab verir. Respondent sualları oxuyur və tərtib edilmiş anketin tələblərinə əsasən lazım olan cavabların altından xətt çəkir və ya onu pozur, ya da həmin suallara “hə” və “yox” cavablarından birini verir.

Anketlərə verilən cavablar yazılı formada olmalıdır. Anket anonim və ya qeyri-anonim formada aparıla bilər. Anket bitkin və ya dolğun şəkildə tərtib olunmalıdır. Anket vasitəsi ilə qrupun psixoloji xarakteristikasını, kollektivdə simpatiya va antipatiyanı öyrənmək mümkündür.



Sosiometriya metodu köməkçi metodlardandır. Bu metod qrup və ya kollektivdə şəxsiyyətlərarası münasibətləri öyrənmək məqsədi ilə aparılır. Bu üsuldan ilk dəfə Amerika psixoloqu C.Moreno istifadə etmişdir. Həmçinin sinif kollektivinin və ya tələbə qruplarının intellektual səviyyəsinin müəy- yənləşirilməsində, psixi proseslərin vəşəxsiyyətin fərdi-psixi xüsusiyyətlərinin öyrənilmdəsində sosiometriya üsulundan istifadə etmək olar. Sosiometriya hansı formad tətbiq edilirsə edilsin, onun nəticələrini müşahidə, eksperiment və s. yolu ilə dəqiq- ləşdirmək zəruridir. Məlumatlar xüsusi sosiometrik cədvəllərdə əks etdirilir.

Yardımçı metodlardan olan müsahibə metodunun köməyi ilə uşağı öyrənərkən qarşıya qoyulmuş məqsədə müvafiq olaraq suallar düzəldilir, uşaqların cavabları alınır, sonra təhlil edilərək onların psixi xüsusiyyətləri müəyyənləşdirilir. Psixi hadisələrin inkişaf xüsusiyyətlərinin öyrənilməsində fəaliyyət məhsullarının təhlili metodundan da istifadə edilir. Tədqiqat zamanı uşaqların gördükləri işlərin nəticələri təhlil edilib uşağın qabiliyyəti və xüsusiyyətləri haqqında fikir yürüdülür.

Metodlardan biri də psixoloji testlərdir. Test ingilis sözü olub, “sınaq”, “yoxlama” deməkdir. Testin köməyi ilə uşaqlarda qabiliyyətlərin olub-olmaması müəyyən edilir. Bu məqsədlərə uşaqlara qısa tapşırıqlar verilir, cavablar alınır.

Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə iştirakının stimul- laşdırılması zəruridir. Bunun üçün Kettelin və Vekselin testlərinin uşaq variantlarından və sosiometrik testin bəzi formalarından istifadə olunması yaxşı nəticə verə bilər.

Psixoloji tədqiqat nəticələrini ümumiləşdirmək məqsədi ilə riyazi hesablama üsulundan istifadə edilir. Müəyyən psixoloji keyfiyyətin inkişaf səviyyəsini müəy yənləşdirmək və müəyyən qanunauyğunluq tapmaq üçün riyazi hesablamadan, ölçmələrdən, statistik əməliyyatlardan istifadə edilir. Bunlarsız ümumiləşmiş nəticələrə gəlmək mümkün deyildir.
Mövzu 4. İnkişaf və yaş formaları haqqında
Plan:
1. İnkişaf yaş forması kimi

2. Yaş inkişaf forması kimi


1. Hal-hazırda inkişaf məfhumu bizim dünyaya və həyata baxışımızın ayrılmaz hissəsinə çevrilmişdir. Biz həyatın inkişafından, təbii sərvətlərindən bəhs edirik. Mədəniyyət, dəvlətlər, dillər, təfəkkür və idrak formaları inkişaf edir. Bir sözlə, inkişaf məfhumu müasir mədəniyyətdə əsas məfhumlardan ibarətdir. Başqa sözlə desək, inkişaf kifayət qədər yeni bir kateqoriyadır ki, o, XVI-XVIII əsrlərin səmərəli bilik sistemində bir postulata əsaslanırdı ki, bir dəfə yaranmış dünya dəyişilməz olaraq qalır və elmin vəzifəsi ilkin niyyətdə onun inkişafına yönələn qanunları kəşf edib dərk etməkdir. Hətta ilahiyyatda elə bir nəzəriyyə hal-hazıra qədər mövcuddur ki, ona əsasən insanın anadan olanda alnına nicat tapmaq, yaxud da ölüm yazılmışdır, insan məhz bu istiqamətlərdə inkişaf edir.

XVIII əsrdə inkiaşf nəzəriyyəsi əhəmiyyətli dərəcədə zənginləşməyə başlayır. İnkişafın yeni anlayışına keçid alan ilk insanlardan biri Q.Leybnisdir. Əksər hallarda preformist mövqeləri ( hər şeyin başlanğıcından mövcud olub tədricən inkişafı haqqında) səhvlər tutaraq o, inkişafın prosessuallığını müəyyən edən məfhumlar arasındakı fərqinin izahını verir: birincisi, həmahənglikdir (özünə- oxşarlıqdır) ki, ona uyğun olaraq əşyalar daxildə qorunur. İkincisi, dəyişiklikdir ki, o, özünü xarici təzahürlərdə göstərir: öz yerini tapmamasıdır və dəqiq müəyyyən edilmiş məzmunu malik deyildir, onun üçün çoxlu interpretasiyaların yayılması halları xasdır.

"İnkişaf" sözü qədim roma dövründən mövcuddur. Orada bu söz oxuma zamanı kitabın açılmasını ifadə edirdi. Kitabda artıq yazılanların hamısı sonradan oxucunun şüurunda açılır. Eyni mənada bu sözü M.Siseron da istifadə edirdi və təfəkkürün inkişafı haqqında o, belə deyirdi: "danışanın şüurunda bükülmüş məlumat indi dinləyici auditoriyası qarşısında açıqlanır". Bu cür şərhlə (inkişaf artıq mövcud olanın açıqlanması kimi) inkişaf məfhumu XVIII əsrə qədər mövcud olmuşdur və biliklərin müxtəlif sistemlərinə daxil olmuşdur. İnkişaf və ya təkamül o zaman hərfi olaraq artım kimi, artıq mövcud olanın ölçülərinin sadə artması kimi anlaşılırdı.

Genişləndirilmiş formada isə inkişafın prosessual dəyişikliyi ideyası İ.Herderdə də müzakirə olunur. O, özünün tarixin fəlsəfəsində inkişaf ideyasını təbiətə və cəmiyyətə şamil edir.Təbiət ən sadə formalardan ən mürəkkəb formalara doğru daim inkişafa malikdir. Həyat suda yaranmışdır: biliklər yaranana qədər suyun, havanın və işığın müxtəlif birləşmələri mövcud olmuşdur. Əksər biliklər canlı orqanizmdən əvvəl yaranmış və tələf olmuşdur. Q.Herder vahid, mütəmadi inkiaşf edən tamlığın təsəvvürünü yaradır ki, bu tamlıq müəyyən zəruri pillələrdən keçir. Sadə materiyanın yaranmasından bu inkişaf biliklərin və heyvanların yaradılması vasitəsilə düşüncəyə və ağla malik olan insana yönəlir, bu inkişafın ali nöqtəsi "dünya ruhudur".

İnsanını inkişaf fenomeni haqqında bir sıra əsas təsəvvürlər İ.Getenin adı ilə bağlıdır. O, öz gənclik illərində xüsusi növ ədəbiyyatla: niemik avtobioqrafiyalarla tanış olmuşdur ki, onlar insanı öz həyatının axarı barəsində özünə hesabat verməyə sövq edirdi. İ.Getenin fikrincə, təbiətdə inkişafı yalnız o zaman aşkar etmək olar ki, insanın özündə o aşkar edilsin. Özü inkişaf etməyən insan inkişaf ideyasını dərk edə bilməz. İ.Gete üzvi dünyanın metamorfozası haqqında (əsaslı yeniləşmə), həmçinin inkişafda yüksəliş haqqında ideyaları irəli sürür. İ.Getenin sonuncu elmi əsərlərində əsas fikirlərindən biri ondan ibarətdir ki, o, sistemin təşkilinin daha yüksək pilləsinə keçidi müəyyən etmişdir.

İnkişaf kateqoriyasının xüsusi prinsip, insanın mövcudluğunun ümumi üsulu kimi əsaslı işlənməsi klassik Alman fəlsəfəsində, xüsusilə də istənilən üzvi tamlığın yaranması, inkişaf etməsi və yenilənməsi məntiqi kimi dialektik (genetik) məntiqin əsasını qoymuş Q.Hegelin fəlsəfi sistemində həyata keçirilmişdir. Əslində istənilən üzvi sistemin mahiyyət xarakteristikası elə onun yeniləşməsinin istənilən mərhələlərində özünəməxsusluğunu qorumaqla inkişaf qabiliyyətidir. Avropanın mənəvi həyatında inkişaf məfhumunun böyük yer tutmasının səbəbi yüz illər boyu statik olan dünya obrazının hərəkətə gətirilməsidir.

Filosof alimlərin şüurunda nəyinsə inkişaf etməsinə, onun müəyyən vaxt ərzində hansı pillələrdən və formalardan keçməsinə, inkişaf prosesinin hansı istiqamətdə axarına və hansı istiqamətə gələcəkdə yönələ biləcəyinə xüsusi maraq oyanmılşdır. Bu mənaya inkişaf məfhumu altında daha yeni predmet məzmunları cəlb edlirdi. Torpaq, bitkilər, heyvanlar, insanlar, xalqalr, mədəniyyət, elmin özü, bir sözlə, hamısı uzun inkişafa malikdir. XIX-XX əsrlərdə təbiətin öyrənilməsində təbiətşünaslığın böyük nailiyyətləri, fəlsəfi düşüncələr və bir çox empirik faktlar da təsdiq edir ki, inkişaf mövcuddur, onun "izləri" hər yerdə aşkar edilir.

İnkişaf haqqında elmi biliklərin müxtəlifliyinin konseptual əsasını bu günə qədər təkamül prinsipi təşkil edir, lakin indi yenidən düşünülmüş tərzdə: təkamül-təkcə ilkin əlamətlərin inkişafı (artım və yetişkənlik) deyil, o, ilk növbədə, müəyyən səviyyəyə qədər daxili və xarici amillərin təsiri altında özünə oxşarlığını qoruyan hər hansı bir sistemin mühüm dəyişikliklərinin tarixi prosesidir. Bu sistemin hər hansı bir əsaslı dəyişikliyi onun təşkil olunmasının yeni səviyyəsinə keçidi (sıçrayışı) və özünə oxşarlığın yeni səviyyəsini nəzərdə tutur. Deməli, inkişaf dəyişikliyin, dinamikanın, ümumiyyətlə hərəkatın ali səviyyəsidir. Kainatın elmə məlum olan bütün təkamülünün ən yüksək mərhələsi bəşəriyyət tarixidir.



Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə