Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə6/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası

2. Psixoloq İ.Kon yaş anlamını belə izah etmişdir: genetik yolla ötürülən, sosial tərbiyə vasitəsi ilə qazanılan və müstəqil şəkildə əldə olunan prinsiplər fərdlərə görə dəyişir. Yaş inkişaf prosesinin daxili hissəsi deyil və ola da bilməz. Bir yaş inkişaf edərək başqa bir yaşa çevrilmir, o, ancaq başqa bir yaş ilə əvəz olunur. Yaş mədəni, mənəvi dəyər, norma və ya sadəcə adət-ənənə deyildir. Yaş nə obyekt, nə də öz-özünə mövcud olan obyektiv reallıq deyildir. Onu araşdırmaq və ondan istifadə etmək də mümkün deyildir. Təhsil və tədris, tərbiyə ona uyğun çəkildə qurula bilməz.

L.S.Vıqotskinin mədəni tarixi teoreminə görə, uşaqlıq çətin sosial prosesdir və müəyyən tarixi əhəmiyyətə malikdir. Təkcə uşaqlıq deyil, uşaqlıq tarixi və uşaqlıq haqqında tarixi düşüncə də mövcuddur. V.V.Davuldov ümumi məcburi məktəb təhsilində yaş haqqında məlumat verir və belə bir suala cavab verir: inkişaf və yaş arasında hansı əlaqələr mövcuddur?

Yaş sistemin ayrı-ayrı dövrlərində mövcud zaman intervalına ayırmağa icazə verən düşüncələrdən biridir. Bu mənada yaş metrikvektor parametrlərlə izah olunur. Müəyyən yaş sisteminin zaman müddəti var və onun həyata keçirilməsi yalnız inkişaf sayəsində mümkün olur. İnkişaf dövrləri sabit böhran dövrlərinin bir-birini əvəz etməsi nəticəsində meydana çıxır. Mövcud sistemdə böhran olmasa inkişaf da olmaz. Demək, inkişafda tez və ya gec durğunluq olmalıdır. Dövrləşmə bir inkişaf mərhələsindən digərinə keçid mənasını bildirir.

Yaş inkişaf formasıdır. Belə demək mümkündür ki, inkişaf yaş dövrlərində formalaşır və onunla nəticələnir. Məhz müna görə də, yaş inkişaf etmir, o, forma kimi meydana gəlir. Hər nə qədər müəyyən yaş mərhələsi meydana çıxma tarixinə sahib olsa da, onun inkişaf tarixi yoxdur.

Cəmiyyət praktikasında sosial dəyişikliklərə uyğun olaraq hər yaşın özünəməxsus xüsusiyyətləri ortaya çıxır və onun strukturu çətinləşir. Belə ki, məktəbəqədər uşaqlıq dövrü müəyyən yaş dövrlərinə bölünür. Məsələn; yeni doğum dövrü, körpəlik, erkən uşaqlıq, orta və böyük məktəbəqədər yaş dövrü. Bu yaş dövrlərinin hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

MÖVZU 5. PSİXİ İNKİŞAF VƏ TƏLİM

Təlim uşaq fəallığını təşkil etməyin başlıca formalarından olub, onun psixi inkişafında, şəxsiyyət kimi formalaşmasında mühüm həyati əhəmiyyət kəsb edir. Təlimlə psixi inkişaf arasındakı əlaqə nədən ibarətdir?

Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən olmuşdur. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuşdur. Və bu barədə psixoloqlar arasında müxtəlif rəylər mövcuddur. Təlim və əqli inkişaf problemi haqqında dünya psixoloqlarının fikirlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

Vaxtilə Alman psixoloqu V.Ştern belə bir müddəa irəli sürürdü ki, təlim psixi inkişafın arxasınca gedir və ona uyğunlaşır. Ona uyğun mövqe tutan görkəmli İsveçrə psixoloqu J.Piajenin fikrincə, psixi inkişaf özünün daxili spesifik qanunlarına malikdir. Odur ki, təlimin tənzim edilməsi üçün məhz əqli inkişafın səviyyəsi əsas götürülməlidir. Sözsüz ki, burada təlimin inkişafetdirici təsiri J.Piaje tərəfindən kölgədə buraxılır. (inkişaf təlimdən öndə gəlir.)

Amerika psixoloqu C.Brunerə görə, hər cür əqli inkişafın əsasını yalnız mütəşəkkil, məqsədyönlü təlim təşkil edir; əqli inkişaf isə öz növbəsində dərin biliyə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir. C.Bruner şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə də, yaş hüdudlarını nəzərdən qaçırırdı. Onun fikrincə, istənilən yaş mərhələsində optimal təlim metodlarından istifadə olunarsa, istənilən materialı mənimsətmək mümkündür.

L.S.Vıqotski “təlim həmişə inkişafdan irəlidə gedir və onu da öz arxasınca aparır” müddəasına əsaslanan rus psixoloqları inkişafetdirici təlimin mahiyyətini aşmağa çalışmışlar. Burada uşağın mənimsəmə imkanlarının aşkara çıxarılması mühüm yer tutur.

L.S.Vıqotski bilik, bacarıq və vərdişlərə yiyələnmək və ümumi keyfiyyətlərə, qabiliyyətlərə (mücərrədləşdirmə, ümumiləşdirmə, ixtiyarilik) yiyələnməyin mümkün olduğunu aşkara çıxarmışdır. O, birinci cəhəti (bilik, bacarıq və vərdişlərə yiyələnməni) təlim (öyrənmə), ikincini isə inkişaf adlandırmışdır. L.S.Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar iki əqli inkişaf səviyyəsini müəyyən etmişlər. Birinci, çox fəal inkişaf səviyyəsidir ki, burada şagird gündəlik dərsləri, verilən tapşırıqları müstəqil surətdə yerinə yetirir, özü dərsə aid misallar çəkir, müəllimin şərh etdiyi məsələləri izah etməyə təşəbbüs göstərir, beləliklə də onda əqli inkişaf sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan özü həll edə biləcək səviyyəyə çatır. Bunun əsasında şagird bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır. L.S.Vıqotski bunu fəal inkişaf səviyyəsi adlandırmışdır.

Əqli inkişafın ikinci səviyyəsində uşaq yaşlıların köməyi ilə daha yüksək nailiyyət əldə edə bilir. L.S.Vıqotski bu inkişaf səviyyəsini “inkişafın yaxın zonası” adlandırmışdır. Onun fikrincə, uşağın əqli inkişaf vəziyyəti onun iki inkişaf səviyyəsinin – fəal inkişaf və yaxın inkişaf zonası səviyyələrinin köməyilə müəyyənləşdirilə bilər.

Azərbaycan psixoloqları (Ə.Bayramov, Ə.Qədirov) təlimin əqli inkişafda oynadığı rolu xarakterizə edərək göstərirlər ki, təlim o zaman inkişafetdirici olur ki, o, şagirdlərə müəyyən bilik, bacarıq sistemini mənimsədir, eyni zamanda şagirdləri mənimsəmənin əsasında duran fikri fəaliyyətin forma və əməliyyatlarına yiyələndirir. Bunlar idrak proseslərinin inkişafı üçün əsas və zəruri şərtdir.

Əqli inkişaf səviyyəsini müəyyənləşdirməyin yolları barədə psixoloqlar arasında müxtəlif fikirlər mövcuddur.

Psixoloqların bir qrupu əqli inkişafın göstəricisini şagirdin biliklərə nə dərəcədə müstəqil yiyələnməsi, yaxud onun hər hansı bir qanunauyğunluğu müstəqil dərk etmək, mücərrədləşdirmək və sözlə ifadə etmək bacarığı ilə müəyyənləşdirməyə təşəbbüs göstərmişdir.

Digər qrup psixoloqlar əqli inkişafı şagirdin müxtəlif xarakterli işləri hərtərəfli öyrənmə bacarığı, mənimsəmənin əsasında duran fikri fəaliyyətin forma və əməliyyatlarına yiyələnmə ilə müəyyənləşdirirlər.

Üçüncü qrup psixoloqlar əqli inkişafı fikrən, intellektual aspektdə fəaliyyət göstərməkdə görürlər.

Nəhayət, dördüncü qrup psixoloqlar əqli inkişafı şagirdin qazanmış olduğu vərdişlər, biliklər sistemi ilə, onlara istinad etmək bacarığı ilə müəyyənləşdirirlər.

Yuxarıda deyilənlərdən aydın olur ki, yalnız əqli inkişaf səviyyəsini müəyyən etdikdən sonra hər bir yaşda şagirdə nə qədər bilik verməyin zəruriliyini konkret dəqiqləşdirmək mümkündür. Bununla əlaqədar təlim prosesində şagirdlərə hansı bilikləri və necə öyrətməli sualları da meydana çıxır. Başqa sözlə desək, hər bir elmi məlumatı şagirdlərin yaş və bilik səviyyəsinə, fərdi xüsusiyyətlərinə müvafiq surətdə tədris etmək lazım gəlir. Bu isə şagirdin əqli inkişafı ilə təlim prosesi arasındakı qarşılıqlı münasibət məsələsini, təlim-tərbiyənin inkişafetdirici xarakterini ortaya çıxarır.

Təlim-tərbiyə prosesinin inkişafetdirici xarakterə malik olması üçün aşağıdakı əsas şərtlərə əməl edilməlidir:



  1. Təlim, hər şeydən əvvəl, şagirdlərə müəyyən bilik, bacarıq sistemini mənimsətsin və eyni zamanda şagirdləri mənimsəmənin əsasında duran fikri fəaliyyətin forma və əməliyyatlarına yiyələndirsin.

  2. Təlim prosesində uşağın fəaliyyətinə təsir edən məzmun elə seçilməlidir ki, tərbiyəçi uşağın inkişafına müsbət təsir göstərə bilsin. Təsir göstərən vasitələr (oyuncaqlar, şəkillər, kitablar, söhbətlər, təlim) o vaxt inkişafetdirici olur ki, onlar ətraf aləm haqqında doğru, düzgün məlumat versin, nəyin yaxşı, nəyin pis olması haqda uşaqda lazımi təsəvvür yaratsın.

  3. Təlimin uşağa inkişafetdirici təsir göstərməsi üçün istifadə olunan üsul və qaydaların məqsədəuyğunluğu fəallığın artmasına, inkişafetdirici imkanların genişlənməsinə səbəb olması zəruridir.

  4. Uşağın fəaliyyətinə daim nəzarət edib onun müsbət hərəkətlərini, davranış və vərdişlərini möhkəmləndirmək, ona mənfi təsir göstərən qıcıqların isə qarşısını almaq lazımdır.

  5. Uşaqda hər hansı yeni müsbət vərdiş və ya adət əmələ gəlibsə, ona qarşı hər dəfə təlabkarlığı artırdıqda, tapşırığı tədricən mürəkkəbləşdirdikdə uşaq şəxsiyyəti müvəffəqiyyətlə formalaşır. Tərbiyəvi təsirin özü də daim dəyişməli və inkişaf etdirilməlidir. Məlumdur ki, eyni yaşlı uşaqlar işləmə qabiliyyətləri, bilik, bacarıq, səy və düşüncəliliklərinə görə bir-birindən fərqlənirlər. Ona görə də uşaqlara verilən tələbkarlıq eyni məzmunda və eyni səviyyədə olmamalıdır. Təlim prosesində onlara fərdi yanaşma, icra, üsul və tərzlərini öyrətmək lazımdır.

Bununla əlaqədar görkəmli pedaqoq və psixoloq K.D.Uşinski deyirdi: “İnsanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli də öyrənmək lazımdır.” Onun fikrincə, tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri, gündəlik xırda ehtiyacları və böyük ruhi tələbləri ilə tanış olmalıdır.

Bununla yanaşı, təlim fəaliyyətinin səmərəliliyini təmin etmək üçün şagirdlərin mənimsəmə imkanlarının aşkara çıxarılması da zəruri şərtlər- dəndir. Şagirdlərin mənimsəmə imkanlarının aşkara çıxarılmasında yaş həssaslığı haqqında psixologiyada toplanmış məlumatların əhəmiyyəti böyükdür. Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bunlardan bəzisi müvəqqəti, keçici xarakter daşıyır. Deməli, psixi fəaliyyyətin ayrı-ayrı dövrlərinin olması və güclənməsi üçün optimal vaxt mövcuddur ki, bu da psixi inkişafın senzitiv dövrləri adlanır.

MÖVZU 6. ÇAĞALIQ YAŞ DÖVRÜNÜN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ

Plan:
1. Çağalıq dövrünün inkişaf xüsusiyyətləri

2. Doğum böhranı və onun təzahür xüsusiyyətləri

3. Çağalıq böhranının psixoloji xüsusiyyətləri
1. Çağalıq dövrü uşağın anadan olandan 1 yaşa qədərki müddəti əhatə edir. Uşaq həyatının ilk çağları onun fiziki və psixi inkişafının intensivliyi ilə xarakterizə olunur. Uşaq şəxsiyyətinin formalaşmasıçağalıq dövründən başlayır, hətta ana bətnində olanda da ona müəyyən amillər təsir edir. Odur ki, valideynlər uşaq ana bətnində olanda onun düzgün fiziki və psixi inkişafı qayğısına qalmalıdırlar. Uşaq hələ ana bətnində ikən ətraf aləm hadisələrinə müəyyən cavab reaksiyaları verir.

Uşaq doğulduqdan sonra xarici mühitə uyğunlaşmaq üçün reflektor xarakter daşıyan əmmə, müdafiə, bələdləşmə kimi davranış formaları ilə diqqəti cəlb edir. Lakin bu davranış formaları hələlik uşağın ətraf mühitlə fəal, qarşılıqlı təsirini təmin etmək imkanına malik olmur. Ətrafdakılarla ünsiyyət və onlarla birgə hərəkət təzəcə doğulmuş uşağın inkişafı üçün zəruri şərait yaradır.

Çağa öz həyatının birinci ayında onun sosial hərəkətlərini məhdudlaş- dırdıqda çox narahat, narazı olur, emosional hallar keçirir. 4-5 həftəlik uşaq artıq görmə və eşitmə qıcıqlarının təsiri ilə öz hərəkətlərini dayandırır. 2-3 aylıqda onun impulsiv hərəkətlərində canlanma başlayır. 4-5 aylıq uşaq əşyaları görəndə baxışlarını onun üzərinə yönəldir, tərpənir, lakin ona tərəf hərəkət etmir. İməklə- məyə başlayan uşağın (8 ayında) düz yerimə ətrafdakılarla əlaqəsini, ünsiyyətini, fəal təmasını genişləndirir və körpə onu əhatə edən ətraf aləmdəki şeylərin xassə və xüsusiyyətlərini qavramağa başlayır.

Uşağın belə hərəkətləri xüsusi təlim şəraitində mümkün olur: yaşlı adam ona nəyisə göstərir, izah edir, bu zaman uşaq öz diqqətini yaşlıya, onun etdiyi hərəkətlərə yönəldir. Uşaq 2-3 aylığında onunla ünsiyyətdə olan adamlara müəyyən münasibət bəsləyir: onları gördükdə üzündə təbəssüm yaranır, sürətli əl-qol hərəkətləri edir, bələkdə olmayanda ayaqları da bu canlanmaya qoşulur. (“canlanma kompleksi”)

Uşağın ətraf mühitlə ilkin əlaqəsində duyğuların böyük rolu vardır, o, duyğular vasitəsilə ilk dəfə cism və hadisələrin ayrı-ayrı xassələri haqqında məlumat əldə edir. Duyğuların kompleks halda inkişafı qavrayışın inkişafına zəmin yaradır. Nitq də uşağın qavrayışına müsbət təsir edir. Ikinci siqnallara əsaslanaraq uşaq cisim və hadisələri dəqiq qavramağa başlayır. Bu zaman böyüklərin sözlər vasitəsilə izahı körpənin qavrayışını istiqamətləndirir. Öz mahiyyət etibarilə xüsusi psixi proses olan diqqət də erkən yaşlardan inkişaf edir. Onların diqqətini parlaq əşyalar, hərəkətdə olan şeylər cəlb edir. (qeyri-ixtiyari diqqət) Uşaqda hafizə də tədricən inkişaf edir. Bir yaşa doöru körpə oynadığı əşyaları, ünsiyyətdə olduğu adamları tanıyır. Uşaq dünyaya gələndə danışa bilmir, bəzi reaksiyalara səslər vasitəsilə cavab verir. ( anadan olanda uşağın boğazında qığırdaq olur, 1 yaşa doğru 3-4 sm. aşağı düşdüyü üçün müəyyən sözləri deyə bilir.)

Uşaqlarda üzvi ehtiyaclarla əlaqədar emosiyalar çox erkən müşahidə olunur. Uşaq anadan hazır iradə ilə doğulmur. 1 yaşın sonunda uşaqlarda təqlidçilik təzahür edir. 10 aylıq uşaq “ak etməyi” təkrar edir.


2. Çağanın doğuş anı həm ana, həm də körpə üçün böyük stressdir. Çağa dünyaya gəldikdən sonra onların sinir sistemi keçmişdə baş verənlərin dərin təsirinə məruz qalaraq psixoloji doğuş travması faktını anlamağa əsas vermişdir. İnsan həyatı doğuş böhranından başlayır. Həyatın başlanması böhranının xüsusiyyətləri, hər şeydən əvvəl həyati qabiliyyətlərin özündən asılıdır.

Müasir şərtlər altında doğuş nəticələrinin ölümlə bitməsi nadir rast gəlinən amillərdəndir. Doğuş ana və çağa üçün ağır fiziki sınaqdır. Doğulmuş və sarsıntıdan ayrılmış uşaq verilmiş şərtlər altında yaşamağa başlayır, irsi imkanlar və yaradılmış şərtlər altında inkişaf edir. Doğuş aktı məlum mənada mövcudluğun parazitar tipindən fərdi həyat formasına keçiddir. Bu qaranlıqdan işığa, istidən soyuğa, bir qidalanma tipindən digərinə keçiddir. Fizioloji tənzimləmənin digər növləri də hərəkətə keçir, bir çox hallarda fizioloji sistemlər yenidən fəaliyyətə başlayır.

Doğuş böhranı bətndaxili və ondan kənarda həyat formaları arasındakı aralıq mərhələdir. İnsan körpəsinə təbii şəraitin ilkin şərtləri məhdud şəkildə verilmişdir. Yeni şəraitdə çağanın həyatı anadangəlmə mexanizmlərlə təmin olunur.O, sinir sisteminin xarici şərtlərə orqanizmin dayanıqlığının müəyyən hazırlığı ilə doğulur. Çağa aktivdir: onun aktivliyinin əsasında anadangəlmə (şərsiz) reflekslər dayanır ki, onlar da orqanizmin əsas sistemlərinin (tənəffüs, qan dövranı, həzm) işini təmin edir.


Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə