Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Böhranın müainəsinin mərhələləri və metodları



Yüklə 47,04 Kb.
səhifə10/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Movzular-metn

Böhranın müainəsinin mərhələləri və metodları.

Böhranın müainəsinin iki mərhələsini fərqləndirilər:

1) obyektin müəyyən sinif və ya obyektlər qrupuna aidliyinin müəyyənləşdirilməsi:

2) müainə edilən obyektin aid edildiyi obyektlər sinfindən fərqlərinin üzə çıxarılması.

Bu onun faktiki paramentlərinin baza (əsas) parametrlərlə müqayisə edilməsi yolu ilə aparılır. Birinci mərhələ: bir çox obyektlər toplusu üçün eyni olan parametrlərin müəyyənləşdirilməsini nəzərdə tutan, öyrənilən obyekt üçün keyfiyyət indentifikasiyası (eyniləşdirilmə) mərhələsidir. Konkret sistemdə böhranın müainəsi üçün bu sistemin dövlət,özəl,səhmdar və digər mülkiyyət firmasına aid olmasını müəyyən etmək lazımdır. İkinci mərhələdə müainənin baza parametrlərindən istifadə edərək faktiki göstəricilərin baza göstəricilərindən kənarlaşmaları müəyyən edilir və obyektin kəmiyyət indentifikiyası həyata keçirilir.

Tədqiqat obyektinin təbiətindən asılı olaraq müainənin metodları,forma və vasitələri fərqli ola bilər. Müainə metod və vasilələrinin seçilməsinə təsir edən,vacib amil vaxtdır. Müainə obyektinin mürəkkəbliyi və ölçülərini nəzərə alaraq, məhz seçilmiş tədqiqat formasına ehtiyac olduğunu düzgün qiymətləndirmək lazımdır.

Müainə müxtəlif metodlarla həyata keçirilir: analitik, ekspert, xətti və dinamiki proqramlaşdırma, həmçinin modellər üzərində müainə vasitəsi ilə.

Analitik metodlara statistik göstəricilər üzərində müxtəlif əməliyyatlara əsaslan metodlar aid edilir. Ekspert müainəsi dedikdə ekspert tərəfindən müəyyənləşdirilmiş qiymətləndirmə və informasiyaya əsaslanan,müainə vəsaitləri başa düşülür. Buraya xüsusi ekspert sorğuları əsasında alınan informasiya aiddir.

Xətti proqramlaşdırma riyazi üsul olub,optimal nəticənin alınması üçün zəruri resurslardan və hərəkətlərdən istifadə edilməsini nəzərdə tutur. Bu metod bu və ya digər prosesi optimallaşdırmağa, gəliri artırmağa,resurslardan və vaxtdan səmərəli istifadə etməyə imkan verir.

Dinamik proqramlaşdırma müəyyən strukturlarda idarəetmə məsələlərinin həlli üçün hesablama metodu olub, məsələ qərarın qəbulu zamanı çox mərhələli proses kimin sayda dəyişənlərlə verildikdə istifadə edilir.




Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə