Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Müəsisənin müflisləşməsinin müainəsi



Yüklə 47,04 Kb.
səhifə12/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzular-metn

Müəsisənin müflisləşməsinin müainəsi.

Menecement nöqtəyi - nəzərindən müəssisədə müflisləşmənin başlanması, onun böhran vəziyyəti ilə bağlıdır. Müəssisənin ödəniş qabiliyyətini itirməsi onun balansındakı qeyri kafiliklə əlaqədardır. Müəssisənin müflis elan edilməsi ilə normativ-metodiki materiallarda əmsallar sistemi müəyyən edilmişdir ki, onlar vasitəsilə balansın strukturunun ödəmə qabiliyyətli olub - olmaması təyin edilir.Bunlara aşağıdakılar aiddir:

a) cari likvidlik əmsalı KC və ya K1≥2 olmalıdır:

b)öz vəsaitləri ilə təmin olunma əmsalı Köüt və ya K2≥0,1 olmalıdır.

c)müəssisənin ödəniş qabilliyətinin bərpası əmsalı Köb və ya K3≥0,1.

d)müəssisənin ödəniş qabiliyyətini itirməsi əmsalı Kö i və ya K4 - ün hesablanmasına o zaman zərurət yaranır ki, K1 və K2 hər ikisi kritik qiymət alır.

Böhran vəziyyətinin aradan qaldırılması, müəssisənin idarə edilməsində xüsusi metodların işlənməsini tələb edir. Bazar iqtisadiyyatı müəssisələrin müflisləşmədən qorunması üçün əvvəldən müainə metodları sistemini formalaşlaşdırmışdır. Bu metodoloji material "Antiböhranlı idarəetmə sistemi "adlanır. Onun təcrübədə reallaşdırılması ilə antiböhranlı idarə etmə üzrə menecer məşğul olur. Müflisləşmənin müainəsi hər şeydən əvvəl tədqiqat obyektinin müəyyənləşdirilməsidir. İlk növbədə buraya cari və prespektiv ödənişlər axını və istehsalat üzrə investisiya və maliyyə fəaliyyətində xalis pul axınları göstəriciləri aiddir. Bununla yanaşı heç də hər zaman

yuxarıda göstərilən əmsallardan müəyyən kənarlaşmalar müəssisənin müflisliyini elan etməyə əsas vermir. Bəzən borclu(müflis) müəssisənin ləğv edilməsi nə kredit verənlərə, nə də dövlət üçün maraqlı olmur.Buna gorə də qanunla müəssisənin ödəmə qabiliyyətinin bərpası proseduru(qaydaları, üsulları) nəzərdə tutulmuşdur.

Müflisləşmənin müainəsində sonuncu mərhələ, müssisədə böhranlı inkişafa səbəb olan əsas amillərin öyrənilməsidir. Bu amilləri ümumi halda xarici və daxili olmaqla iki hissəyə bölürlər.Bu amillər içərisində ilk növbədə müəssisə fəaliyyətinə xüsusi ilə mənfi təsir göstərən amillər tədqiq olunur.



Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə