Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Mövzu 4. Korporasiyada böhranın idarə olunması (



Yüklə 47,04 Kb.
səhifə13/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzular-metn

Mövzu 4. Korporasiyada böhranın idarə olunması (Təşkilatın ümumi və spesifik, xarici və daxili inkişaf amilləri, Müəssisədə böhranların yaranması)

Təşkilatın ümumi və spesifik, xarici və daxili inkişaf amilləri.

Menecmentə aid müasir ədəbiyyatlarda “təşkilat” anlayışı, ictimai əmək bölgüsü sistemində nisbətən ayrı, müstəqil struktur bölməsi kimi qəbul edilir. Bu cür xüsusiləşdirmə hədləri kimi iqtisadi müstəqillik, təşkilati bütövlük, idarəetmə sisteminin və ümumi işin nəticələrinin olması qəbul edilir.

Təşkilat qismində firma, müəssisə, ofis, səhmdar cəmiyyəti, bank, şirkət (tirist, sığorta və s.), həmçinin dövlət idarə sisteminin struktur vahidi başa düşülür. Ayrıca bir təşkilatın fəaliyyətində böhran yarana bilərmi? Müasir idarəetmə problemləri içərisində bu sual çox vacibdir.

Təcrübə göstərir ki, böhranlar nəinki mümkündür, onlar hətta ayrıca bir müəssisənin öz inkişaf ahəngdarlığını əks etdirir. Həmçinin onlar başqa təşkilatların inkişaf və ölkənin ümumi inkişaf ahəngdarlığı ilə üst-üstə düşməyə bilər. Hər bir təşkilat özünün inkişaf potensialı və bu inkişafın həyata keçirilməsi üçün şərtlərə malik olub, həm də sosial-iqtisadi sistemin tsiklik inkişaf qanunauyğunluqlarına tabedir. Odur ki, təşkilat iqtisadiyyatın ümumi tsikli ilə müəyyən münasibətlərdə olsa da, böhranın başlanması

imkanları, onun səbəbləri və həlli üçün öz tsiklinə malikdir.

Bu fikri böhranın inkişafına təsir edən xarici və daxili, ümumi və spesfik amillərin məcmusu kimi qəbul etmək olar.

Xarici amillər, təşkilatın asılı olduğu və fəaliyyət göstərdiyi iqtisadi şəraiti xarakterizə edir. Əgər iqtisadiyyat ümumi böhran vəziyyətindədirsə, ayrıca bir təşkilatın vəziyyətinə təsir etməyə bilməz. Bununla yanaşı, hər bir təşkilatın xarakteri və fəaliyyət sahəsindən (dövlət, özəl, böyük, kiçik, kommersiya, istehsal və s.), onun daxili durumundan (iqtisadi potensial, idarəetmə məharəti, heyyət, sosial vəziyyət və s.) asılı olaraq, ümumi böhranın təsiri müxtəlif ola bilər. Təşkilat böhranın xarici təsirlərinə müvəffəqiyyətlə müqavimət göstərə və ya əksinə, öz vəziyyətinin sürətlə korlanması ilə reaksiya verə bilər.

Hər bir təşkilatın özünün böhranın xarici və daxili amillərinə münasibəti vardır və və bu idarəetmə təcrübəsində xüsusi təhlilin predmeti olmalıdır. Daxili amillərə, antiböhran potensialı, məharətlə idarəetmə, şəraitlə bağlı vəziyyət, yüksək iqtisadi fəallıq, bacarıqlı risketmə aid olub, böhranın xarici təsirlərinə müqavimət göstərmək və ya bu təsirlərin neytrallaşdırılması üçün istifadə edilir.

Xarici iqtisadi vəziyyətin kifayət qədər yaxşı olduğu halda da, təşkilat dərin böhrana qərq ola bilər. Bu tələb təşkilatdaxili amillərin inkişafı yəni, işgüzar və sosialpsixoloji

münaqişələr, işin səmərəsiz təşkili, işçi heyətinin bacarıqsızlığı, köhnə texnologiya, iqtisadi strategiyada nöqsanlar, iqtisadi qərarların qəbulunda səhvlər, doğru seçilməyən

marketinq və s. hallar ola bilər.


Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə