Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)



Yüklə 47,04 Kb.
səhifə14/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzular-metn

Müəssisədə (təşkilatda) böhranların yaranması.

Təşkilatda böhranların yaranması səbəbləri müxtəlif ola bilər. Ən vacib məsələ böhranın inkişaf simtomplarını (əlamətlərini) vaxtında hiss etmək və antiböhran idarəetmə proqramından vaxtında istifadə etməkdir. Böhranın amilləri, simptomları və səbəblərini fərqləndirmək lazımdır. Əlamətlər (simptomlar) təşkilatın fəaliyyət və inkişafını əks etdirən göstəricilərin dəyişməsində özlərini göstərirlər. Beləki, fond verimi, məhsuldarlıq,səmərəlilik, enerji ilə silahlanma göstəricilərinin təhlili, istehsalat müəssisəsinin böhranın başlanmasına meyliliyini aşkara çıxara bilər. Böhranın aşkar edilməsində maliyyə-iqtisadi və sosial-iqtisadi göstəricilərinin də təhlilinin böyük əhəmiyyəti vardır. Böhranın simptomu nə ola bilər?

Böhranın simptomu-göstəricilərin vəziyyəti və onların dəyişmə tendesiyasıdır. Bu zaman göstəricilər həm qəbul edilmiş, normativ ölçülərə (dəyişmə hədləri), həm də bir-birinə münasibətə görə qiymətləndirilə bilər. Böhranın simptomlarının inkişafı, göstəricilərin qanunauyğun olmaması, yaxud vaxt parametrlərinin uyğunsuzluğu ilə əlaqədar ola bilər. Məs, əmək məhsuldarlığının atım tempi, əmək haqqının artım tempini qabaqlamalıdır. Əgər bu baş vermirsə, deməli böhran təhlükəsi artır. Simptomlar heç də həmişə böhranın səbəblərini əks etdirmir. Odur ki, simptomları səbəblərdən fərqləndirməyi bacarmaq və bununla da simptomlar əsasında böhranın

əsil səbəblərini tapmaq lazımdır.

Simptom – böhranın ilk, xarici görüntüləri olub, heç də həmişə əsil səbəbləri xarekterizə etmir, lakin bu simptomlar əsasında əsil səbəbləri aydınlaşdırmaq mümkündür. Böhranları yalnız simptomlara görə deyil, həm də səbəblər və real amillərə görə qiymətləndirmək lazımdır.

Böhran amili – bu böhranın başlanmasından xəbər verən hadisə və ya qeydə alınmış vəziyyət yaxud tendesiyadır. Böhranın səbəbləri – bu elə hadisə və ya hadisələrdir ki, onun nəticəsində böhranın amilləri aşkar olunur. Məsələn, inflyasiya böhran amilidir və inflyasiyanın səbəbləri pul kütləsinin artması ( dövlət borcu və onun vaxtında qaytarılmaması səbəbindən ) ola bilər. Böhranın simptomları isə əmək haqqının kəskin artımı, qiymətlərin yüksəlməsi və s. ola bilər. Təşkilatda böhran amili məhsul keyfiyyətinin aşağı düşməsi, texnoloji intizamın pozulması, texniki vasitələrin köhnəlməsi, kreditlər üzrə böyük borc və s. ola bilər. Böhrana səbəb isə maliyyə -iqtisadi səhvləri, iqtisadiyyatda ümumi vəziyyət, heyyətin aşağı ixtisaslı olması, motivləşdirmə sistemindəki nöqsanlar ola bilər.

Böhranın simptomları – mənfi tendesiyaların ilk görüntüləri, bu tendesiyaların davamlı olması, işgüzar münaqişələr, maliyyə problemlərinin artması və s. ola bilər.


Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə