Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Təşkilatın inkişafında tsiklik tendesiyalarda



Yüklə 47,04 Kb.
səhifə16/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzular-metn

Təşkilatın inkişafında tsiklik tendesiyalarda (meyllərdə) böhran ehtimalı və qorxusu.

Böhranın yarana bilməsi və onun təşkilata (sistemə) təsirinin bilinməsi mənfi nəticələrin aradan qaldirilması və ya yumşaldılması , müsbət nəticələrin gücləndirilməsi üçün menecment tədbirlərinin işlənilməsini vacib edir. Böhranın mümkünlüyü və onun başlanması ehtimalının yüksəlməsi, firmanın inkişafının keçid dövrlərində yaranır. Belə dövrləri firmanın bir vəziyyətdən digərinə keçməsi prosesində mərhələlər arası adlandırmaq olar. Birinci keçid dövrü – inkişaf potensialının yaranması; Bu dövr əvvəldən fəaliyyət göstərən firmanın bazasında yeni firmanın yaranması ilə xarakterizə edilir. Bu yaranma əvvəlki firmanın fəaliyyətinə bəzən ağrılı, bəzən də müsbət təsir edir. Əksər hallarda isə müsbət və mənfi təsirlərin bir birinə qarışdığı görünür. Ayrıca inkişaf potensialının yaranması heç də həmişə dağıdıcı olmayan böhran qorxusu doğurur. Bu yenilənmə böhranı , sürətlənmə böhranı və axtarış böhranı ola bilər. Böhran inkişafdakı əsas əkslikləri xarakterizə edir.

İkinci keçid dövrü – yaranma hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya cıxması. Bu zaman təşkilati və insani potensial problemi görünməyə başlayır. Üçüncü keçid dövrü – özünü təsdiq etmə; firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması . Bu dövrdə firma bazarda özünü təsdiq edir, lakin daxili inkişaf proseslərində firmadan digər firmanın ayrılması və ya onun müstəqil firmalara bölünməsi baş verə bilər. Violent firmalar böyük olduqları üçün, bazardakı vəziyyətə təsir edə bilərlər və onlar üçün hər zaman böhran təhlükəsi vardır. Bu böyük firmalara məxsus olan təşkilati mürəkkəblik, sosial psixoloji anlar, sərt rəqabət şəraitində və menecerlərin innovasiya sakitliyində

özünü göstərir.

Dördüncü keçid dövrü – düşmə ; firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi. Əslində əsas göstəricilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir. Beşinci keçid dövrü - son ; firmanın tamamilə dağılması, onun bu və ya digər yolla ləğv edilməsi. Hər bir keçid dövrü , keçid mərhələlərində olduğu kimi özünün vaxt sərhədləri və keyfiyyət xüsusiyyətlərinə malikdir.

Antiböhranlı idarəetmə təcrübəsində idarə edilən və edilə bilməyən proseslərdə dəyişikliklərin xarakterini düzgün hiss etmək , keçid dövrü dəyişikliklərini, firmanın



normal fəaliyyət dəyişikliklərindən ayıra bilmək çox vacibdir.
Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə