Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)



Yüklə 47,04 Kb.
səhifə3/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzular-metn

Böhranın əlamətləri, hiss edilməsi və həll edilməsi.

Böhranlar risklərin təsnifləşdirilməsi, onların hiss edilməsi və idarəedilməsində böyük əhəmiyyət kəsb edir. Real böhranın təsnifləşdirmə əlamətlərinə onun parametrləri kimi də baxmaq olar. Bu parametrlər vəziyyətin təyin edilməsinə, düzgün idarəetmə qərarlarının işlənməsi və seçilməsinə kömək edir. Böhran təhlükəsi hər zaman mövcuddur. Odur ki, böhran vəziyyətinin başlanması əlamətləri və onların həlli imkanlarının qiymətləndirilməsi çox vacibdir. Sosial – iqtisadi sistem, özü tənzimlənən sistemdir. Bu o deməkdir ki, onun varlığında vacib və nisbi tarazlıq üçün bərpa mexanizmləri vardır. Məhz idarəetmə də onun üçündür ki, bir tərəfdən o, bu mexanizmlərin bir hissəsidir, digər tərəfdən isə ona görə vacibdir ki, insanın maraqları nöqteyi nəzərindən bu mexanizmlər vasitəsi ilə daha az ağrılı halda sosial- iqtisadi sistemin inkişafına nail olunsun. Bu isə o zaman mümkün olar ki, sosial - iqtisadi

sistemin davranış və inkişaf tendensiyaları, onun xarakteristikası və vəziyyətinin əlamətləri, bu vəziyyətin başlanmasının fazası və inkişafının obyektiv mərhələləri məlum olsun.

Böhranın aradan qaldırılması idarə edilə bilən prosesdir. Bu sahədə insan inkişafı tarixində istehsal və iqtisadiyyatda baş vermiş bir çox böhranlar haqqında olan məlumatlar əsasında danışmaq olar. Idarəetmənin müvəffəqiyyəti böhranın əlamətlərinin başlanmasının vaxtında hiss edilməsindən asılıdır.

Böhranın əlamətləri hər şeydən əvvəl onun tipoloji məsuliyyəti, yəni ölçüləri, problemliliyi, kəskinliliyi, inkişaf sahəsi, səbəbləri, mümkün nəticələri və özünü göstərmə fazaları(dövrləri) ilə bağlıdır. Böhranın hiss edilməsində problemlərin qarşılıqlı əlaqələrinin qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Belə qarşılıqlı əlaqənin olması və onun xarakteri, böhranın təhlükəsi və onun xarakteri haqqında çox şey deyə bilər. Sosial-iqtisadi sistemin idarəedilməsində, antiböhranlı inkişafın manitorinqi də fəaliyyət göstərməlidir. Bu antiböhranlı idarəetmə kriteriyalarına uyğun olaraq, proseslərin izlənilməsi və onların inkişafına nəzarət deməkdir.

Hiss etmə idarəetmədə istifadə edilən göstəricilər üzərində qurulduğu kimi, həm də gələcəkdə işlənməsi lazım olacaq (xüsusi, ixtisaslaşmış) göstəricilər üzərində qurulur. Məs: əmək məhsuldarlığının və ya istehsalın səmərəliliyinin azalması, böhranın yaranacağından xəbər verməyə bilməz. Bu hal təsadüfi və epizodik (keçici) də ola bilər, lakin böhranın inkişafı haqqında da xəbər verə bilər.



Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə