Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Böhran vəziyyətlərində insan amili



Yüklə 47,04 Kb.
səhifə4/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzular-metn

Böhran vəziyyətlərində insan amili.

Böhran, sosial – iqtisadi sistemdə obyektiv hadisədir. Bu onunla izah olunur ki, sosial iqtisadi sistemin fəaliyyəti və inkişafının əsasında, öz hərəkətləri ilə özünün idarəetmə

sahəsini genişləndirməyə çalışan, başqa sözlə, idarə oluna bilməyən prosesləri azaltmağa çalışan insan fəaliyyəti dayanır. Bu istəyinə insan müəyyən qədər nail də

olur. Ola bilər ki, bizim dövrümüzdə baş verən böhranlar idarəetmənin qeyri təkmilliyini, biliklərin azlığını və insan cəmiyyətinin inkişaf səviyyəsini xarakterizə edir. Odur ki, gələcəkdə insan cəmiyyəti sosial-iqtisadi sistemin inkişaf tendensiyaları içərisində böhranlarin baş verməsini aradan qaldıra biləcəkdir. Buna baxmayaraq cəmiyyəyin inkişaf tarixi, böhranlara qalib gəlməyin qeyrimümkünlüyünü göstərir, hətta bir çox hallarda “insanın fəaliyyəti” böhranın yaranma səbəbi və onun mənbəyi kimi şıxış edir.

İnsanın maraqları onun qeyri – bərabər və qeyri – mütənasib dəyişən maraqları və istəklərinin ödənilməsinə yönəldilmişdir. Bu maraqlar nəinki ayrı-ayrı adamlarda, hətta bütöv bir sosial quruplar və cəmiyyətin siniflərində çox vaxt toqquşmalar və əksliklər yaradır. Maraqların müxtəlifliyi və onların qeyribərabər dəyişmələri böhranların yaranmasına imkan verməklə, həm də onları zəruri edir. Məhz bu səbəb sosial iqtisadi sistemlərdə böhranların əsasını təşkil edir. Bir çox hallarda təbiət hadisələrindən siyasi məqsədlərlə istifadə edərək, onların siyasi və sosial iqtisadi böhranlara çevrilməsi hadisələri də məlumdur.

İnsan maraqlarının dinamikası və qarşılıqlı istəkləri ilə mütləq idarəetmə mümkün deyildir. Çünki insan maraqları sisteminə azadlıq, demokratik idarəetmə, müstəqillik və özfəaliyyət kimi istəklər də aiddir. Bu maraqlarla bir çox digər maraqlar da bağlıdır və məhz insan maraqları üzərində səmərəli idarəetmə qurulur. Sosial iqtisadi sistemlər inkişaf etdikcə, antiböhranlı idarəetmədə insan amillərinin rolu kəskin hiss edilməyə başlayır, bu isə böhranı sadəcə aradan qaldırmağa, dəlicəsinə müqavimət göstərməyə yox, onu əvvəlcədən görməyə, hiss etməyə, vaxtında və mümkün qədər ağrısız aradan qaldırmağa yönəlir. Antiböhranlı idarəetmə, tamamilə

böhranın yox olması demək deyildir, bu elə böhranların olmasıdır ki, onlar insan maraqları daxilində müsbət inkişafa zəmin yaradır. Yalnız insanın məqsədləri və uzunmüddətli maraqları ola bilər. Məhz bu məqsədlər və maraqlar böhranı hiss etməyin və aradan qaldırmağın əsas səbəbləri kimi çıxış edir.


Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə