Antiböhranlı idarəetmədə imkanlar, zərurətlər və problemlər.
Yuxarıda deyildiyi kimi böhranın baş verməsi hər zaman mümkündür. Yəni idarəetmə zamanı həmişə sosial – iqtisadi sisetmin tsiklik (dövrü) inkişafında risk mövcud olub, idarə edilə bilən və idarə edilə bilməyən proseslərin nisbətinin dəyişməsi baş verə bilir.
Sosial - iqtisadi sistemdə idarəetmədə hər zamanı müəyyən mənada anti böhranlılıq xarakteri mövcud olmalıdır.
Antiböhranlı idarəetmə - müəyyən mənada böhran təhlükəsini əvvəlcədən görə bilən, onun siptomlarını təhlil etməyi bacaran, böhranın mənfi nəticələrini azaltmağı və onun amillərindən gələcək inkişaf prosesində istifadə tədbirlərini nəzərdə tutan idarəetmədir
Antiböhranlı idarəetmənin problemləri geniş və çoxşaxəlidir. Bu promlemləri dörd əsas qrupa bölmək olar:
Birinci qrup - böhran qabağı vəziyyətin hiss edilməsi problemidir. Böhranın ilk görüntülərini aşkara çıxarmaq ,onun xarakterini başa düşmək və böhranın başlanmasını
vaxtında görə bilmək asan iş olmayıb,böyük bacarıq və təcrübə tələb edir.
İkinci qrup problemlər antiböhranlı idarəetmədə müəssisə fəaliyətinin əsas steraları ilə əlaqədardır. Bu ilk növbədə müəssisə fəaliyyətinin metodoloji problemləridir. Onların həlli prosesində idarəetmənin əsas məqsədləri formalaşdırılır, böhran şəraitində idarəetmənin yolları, vasitə və metodları təyin edilir. Bu qrup maliyyə-iqtisadi xarakterli problemləri özündə birləşdirilir.
Üçünçü qrup problemlərə, antiböhranlı idarəetmə zamanı idarəetmə texnologiyalarının dəyişdirilməsi (diversifikasiyası) problemlərini aid etmək olar. O, böhran halında sosial-iqtisadi sisteminin davranış tərzi variantlarını, vacib informasiyanın axtarılması və idarəetmə qərarlarının işlənməsini, ümumi halda böhranın proqnozlaşdırılması problemlərini əks etdirir.
Dördüncü qrup problemlər idarəetmə heyətinin seçilməsi (seleksiya) və münaqişələrlə bağlıdır.Bu problemlər hər zaman böhranla müşayət olunan antiböhran tədbirlərinin
investisiyalaşdırılması,müflisləşmə və müəssisənin sağlamlaşdırılması kimi problemləri əhatə edir.
Antiböhranlı idarəetmənin tərkibinə nəzər saldıqda, burada, ümumi idarəetmə ilə yanaşı yalnız bu idarəetməyə aid olan spesitik xarakterli problemlərin olduğunu da görərik ki,bu hal xüsusi tip idarəetmə adlandırıla bilər.
Dostları ilə paylaş: |