Mövzunun pasportu



Yüklə 19,01 Kb.
tarix17.11.2018
ölçüsü19,01 Kb.

Mövzunun pasportu

Dissertantın S.A.A.

TOĞRUL İSA OĞLU KƏRİMLİ


Dissertasiya işinin adı (3 dildə)

AZ

UÇUŞ APARATLARININ QEYRİ-STASİONAR NAVİQASİYA İDARƏETMƏ SİSTEMİ

RU

НЕСТАЦИОНАРНАЯ НАВИГАЦИОННАЯ СИСТЕМА УПРАВЛЕНИЯ ЛЕТАТЕЛЬНЫХ АППАРАТОВ

İNG

NON-STATIONARY NAVIGATION CONTROL SYSTEM OF AIRCRAFTS


İxtisasın şifri

3324.04

İxtisasın adı

«Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı»

Mövzunun aktuallığı

Uçuş aparatları (UA) uçuşların təhlükəsizliyinin təminində insan amilindən sonra ikinci təşkiledicidir. UA ona xas olan texniki, etibarlılıq, istismar xüsusiyyətlərə malik kompleks maşındır və UA-nın layihələndirilməsi mərhələsində etibarlılığın zəruri meyarları işlənərkən uçuşların təhlükəsizliyinin əsas hissəsinin təməli qoyulur.

Hesablama texnikasının (HT) tətbiqi ilə təyyarə və pilotsuz uçuş aparatlarının uçuş-texniki xarakteristikalarını təyin edən sistemlərin keyfiyyəti yaxşılaşmış, həmçinin uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsi əldə olunmuşdur.

Hal-hazırda keyfiyyətcə yeni sistemlərin və idarəetmə üsullarının, sensor və çeviricilərin, ilkin informasiya cihazları və unifikasiya edilmiş HT vasitələrinin nüfuz edilməsi ilə xarakterizə edilən UA-nın təkmilləşdirilməsi «intellektual» təyyarələrin yaradılması mərhələsinə qədəm qoyur.

Statistikaya əsasən ümumi təyinatlı aviasiya qəzalarının 5-10% fəza istiqamətlənməsinin pozulması nəticəsində baş verir, və bunların da 90% faciəvi sonluqla nəticələnir. Ona görə də alternativ bort metod və vasitələrlə kren və tanqaj parametrlərinin ölçülməsi, həmçinin onların vizual və səs siqnalizasiyası ilə pilotları xəbərdar etməsi uçuşların təhükəsizliyinin ən aktual məsələlərindən biri hesab olunur.

Avtomatik idarəetmə sistemlərinin etibarlılığı bir çox amillərlə müəyyən edilir ki, bunlardan biri də ilkin informasiya mənbələrinin dəqiq quraşdırılmasıdır. Bu xüsusi olaraq, daha çox dinamik yüklənmələrə məruz qalma nəticəsində ilkin mexaniki bərkitmə və quraşdırma vəziyyətləri pozulan akselerometr və giroskoplara aiddir.

Qitələrarası uçuşları yerinə yetirərkən ölçülən kəmiyyətlərin informativliyini və doğruluğunu artırmaq üçün pilotaj və naviqasiya parametrlərinin aerometrik metodla ölçülməsi böyük əhəmiyyət kəsb edir. Məsələn, əgər UA-nın uçuşu naviqasiya peyklərindən gələn siqnalların, həmçinin yerüstü idarəetmə sistemlərinin olmadığı (belə hallar okeanın, qütblərin, hündür dağ silsilələri üzərindən uçuşları yerinə yetirərkən baş verir) şəraitdəicra olunursa, hava gəmisinin (HG) idarə edilməsi avtonom inersial sistemlə yerinə yetirilir ki, bu da dəqiqliyə və etibarlılığa görə onun üzərinə əlavə tələblərin qoyulmasına səbəb olur.




Mövzunun vəziyyəti

Müxtəlif tipli bir sıra hava siqnalları sisteminin (HSS), həmçinin beşinci nəsil hərbi (F-22, F-35) və müasir mülki hava gəmilərində (Embraer ERJ-170/190, Airbus A-350, А-380) müvəffəqiyyətlə istifadə edilən «Goodrich» və «UTC Aerospace Systems» şirkətlərinin yüksək texnoloji HSS-nin konstruktiv, funksional və istismar xüsusiyyətlərinin təhlili əsasında məlum olmuşdur ki, aerometrik metodla kren, tanqaj, vurnuxma və yan sürətlərin ölçülməsi yerinə yetirilmir.

Pilotsuz uçuş aparatlarının (PUA) uçuşunun stabilizasiya məsələləri, ilk növbədə PUA-nın küləyə və turbulentliyə olan həssaslığının, PUA-nın sürətini artırmadan dayanıqlığın və eyni zamanda manevr qabiliyyətinin artırılması ilə əlaqədardır. Lakin kosmik aparatlarda tətbiq edilən reaktiv korreksiya mühərriklərinin qısamüddətli iş rejimlərinin mövcudluğu və üfüqi uçub-qalxmaya malik kiçik ölçülü PUA-nın manevri zamanı vintin fırlanma istiqamətinin nəzərə alınmaması səbəbindən bu məsələlər axıra qədər həll olunmamışdır.

Beləliklə, UA-nın uçuşlarının təhlükəsizliyinin və PUA-nın məsafədən idarə olunmasının təmini üçün əsas aktual məsələlərdən aşağıdakıları qeyd etmək olar: uçuşların avtomatik idarə edilməsi və nəzarəti sistemlərinin ilkin informasiya mənbələrinin etibarlılığının artırılması; pilotaj-naviqasiya və ətraf mühitin parametrlərinin informativlik və müşahidə qabiliyyətinin səviyyəsinin artırılması; uçuşun qeyri-stasionar rejimlərində stabilizasiya sistemlərinin işləmək qabiliyyəti.

«Uçuş aparatlarının qeyri-stasionar naviqasiya idarəetmə sistemi» adlı dissertasiya işi pyezoelektrik akselerometrlərin (PA) konstruksiyalarının təkmilləşdirilməsinə, rəqəmli hava siqnalları sistemi (RHSS) vasitəsilə pilotaj-naviqasiya parametrlərinin informativlik və müşahidə qabiliyyətinin artırılmasına, PUA-nın giroskopik stabilizasiya sistemlərinin, kütlə və mərkəzlənməyə avtomatik nəzarət sisteminin təkmilləşdirilməsi ilə uçuşların idarə olunmasında təhlükəsizliyin yüksəldilməsinə həsr olunmuşdur.



Həlli tələb olunan məsələlər



  1. Uçuşların təhlükəsizliyi sisteminin, ilkin informasiya sistemlərinin, uçuşun avtomatik idarə olunmasında və HSS-nin qurulmasında təkmilləşdirilmənin əsas problemlərinin analizi.

  2. Yeni işlənmiş PA, onun tədqiqi, statik və dinamik xarakteristikalarının modelləşdirilməsi.

  3. Uçuş heyətini UA-nın kren və tanqaj bucaqlarının təhlükəli hədd qiymətləri haqqında vizual və səs siqnalizasiyası formasında xəbərdaredici informasiya ilə təmin edən, gövdəsində diferensial sxemli PA-nın quraşdırıldığı universal mayeli bucaq göstəricisinin işlənməsi;

  4. Təkmilləşdirilmiş RHSS-nin alqoritmlərinin işlənməsi, tədqiqi və modelləşdirilməsi.

  5. Giroskopik effektdən istifadə etməklə PUA-nın stabilizasiya və manevr qabiliyyətini artıran qurğunun işlənməsi.

  6. Ətalət momenti tənzimlənən girostabilizatorun tədqiqi, statik və dinamik xarakteristikalarının modelləşdirilməsi.

  7. PA-nın avtomatik ilkin uzlaşma sisteminin işlənməsi.

  8. Mexaniki harmonik həyəcanlandırıcı təsirə qarşı dayanıqlığı təmin edən avtomatik sistemin işlənməsi, tədqiqi və modelləşdirilməsi;

  9. UA-nın ağırlıq mərkəzinin sürüşməsi nəzərə alınmaqla uzununa hərəkətin stabilizasiya sisteminın tədqiqi.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə