Mrmg №21 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 414,6 Kb.

səhifə1/10
tarix04.02.2018
ölçüsü414,6 Kb.
  1   2   3   4   5   6   7   8   9   10


  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

1

M



üvəkkil

№ 21 


10 oktyabr 

2015


VƏTƏNDAŞ CƏMİYYƏTİ - CƏMİYYƏT MARAĞI

GÜRCÜSTANIN BARIŞ VƏ VƏTƏNDAŞ 

BƏRABƏRLİYİ MƏSƏLƏLƏRİ 

ÜZRƏ DÖVLƏT NAZİRİ PAATA 

ZAKAREİŞVİLİ: “GÜRCÜSTANDA 

FƏALİYYƏT GÖSTƏRƏN 

AZƏRBAYCANDİLLİ MƏKTƏBLƏR HEÇ 

VAXT BAĞLANMAYACAQ”

CƏNAB NAZİR, 180 

AZƏRBAYCANDİLLİ MƏKTƏBLƏRDƏN 

CƏMİ 120 MƏKTƏB QALIB, 60 

MƏKTƏB LƏĞV OLUNUB.

BƏLİ, MƏKTƏBLƏR BAĞLANMIR, 

BALA BALA LƏĞV OLUNUR!!!

Vaqif  Əkbərov,Müsəlman  idarəsinin  keşmiş  şeyxi,  DİN-in  Modul  de-

yilən idarəsinə çağırdılar və məcbur etdilər ki, getməyim barədə ərizə 

yazım . Mən ümumiyyətlə məscidə və mollalığa əlvida deməli idim. 

Jurnalist – Xüsusi xidmət əməkdaşları Tbilisi məscidində 22 il xidmət 

edən şeyxin əlindən hər şeyi, o cümələdən vaziliyi də aldılar. 

V. Əkbərov: “Bu hakimiyyət, bu liderlər, bu rəhbərlər gəlirlər, gedirlər. 

Din, Allah qalır və mən Allahadan başqa heç kimdən qoruxmuram. Mən 

bu hakimiyyətlə, DİN-lə tək mübarizə aparsam, onlar çox şeyə gedər-

lər. Mən dindar adamam, mənim mübarizəm söz, dua və səbrdir”. 

Jurnalist-  Şeyxlikdən  getməyi  DİN-in  yüksək  vəzifəliləri  V.  Əkbərova 

bir  il  əvvəl  təklif  ediblər,  əvəzində  bildiriblər  ki,  bu  barədə  jurnalist-

lərə heçnə deməsə ona yüksək vəzifə və maaş verəcəklər. “Modul”-

dan çıxandan 10 gün sonra onunla telefon əlaqəsi yaradıb “Samqori” 

metrosu yanındakı binaya çıxarılıblar. Həmin yerə gedən şeyx lövhəni 

oxuyanda təəccüblənib: molla hara, neft və qaz hara?

V. Əkbərov- Liftlə üçüncü mərtəbəyə qaxdıq, 3-4 nəfər idilər. Şəxsiyyət 

vəsiqəsi aldılar, bildirdilər ki, sabah gəlib bank kartınızı alarsınız. İşə 

gəlməyəcəksiniz, sadəcə, ayda bir dəfə bankomatdan aylıq və 200 litr 

yanacaq alacaqsınız. Minnətdarlıq bildirib geri qayıtdım.

BU HAKİMİYYƏT, BU LİDERLƏR, BU RƏHBƏRLƏR GƏLİRLƏR, GEDİRLƏR

DAVAMI 8-ci SƏHİFƏDƏ



2

  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

ürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir 

qrup Qeyri Hökümət Təşkilatı və jurnalsit təşkilatla-

rı Azərbaycan  Jurnalist  Qadınlar Assosiasiyasının 

prezidenti,  İctimai  Televiziyanın  Yayım  Şurasının 

üzvü Sevil Yusifovanı təltif ediblər.

Bu siyahıya Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” 

koalisiyası, Milli Azlıqların Monitorinq Qrupu,Yer və İnsan jur-

nalı,  Müvəkkil  qəzeti,  və  Azərbaycanda  fəaliyyət  görsədən 

Müvəkkil  Hüquq  Mərkəzi,  “Şəmsi  Əsədullayev”  xeyriyyə  icti-

mai birliyi, Hüquq mədəniyyəti jurnalı və s. daxildir. Bu barədə 

AzNews.az-a məlumat verən hüquqşünas Səməd Vəkilov bil-

dirib ki, təşkilat komitəsində Gürcüstan və Azərbaycanda fəa-

liyyət görsədən bir sıra qeyri hökumət təşkilatları və jurnalist 

qurumları təmsil olunub. O cümlədən, “Azərbyacan Evi” Qeyri 

Hökümət təşkilatları koalisiyasınin kordiantoru (həmin koalisi-

yaya ondan artıq QHT daxildir) Milli Azlıqları Monitorinq Qrupu 

təşkilatının  rəhbəri  Müvəkkil  qəzetinin  baş  redaktoru,  hüquq 

müdafiəçisi Elbrus Məmmədov, Yer və İnsan jurnalının Baş re-

daktoru, politoloq İsmayıl Qasımov, “Şəmsi Əsədullayev” Xey-

riyyə təşkilatının sədr müavini Cəsarət Huseynzadə, həmçinin 

Müvəkkil  Hüquq  Mərkəzinin  sədri  və  “Hüquq  mədəniyyəti” 

jurnalının Baş redaktoru kimi Səməd Vəkilov təşkilat komitə-

sində yer alıblar. Sevil Yusifova “Gürcüstan-Azərbaycan” dost-

luq münasibətlərinin inkişafındakı xidmətlərinə və Azərbaycan 

həqiqətlərinin gürcü mətbuatında uğurla işıqlandırılmasına və 

Azərbaycanda marifçilik işinin fəal şəkildə həyata keçirməsinə 

görə təltif edilib. Yaxın vaxtlarda mükafatın təqdimat mərasimi 

keçiriləcək.

Sevil Yusifova 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bi-

tirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun 

aspiranturasına qəbul olub. Disertasiya işi “Abbas Tufarqanlı-

nın mühiti və yaradıcılığı” olub. 1999-cu ildə AMEA-nın Nizami 

adına  Ədəbiyyat  institutunun  aspiranturasını  bitirib.  1994-cü 

ildə  “525-ci  qəzet”də  müxbir  kimi  işə  başlayıb.  Ondan  sora 

müxtəlif mediya orqanlarında (“Ekskuliziv” informasiya agentli-

yində, “Yeni Azərbaycan”, “Panorama”, “Gündəlik Azərbaycan” 

qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr 

üzrə redaktor vəzifələrində çalışıb. AzTV, GünazTV, ELTV ilə 

əməkdaşlıq  edib.  “İşgüzar  qadın”,  “Gender”  proqramlarının 

müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi “Ruh” 

AJMK-da  monitorinq  qrupun  rəhbəri  olub.  2006-ci  ildə Azər-

baycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. 

Bu günə kimi bu vəzifəni icra edir. 22 iyul 2010-cu ildə Azər-

baycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  “Azərbay-

can milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” 

medalı ilə təltif edilib. 19 dekabr 2012-ci ildə Milli QHT Foru-

mun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. “Zərif 

imzalar”, “Elegant Signatures”, “Mübariz yol” kitablarının tərti-

bçisi, “Media və Hüquq” kitabının redaktorudu. İki yüzdən çox 

layihəyə rəhbərlik edib:

“Gənclər  hər  cür  zorakılığa  qarşı”,  “Qadın  sağlamlığı.  Rea-

bilitasiya”,  “Tariximizi  öyrənək”,  “İstanbulda  Xocalı  harayı”, 

“Hepatitlə mübarizə aksiyası!”, “Ukraynanın gündəminə Azər-

baycan həqiqətlərini gətirək”, “Qafqaz evi və ermənilər”, “Ge-

nofondumuzu qoruyaq!”, “Uşaq mətbuatı bu gün: problemlər, 

perespektivlər”, “Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq 

Türk Əlifbası və Ortaq Türk Ədəbi dili”, “Şərqdə ilk demokratik 

Respublika. Azərbaycan qadını” və s. “I Respublika Jurnalist 

Qadınların Forumu”nun təşkilat komitəsinin sədri olub. 

İTV-NİN 


YAYIM ŞURASININ ÜZVÜ TƏLTİF EDİLDİ 

əyinsə  banisi  olmaq,  əsasını  qoymaq   hər  zaman 

çətindir. Özünə qarşı apriori qərəzli və şübhəli mü-

nasibət görürsənsə, bu, ikiqat çətinlik yaradır. Azər-

baycan çar Rusiyasının  tərkibində olarkən məhz bu 

cür münasibətlə üz-üzə idi. Azərbaycanda peşəkar teatr da 

məhz  tatar  xalqına  (o  zaman  azərbaycanlılar  belə  adlan-

dırılırdı) münasibətin birmənalı olmadığı, hökumətin icazə-

dən çox qadağa qoyduğu şəraitdə yaranıb. Lakin o, zəngin 

ənənələr sayəsində müsəlman Şərqində Avropa tipli ilk te-

atra  çevrilə  bildi.

ZƏNGİN  İRS

Teatrın  yaranması  Azərbaycan  xalqının  mədəniyyətinin 

vacib  mərhələlərindən  biridir.  Bu  yaxınlarda  Azərbaycan 

Prezidenti  Dərbənddə  XIX  əsrdə  yaradılmış  Azərbaycan 

Dövlət Dram Teatrının binasının yenidən qurulması haqda 

sərəncam imzalayıb. Lakin İrəvandakı Azərbaycan teatrının 

daha öncə - XVIII əsrdə yaradıldığını yada salmaq yerinə 

düşər. Tiflisdə də Avropa tipli Azərbaycan teatrı ilk yaradı-

lan  teatrlardandır.  Bu,  bütünlükdə  Cənubi  Qafqaza  aiddir. 

Bütün bunlar azərbaycanlılara Şərqdə Avropa tipli ilk teatrın 

yaradıcısı olduqlarını söyləməyə, bu ada iddia etməyə əsas 

verir.  Bəlkə  bu,  UNESCO-ya  müvafiq  ərizə  ilə  müraciət 

olunması üçün əsasdır?

Bu gün bir məqamı anlamalıyıq ki, zəngin tarixin daşıyıcısı 

olmaq müasir  Azərbaycan teatrının vəziyyəti ilə bağlı üzə-

rimizə daha böyük məsuliyyət qoyur. Etiraf etmək lazımdır 

ki,  “doğuluş  və  inkişaf”  o  qədər  də  asan   keçməyib. Axı, 

Azərbaycan  teatrının  formalaşması  ciddi  ruslaşdırma  təz-

yiqi altında baş verib. Müxtəlif mədəniyyətlərin görüşdüyü 

səhnənin - teatrın əhəmiyyəti o zamankı rus hökuməti tərə-

findən rus musiqisinin, dilinin və mədəniyyətinin təbliği ilə 

kifayətlənirdi. Bunun qarşılığında azərbaycanlı teatr həvəs-

karları  görkəmli  yazıçılar  Mirzə  Fətəli  Axundovun,  Nəcəf 

bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin və digərlə-

rinin əsərlərini səhnələşdirirdilər. Nəticədə, Azərbaycan te-

atrı tədricən həvəskar səviyyədən peşəkar səviyyəyə  yük-

sələ bilmişdi. 

İLK TAMAŞALAR

“XIX  əsrin  ikinci  yarısında  -  XX  əsrin  əvvəllərində  Şimali 

Azərbaycandakı  vəziyyət  yeni  tipli  teatra  tələbatın  artma-

sına səbəb olmuşdu. Bunadək Azərbaycan teatrının ibtidai 

forması kimi xalqın əmək fəaliyyəti, dini və məişət ənənələ-

rilə bağlı mərasimlər, mahnılar, rəqslər nümayiş olunurdu. 

Onlarda  qədim  Azərbaycanda  xalq  teatrlarının  əsasını 

təşkil edən elementlərə rast gəlinirdi”, - deyə tarix üzrə fəl-

səfə  doktoru, Azərbaycan  Milli  Elmlər Akademiyasının A. 

Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Esmi-

ra  Vahabova  “R+”  jurnalına  açıqlamasında   bildirib.  Onun 

sözlərinə görə, Şimali Azərbaycanda Avropa tipli teatrın ya-

radılması üçün əsas 1850-ci ildə M.F.Axundovun Azərbay-

can dilində komediyalarının peyda olması ilə yaranıb. Onlar 

ilk  dəfə  Peterburqda  (1851)  və Tiflisdə  (1852)  rus  dilində 

səhnələşdirilmişdi. Azərbaycanda  milli teatrın yaradılması 

uğrunda  mübarizə  aparmış  şəxslərdən  biri  azərbaycanlı 

maarifpərvər Həsən bəy Zərdabi olub. O, hesab edirdi ki, 

məktəblərin və nəşrlərin açılması ilə yanaşı, teatrların yara-

dılması xalqın maariflənməsi baxımından önəmli hadisədir. 

Zərdabi çoxsaylı məqalələrində xalqda teatra maraq yarat-

mağa çalışır, onu təhsilə, mədəniyyətə səsləyirdi. Bu çağı-

rışlar xalq tərəfindən eşidildi və öndə gedən ziyalılar Bakıda 

milli  teatrın  yaradılmasının  vacibliyini  qəbul  etdilər.  “Milli 

teatr,  yeni  məktəblər,  ana  dilinin  və  mədəniyyətin  inkişafı 

uğrunda mübarizə, ümumilikdə, vahid prosesə çevrilmişdi. 

Prosesdə Azərbaycanın görkəmli maarifpərvərləri, teatr re-

jissorları da iştirak edirdilər. Misal kimi, Əhməd bəy Ağaye-

vin, Haqverdiyevin, Süleyman Sani Axundovun, Nəcəf bəy 

Vəzirovun, Sultan Məcid Murtuza-Əli oğlu Qənizadənin, Əli 

bəy  Hüseyn  oğlu  Hüseynzadənin  və  digərlərinin  adlarını 

çəkmək olar”, - deyə tarixçi bildirir.

Avropa  tipli  Azərbaycan  teatrının  yaradılması  və  inkişa-

fı  tarixinə  gəlincə,  milli  istorioqrafiyada,  bununla  bağlı, 

müəyyən  fikir  mövcuddur.  Azərbaycanlı  tədqiqatçı,  mu-

siqişünas-nəzəriyyəçi  Qubad  Qasımovun  sözlərinə  görə, 

1857-1858-ci illərdə Şamaxıda Müqəddəs Nina məktəbinin 

xeyrinə tamaşalar göstərilib və bu, tamaşaçılar tərəfindən 

böyük hərarətlə qarşılanıb. Lakin  söhbətin hansı tamaşa-

lardan getdiyi, hansı pyeslərin səhnələşdirildiyi, hansı mu-

siqilərdən  istifadə  edildiyi   bilinmədiyindən,  prosesin  baş-

lanğıcı 1857-ci il yox, 1873-cü il sayılır. Həmin il martın 21-

də (başqa məlumata görə, martın 23-də) real məktəbin  şa-

girdləri məktəbin müəllimi Həsən bəy Zərdabinin rəhbərliyi, 

N.Vəzirovun və A.Adıgözəlovun iştirakı ilə M.F.Axundovun 

“Sərgüzəşti-vəziri  xani-Lənkəran”  komediyasını  səhnələş-

diriblər.  Aprelin  28-də  isə  tamaşaçılara  “Hacı  Qara”  ko-

mediyası təqdim olunub. Bunu Azərbaycan teatrı tarixinin 

görkəmli biliciləri də təsdiqləyirlər.

QORİ  SEMİNARİYASINDAN BAKIYA

Milli teatrların yaradılmasında 1879-cu ildə açılmış Qori se-

minariyasının Azərbaycan bölməsinin məzunları da müəy-

yən  rol  oynayıblar.  “Teatr  hər  bir  şəhərdə  yaradılarsa,  o, 

mədəni həyatın önəmli amilinə çevrilə bilər. Milli teatr mə-

dəniyyəti bütöv bir teatrlar sistemindən formalaşır”, - deyə 

Mirzə Fətəli Axundov yazırdı.

XIX  əsrin  80-ci  illərinin  ortalarında  Nəcəf  bəy  Vəzirovun, 

Haqverdiyevin, Bədəl  Bədəlbəyovun iştirakı ilə Bakıda te-

atr işində canlanma baş verir. Şəhərdə gələcəyini teatrda 

görən  çox  sayda  həvəskar  aktyorları  birləşdirən  həmrəy 

teatr  kollektivləri  formalaşır.  “O  zaman  bir  çox  şəxsi,  ailə 

və  xidməti  maraqlar  teatra  qurban  verilib.  Dövlət  dəstəyi, 

maddi bazası, peşəkar kadrları olmayan, ruhanilər və rəsmi 

dairələr tərəfindən təqib olunan, məhrumiyyətlərlə üzləşən 

Azərbaycan  teatrı  buna  rəğmən,  təkmilləşmədən  qalma-

yıb”, - deyə E. Vahabova qeyd edir. 

Beləliklə, Azərbaycanın bir sıra şəhərlərində teatr truppaları 

yaradılmağa başlayır, həyatlarının mənasını teatrda görən 

yeni  yaradıcı  gənclik  üzə  çıxır,  tamaşaların  səhnələşdiril-

məsində iştirak edir, müxtəlif rolları oynayırlar. Teatr rəhbər-

ləri durmadan onun təbliğilə məşğul idilər. Bir faktı bunun 

göstəricisi saymaq olar: hər dəfə tamaşa başlamazdan əv-

vəl onun təşkilatçılarından və ya iştirakçılarından biri səh-

nəyə çıxaraq giriş nitqi söyləyir, teatrın kütlənin tərbiyələn-

məsindəki rolundan  danışırmış.

Teatrın  xalq  kütləsinin  tərbiyələnməsindəki  böyük  rolunu 

dərk  edən  Azərbaycan  ziyalıları  Şimali  Azərbaycanın  bir 

çox  şəhərlərində  tamaşaların  təşkilinə  başlayırlar.  Onlar 

Lənkəranda,  Şuşada,  Nuxada  (Şəki),  İrəvanda,  Qubada, 

Naxçıvanda,  Yelizavetpolda  (Gəncə)  müxtəlif  tamaşalar 

səhnələşdirirlər.  Həmin  ziyalıların  əksəriyyəti  tamaşalarda 

aktyor kimi də çıxış edirdilər. Tamaşalar yoxsul şagirdlərə, 

məktəblərə yardım xarakteri daşıyırdı.

MÜSƏLMAN ŞƏRQİNDƏ

İLK TEATRLAR

DAVAMI 10-CU SƏHİFƏDƏ





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə