Mrmg №21 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 414,6 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix04.02.2018
ölçüsü414,6 Kb.
#23879
1   2   3   4   5   6   7   8   9   10

  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

11

on  zamanlar  paradoksal  hal  müşahi-



də edilməkdədir. Bəzi mücərrəd müa-

sirlik  xəstəliyinə  tutulmuş  soydaşları-

mız tərəfindən Gürcüstandakı 100 illik 

ömürləri  olan  milli  məktəblərin  gürcü  mək-

təblərinə çevrilməsi çağırışları eşidilir. 

Bu azmış kimi, bununla bağlı Gürcüstan rəs-

milərinə  rəsmi  müraciət  edənlər  də  tapılır. 

Bəzi  dostlarımız  isə  təkidlə  gürcü  dilini  öy-

rənmənin  tək  yolunu  milli  məktəblərin  gür-

cüləşdirilməsində  görürlər.  Bu  mövzuya  bir 

daha qayıtmağı vacib hesab etdim. Bu yazı-

nı həm öz şəxsi fikrim, həm də, “Borçalı” Cə-

miyyətinin mövqeyi kimi qəbul edə bilərsiniz. 

Hər  bir  millətin  ən  böyük  sərvəti  onun  ana 

dilidir. Başqa dilləri bilmək daha çox millətlər, 

mədəniyyətlərlə əlavə ünsiyyətdə olmaq, öy-

rənmək, dərk etmək imkanları qazandırır və 

çox  vacibdir.   Amma  ana  dili  müqəddəsdir, 

ruhanidir,  milli  kimliyin  və  bütövlüyün,  şəx-

siyyət kimi formalaşmanın  təməlidir. 

Beynəlxalq  səviyyədə  hətta  ana  dilinə-milli 

dilin qorunması və inkişafı vacib hesab olu-

nur. Bunun üçün milli dillərə ehtiram əlaməti 

olaraq  21  fevral  tarixi  təqvimə  Beynəlxalq 

Ana  dili  günü  kimi  daxil  olmuşdur.  Dünya 

xalqları  hər  zaman  müqəddəs  dəyər  olan 

milli  dillərinin  saxlanılması,  qorunması  və 

inkişafı  haqqında  düşünmüş  və  mübarizə 

aparmışlar.  Yaşadığımız  sovetlər  birliyində 

yazışmaların,  iclasların,  ünsiyyət  dilinin  rus 

dilində olmasının verdiyi fəsadlar bu gün də 

hiss olunmaqdadır. Sovetlər birliyinin  dağıl-

masına baxmayaraq gözəl, poetik Azərbay-

can  türkcəsində  yaranmış  deformasiyalar-

dan,  dialektimizdə,  gündəlik  ünsiyyətimizdə 

dilimizin gözəlliyini pozan rusdan qalma alaq 

otlarından təmizlənə bilmirik. Bu gün  yazılı 

və şifahi nitqdə çətinliyi olanlar bəraət üçün 

özlərini rus dilli və ya rus dilində təhsil alma-

ları ilə sığortalamağa çalışırlar.Yad dil və yad 

aura şübhəsiz ki, məişətimizə, xarakterimizə 

təsirsiz qalmamışdır.  Bu gün də bəzilərimi-

zin  nicatımızı  qanımıza  susamış  Kremldə 

axtarması  da bununla bağlıdır. Dost və düş-

mənin ayırd olunmasında zorlanırıq.  

Və  yaxud  da  Güney  Azərbaycan  timsalın-

da  milli  məktəbləri  olmayan,  farslaşdırılmış 

Azərbaycan  türklərinin  dialektinə,  ünsiyyət 

və yazı dilinə fikir versək, milli dilin, onun qo-

ruyan milli məktəblərin nə qədər vacib oldu-

ğunun fərqində ola bilərik. Bu gün  İranda 35 

milyon  azərbaycan  türkü  milli  məktəblərin-

dən məhrum olaraq, hansı üstünlüklər əldə 

edə bilib? Danışıq və yazı dilində deformasi-

yalar faciəvi dərəcədədir. Sovetlər dönəmin-

dən  sonra  Şimali Azərbaycanda  ədəbi  dilin 

varlığı və diaqlekt zənginliyini milli məktəblə-

rin varlığında aramaq gərəkir. Bu gün Güney 

Azərbaycan insanının milli məktəblər açmaq 

davası  apardığı  halda,  qonşu  Gürcüstanda 

milli  məktəblərin  bağladılması  təşəbbüsləri-

nin nə qədər absurd olduğunu görə bilərik. 

Və  yaxud  Muxranda,  Msxeta,  Kaspi  bölgə-

sində  təhsilin  tam  gürcücə  olduğu  yerlərdə 

azərbaycan  dialektinin  hansı  eybəcər  günə 

düşdüyünü  görmək lazımdır.  Gürcü dilində 

təhsil  almış  və  o  aurada  yaşayan  insanlar 

gürcücə ünsiyyətdən başqa nəsə böyük üs-

tünlüklər qazana bilməyiblər. Hətta dilin de-

formasiyası  o  dərəcədə  güclüdür  ki,  25  ilə 

qədər Azərbaycanla sıx əlaqədə olan, gürcü 

təhsilli insanlarımız öz fikirlərini azərbaycan 

dilində ifadə etməkdə kifayət qədər zorlanır-

lar. 


Çox nümunələr gətirmək olar. Ən bariz nü-

munələrdən biri Gürcüstanın özüdür. Dünya-

da  cəmi  5  milyonun  oxuya  biləcəyi  əlifbası 

var. Dünyaya inteqrasiya olunmaq, dünyanı 

başa  düşmək  üçün  latın  qrafikasına  niyə 

keçmədilər?  Ona görə ki, o onlarındır, doğ-

madır, milli dəyərdir, haqlı olaraq gürcü əlif-

basının, gürcü dilinin toxunulmazlığını təmin 

edirlər, öz əski əlifbalarını qürur duya- duya, 

sevə-sevə mühafizə edirlər. Azərbaycan  ki-

rildən  latına qrafikasına keçəndə bizimkilər 

az qala üsyan etmək istəyirdilər. Düşünürəm 

ki,  Gürcülərin  düşüncəsi  belədir  –  biz   gür-

cülər  bir-birimizi  anlayaq,  oxuyaq, öyrənək- 

bu təməl üçün yetərlidir. Bu millətə bərəkal-

lah düşür. Bu, bəzilərinin təhrif etdiyi kimi nə 

şovinizm, nə də inkarçı milliyətçilik deyil. Bu 

genetik yaddaşa, ululara, tarixə və nəhayət 

milli  dəyərlərə  böyük  ehtiramdır.  Bəşəri  ol-

maq, Allahı tanımaq, sevmək də özünüdərk-

dən keçir. Gürcü bunun klassik nümunəsidir. 

Eşq olsun gürcü millətinə!.

Paradoksal hal ondan ibarətdir ki, Gürcüstan 

həm də dünyanı öyrənir, ingilis, rus, fransız, 

alman dilini öyrənir. Bəlkə də hər bir gürcü 

ingilis dilini bilir. Bunun üçün milli gürcü dilli 

məktəblərin bağlaması kimi sərsəm fikir heş 

kəsin  ağlına  beyə  gəlmədi.  Çünki  hədəfləri 

bəlli olan, dəyərləri mütləq olan, strateji plan-

lı millətdir. Təsadüfi deyil ki, bu gün Gürcüs-

tan bölgədə, bütövlükdə postsovet məkanın-

da demokratiya örnəyidir. Dünyaya səpələn-

miş gürcülərə sahib çıxır. Onlara gürcü dilini 

öyrədir. Bu yaxınlarda Türkiyə Cumhuriyyə-

tində gürcülərin kompakt yaşadığı bölgələr-

də gürcü məktəblərinin açılmasına və gürcü 

dilinin tədrisinə nail oldular və onlar kimi mən 

də sevinənlər arasında oldum. Gürcüstanın 

Azərbaycandakı  gürcülərə  ayırdığı  diqqət, 

gürcü  məktəblərinin,  milli  mədəniyyətin  in-

kişafı  istiqamətində  səylərini  yalnız  alqış-

layıram.  Bir  millət  dilinə,  mədəniyyətinə, 

dəyərlərinə sahib olursa, onu qoruyursa, uca 

millətdir.  Yoxsa…palanı  döyəcləməyin  adı 

yoxdur. 

Gürcüstanda milli məktəblərin yaranma tarixi 

120 ildən o tərəfə keçmir. Ondan əvvəl ruha-

ni  məktəblər,  mirzələr,  fərdi  öyrətmənlər  və 

mollalarla uşaqlarımıza təhsil vermişik. Eyni 

zamanda,  gürcülərlə  inteqrasiya  problemi-

miz  olmayıb.  O  dövrün  Borçalı  insanı  Gür-

cüstanda  layiqli   şəxsiyyətləri  ilə  millətimizi 

təmsil etmiş, bu dövlətin, onun mədəniyyəti-

nin, ortaq dəyərlərinin formalaşmasında mü-

hüm rol oynamışlar. 

Sovetlər birliyində ortaq ünsiyyət dili rus dili 

idisə, indi  tələbata uyğun azad dil seçimi im-

kanları artmışdır. Hər kəs istədiyi dildə təh-

sil  almaq  azadlığına  malikdir.  Kimsə  gürcü 

məktəbində və ya başqa dildə  təhsil almaq 

istəyirsə, bu onun seçimidir. Buna ehtiramlı 

olmaq hər kəsin borcudur. Daha ideal yollar 

olduğu halda hədəfin borçalı türklərinin milli 

məktəblərinin  seçilməsi  anlaşılan  deyil.  Bu 

dezinteqrasiya cəhdindən başqa bir şey de-

yildir. Bu bölgədə daim gərginlik ocağı yarat-

maq istəyən dairələrin maraqlarına hesabla-

nan məkrə daha çox oxşayır. Unudulmama-

lıdır ki,  bölgədə gürcü və türk dilləri avtoritet 

dillərə  çevrilib.  Bu  dönəmdə  ortaq  ünsiyyət 

dili  və  ya  hər  iki  dilin  qarşılıqlı  öyrədilmə 

metodologiyasında  yeniliklər  üzərində  dü-

şünülməlidir.  Gürcüstan  bu  sahədə  bir  sıra 

mühüm addımlar atdı. Belə ki, Gürcüstan ali 

məktəblərində  2000  nəfərə  yaxın  soydaşı-

mız müxtəlif universitetlərdə təhsil alır. Apa-

rılan islahatlar bəhrəsini verdi.  Sübut olundu 

ki, əgər istək olarsa, daha gözəl yollar seç-

mək imkanları mövcuddur.  Bu cəsarətli ad-

dım  göstərdi  ki,  gürcü  dilini  öyrənmənin  və 

ya öyrətmənin yolu, yalnız milli azərbaycan 

məktəblərini  bağlamaqdan  və  ya  gürcüləş-

dirməkdən  keçmir.  Sadəcə, Azərbaycan  və 

Gürcüstan  siyasi  iradə  nümayiş  etdirməli, 

millətlərin,  dillərin,  dinlərin,  mədəniyyətlərin 

birgəyaşayışının  ən  optimal  variantını  tap-

malıdırlar. 

Bu problem həm də Azərbaycanda yaşayan 

gürcülərə də aiddir. Azərbaycanda yaşayan 

gürcülər varlığımızın bir parası olmaqla, on-

ların  öz  dillərində  təhsil  almalarına,  öz  kül-

türlərini  inkişaf  etdirmələrinə,  Azərbaycan 

cəmiyyətində  imkanları  səviyyəsində  təm-

sil  olunmalarına  imkan  yaratmaq,  həm  də, 

Azərbaycan dövlətinin borcudur. 

Cürcüstandakı soydaşlarımızın layiq mövqe 

tutmalarının  təməlində  Gürcüstanın  mütləq 

unitarlığı  içərisində  vətəndaş  hüquqlarının 

təminindən  ibarətdir.  Bunun  üçün  toplumu 

öz kökündən ayrılmış kütləyə çevirəcək milli 

məktəblərin  gürcüləşdirilməsi  iddaları  bir-

dəfəlik gündəmdən çıxmalıdır. Gürcüstan si-

yasi elitası və bütövlükdə cəmiyyət bu toplu-

ma dəyər kimi baxmalı, onun təməlli toplum 

olaraq inkişafına çalışmalı, o cümlədən gür-

cü  dilinin  öyrədilməsi  istiqamətində  padikal 

addımlar atmalıdır. 

Bir zamanlar irəli sürdüyümüz bir təklifimizi 

yenidən yada salmağı zəruri hesab edirəm. 

Ən yaxın zamanlarda Azərbaycanın inversti-

siyası və Beynəlxalq donor təşkilatların ma-

liyyə dəstəyi ilə Rustavidə elmi bazalı “Azər-

baycan-Gürcüstan   Dövlət  Universitetinin” 

inşası  və  istifadəyə  verilməsi  unikal  hadisə 

olar. 

Bu  universitetdə  tədris  gürcü  və  azərbay-



can  dillərində  aparılmalı,  regional  və  bey-

nəlxalq  ünsiyyət  vasitəsi  olan  rus  və  ingilis 

dili də yüksək səviyyədə tədris olunmalıdır. 

Universitetdə Azərbaycan türkləri üçün əsas 

imtahanlardan  biri  gürcü  dili,  gürcülər  üçün 

isə azərbaycan türkcəsi olmalıdır. Bu ideya 

gerçəkləşərsə, milli məktəblər qürur yeri ola-

raq qalmaqla, qarşılıqlı inteqrasiyaya  fayda 

verəcək  möhtəşəm   novatorluğa  imza  ata 

bilərik.  Çox  istərdim  ki,  bu  təşəbbüsün  ilk 

dəstəkləyicisi Azərbaycan tərəfi olsun. 

Son  olaraq  milli  məktəblərin  bağlanma-

sı  təşəbbüskarlarını  diqqətli  olmağa,  milli 

dəyərləri  bəşəri  dəyərlərlə  uzlaşdırma  im-

kanlarının ən optimal yolunu tapmağa dəvət 

edirəm. Hər bir insanın çox böyük potensialı 

var. Nəyəsə nail olmaq istəyiriksə, işləməli, 

daha  çox  oxumalı,  öyrənməliyik.  Pessimist 

olmamaq,  elmin  dalınca  getmək  gərəkir. 

Gürcü  millətinin  psixologiyasına  bələd  olan 

birisi  kimi  onu  deyə  bilərəm  ki,  milli  dəyər-

lərə sayğısız olan kimsəni gürcü milləti sevə 

bilməz. Gəlin özümüzü, məllətimizi, dəyərlə-

rimizi sevə-sevə bəşəri dəyərləri dərk edək 

və sahiblənək.

 “Borçalı” Cəmiyyətinin

 sədri Zəlimxan Məmmədli

GÜRCÜSTANDA MİLLİ MƏKTƏBLƏR - ONA TOXUNMAQ OLMAZ

ürcü  emiqrantları  başqa  ölkənin 

vətəndaşlığı  qəbul  edildiyi  halda 

avtomatik  olaraq  Gürcüstan  vətən-

daşlığının  alınması  haqqında  qanun 

normasının  ləğv  edilməsini  tələb  edirlər. 

Gürcü emigrantlarının tələbinə baxmayaraq, 

işləyən normaya yenidən baxmaq planlaşdı-

rılmır.  Gürcüstanda  işləyən  qanunvericiliklə 

xarici  vətəndaşlara  Gürcüstan  prezidenti 

xüsusi  hallarda,  xüsusilə  Gürcüstan  qarşı-

sında xüsusi xidməti müqavilində Gürcüstan 

vətəndaşlığı verə bilər.

“Gürcüstanın  yolu”  siyasi  partiyasının  lide-

ri  Salome  Zurabişvili:  “Diaspor  xaricdə  öz 

ölkəsinin  səfirini  təmsil  edir  və  buna  görə 

ona xüsusi dövlət diqqəti və qayğısı gərək-

dir.  Başqa  ölkənin  vətəndaşlığını  qəbul 

etməsinə  baxmayaraq,  şəxsin  Gürcüstan 

vətəndaşlığını saxlamalıdır”.

250 emiqrantın imzaladığı təklifi Salome Zu-

rabişvili hələ bildir təqdim etmişdir. Diaspor 

məsələləri üzrə Dövlət Naziri Qela Dumba-

dze for.ge ilə söhbəti zamanı bildirdi ki, im-

zalayan 250 nəfərdən yalnız 33-ü Gürcüstan 

vətəndaşlığının  bərpa  edilməsi  üçün  Gür-

cüstan hakimiyyətinə müraciət edib. Onların 

Gürcüstan vətəndaşlığı bərpa edilib.

“Son  illər  ərzində  16 800  nəfər  Gürcüs-

tan  vətəndaşlığının  bərpa  edilməsi  barədə 

müraciət  edib,  onların  92%-nin  Gürcüstan 

vətəndaşlığı  problemsiz  bərpa  edilib.  Xari-

ci vətəndaşlığı qəbul edən şəxs Gürcüstan 

vətəndaşlığını problemsiz bərpa etmək üçün 

müraciət edə bilər.

Belə  edən  üçdən  biri  vaxtında  vətəndaşlı-

ğını bərpa etdi. Baş Nazirin tapşırığı ilə biz 

bu məsələni öyrəndik, yeni model hazırladıq 

ki, bu məsələ  sadə  və az vaxtda, az məb-

ləğ ödəməklə yoluna qoyulsun”,- Dumbadze 

bildirdi.

Dumbadze  Zurabişvilinin  təklifinə  də  mü-

nasibət  bildirdi:  “Dövlətin  müəyyən  qoruyu-

cu mexanizmi var. Xarici vətəndaşlıq qəbul 

edən  şəxs  xarici  ölkənin  xüsusi  idarəsində 

işləyir, belə adamın Gürcüstan vətəndaşlığı-

nın alınıb- alınmaması məsələsi biraz delikat 

məsələdir. Xanım Salome hamının Gürcüs-

tan  vətəndaşlığının  saxlanması  məsələsini 

qoyur”.

Məsələnin Konstitusiya Komissiyası tərəfin-



dən  müzakirə  edilməsi  üçün  ,  konstitussio-

nalist  Avtandil  Demetraşvilinin  bildirdiyinə 

görə, 200 min imza lazımdır, bu da olduqca 

çətin olacaq.

“Konstitusyada dəyişiklik etmək olduqca çə-

tindir. Elə hal olur ki, vətəndaş başqa ölkənin 

vətəndaşlığını  qəbul  etməyə  məcbur  olur. 

Buna görə, məsələni Ədliyyə Nazirliyinin mü-

vafiq Departamenti müzakirə etməli və pre-

zidentə təklif verməlidir ki, şəxsin Gürcüstan 

vətəndaşlığı saxlansın. Bütün belə hallarda 

müzakirə  olmalıdır,  avtomatik  vətəndaşlığı 

almağı məqsədəuyğun hesab etmirəm”,-for.

ge ilə müsahibədə Avto Demetraşvili bildirdi.

“Bu  məsələnin  siyasi  cəhətdən  ədalətli  ol-

duğunu düşünmürəm”,-for.ge ilə söhbəti za-

manı  konstitusionalist  Vaxtanq  Dzabiradze 

bildirdi.

“Bizim  vətəndaşları  başa  düşürəm,  ancaq 

qanunun normasını dəyişməyi nə siyasi, nə 

iqtisadi, nə də geo-siyasi nöqteyi-nəzərdən 

düzgün hesab etmirəm. İkili vətəndaşlığa yol 

versək, onda bunu qayda kimi etməliyik.

Əgər sənin ölkənin vətəndaşı başqa ölkənin 

vətəndaşı  olur  və  sənin  ölkənin  vətənda-

şı  olaraq  qalırsa,  hansı  arqumentlə  başqa 

ölkənin vətəndaşlığının Gürcüstan vətənda-

şı olmasına rədd cavabı verə bilərsən?

Əgər müzakirələr olsa da , inanmıram başqa 

ölkənin  vətəndaşlığı  ilə  birlikdə  Gürcüstan 

vətəndaşlığıda  saxlansın.  Bəzi  istisnalar 

var və buna yalnız Prezidentin hüququ ça-

tır”,-Vaxtanq Dzabiradze for.ge-yə bildirdi.

Tamta Karçava.

VƏTƏNDAŞLIĞIN ƏLDƏN ALINMASI PROSESİNİN DAYANDIRILMASINI TƏLƏB EDİRLƏR.




12

  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

Иътимаи, мядяни гязет

№01 (001) 25.03.2009

damfuZnebeli



Təsisçi: 



MRMG

Tavmjdomare



Sədri: 

elbrus mamedovi

 Elbrus Məmmədov

mis




Ünvan:

 Tbilisi, qiaCelis 17  Tbilisi Kiaçeli 17 

tel: Tel: 

593 55 69 71 E-mail: elbrus.kepchak@gmail.com 

Redaksiyanın mövqeyi ilə müəllifin fikri üst-üstə düşməyə bilər

gazeTi vrceldeba ufasoT



 Qəzet pulsuz yayılır

 

SAMTSXE-CAVAXETİ VƏ KVEMO KARTLİ 

BÖLGƏLƏRİNƏ EKOMİQRANTLAR AXINININ XƏRİTƏSİ.

1981-2008-ci



Yüklə 414,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə