Mrmg №21 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil


MRMG №21 Human Rights Monitoring Group of Ethnic Minorities



Yüklə 414,6 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix04.02.2018
ölçüsü414,6 Kb.
#23879
1   2   3   4   5   6   7   8   9   10

4

  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

ən  “Müvəkkil”  qəzetinin  sentyabr 

nömrəsində  dərc  olunan  Mirzə 

Məmmədoğlu Maşovun “Çələbilər 

və yaxud onun başqa cür anlanıl-

ması  barəsində  düşüncələr”  adlı  yazısına 

cavab olaraq bu yazımı qələmə aldım. Bil-

dirim ki, mən müəllifin çağırışına cavab ver-

mək və onun əsaslandırılmayan, həmçinin 

tariximizin  əksinə  olan  faktlar  barədə  fikir-

lərimi oxuculara çatdırmaq qərarına gəldim. 

Bəli, Azərbaycanlıların  Mədəniyyət  Mərkə-

zində  mənim  yazdığım  “Çələbilər”  poema-

sının  təqdimatı  keçirilib.  (Bəs  harda  keçi-

rilməliydi?)  Təqdimat  zamanı  əvvəlcədən 

kitabımı oxuyan oxucular öz ürək sözlərini 

söylədilər və mənim sevə-sevə qələmə al-

dığım poemamı təriflədilər. Təqdimatda yal-

nız sən mənfi fikir bildirdin və cavabını isə 

mən  yox,  tədbir  iştirakçılarının  özləri  ver-

dilər.  Çünki  hər  bir  oxucunun  özünün  fikir 

bildirmək  hüququ  var.  Və  sən  yəqin  etdim 

ki, bundan çox incidin və yazdığın məqalə-

də də bunu bildirmisən. Mən həmin görüşdə 

bir müəllif kimi hamını dinləməyə qərar ver-

mişdim və hörmətlə hamını, həmçinin səni 

də  dinlədim.  Sən  isə  işlədiyin  Gürcüstan 

“Xəbərlər”  proqramı  üçün  məndən  kitabım 

barədə açıqlama aldın və sonra mənə zəng 

etdin ki, xəbəri verdim. Mən heç o verilişə 

baxmadım da! Çünki mənim vaxtım olmadı 

baxmağa. 

Sən, Mirzə Maşov məqaləndə yazırsan ki, 

Çələbilər  heç  də  mühüm  mövzu  deyildir. 

Belə olan təqdirdə bəs sən Mirzə Maşov bu 

mövzuya niyə girişmisən? Sən o poemanı 

yaxşı  oxusaydın,  bilərdin  ki,  bu  əsər  bədii 

təxəyyülün məhsuludur. Sən köçürüb oxu-

culara  sırıdığın  və  saxtalaşdırdığın  tarixi 

hadisələr  deyil.  Sənin  yazdığın  məqalələr-

də verdiyin fikirlər sənin deyil! Sən o kitab-

dan-bu kitabdan köçürüb deyirsən ki, mən 

də varam. Artıq bir ildir ki, “Gürcüstan” qə-

zetində sənin köçürüb, guya tərcümə etdi-

yin və oxuculara heç nə verməyən “Nizami 

əsri” adlı yazı boş yerə qəzetdə yerləşdiri-

lir. Bu cəfəngiyyatı oxuyanlar çox azdır və 

sənin  özün  də  bir  dəfə  jurnalistlərin  yığın-

cağında bunu mənə etiraf etdin. Mən sənə 

araşdırmaçı  və  tarixçi  deməzdim.  Axtarış 

odur  ki,  görkəmli  tarixçi,  professor  Kərəm 

Məmmədli, professor Şurəddin Məmmədli, 

professor Mahmud Kamaloğlu və başqaları 

kimi günlərlə kitabxanalarda çalışasan, elmi 

axtarışlar aparasan, amma sənin axtarışla-

rın elmi deyil, onun-bunun yazdığını gürcü 

dilindən  köçürüb,  özü  də  çox  zəif  şəkildə 

tərcümə edərək qəzetlərdə yaymaqdır. Sə-

nin məqalələrinə isə “görkəmli araşdırmaçı 

jurnalist (?!) və yaxud filoloq» sözü yazma-

salar  möhkəm  inciyirsən  və  başlayırsan 

nifrət dolu dişlərini ona-buna qıcamağa və 

hədə-qorxu gəlməyə.

Onu bil ki, Çələbilər nəsli görkəmli nəsil ol-

masa,  tarixə  düşməzdi.  Bu  mənim  birinci 

fikrim. İkinci fikrim odur ki, Çələbilər kəndi 

hansısa  xəstəlikdən  tamamilə  məhv  olub 

və  olan-qalan  insanlar  isə  Dəmirçihasanlı 

(7 kənddən ibarət nahiyə) və digər Borça-

lı kəndlərinə köçüblər və ölən insanları isə 

yenə köhnə qaydada Çələbilər qəbiristanlı-

ğında dəfn ediblər. Mən və yaxud sən kim-

sən ki, bu böyük nəsil haqqında fikir yürüdü-

rük. O qəbiristanlıq həm Çələbilər, həm də 

eşitdiyimə görə, Xaccaoğlular qəbiristanlığı 

adlanır.  Ola  bilər  ki,  həmin  qəbiristanlıqda 

yalnız  Çələbilər  deyil,  başqa  nəsillərin  də 

qohum-əqrəbaları  uyuyur.  Son  sözü  tarix-

çilər  deməlidr.  Mənim  yazdığım  əsər  isə 

yenə  qeyd  edirəm,  təxəyyülümün  məhsu-

ludur.  Orada  tarix  olmaya  da  bilər.  Kimsə 

keçən dövrlərdə Çələbilərin əleyhinə mənfi 

fikirlər yazıb deyə sən indi onları mənbə kimi 

misal  gətirirsən?  Kiminsə  içkili  vəziyyətdə 

yazdığı sözün ucundan tutub uzaqlara ge-

dirsən.  Tarix  isə  belə  səhvləri  bağışlamır! 

Onu da deyim ki, sənin yazdığın bəzi əsas-

sız  mənbələrin  hamısı  vaxtilə Azərbaycan 

ilə  düşmənçilik  mövqelərdən  əmələ  gələn 

fikirlərdir.  Sən  də  bu  alayarımçıq  fikirlərə 

əsaslanaraq Borçalı tarixini saxtalaşdırma-

ğa çalışırsan. Onu bil ki, düzgün mövqe tut-

mayıbsan. Bir qələm sahibi ki, öz millətinin 

tarixinə barmaqarası baxırsa, ona mən yox, 

gələcək nəsillər nifrət bəsləyəcək və lazımi 

qiymət verəcək. Bəli, Çələbilər bütün dün-

yanı bürüyüb. Bu barədə mənbələr istənilən 

qədərdir. Sən də bunu bəzi mənbələrlə təs-

diq  edirsən. Yazırsan  ki,  “Hacı  Çələbi  xan 

öz  oğullarından  birini, Ağakişi  bəyi  Qazax 

və Borçalıya hakim təyin edir. Belə ki, Hacı 

Çələbi xan oğlu Ağakişi bəy Borçalı və Qa-

zax hakimi təyin olunduğundan bir müddət 

bu tərəflərdə yaşayardı və şübhəsiz, onun 

nəslindən  olanlar,  yəni  Çələbilər  Qazaxa 

yaxın olan, Borçalının əsas ticarət yolunun 

kənarında  yerləşən  bu  qəbiristanlığın  bir 

guşəsində dəfn oluna bilərdi.”

Bu yazdığın fikirlərlə sən təsdiqləyirsən ki, 

Borçalıda Çələbilər qəbiristanlığı var. Daha 

nə istəyirsən? Hələ burda məşhur Damğaçı 

düzü də və bu düzdə «Kənd yeri» adlı topo-

nim də var, deyildiyinə görə bu yer Çələnli 

kəndinin  xarabalıqlarıdır  və  burda  Çələnli 

və yaxud Çələbi yolu da var və vaxtilə bu-

radan İpək Yolu keçib! Çələnli nəsli hazırda 

qədim Təkəli kəndində də mövcuddur. Bəs 

bu  tarixi  adları  niyə  çəkmirsən?  Çələbilər 

haqqında çoxlu mənbələr mövcuddur. Mir-

zə Adıgözəl Bəyin “Qarabağnamə” və A. A. 

Bakıxanovun  “Gülüstani-İrəm”  əsərlərində 

və “ Sbornik materialov dlya opisaniya Tif-

lisskoy qubernii” (1870, səh 158.) nəşrində 

faktlar var.

 Məqaləndə birdən Qırmızı Körpü məsələ-

sinə  qayıdırsan.  Aşığın  sözü  olmayanda 

neynim-nüynim  deyən  kimi  sən  də  yazını 

uzatmaq  xatirinə  birdən  Qırmızı  Körpünü 

gürcü memarları tərəfindən tikildiyini yazır-

san: “Gürcü tarixçi Platon İoseliani 1850-ci 

ildə yazırdı: «Qədim şəhər (Xunan -M. M.) 

yaxınlığında  çar  Rostom  (Xosrov  Mirzə 

-M.  M.)  1640-cı  ildə  memarlığı  indiyədək 

səyyahları təəccübləndirən daş körpü inşa 

etmişdir.  O,  «Qırmızı  körpü»  adı  ilə  tanı-

nır».  «Qırmızı  körpünün  inşasının  başa 

çatdırılmasından  sonra  çar  Rostom  körpü 

həndəvərlərində yolüstü yaşayış məntəqə-

si  salmaq  qərarına  gəlir.  Onun  sakinləri 

körpünü qorumaq, eləcə də səyyahlara və 

ticarət  karvanlarına  xidmət  üçün  nəzərdə 

tutulmuşdu.  Bu  məqsədlə  buraya  Güney 

Qafqazın  müxtəlif  rayonlarından  kəndlilər 

köçürülmüşdür. Onların məskunlaşdığı yer 

Körpü  kənd  adlanmışdır.  1860-cı  ildə  bu 

yerə gələn professor B. Dorn məlumat ve-

rir: «Xram çayı üzərində salınmış körpünü 

ruslar  Qırmızı  körpü  adlandırır;  gürcülər 

isə Qatexili xidi (yəni sınıq körpü), - orada 

mövcud olan Körpü kənd tamamilə yox ol-

muşdur». Körpüdə durumun ağır olduğuna 

görə burda yeni məskunlaşan əhali başqa-

başqa  yerlərə  pənah  aparmışdır.  Şübhə-

siz,  çar  Rostomun  qərarı  ilə  orada  kəndin 

salındığı məlumdur və qəbiristanlıq da ora-

da qalıb. Bayaq dediyim kimi, Ağakişi bəy 

Hacı xan Çələbi oğlunun özünün və yaxud 

da qohumlarının burada da, yəni qəbirista-

nılığın bir guşəsində dəfn olunması istisna 

olunmur.  Bu  guşənin  Çələbilər  adlandırıl-

ması  mümkündür.  O  da  yox  ki,  bütün  qə-

biristanlıq.  Yəni  harda  Çələbilər  var  idisə, 

ölənə  yaxın  gəlib  burdamı  dəfn  olunub  və 

yaxud  burda  dəfn  olunmalarınımı  vəsiyyət 

edib. Onu da qeyd edim ki, Hacı Çələbinin 

dəfn olunduğu yer məlum deyildir. Bu yerdə 

onu da qeyd edim ki, alicənab adını daşıyan 

çələbilik, eyri zamanda dərvişliliyi də əhatə 

edib. Müəyyən bir dövrlər tərki vətən, cəle-

yi-vətən olan dərvişlər başqa-başqa yerlər-

dən biz tərəflərə də üz tuturdular. Biz tərəf-

lərə  təşrif  buyuran  ilan  gəzdirən  və  yaxud 

ilan oynadan dərvişləri mən yaşlılardan çox 

eşitmişəm.  Bu  dediklərimdə  müəyyən  mə-

nada çələbiliyin də əhatə olunmasına şübhə 

yoxdur.... D. E. Zubarov yazır ki, körpünün 

inşası  üçün  ...  fəhlələr  pulla  tutulmuşdu:  - 

ordakı sakinlərdən heç nə tələb olunmurdu, 

təkcə Qazax və Borçalı distansiyasının hər 

bir erməni kəndindən bir ailə gətirilərək bu 

körpünün  önündə  yerləşdirilmişdi.  Onlar 

həmin  fəhlələri  yedirib  yatırırdılar.  Həmin 

ailələr  kəndi  təşkil  etmişdi  ki,  onun  da  adı 

Körpülü (tatar sözü körpüdən - most) (???) 

adlanırdı.  Körpünün  inşası  başa  çatandan 

sonra çar tərəfindən fəhlələrə baxan Q. Ya-

digarova bağışlanmışdır - onun indiki sakin-

ləri kəndin əvvəlki adını saxlayaraq Borçalı 

dağlarında məskunlaşmışdır».

D.E. Zubarov kim idi ki, Borçalıda yaşayan 

əhalini  tanısın.  O  illərdə  erməni  deyilən 

millət  Borçalıda  demək  olar  ki,  yaşamırdı. 

Yaşayırdısa, bəlkə çox az miqdarda yaşa-

yırdılar. Fikrimcə, Borçalını tanımayan D.E. 

Zubarova  necə  inanmaq  olardı.  Əfsuslar 

olsun ki, sən bu əsassız sözlərə mənbə de-

yirsən!..

Hətta  yazırsan  ki,  “Körpülü  kəndi  Sadaxlı 

kəndi  yaxınlığında  dağların  ətəyində  yer-

ləşən, sonralar Ermənistanın tərkibinə daxil 

edilən  Körpülü  kəndinin  sakinlərinin  məhz 

elə buradan getdiyini imamla demək olar.” 

Sənin inamın faktlara əsaslanmır. Fakt isə 

budur ki, Körpülü kəndi Sadaxlıdan və Qır-

mızı  Körpüdən  təxminən  30-35  kilometr 

uzaqlıqda yerləşir və orada ermənilər yox, 

türklər  (azərbaycanlılar)  yaşayıb  və  1989-

cu  ildə  ermənilər  onları  tarixi  dədə-baba 

yurdlarından qovublar.

Sənin yazdığın cümlələrdən belə başa düş-

mək  olar  ki,  Qırmızı  Körpünü  erməni  inşa 

edib?  Yazdığından  belə  çıxır  ki,  Qırmızı 

Körpünü  ermənilər  qoruyurmuş?!!  Kimisə 

yedizdirirlərmiş?!!!  Vallah,  çox  təəccüblən-

məyim  gəlir!  D.E.  Zubarovun  cəfəngiyyat 

dolu  fikirlərindən  istifadə  edib  mətbuatda 

yazmağın düşmən dəyirmanına su tökmək-

dir.  Bəs  nə  üçün  düşüncələrini  yazanda 

Azərbaycan  tarixinə  və  yaxud  ərəb  mən-

bələrinə müraciət etməyibsən?

Elə  indi  də  elə  “tarixçilər”  var  ki,  Ermə-

nistan-Azərbaycan-Dağlıq  Qarabağ  mü-

naqişəsi zamanı tariximizi saxtalaşdırmaqla 

məşğuldurlar. Bunu biz həmişə oxuyuruq.

Fakt  isə  budur  ki,  memarlıq  abidələrimi-

zin  tacı  hesab  olunan  Sınıq  Körpü  (Son-

ralar-Qırmızı  körpü)  Qazax-Tiflis  yolunda, 

Xram  (Təpədöy)  çayı  üzərində  qurulub. 

Hal-hazırda  Gürcüstanla  Azərbaycan  ara-

sında  olan  dövlət  sərhədi  məhz  burdan 

keçir.  Abidə  XII  əsrdə  Atabəy  hökmdarı 

Məhəmməd  Cahan  Pəhləvan  zamanında 

tikilib. Dörd aşırımlı (aşırımların uzunluğu - 

8,2 m, 16,1 m, 8 m, 26,1 m) körpünün ümu-

mi uzunluğu 175 metrdir. Sahildə eni 12,4 

m,  keçid  hissədə  isə  4,3  m.  Başdan-başa 

bişmiş  kərpiclə  üzləşmiş  abidə  buna  görə 

də “Qırmızı körpü” adını alıb. Sahil dayaq-

larında vaxtilə karvanların gecələməsi üçün 

geniş  otaqlar  var  (sol  sahilində  168  kv.m, 

sağ  sahilində  116  kv.m).  Belə  iri  karvan-

saların  olması  körpünün  karvan  yollarında 

böyük  əhəmiyyət  daşıdığını  göstərir.  Qır-

mızı  körpü  üslub  cəhətdən  qədim  Gəncə, 

Xudafərin,  Marağa  və  Ərdəbil  körpüləri  ilə 

eyniyyət təşkil edir. Hətta Türkiyədə də bu 

körpüyə oxşar belə bir körpü var. 

Xalq  arasında  bu  körpüyə  Sınıq  körpü  də 

deyilir. Lakin Qırmızı körpüdən daha qədim 

olan tarixi Sınıq körpü çay axarı ilə 100 metr 

aralıda  yerləşirdi.  Gümana  görə  o  Qafqaz 

Albaniyası dövründə (V əsr) inşa edilib. Ti-

kiləndən uzun illər sonra körpünün tacı, daş 

çatmasının  biri  sınır.  O  vaxtdan  adı  Sınıq 

körpü qalıb. Zaman içərisində dağılan kör-

pünün  qalıqları  indi  də  bilinir.  Yaxınlıqdakı 

məşhur  Qırmızı  körpü  ilə  birlikdə  ikisinə 

Qoşa körpü adını veriblər. (Mən bu mənbə-

ni Qazax.net saytından götürmüşəm, baxa 

bilərsən.)

Bu körpüyə görkəmli Azərbaycan şairi Os-

man Sarıvəlli şeir də yazıb:

Xram bir köhləndir, yalmanı dümağ,

Köpüklər qaynayır qıvrım telində.

Baxın, uca tağlı Qırmızı Körpü

Bir qızıl yəhərdir onun belində.

Onu  da  bildirim  ki,  Azərbaycan  tarixçiləri 

qeyd edirlər ki, sənin də adını çəkdiyin çar 

Rostom (Rüstəm xan) Şah Abbasın tərbiyə-

si ilə böyüyüb. O,Tiflisdə içki içməyi qada-

ğan eləyib və mömin şiə kimi Qumda dəfn 

olunub. Rüstəm xan özünü heç gürcü say-

mayıb.  Qırmızı  Körpü  XVII  əsrdə  Şah Ab-

FAKTLARA ƏSASLANMAYAN İNAM.... 

MİRZƏ MAŞOVA MƏKTUB...



Yüklə 414,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə