Mrmg №21 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 414,6 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix04.02.2018
ölçüsü414,6 Kb.
#23879
1   2   3   4   5   6   7   8   9   10

10

  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

“AVROPANIN BİZƏ EHTİYACI VAR”

li Babayev: “Həm Azərbaycan, həm də 

Gürcüstan mühüm geostrateji bölgədə 

yerləşir”

“Azərbaycan  dili  getdikcə  passiv  dilə 

çevrilir, bu sahədə kadrlarımız azdır”

Gürcüstanda  baş  verən  proseslər  həmişə 

Azərbaycan üçün maraq kəsb edib və medi-

amızın diqqət mərkəzində olub. Çünki oarada 

500  mindən  artıq  soydaşımız  yaşayır,  eyni 

zamanda  Gürcüstan  Azərbaycanın  strateji 

tərəfdaşıdır.  Gürcüstan  Azərbaycanlıları  Milli 

Konqresinin  sədri  Əli  Babayev  BayMediaya 

müsahibəsində baş verən proseslərdən, yaxın 

və  uzaq  perspektiv  üçün  gözlıəntilərdən  da-

nışdı.

-  Hazırda  Qafqaz  regionunda  qarışıq  geoso-



yasi durum hökm sürür. Ermənistan Rusiyaya 

yaxındır, Gürcüstan isə Avropaya inteqrasiya 

yolunu seçib və NATO-nün üzvü olmağa çalı-

şır. Azərbaycan isə bölgədə həmişə müstəqil 

siyasət  yürüdüb.  İşğalçı  ölkə  istisna  olmaqla 

bütün qonşuları ilə normal münasibəti var ki, 

bu da uğurun bir parçasıdır. Təbii ki, biz istəyi-

rik ki, Gürcüstan inkişaf etsin, Avropaya inteq-

rasiya olunsun, eyni zamanda MDB ölkələri ilə 

əlaqərini  davam  etdirsin.  Amma  gəlin  görək 

Avropa  Gürcüstana  nə  verib?  Bu  siyasi  kurs 

nəticəsində Gürcüstan torpaqlarının 20 faizini 

itirib. Avropa yalnız kağız üzərində Gürcüstanı 

müdafiə  edib,  bəyanat  verməklə  kifayətlənib 

və  maddi  dəstək  verib.  Bir  addım  da  olsun 

belə  praktiki  dəstək  verməyib.  Saakaşvilinin 

hakimiyyətdə olduğu dönəmi təhlil edək: Onu 

Qərb  hakimiyyət  gətirdi.  Saakaşvili  hakimiy-

yətdə olduğu dönəmdə sadəcə Avropa parla-

mentində öz hakimiyyəti üçün lobbi qazandı. 

Onun dönəmində olan bütün seçkilər saxta idi. 

Bunu gürcü ictimaiyyəti və Gürcüstanda yaşa-

yan hər bir millət bunu yaxşı bilir. Gürcüstanda 

prezident və ya parlament seçkilərinin 90 fai-

zində saxtakarlıq halları olurdu. Amma Avropa 

parlamenti  və  digər  təşkilatlar  buna  müsbət 

rəy  verir  və  seçkinin  demokrtatik  keçirildiyini 

bildirirdilər.

-  Belə  çıxır  ki,  Saakaşvilinin  Gürcüstana  de-

mokratiya gətirməsi yalnız görüntü idi?

-  Saakaşvil  dönəmində  seçkilər  polis,  güc 

strukturlarının təzyiqi ilə baş tutur, deputatlar 

seçilmir, təyin olunurdular. Eləcə də azərbay-

canlı  deputatlar  saxta  yolla  seçilirdilər. Azər-

baycanlıların  böyük  əksəriyyəti  onlara  səs 

verməsə  də  saxta  yolla  parlamentə  düşə  bi-

lirdilər.  Hakimiyyət  onlar  deputat  təyin  edirdi. 

Fikir  verin,  onlar  parlamentin  iclaslarında  bir 

dəfə çıxış ediblərmi, azərbaycanlıları müdafiə 

ediblərmi? Əlbəttə ki, yox.

Sakaşvili  hakimiyyəti  zamanı  Avropa  və  di-

gər  ölkələrdən  Gürcüstan  hakimiyyətinə  21 

milyard  dolardan  artıq  qrantlar  ayrılıb.  Gəlin 

görək 21 milyardlıq Gürcüstanda nə iş görü-

lüb? Heç nə. Məhkəmələr, prokurorluq və polis 

idarələri inşa olunub, vəssalam. Gürcüstanda 

yarım  milyondan  artıq  qaçqın  pis  vəziyyətdə 

idi. Həmin qaçqınlarla bağlı da qrant alırdılar. 

Həbsdə olan 30 min dustaqla bağlı da qrant 

alırdılar. Guya Avropa qurumları bilmirdilər ki, 

Gürcüstan  həbsxanalarında  hansı  proseslər 

getdiyini?

Saakaşvilinin  guya  demokratik  inqilab  etdiyi, 

guya  demokratik  islahatlar  keçirməsi  yalnız 

görüntü xaraklteri daşıyırdı və bunu da reklam 

edən Avropa Parlamenti idi. Əksinə, Sakkaş-

vili  dönəmində  antidemokratik  siyasi  mühit 

hökm sürür, bunlar azmış kimi əhalinin sosial 

rifah  halı  da  pisləşirdi. Avropa  Parlamenti  və 

digər  beynəlxalq  təşkilatlar  Gürcüstanda  ge-

dən antidemokratik hallara göz yumurdular.

-  Yeri  gəlmişkən Avropa  Parlamentinin Azər-

baycanla bağlı qəbul etdiyi qətnaməyə müna-

sibətiniz necədir?

- Mən tərəfdarıyam ki, Avropa və digər ölkələr-

dən elmi texniki tərəqqini və digər keyfiyyət-

ləri  götürək,  eyni  zamanda  onlar  da  bizdən 

götürsünlər.  Çünki  bizim  də  böyük  tariximiz 

və  inkişaf  yolumuz  var. Avropadan  Qafqaza 

çoxsaylı  adlı-sanlı  insanlar  gəliblər  və  onlar 

öz xatirələrində azərbaycanlıların və gürcülə-

rin yüksək mədəniyyətə malik olduğunu qeyd 

ediblər.

Bu  gün  Azərbaycanın  Dağlıq  Qarabağ  kimi 

problemi,  1  milyondan  artıq  qaçqını  var.  İn-

diyə qədər Avropa Parlamenti və yaxud Minsk 

qrupu  tərəfindən  effektiv,  praktiki  bir  addım 

atılıbmı?  Əksinə  biz  ikili  standart  görmüşük, 

işğalçı ilə işğala məruz qalana eyni prinsiplə 

yanşıblar, hətta bizi təslimçi sülhə getməyə də 

məcbur etmək istəyiblər. Bu cür riyakar, iküz-

lü siysət yürüdən Avropa Parlamentinin Azər-

baycanla bağlı nəsə deməyə haqqı çatırmı? 

Bunlar azmış kimi sanksiyalarla hədələyirlər. 

Niyə  görə  işğalçı,  terroçu  dövlətə  sanskiya 

tətbiq etmirsiniz, hətta onu öz adı ilə - işğalçı 

deyə çağırmırsınız?

Azərbaycanın 1 milyon, Gürcüstanın isə ya-

rım milyon qaçqını var. Məgər onlar insan de-

yil? Onların hüquqları yoxdur? Niyə sizə sərf 

etməyəndə,  çıxarlarınız  olmayanda  onları 

görməzdən gəlirsiz?

Bu gün Avropa Azərbaycana yox, Azərbaycan 

Avropaya laızmdır. Həm Azərbaycan, həm də 

Gürcüstan mühüm geostrateji bölgədə yerlə-

şir. O üzdən də Avropanın bizə ehtiyacı var.

- Azərbaycan parlament seçkiləri ərəfəsində-

dir. Gözləntiləriniz nədir?

- Azərbaycanda indiyə qədər normal seçkilər 

baş  tutub. Amma  mənim  böyük  ümidim  var 

ki, bu dəfə parlamentə Azərbaycanda nüfuzlu 

ziyalılar daha çox düşəcəklər. Politoloqlar, si-

yasətçilər namizədliklərini irəli sürüblər. Gələ-

cək üçün dəyişiklik, islahatlar vacibdir. O üz-

dən də hesab edirəm ki, bu dəfə parlamentə 

daha  gənc,  intellektual,  enerjili  insanlar  se-

çiləcəklər. Yaşlı nəsilə heç bir iradım yoxdur. 

Onlar  da  bu  dövlət  üçün  xidmət  göstəriblər. 

Amma gəncləşmə mütləq lazımdır.

-  Gələn  il  həmçinin  Gürcüstanda  da  parla-

ment  seçkilkəri  keçiriləcək.  Qatılmaq  fikriniz 

varmı və nə qədər iddialısınız?

-  20102-ci  ilin  oktyabrından  sonra  Gürcüs-

tanda  baş  tutan  seçkilərdən  sonra  dünyaya 

sübut  olundu  ki,  demokratik  seçki  keçirmək 

mümkündür.  Arzu  edirik  ki,  gələcəkdə  Gür-

cüstan  parlamentində  layilqi  insanlar  olsun. 

Gürcüstan  vətəndaşı  olmayan  və  gürcü  dili-

ni bilməyən insanların parlamentə düşmələri 

normal hal deyil.

Təbii  ki,  gələn  il  seçkilərə  qatılacağam.  He-

sab  edirəm  ki,  Gürcüstan  parlamenitndə 

azərbaycanlıları təmsil edən deputatlar gürcü 

dilini bilməli, intellektual, əlaqələri geniş olan 

şəxslər olmalıdırlar ki, öz xalqlarına yardımçı 

ola bilsinlər, onların hüquqularını yüksək sə-

viyyəsdə  qorumağa  nail  olsunlar.  Bu  üzdən 

gələn seçkilərə qatılmaqda qərarlıyam və qa-

lib gələcəyimə əminəm.

- Hazırda Gürcüstanın iqtisadi inkişafını necə 

dəyərləndirirsiniz?

- Rayonlarda böyük layihələr reallaşdırlır, in-

vestisiya yatırımları artır. Amma buna rəğmən 

dolların kursu stabil deyil. Onu da nəzərinizə 

çatdırıram ki, Saakaşvili dönəmində məhbus-

ların sayı 35 min idisə, indi bu rəqəm 7 minə 

enib. Yeni məktəblər, uşaq baxçaları inşa olu-

nur.  Ömrü  boyu  su  çəkilməyən  kəndlərə  su 

çəkilir. Təhsil, səhiyyə sahəsində ciddi irəlilə-

yişlər var. Tibbi sığorta kasıb təbəqə üçün bö-

yük  əhəmiyyət  kəsb  edir.  Dövlət  vətəndaşın 

səhhət ilə bağlı xərclərinin 70 faizni öz üzə-

rinə götürür. İnsan hüquqları tapdanmır, krimi-

nal hadisələrin, eyni zamanda “qanuni oğru”-

ların sayı azalıb. Hər bir insan özünü müstəqil 

sayır. Kənd təsərrüfatı ikişaf edir. Gürcüstana 

energetika  sahəsində  də  böyük  investisiya 

yatırılır.  Bu  də  gələcəklə  bağlı  ümidli  danış-

mağa əsas verir.

İqtisadi layihələrin reallaşdırılması da Gürcüs-

tanla Azərbaycan  əlaqələrinə  böyük  töhfələr 

verir.  Bu  yaxınlarda  biz,  Bakı-Tiflis-Qars  də-

miryolu xəttinin açılışının şahidi olacağıq. Əl-

bəttə  problemlərimiz  də  var. Azərbaycan  dili 

getdikcə passiv dilə çevrilir, bu sahədə kad-

rlarımız azdır. Ona görə də mən sizin mətbu 

orqan vasitəsilə Azərbaycan rəhbərliyinə, cə-

nab prezidentə müraciət etmək istəyirəm bu 

işdə öz köməkliyini göstərsin. Azərbaycan dili 

ixtisasıl  üzrə  Gürcüstandan  hər  il  müəyyən 

qədər abituriyent gəlib Azərbaycanda oxusun 

ki, orada da ana dili inkişaf etsin.



İRƏVANDA  TEATR

Azərbaycan mətbuatında daim Bakı və Tiflis-

də təşkil olunan tamaşalarla bağlı məlumat-

ların  yer  alması  teatr  sənətinin  İrəvanda  da 

inkişafına  təkan  olur.  XX  əsrin  əvvəllərində 

İrəvan  teatrının  formalaşdırılmasında  Yunis 

Nuri, Sidqi Ruhulla, Mirzə Mustafa Rəcəbov, 

Kərim  Əhmədov,  Mirabbas  Mirbağırzadə, 

Cəfər  Əhmədov,  Əkbər  Rzayev  və  digərləri 

böyük rol oynayıblar.

Azərbaycanlı   teatrşünas  İnqilab  Kərimovun 

sözlərinə görə, İrəvanda (hazırkı Yerevan) ilk 

tamaşa 1881-ci ilin sonlarında  səhnələşdiri-

lib. Digər azərbaycanlı tədqiqatçılar İrəvanda 

Azərbaycan teatrının 1882-ci ildə yaradıldığı-

nı bildirirlər.

“Erməni  dilini  bilən  tədqiqatçı  İ.Məmmədov 

“Psaq” (“Çələng”) erməni qəzetinin 1882-ci il 

10 aprel tarixli nömrəsində yer almış “Fars te-

atrı” yazısına istinad edir. Məqalədə deyilir: “2 

aprel 1882-ci ildə İrəvanın Müqəddəs Qaya-

ne  gimnaziyasının  salonunda  irəvanlı  kasıb 

müsəlman tələbələrə dəstək məqsədilə tatar 

dilində “Acgözlük düşmənçilik yaradır “ pyesi 

ikinci dəfə səhnələşdirilib. Məmmədov tama-

şanın ilk dəfə nə zaman nümayiş olunduğunu 

göstərmir.  Odur  ki,  məntiqlə  İnqilab  Kərimo-

vun ilk tamaşanın 1881-ci ildə səhnələşdiril-

diyi haqda fikirlərinin doğru olduğunu düşün-

mək mümkündür”, - deyə E. Vahabova bildirir. 

25 mart 1913-cü ildə Molla Nəsrəddinçi, şair 

və publisist Əli Məhsun Rəhimzadə və Əsgər 

Axundov  rəsmi  dairələrdən  İrəvanda  “İslam 

dram  dəstəsi”nin  fəaliyyətə  başlaması  üçün 

icazə  alırlar.  Bu  dəstə  özündə  gənc  aktyor-

ları birləşdirirdi. Qısa zamanda onun aktyor-

ları  Canpoladovun  teatr  binasında  bir  neçə 

tamaşa nümayiş etdirir - “Kimdir müqəssir?”, 

“Ac həriflər”, “Pul hərisi”, “İbrahim bəy və ya 

despotizmin qurbanı”, “Aldanmışlar”..



TİFLİSDƏ  TEATR

1873-cü  ildə  Tiflisdə  yaradılmış Azərbaycan 

Dram Teatrının banisi Abdulla Xəlilov olub. Bu 

teatr  Borçalı  azərbaycanlılarının  mədəni  hə-

yatında böyük rol oynayıb. Teatrda Azərbay-

can  klassiklərinin,  xarici  və  rus  yazıçılarının 

əsərləri  səhnələşdirilib.  Teatrın  səhnəsində 

Azərbaycanın  tanınmış  aktyorları  -  Haqver-

diyev,  Hüseyn  Ərəblinski,  S.Ruhulla,  Ülvi 

Rəcəb,  İ.İsfahanlı,  A.Yüzbaşıyev,  A.Vəli,  R. 

Əfqanlı,  M.Sənani,  M.Mərdanov  və  digərləri 

çıxış ediblər.

Tiflisdə Azərbaycan  teatrı  ağır  şəraitdə  fəa-

liyyət  göstərib  -  uzun  illər  onun  öz   binası 

olmayıb.  Maliyyələşmənin  zəif  olması  teatr 

sənətinin peşəkar inkişafına öz təsirini göstə-

rib. Lakin buna rəğmən, teatrın azərbaycanlı 

truppası öz missiyasının öhdəsindən şərəflə 

gəlib, xalqın mədəniyyətinin təbliği ilə məşğul 

olaraq Azərbaycanın, Gürcüstanın, İranın və 

Mərkəzi Asiyanın bir sıra şəhərlərində teatrın 

inkişafına təkan veriblər.



NAXÇIVAN,  DƏRBƏND  VƏ  GƏNCƏ  TE-

ATRLARI

«Naxçıvanda  da  bu  və  ya  digər  dərəcədə 

normal  teatr  həyatı  Qori  seminariyasının 

məzunlarının vasitəsilə başlayıb. 1882-1883-

cü  illərdə  orada  tanınmış  yazıçı  və  publisist 

Eynalıbəy  Sultanov  «Ziyalılar  cəmiyyəti»nin 

əsasını qoyub. O, özündə, ilk növbədə, müəl-

limləri  və  tələbələri  birləşdirib.  1883-cü  ilin 

mayında naxçıvanlı ziyalı Hacı Nəcəf Zeyna-

lovun  evində  cəmiyyətin  üzvləri  Mirzə  Fətəli 

Axundovun «Misyö Jordan və dərviş Məstəli 

şah» əsərini səhnələşdiriblər. 1883-cü ildə isə 

Naxçıvanda onlar «Müsəlman şiə incəsənəti 

və  dram  cəmiyyəti»ni  yaradıblar.  Bu  cəmiy-

yətin formalaşmasında görkəmli ədəbiyyat və 

incəsənət xadimləri də iştirak ediblər», - deyə 

E. Vahabova bildirir.

Dərbəndə  gəlincə,  1880-ci  ilin  ortalarında 

orada həvəskarlardan ibarət Azərbaycan-türk 

dram  dərnəyi  yaradılıb.  Dərnəyin  yaradıl-

masının  təşəbbüskarı  yenə  də  Azərbaycan 

ziyalıları olub - müəllimlər və yuxarı sinif şa-

girdləri,  həmçinin  musiqiçilər  və  müğənnilər. 

Dərnəyin Nizamnaməsi 1904-cü il sentyabrın 

22-də  təsdiqlənib.  Yeni  teatrda  teatr  təhsili 

olmayan  şəxslər  çalışıb.  Onlar,  sadəcə,  bu 

sənətə qəlbən bağlı olan insanlar idilər.

Nəhayət,  1906-cı  ildə  ziyalı  Ələsgər  bəy 

Xasməmmədovun  rəhbərliyilə  Yelizavetpol-

da  (Gəncə)  «Yelizavetpol  müsəlman  dram 

cəmiyyəti»  fəaliyyətə  başlayıb.  Cəmiyyətin 

teatr truppası (38 nəfər) Nəriman Nərimano-

vun,  Namiq  Kamalın,  Rəşid  Əfəndiyevin  və 

digərlərinin  əsərlərini  səhnələşdirirdilər.  Yeli-

zavetpol real gimnaziyasının türk dili müəllimi 

Mirzə  Məhəmməd Axundzadənin  təşəbbüsü 

ilə  şəhərdə  özfəaliyyət  dram  dərnəyi  də  ya-

radılmışdı. Mirzə Məhəmməd onun işində qu-

ruluşçu və aktyor kimi iştirak edirdi. O, həm 

teatrın repertuarının müxtəlifliyinin qayğısına 

qalır, həm də pyeslər yazırdı. Ən aktual, in-

sanları narahat edən mövzularda səhnə əsər-

ləri məhz onun qələmindən çıxmışdı.

1913-cü  ildə  Yelizavetpolda  «Aktyorlar  cə-

miyyəti»  də  yaradılır.  Onun  təsisçisi  həkim, 

ictimai  xadim  Xudadat Ağa  oğlu  Rafiqbəyov 

idi. Cəmiyyət tamaşaların təşkili, teatr truppa-

larının yaradılması ilə məşğul olur, həmçinin 

aktyorlarına  maddi  dəstək  verirdi.  Sonradan 

Xudadat Rafiqbəyov ADR-in səhiyyə və sosi-

al təminat naziri postunu tutub. «Avropa tipli 

Azərbaycan  teatrının  mənbəyində,  bax,  bu 

cür insanlar durub», - deyə  E. Vahabova bil-

dirir.


Teatr  sənətinə  ciddi  maraq  yaratmağa  nail 

olmuş  Azərbaycan  Dram  Teatrı  Azərbaycan 

Opera  Teatrının  formalaşdırılması  üçün  də 

əsasa  çevrilib.  Lakin,  bu,  başqa  söhbətin 

mövzusudur.

MÜSƏLMAN ŞƏRQİNDƏ

İLK TEATRLAR

ƏVVƏLİ 2-Cİ SƏHİFƏDƏ




Yüklə 414,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə