Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
  1   2   3   4   5   6   7   8   9   10   11


  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

1

A



zərbaycan  Respublikası  müstəqilliyini 

bərpa  etdikdən  sonra  öz  ideloji  yönü-

münü  müəyyənləşdirərkən  məhz  Azər-

bycançılıq idologiyasını özünə milli idelogiya 

seçmişdir. Bu ideologiyanın əsrin əvvələrin-

də  dövləti  ideologiya  kimi  seçilməsi  hazırki 

dövrdə  isə  yenidən  bu  idelogiyaya  qaydış 

bütün  hallarda  uğurlu  sayılmalıdır.  Türkçü-

lük, müasirlik, islam dəyərləri özündə ehtiva 

edən  klassik Azərbyacançılıq  idelogiyasının 

tətbiq  edilməsi Azərbaycandan  kənarda  ya-

şayan  azərbyacanlıların  məhz  bir  etnik-mə-

dəni  aurada  birləşdirilməsini  zəruri  edir.  Bu 

mənada Azərbaycanlıların daha çox toplum 

halında yaşadığı Gürcüstan ərazisi daimi mil-

li özünəməxsusluğun qorunması və dağıdıl-

ması dilenması qarşısındadır. 

Etnik mədəni müstəqillik milli özünəməxsus-

luğun  başlıca  amilidir.  Tarixçi,  etnoqraf  Lev 

Qumiliyovun  yanaşmasına  görə  etnosun 

əsas  atributu  dil  ünsürü  olması  nəzəriyəsi 

bütün hallarda özünü doğruldur.Dil mədəniy-

yətin bütün çalarlarını özündə ehtiva edən və 

milli  mənsubiyyətin  bir  nömrəli  atributudur. 

Öz dilində danışmadan məhz həmin millətə 

mənsub olduğunu iddia etmək inandırıcı de-

yil. Mədəniyyət mütəxəsislərinin yekdil fikrinə 

görə  kim  hansı  dildə  dünyaya  göz  açırsa 

ömür boyu həmin dilin mədəni aurasında və 

təsirində  olur.Sonradan  müxtəlif  dilləri  öy-

rənsə də həmin fərdi əksəriyyət hallarda öz 

milli  köklərinə  və  mədəniyyətinə  bağlılığın-

dan imtina etmir. 

Lakin  son  dönəmdə  Gurcüstanda  müxtəlif 

instutlar tərəfindən ilə yetşdirilməkdə olan bir 

sürü  manqurtlaşdırılmış  azərbaycan  gənc-

liyi  artıq  bu  sahədə  həyacan  təbili  çalmağa 

əsas verir. Manqurtlaşdırılmış gənclik məhz 

öz  dilində  imtina  olunmağa  sövq  edilir.  Bu 

isə həmin projenin böyük ustalıqla haqırlan-

dığına  işarə  verir.  Dnyanın  böyük  bir  coğ-

rafiyasını  istisnasız  olaraq  əhatə  dairəsinə 

alan  BMT-nin  və  digər  beynəlxalq  institut-

ların  onlarla  konvensiyaları  məhz  mədəni 

müxtəlifliyi özündə ehtiva etməklə həmçinin 

mədəni müxtəlifliyin qorunmasını dövlətlərin 

üzərinə öhdəlik olaraq qoyur. Mədəni müxtə-

lifliyi  yaşatmağın  ən  bariz  yolu  isə  milli  dil 

məsələsidir.  Məhz  milli  dildən  imtina  halına 

gətirilmiş gənclik tam manqurtlaşmağa doğ-

ru getdiyinin əksini heç kim iddia ede bilməz. 

Gürcüstanda fəaliyyət göstərən bir qrup sayt-

larda  Azərbaycan  gəncliyi  öz  dilində  təhsil 

almaq  istəməməsi  haqqında  müraciətlərin 

tirjlanması  Gürcü  dövlətinin  assimiliyasiya 

maraqları  ilə  tammailə  çulğalaşır.  Mədəni 

müxtəlifliyi qorumaqla bağlı dövlətin götürdü-

yü öhdəliklər isə artıq kölgədə qalır. Manqurt-

laşmış öz milli kimliyindən dinindən dilindən 

soy-kökündən imtina edən sürü halında ye-

tişdirilmiş  Azərbaycan  gəncliyi  bu  sahədə 

aktiv fəaliyyət göztərir. Öz millətinə xor bax-

maqla türk kimliyindən imtina edir.Milli nata-

mamalıq  kompleksinin  formalaşdırılması  ilə 

bağlı aparılmış bir neçə əsrlik davamlı iş artı 

“bəhrəsini” verir. Hazırki manqurt nəsil isə in-

formasiya  texnologiyaları  ilə  silahlanmış  bir 

gənclikdir. Onlar saytlar təsis edir, media qur-

luşları  yaradır,  youtubedə  yazılar  yerləşdirir 

və üstəgəldə manqurtlaşmaq təbliğatı aparır. 

Həyacan  təbili  çalmaq  vaxtı  çoxdan  keçib. 

Biz ən azı bu prosesi durdurmalıyıq. Öz mil-

li  kimliyindən  dinindən-dilində  imtina  edən 

manqurtlaşdırma siyasətinin qarşısını almaq 

məqsədi ilə milli özünüdərk prosesini sürət-

ləndirməliyik.



Hüquqşünas Səməd Vəkilov 

M

üvəkkil



№ 22 

25 noyabr 

2015

VƏTƏNDAŞ CƏMİYYƏTİ - CƏMİYYƏT MARAĞI



MƏDƏNİ İRSİMİZİN QORUNMASI VƏ MANQURTLAŞDIRILMIŞ GƏNCLİK!  

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİ

 

VƏ 


İNCƏSƏNƏTİNİ DÜNYA ARENASINA 

ÇIXARMAQDA MİSİLSİZ XİDMƏTLƏRİ OLAN, 

MİLLİ MUSİQİMİZİN GÜCÜ VƏ TANRININ 

BƏXŞ ETDİYİ ECAZKAR SƏSİNİN SEHRİ İLƏ 

MİLYONLARIN, MİLYARDLARIN QƏLBİNİ 

OVSUNLAYAN BƏNZƏRSİZ SƏNƏTKAR 

RƏŞİD BEHBUDOVUN 14 DEKABR 2015 İLDƏ  

100 İLLİK YUBİLEYİ

 

QEYD OLUNUR



.


2

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

BALIQ “XEY

İ

RXAH DAYI”YA 



İ

NANDI 


Bu gün mental dəyərlərin və anlayışların də-

yişməsi nəticəsində yaranan sosial qarışıqlı-

ğın ilk işarətlərini görürük. Uzunmüddətli və 

güclü  “əmək”  sərf  edərək  cəmiyyətimizi  bu 

hala gətirib saldılar. 

Bu mənfi və zəhərli damlalar cəmiyyətə bir-

dəfəyə axmayıb, ona görə də biz bu zəhər-

lənmənin izlərini uzun müddətə görə bildik, 

dərhal özünü bildirmədi.

Biz son 20 il ərzində gördük ki, istər yüksək 

ranqlı, istər aşağı, istərsə də qanunvericilik 

orqanlarında  olan  məmurlar  mütəmadi  ola-

raq gəlirlər  və gedirlər. Nəticə etibarı ilə isə 

heç nə dəyişməyib.

Diqqətlə  nəzər  salsaq  görərik  ki,  “gedən” 

məmurlar özlərindən sonra yalnız mənfi rəy, 

xəyal qırıqlığı, şeytani nihilizm, öz köklərinə, 

dəyərlərinə, mədəniyyətlərinə və cəmiyyətə 

hörmətsizlik buraxırlar. 

Bütün  bunlar  hər  zaman  cəmiyyətin  forma-

laşdığı tarixi köklərin zədələnməsinə diqqət 

çəkir.  Çünki  köklərinə  hörmət  edən  məmur 

öz vəzifə borclarını yerinə yetirməkdə bu qə-

dər aciz olmaz.

Biz  baş  verənləri  səssiz  və  eyhamsız  izlə-

yirik.  Onların  imzaları  ən  rəzil  fəaliyyətlərin 

altından  çıxır:  Onlar  doğma  kəndlərin  doğ-

ma adlarını dəyişdirdi. Biz, hamımız  onların 

adlarını da, soyadlarını da bilirik. İndi  onlar 

regionların “fəxri ağsaqqalı” statusunu daşı-

yırlar.

Buna necə dözmək olar, bunlara necə salam 



vermək  olar,  bunların  xeyirinə,  şərinə  necə 

yarımaq olar?!

Biz bu gün anlayırıq ki, məmurlarımızın “in-

teqrasiya” adı altında oynadıqları oyunlarda 

inteqrasiyanın izi də yoxdur. Həmçinin, uni-

versitetlərə daxil olanların sayının da inteq-

rasiyaya heç bir dəxli yoxdur.

Əgər doğrudan da, deyildiyi kimi dünyada in-

teqrasiya anlayışı varsa, o özündə tamamilə 

başqa komponentləri daşıyır və bu kompo-

nentlər  gözlə  görünən  nəsnələr  deyil.  Mə-

murlar  konstitusiyanın  tələb  etdiklərini  hə-

yata keçirməkdə və qanunların möhkəmlən-

məsində,  digər  xalqlara  qarşılıqlı  hörmətin 

formalaşması üçün lazımı  bir addım atmır.

Yalnız  “tolerantlıq”  sahəsində  “iş”  aparı-

lır.  Buna  isə  “tolerantlıq”  yox,  “dözümlülük” 

demək  lazımdır.  Mədəniyyətlərarası  müna-

sibətlər  yox  səviyyəsindədir,  tərəflər  bir-bir-

lərinin mədəniyyətlərini və tarixlərini oxuyub 

öyrənmir. Ortada olan isə yalnız dözümlülük 

və səbrlilikdir: 

Məmur: “Bəli, biz sənin “tarixinə” və icmana 

dözürük “hörmət” edirik, sən də bizə hörmət 

etməlisən  və  “inteqrasiyaassimiliyasiya  ol-

malısan”.

Hər iki tərəf düşünür ki, digər xalq və ya icma 

ona mane olmasa, bu şəraitdə onun dili və 

mədəniyyəti inkişaf edə bilər. 

Təəssüf ki, inteqrasiya səhv istiqamətdə get-

diyi üçün biz, tərəflərin əslində bir-birinə olan  

əsli münasibətindən xəbərsizik.

Bu gün inteqrasiya kəlməsi nədənsə assimil-

yasiya kəlməsini xatırladır, həqiqi assimilya-

siya inteqrasiya pərdəsi altında qapadılır.

Bu gün nə baş verir?

Bu  gün  baş  verənlər  mənə  kiçik  balıq  və 

onun qamışlı gölməçəsi haqqında “pritçanı” 

xatırladır.

Kiçik balıq qamışlarla əhatə olunmuş çayda 

yaşayır. O, qayğısız və ətrafdan xəbərsizdir. 

Günlərin  birində  “xeyirxah  dayı”  ona  səslə-

nir:  “Qamışlı  və  yosunlu  çay  sənin  nəyinə 

gərəkdir  axı?  Gəl,  mən  sənə  sahildə  qızıl 

saray  verim.” 

Balıq axmaqlıq edir və razılaşır. Sahilə çıxır. 

Qızıl  saray girən kimi ölür.

Nə baş verdi?

Balıq  “xeyirxah  dayı”ya  inandı.  Dayının  da 

dediyi kimi “iylənmiş gölməçə”dən çıxdı. O, 

inanırdı  ki,  layiq  olduğu  kimi  yaxşı  yaşaya-

caq. Qızıl sarayda daha xoşbəxt olacaq. Bu 

istəkləri  onu  ölümə  sürüklədi.  Heç  kim  onu 

sahilə  çıxmağa  məcbur  etməmişdi.  Balıq 

özü qızıl saray seçmişdi. Ölümündə də elə 

özü günahkardır. 

Bu gün elə proseslər baş verir ki,( başqa hə-

yat  tərzi,  başqa  cür  olmağa,  başqa  xalqlar 

kimi  olmağa)  bu  proseslər  Gürcüstandakı 

azərbaycanlıların  assimilyasiyasına  aparır. 

Sanki,  azərbaycanlılar  bu  torpaqlar  üzərin-

də eyni haqlara sahib deyillər. Baş verənlər 

xalqın immiqrasiyasına və bu etnosun məhv 

olmasına aparıb çıxarır.

Belə aydın olur ki, məmurlarımız balığın na-

ğılından  nümunə  götürüb  qızıl  saray  sözü 

verirlər.

Görünən  odur  ki,  vaxtında  cəmiyyət  özü 

dəyərlərinin  arxasına  dəmir  lövhələr  düz-

məsə, ortaya amorf xalq çıxacaq.

Bu  mənada  bizə  millətçilər  lazımdır.  Mən 

millətçilər  deyəndə  radikalları  nəzərdə  tut-

muram. Əsl millətçi odur ki, öz köklərini qo-

ruyur, onun müxtəlif güclər altında parçalan-

masının  qarşısını  hər  vəchlə  alır,  ənənələ-

rini  qurumağa  imkan  vermir.  Məhz  bu  cür 

millətçilər qrupunun balanslı iştirakı bizə nə 

“dövlət inteqrasiyası”nda, nə də qloballaşma 

prosesində həll olmağa imkan verər. 

“İnteqrasiya”  və  qloballaşma  prosesi  birinci 

növbədə milli simvolların sıradan çıxmasına 

və keçmişdən qopmasına səbəb olur.

Bu gün hər bir aktiv vətəndaşın borcudur ki, 

regionda, həmçinin bütün ölkədə öz dəyərlə-

rinin qorunması üçün davamlı, yenə də da-

vamlı olaraq iş aparsın.

Bu addıma həmçinin ona görə tələbat duyu-

lur ki, bu proseslərin fonunda dəyərlərin sax-

lanılması  üçün  münbit  şərait  və  harmoniya 

yaranır. Reginda sosial-siyasi hər bir aktivlik 

icmanın möhkəmlənməsinin xeyrinədir.

Hətta seçkilər belə, cəmiyyətin cəmiyyət kimi 

qalmasına, fəaliyyətinə öz növbəsində şərait 

formalaşdırır.



Elbrus Məmmədov

İstədikləri şəxslər haqqında istədiklərini da-

nışırlar  və  bütün  bunlar  cəzasız  qalır.  Özü 

də danışılanların əksəriyyəti tamamilə yalan, 

dürüstlükdən əsər-əlamət belə yoxdur. 

...  Kimsə  toyuq  oğurlayır,  kiminsə  toyuğu-

nu oğurlayıblar, əsas olan xəbəri internetdə 

yaymaqdır. Döyülməsi və ya onun döyməsi 

önəmli  deyil,  əsas  olan  xəbəri  havaya,  in-

ternet atmosferinə buraxmaqdır və o, orada 

öz-özünə  bişir  və  ətrafını  yarı  düz  və  açıq 

yalandan ibarət örtüklə bağlayır. 

Düzdür,  bəzən  emosiyalar  öz  dininə  qarşı 

yalan  və  açıq  təxribata  dözmür  və  insanı 

özündən çıxarır.

Məscidə qarşı yalan və təhrikçilik, öz dininə 

qarşı  səslənən  təhqirlərə  susmaq  olmur. 

İmam Əli (ə) Məscidinə yalan və həyasızca-

sına “terrorçu” yazıb və Hollivud janrlarında 

olduğu kimi və sonradan  özlərini “incidilmiş” 

kimi göstərirlər. 

Təxribatçı    yazılarda  “terrorçu”  sözünün  

İmam  Əli  (ə)  Məscidinin  yanında  yazılması 

Gürcüstanda  yaşayan  minlərlə  müsəlmana 

qarşı iyrənc və təxribat xarakterli yalandır. 

Provakasiya    faktiki  olaraq,  dövlət  struktur-

ları tərəfindən gözlənilən reaksiyaya hesab-

lanmışdı. Bu iyrənc həcv müsəlman icması 

ətrafında  təzyiqlərin  artırılmasına  hesabla-

nıb. Bu yalan məqalə isə bunun üçün əsas 

ola bilər. Nə yaxşı ki, dövlət orqanları bu təx-

ribata uymadı.

Bu söz birləşməsi faktiki olaraq Marneulidə 

müsəlman  icmasının  dayaq  və  sabitliyinin 

pozulmasına  hesablanmışdı.  Bu  təxribata 

uymayan məscidin rəhbərliyini uzaqgörənlik 

və təmkinliyinə görə alqışlamaq lazımdır. La-

kin  onlar  bu  iyrənc  yalan  yazarları    hüquqi  

məsuliyyətə cəlb etməyiblər. 

Müsəlmanları təxribata çəkmək barədə sifa-

rişlər gələcəkdə də olacaq. Əsas olan budur 

ki,  Gürcüstanda  bu  cür  təxribatlara  uymaq 

yeri ola bilməz,  çünki  Gürcüstandakı müsəl-

man icması artıq oyaqdır. 

Təbii ki, bu provakasiya, İmam Əli (ə) məs-

cidi  və  terrorçu  sözləri  arasında  bərabərlik 

işarəsi qoymağa cəsarət etmək ideyası bur-

nu  fırtıqlı  cızma  liberastın  ideyası  deyil.  Bu 

qeyri-ciddi insanı ustalıqla aldadıb və pis və-

ziyyətdə qoyublar.  

Biz bir şeyin başqa adla digərlərinə təqdim 

edildiyi  dövrdə  yaşayırıq.  Yaradıcılıqdan 

uzaq olanı yaradıcı  kimi təqdim edilir, yazıçı 

olmayan şəxs yazıçı kimi təqdim olunur, şair 

olmayan şəxs şair kimi göstərilir, jurnalistika-

dan anlayışı olmayan şəxs isə jurnalist kimi 

təqdim olunur. 

Uydurmalar  və    qondarmalar  zamanı  yeti-

şib.  Biz  görürük ki, bu şəxslərin yalanları, 

çirkinlikləri  və uydurmalarını poeziya və jur-

nalistika, publisistika səviyyəsinə qaldırmaq 

istəyirlər. 

...Bax onlar haqqında heyranlıqla danışma-

ğa başladılar. Axı onlar bu barədə yaza bilər-

lər!!!  Lakin  onlar  özləri  haqqında  (öz  xalqı) 

yazırlar. Çünki əmindirlər ki, özlərinkilər  on-

ları incitməyəcəklər. Təbii ki, onların başqa-

ları haqda (başqa millətlər haqda) yazmağa 

cəsarətləri çatmır. Çünki qorxurlar, çünki on-

lar artıq yoluxublar və onlara ikinci dərəcəli 

“sort” olması yeridilib, onlara  özünü alçaltma 

hissi yaxşı tanışdır və ona görə də onlar pal-

çığı özlərinkilərə  yaxırlar, digərlərinə isə güc 

və cəsarətləri çatmır.

Onlar,  Gürcüstanda pravoslavlardan sonra 

ən  böyük  icma  olan  müsəlmanlara  çamur 

atmaqla “söz azadlığı  müdafiəçiləri” oldular. 

“Bizim sayımız çoxdur, ölkələr çoxdur, bura-

nı batırarıq, başqa yerə gedərik, orada otu-

rarıq”. “Bizim kimilərə” həmişə yer tapılacaq. 

Hər şey keçəcək”. Lakin bu dəfə keçmədi – 

keçməyəcək!

Bu  gün  müsəlman  icmasının  yanlış  obrazı 

yaradılır və özü də çox aktiv şəkildə. Sanki 

dəri əvəz edən dermantin kimi dəri əvəzinə 

soxuşdurulur  ,  lakin  bu  dəri  deyil.  Bəs  əsli 

hanı? 

Bəs həqiqət hanı? 



Həqiqət, həqiqətlərin basillər kimi yarandığı 

yerdə yoxdur və onların yarandığı yerdə kif-

lənmiş yalanın qoxusu gəlir.

Çoxlarına  məlumdur  ki,  mən  Gürcüstanda 

müsəlman icması ilə  gördüyüm  işlər, hesa-

batlar müsəlman icmasında sabitlik və qarşı-

lıqlı anlaşmaya xidmət edib.   

Mən bu yanlışlığın necə buraxılması, harada 

səhv edilməsi barədə demişdim. Marnuelidə  

Həzrət Əli (ə) adına məscidin əsas məqsə-

di bizim cəmiyyət üçün Allaha ibadət edən,  

qanunlara riayət edən vətəndaşların yetişdi-

rilməsidir. 

Müsəlman icmasına qarşı bütün bu şayiələ-

ri biz qulaqardına vururuq. Bəlkə də bu elə 

“söz azadlığı”dır? Lakin hər şeyin həddi var, 

qanun var. 

Mən  söz  azadlığının  nə  olduğunu  və  onun 

dəyərini bilirəm. Bu söz azadlığını kimin gə-

tirdiyini və bu söz azadlığına necə nail olduq-

larını bilirik. Söz azadlığı inanclarına hörmət 

edən və etiqad edən minlərlə insanın heysiy-

yət və şərəfini alçaltmağa imkan vermir. Söz 

azadlığı heç kimə şayiə və açıq yalan yolu 

ilə  gürcü  cəmiyyətində  müsəlman  icması 

haqqında  yanlış  təsəvvür  formalaşdırmağa 

və  hökumətdə  onlara  qarşı  təzyiq  açarları 

işə salmağına təşviq etməyə əsas vermir. 

Mən qəti olaraq yalan, ikili standartlara qar-

şıyam. Mən buna qarşıyam. 

 Hamı  hər şeyi anlayır, həmi hər şeyi görür, 

lakin qələmlə heç nəyə toxunmaq istəmirlər. 

Niyə? 

Fikir edirlər: “Qoy kimsə başqası bizim əvə-



zimizdən etsin”  və hamı sakitləşir. 

Mən istəmirəm ki, sonra biz burda hər şeyi 

itirəndə, geridə qalan bir neçə şəxs yan-ya-

na dayanıb və bir-birinə desinlər ki, “hər şey 

yaxşı olacaq, hər şey keçəcək”. Lakin heç nə 

keçməyəcək.



Elbrus Məmmədov

MÜSƏLMAN İCMASINA QARŞI BÜTÜN BU ŞAYİƏLƏRİ BİZ QULAQARDINA VURURUQ




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə