Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil


MRMG №22 Human Rights Monitoring Group of Ethnic Minorities



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
1   2   3   4   5   6   7   8   9   10   11

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

5

Gürcüstanda təhsil sahəsində fəaliyyət 



göstərən “Maarif”in hüquqi, elmi-metodiki 

maarifləndirmə mərkəzi ittifaqının sədri, 

“Maarif” – “Tumurcuq” qəzetlərinin təsisçisi 

“Maarif” qəzetinin baş redaktoru Ələddin 

Qarabağlının 

“Gürcüstanda hal-hazırda fəaliyyət göstərən 

türk kökənli-türk mənşəli milli azərbaycan 

dilli məktəblərdə yaranmış problemlər və bu 

problmlərdən çıxış yolları” ilə bağlı

MÜRACİƏT


Hörmətli Nazim müəllim!

 

Gürcüstanda  yaşayan  türk  kökənli-türk  mənşəli  azərbay-

canlıların  milli  məktəblərində  yaranmış  problemlər  keçmiş 

İmperiya  süqutundan  keçən  son  25  ildən  artıq  bir  dövrdə 

zaman-zaman yaranmış, müstəqil Gürcüstan dövlətində ya-

şayan türk kökənli-türk mənşəli milli azlıq kimi qəbul edilən 

azərbaycanlıların  milli  məktəblərində  yaranan  problemlərin 

obyektiv və subyektiv tərəfləri mövcuddur. 

Keçmiş  İmperiya  süqutundan  sonra  türk  kökənli-türk  mən-

şəli milli məktəblərimizin 63-ü (ilk əvvəl 183 məktəb mövcud 

idi)  bağlandı  və  müəllim  şagird  kontingenti  birbaşa  50%-i 

azaldı (bu fakt real və rəsmidir) 



Hörmətli Nazim müəllim! 

Gürcüstanda  fəaliyyət  göstərən  milli  məktəblərlə  bağlı  43 

illik pedaqoji fəaliyyətim, son 15 ilə yaxın QHT-də və jurna-

listikada olan işgüzarlığımla əlaqədar olaraq milli məktəblə-

rimizdə yaşanan 

problmlər: 

1. 

Milli  məktəblərimizdə  -  milli  kadr  çatışmazlığı 

problemi, 



2. 

Milli  məktəblərimzidə  -  tədris  olunan  fənn  dərs-

liklərinin  hüquqi,  elmi-metodiki  cəhətdən  qüsurlu 

tərcümə olunması (gürcü dərsliklərindən) ,

3. 

Milli  məktəblərimizdə  -  dövlət  dili  -  gürcü  dilinin 

tədrisində yaşanan problemlər,



4. 

Milli məktəblərimizdə - müəllim-şagirdlərin müasir 

təhsil  sistemi  ilə  bağlı  hüquqi,  elmi-metodiki  əya-

niliklərin-  vəsaitlərin,  həmçinin  müəllim-  şagirdlər 

üçün milli bədii ədəbiyyatların yoxluğu,



5. 

Milli məktəblərimizdə - şagirdlərin tədris keyfiyyə-

tinin qiymətləndirilməsində istifadə olunan fərdi və 

ya  ümumi  sinif  jurnallarının 

“basqı”  yolu  ilə  qey-

ri-qanunu gürcü dilində yazdırılması,



6. 

Milli məktəblərimizdə - milli azlığa verilən hüquq-

ların ( bir sıra Beynəlxalq qanunlar) dondurulması: 

milli tarix, milli dini mədəniyyət kimi dərslərin keçiril-

məsinə 


“qadağa - yasaq” qoyulması və “yasaq” 

edilməsi,



7. 

Milli məktəblərimizdə - “dolayısı” ilə açılmış gür-

cü dilli sektorlarda (siniflərdə) milli dilin –Azərbay-

can  dili  və  ədəbiyyat  dərsinin  tədris  olunmasına, 

keçirilməməsinə 



“qadağa” qoyulması,

8. 

Milli məktəblərimizin - sayı və müəllim şagird kon-

tingenti ilə bağlı Gürcüstan Elm və Təhsil Nazirli-

yinin bütün strukturlarında ( əsasən Nazirlikdə, ra-

yon- şəhər təhsil mərkəzlərində) müfəttiş, ekspert, 

icraçı və s. kimi vəzifə ştatlarında milli kadrların tam 

mənada yoxluğu,



9. 

 Gürcüstanda – milli məktəblərimizdə işləyən müəl-

lim və oxuyan şagirdlərimizin: hüquqi, elm-metodiki 

cəhətdən  maarifləndirilməsi,  mərkəzlə  və  günün 

tələbləri əsasında onlara informasiyaların verilmə-

si, müəllim və şagirdlərin özlərinin hərtərəfli yaradı-

cılığının gündəmdə paylaşması üçün milli mətbuat 

“Maarif” – “Tumurcuq” qəzetlərinin dövrü nəşri-

nin (ayda bir dəfə) nizamlanması,



10. 

Milli məktəblərimizlə bağlı layihələrin həyata keçi-

rilməsində yaranan “süni problemlər”,



11. 

Milli məktəblərimizdə işləyən milli kadrlarla, (təd-

ris etdikləri fənlər üzrə) və rəhbərlərlə (direktorlarla) 

bağlı həyata keçirilən imtahanlarda yaranan 

“qey-

ri-obyektiv” gərginlik, 

12. 

 

Gürcüstanda qəbul edilən “Ümumtəhsil haqqında 

qanun”un müvafiq bəndlərinin digər qəbul edilmiş 

Beynəlxalq hüquqi qanunlarla müqayisədə milli az-

lıqların  təhsilində  yaranan  qarşılıqlı  ziddiyyətlər... 

kimi problemlər ifrat vəziyyət yaratmışdır...



Hörmətli Nazim müəllim! 

Yuxarıda  söylənilən  problemlərin  hüquqi,  elmi-metodi-

ki, məlum olan ölkə daxili və Beynəlxalq qanunlar da-

irəsində çıxış yolunu aşağıdakı təkliflərdə görürük (bu 

təkliflər milli məktəblərimizdə çalışan təcrübəli müəllim-

lərin yuxarıdakı problemlərə cavab kimi, çıxış yolu kimi 

təqdim olunur):

1. 

Milli kadr probleminin həlli aşağıdakı variantlarla- 

a) 

Gürcüstan Elm və Təhsil Nazirliyinin tədris pla-

nına daxil olan fənlər üzrə sərbəst Rustavi və 

ya Tbilisi  şəhərində  milli  Pedaqoji  Universitet 

yaratmaq (bu fikir var idi, ancaq reallaşmadı),

b) 

Tbilisi və Rustavi şəhərində fəaliyyət göstərən 

Universitetlərin  hər  hansı  birində  milli  dildə 

tədris fənləri üzrə fakültələr açmaq, yaranmış 

problemin həllinin zaman-zaman aradan qaldı-

rılması,


c) 

“Maarif” təşkilatı və “Maarif” qəzetinin milli 

kadr  probleminin  həlli  üçün  təklif  layihəsi  - 

kadr  probleminin  həllinin  vəziyyətdən  çıxış 

variantı hesab edilir (bu layihə tam hazırdır...) 



2. 

Milli  məktəblərimizdə  -  tədris  olunan  fənn  dərs-

liklərinin gürcü variantından tərcümənin elmi-meto-

diki, hüquqi cəhətdən qüsursuz olmasının yeganə 

yolu Gürcüstan Elm və Təhsil Nazirliyinin nəzdində 

və  ya  hər  hansı  müvafiq  bir  qurum  nəzdində  tər-

cümə mərkəzinin yaradılması – probleminin həllinin 

əsas çıxış yoludur. 

3. 

Milli məktəblərimizdə - dövlət dili-gürcü dilinin öy-

rənilməsi, gürcü ictimaiyyətinə inteqrasiya olunmaq 

üçün milli məktəblərimizdə çalışan milliyyətcə gür-

cü olan kadrların əməli fəaliyyəti ötən illəri nəzərə 

olaraq heç bir keyfiyyətli nəticə vermir. Gürcü dilinin 

milli məktəblərdə keyfiyyətli öyrənilməsinin yeganə 

çıxış yolu milliyyətcə Azərbaycanlı (gürcü dili ədə-

biyyatı  və  Azərbaycan  dili  ədəbiyyatı  fakültələrini 

qurtaran kadrlar) kadrların olması və dili öyrətməsi 

real çıxış yoludur (bunu bir neçə illik praktika isbat 

edir) 

4. 

Milli məktəblərimizdə - müəllimşagirdlərin müasir 

təhsil sisteminin tədris olunan fənlər üzrə bədii ədə-

biyyatlarla,  uşaq  ədəbiyyatı,  hüquqi  elmi-metodiki 

ədəbiyyatlarla təmin olunması bilavasitə Azərbay-

can  Respublikasının  Maarif  Nazirliyi  öz  öhdəsinə 

götürməsi və təmin etməsi-problemin həll olunma-

sını çıxış yoludur. 

5. 

Milli məktəblərimizdə - şagirdlərin tədris keyfiyyə-

tinin qiymətləndirilməsində istifadə olunan fərdi və 

ya ümumi sinif jurnallarının dövlət dili gürcü dilin-

də yazılması haqqında heç bir rəsmi hüquqi sənəd 

mövcud deyil, həmçinin bu məsələ Gürcüstan döv-

lətinin  qəbul  etdiyi  Beynəlxalq  qanunun  (çərçivə 

konvensiyasının  milli  azlıqlarla  bağlı  təhsilə  dair 

qəbul  etdiyi  qanunun  müvafiq  maddəsinə  ziddir) 

təhsilə dair müvafiq maddəsinə ziddir, milli azlıqla-

rın hüquqlarının pozulmasıdır... 



6. 

Milli  məktəblərimizdə  -  millətə  məxsus  tarixinin, 

coğrafiyasının  və  dini  mədəniyyəti  kimi  dərslərin 

keçirilməməsi  Beynəlxalq  hüquq  normalarına,  in-

san haqları və bir sıra milli azlıqla bağlı qanunlara 

tam mənada ziddir, yolverilməzdir. Bu məsələ - ən 

azından  milli  azığın  özünün  kimliyindən  məhrum 

etməkdir  ki,  nəticəsi  zaman-zaman  Gürcü  dövləti 

tərəfindən milli azlığı 



“mankurtlaşmaya”, “assim-

liasiyaya” sürükləməkdir. 

7. 

Milli  məktəblərimzidə  -  milli  azlığın  uşaqlarını 

“dolayısı” ilə məktəblərdə direktorlara şifahi təsir-

lərlə məcburi 



“gürcü” sektorunun açılması, həmin 

gürcü  sektorunda  tədris  fənlərinin  gürcü  dilində 

tədris olunması ilə yanaşı uşağın milli millətliliyin-

dən məhrum edilməsi və üstəlik ən azından gürcü 

sektorunda Azərbaycan dili və ədəbiyyatı dərsinin 

keçirilməməsi heç bir hüquqi qanunlıa uyğunlaşmır 

– millətin gələcəyini milliliyindən məhrum edilərək 

“genetik kod”unu dəyişdirməkdən savayı bir şey 

deyil.  Bu  hal  bəşəri  varlıqda  insan  hüquqları  nor-

masına ziddir.. Bu məsələni görüşlər zamanı şərq 

tərəfdaşlığı üzrə layihə iştirakçıları da özlərinin na-

razılığını bildirdi...

8. 

Gürcüstanda  –Gürcüstan  Elm  və  Təhsil  Nazirli-

yinin  fəaliyyət  xəttində  milli  azlığın-azərbaycanlı-

lardan heç bir ziyalı vətəndaş təmsil olunmur, yəni 

müfəttiş, ekspert, icraçı və s. kimi vəzifə ştatların-

dan uzaqlaşdırılmış, tam məhdudlaşdırılmışdır. Bu 

məsələ tam mənada bütün hüquqi qanunlara ziddir. 



9. 

Milli  məktəblərimizdə  -  Rəsmi  qaydada  2004-ci 

ildən milli kadrlarımız üçün “Maarif”, 2002-ci ildən 

milli  məktəblərimizin  şagirdləri  üçün  “Tumurcuq” 

qəzeti və 2004-cü ildən etibarən “Maarif”in hüquqi, 

elmi-metodiki  maarifləndirmə  mərkəzi  ittifaqı  milli 

məktəblərimizin  həyatında  çox  şaxəli  mühüm  rol 

oynayıb. Son 15 ildə bu təşkilat və qəzetlər Diaspor 

Komitəsindən kiçik maliyyə dəstəyi (12.500$) alıb. 

Təşkilatın  və  qəzetlərin  günün  tələbləri  səviyyə-

sində  fəaliyyətinə  hərtərəfli  maliyyə  ehtiyacı  var. 

Əfsuslar olsun ki, son 15 ildə adı çəkilən təşkilatın 

və qəzetlərin keçdiyi yolda nə dərəcədə və hansı 

çətinliklərə işgüzar addımlarımıza 

“süni dolaşıqlar” 

yaradılaraq  Diaspor  komitəsində  qapı  arxasında 

qalmışdır. Bu təşkilatın və qəzetlərin nizamlı qay-

dada fəaliyyətinə milli məktəblərimizin düşdüyü və-

ziyyətin böyük ehtiyacı vardır. Bu məsələ aidiyyatı 

olan  təşkilatlardan  asılıdır..., yeganə  yolu  maliyyə 

dəstəyi verilməsi çıxış yoludur. 

10. 

Milli məktəblərimizlə bağlı zamanın tələbi ilə hə-

yata keçiriləsi çox dəyərli layihələr var və qismən 

də  həmin  layihələrdən  müəyyən  dərəcədə  plan-

laşdırılıb-  işlənilib.. Ancaq,  bu  layihələrin  davamlı 

olması  və  yekunlaşdırılması  tarixi  bir  reallığa  çe-

virilməsi üçün layihələrin aidiyyatı olan və maliyyə 

imkanı  verə  bilən  təşkilatlar  maliyyə  dəstəyi  verə 

bilərsə bu imkan çıxış yolu ola bilər... 



11. 

Milli məktəblərimizdə - tədris planına uyğun ola-

raq  işləyən  müəllimlər  və  məktəb  rəhbərləri  üçün 

aparılan plenar imtahan vermələri dövlət dili gürcü 

dilində aparılır. Bu isə milli azlıqlara aid olan Bey-

nəlxalq  hüquqi  qanunlar  çərçivəsində  -Çərçivə 

Konvensiyasının milli azlıqlarla təhsilə dair məsələ-

nin  məlum  bəndlərinə  ziddir.  Bilərəkdən  imtahan-

ların  gürcü  dilində  aparılmasında  milli  məktəblə-

rimizin  milli  kadrları  və  rəhbərlərini  daimi 

“basqı 

altında - sıxıntıda saxlamaqdır” Bunun çıxış yolu 

hüquqi qanunlar dairəsində həyata keçirilməsidir. 



12. 

Gürcüstanda  qəbul  edilən  “Ümumtəhsil  haqqın-

da qanun”un (ölkə daxili) digər qəbul edilmiş milli 

azlıqlarla bağlı Çərçivə Konvensiyasında bir neçə 

“maddələr”in toqquşması, uyğun gəlməməsi möv-

cuddur.  Bu  maddələrin  milli  azlıqların  milli  mək-

təbləri  ilə  bağlı  yaranan  bu  maddələrin  məqsədə 

uyğun  yol  hüquqi  -  məhkəmə  qaydası  ilə  hüquqi 

qaydada həyata keçirilməyi yeganə çıxış yoludur. 



Hörmətli Nazim müəllim! 

Gürcüstanda fəaliyyət göstərən türk kökənli- türk mən-

şəli milli azərbaycan dili məktəblərimizdə Keçmiş İmpe-

riya dağıldıqdan keçən son 25 il ərzində yaranmış prob-

lemləri qismən də olsa ümumi halda nəzərinizə çatdırı-

rıq,  bu  problemlərin  həlli  yolunu  Gürcüstan  dövlətinin 

və  müvafiq  Beynəlxalq  qanunları  dairəsində  fasiləsiz 

pedaqoji  fəaliyyətimin  son  15  ilə  yaxın  Gürcüstanda 

fəaliyyət  göstərən  “Maarif”  təşkilatının  sədri  və  “Maa-

rif”  qəzetinin  baş  redaktoru  kimi  keçdiyimiz  pedaqoji, 

elmi-metodiki, hüquqi təcrübəmizə əsaslanaraq təqdim 

edirik.  Sizin  ünvana  təqdim  edilən  bu  rəsmi  sənəddə 

göstərilən 12 (on iki) bənddən ibarət problemlərin təq-

diminə adı çəkilən təşkilat - qəzet rəhbərliyi tam hüquqi 

qaydada məsuliyyət daşıyır. 

Hörmətlə: “Maarif” təşkilatının sədri,

“Maarif” qəzetinin baş redaktoru: 

Ə.Qarabağlı 

AZƏRBAYCAN RESPUBLİKASI XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA 

İŞ ÜZRƏ DİASPOR KOMİTƏSİNİN SƏDRİ CƏNAB NAZİM İBRAHİMOVA 

P.S. 


Hörmətli oxucular! “Maarif” 

qəzetinin fəaliyyəti maliyyə 

problemi ilə əlaqədar müvəqqəti 

dayandığından məqalə “Müvəkkil” 

qəzetində dərc olunur. Yaxın 

vaxtda məqalənin  geniş əhatəsi 

“Maarif” də dərc olunacaq. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə