Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil


MRMG №22 Human Rights Monitoring Group of Ethnic Minorities



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
1   2   3   4   5   6   7   8   9   10   11

6

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

2013- cü ilin may-avqust aylarında Bolni-

si  və  Dmanisi  rayonlarında  azərbaycanlılar 

yaşayan  kəndlərində  manitorinq  apardıq. 

Manitorinqə 31 sual daxil edilmişdi. Suallar-

dan biri Gürcüstandan İslam dininin nə kimi 

problemləri  olduğunu  araşdırmaq  və  ikinci 

sual toponimlərin nə səbəbdən dəyişdirilmə-

si idi. 

Biz bu monitorinqi 4 aya başa çatdırdıq. 

Və  monitorinqin  nəticələrini  bütün  lazımi 

yerlərə çatdırdıq. Heç 6-7 ay keçməmişdi ki, 

BMT  –dən  nümayindələr  gəldi.  O  gələnlər 

məni axtarıb tapdılar. Eyni zamanda tolerant 

cəmiyyətinin  sədri  Elbrus  Məmmədov  da 

mənə bildirdi ki, BMT nümayindələri monito-

rinqin nəticələrinin nə dərəcədə doğru olub- 

olmadığını  araşdırmaq  istəyirlər.  Nümayin-

dələrlə kəndbə- kənd gəzib-dolaşdıq. Əhali 

ilə görüşlər keçirdik. Aydın məsələdir ki, hər 

hansı kəndə getmək lazım oldusa, mən də 

o kəndin əhalisini telefonla təlimatlandırdım. 

Beləliklə qonaqları isti qarşıladılar. 

Məsələdən  agah  olan  azərbaycanlılar, 

monitorinq  zamanı  elədikləri  giley-güzarı 

birə-beş  artıracaq  çox  çoşqu  ilə  məlumat 

verdilər. Mən belə bu dərəcədə fəallıq göz-

lənilmirdi xalqımızdan.

Axır  ki,  bu  dini  məsələnin  qabardılma-

sında nə mən, nə də monitorinq dəstəmizin 

başqa üzvləri yalançı sayılmadıq. 

İndi  də  2015  –  ci  il  sentyabr  ayının  19-

da  Avropa  şurasının  üzvü  özü  isə  İspani-

ya  vətəndaşı  olan  Mariya  gəldi.  Yenə  eyni 

məsələ və eyni səhnə.... Bu dəfə Avropadan 

gələn  qızı  məqsədi  toponimlərin  dəyişdiril-

məsi  vaxt  baş  verən  hadisləri  araşdırmaq 

idi. 


Yenə Elbrus Məmmədov mənə telefonla 

məsələnin nə yerdə olduğunu bildirdi. Mən 

də ona dedim  ki, qardaş hansı kəndə istə-

yirsiniz oraya da gedək. Mənim heç nədən 

qorxum  yoxdur.  Mən  həmişə  oldu  kimi  bu 

monitorinq zamanı da doğruluğu-düzlüyü əl-

dən verməmişəm. Xalqın dilindən çıxan na-

razılıqları şikayətləri və giley-güzarı yazmı-

şam ki, MBT-də Avropa şurasından oturan-

lar  da  mənim  doğrumu-yalanımı  yazdığımı 

yoxlamağa gəlirlər. Gedən məndən nə tapdı 

ki, indi gələn də nə tapa? Qoy yoxlasınlar, 

qorxum yoxdur.

Mən  onlardan  hansı  kəndə  getsək 

istədiklərini  soruşduqda,  onlar  Qoçlunu, 

Həsənxocalını və Arxlını göstərdilər. Mən də 

çox məmnuniyyətlə onlarla razılaşdım. 

Hər  3  kəndin  sakinlərinə  zəng  elədim. 

Məsələnin  nə  yerdə  olduğunu  söylədim  və 

xahiş elədim ki, bizi qarşılasınlar.

Birinci  görüşümüz  Qoçuluda  baş  tutdu. 

Bir neçə adam toplamışdı. Salamlaşdıqdan 

sonra Mariya Dieqo yarı rusca –yarı ingiliscə 

danışaraq sözə başladı. Onun sözlərini Elb-

rus  Məmmədov  azərbaycancaya  tərcümə 

elədi və xalqa başa saldı. Mariya soruşdu ki, 

toponimlərin yəni kəndin adının dəyişilməsi 

necə baş verirdi? Əhali bu işə necə münasi-

bət göstərirdi? Qoçulu xalqın onun cavabın-

da – Biz qəti razılıq vermədik deyə - cavab 

verdilər.

Kəndin  xalqından  heç  öz  razılığını  bil-

dirən oldumu? Sualına cavab - qəti şəkildə 

-  Yox-  oldu.  Heç  bir  nəfər  razılıq  vermədi. 

Təkcə kəndin, milliyyətcə gürcü olan savxoz 

direktoru öz razılıq ərizəsini yazıb rayon rəh-

bərliyinə  verdi.  Kəndin  adı  belə  dəyişdi.  O 

gürcünü  də Allah  Təala  tezcə  cəzalandırdı 

ki,  faciəvi  şəkildə  öldü.  Qoçulu  (indi  Caba-

la)  kəndini  xalqı  onu  da  əlavə  elədilər  ki, 

çox  aktiv  olub  narazılıq  edənləri  gürcü  po-

lisi  axşamlar  hüquq  müdafiə  orqanlarında 

cəzalandırmağa aparırdılar. Bir yaşlı kişi də 

belə söylədi, “ Məni də düz iki dəfə apardılar, 

ama çox qoca olduğum üçün döymədilər. 

Xalqın  belə  həyəcanla  danışdığını  din-

ləyən Mariyanın çaş-baş qaldığı üzünün ciz-

gilərdinən hiss olunurdu. Mən Elbrus Məm-

mədovdan  soruşurdum  ki,  qardaş  o  niyə 

təlaş  keçirir?  Soruşarsanmı?  Sualı  Mariya 

belə  cavablandırdı.  “Gürcüstanda  yaşayan 

azərbaycanlılar  özləri  kəndlərin  adının  də-

yişdirilməsi üçün Gürcüstan dövlətindən xa-

hiş ediblər. Gürcüstan dövləti də çox sevimli 

azərbaycan xalqının bu xahişini canla-başla 

yerinə yetiribdir. Bu vaxt mənim yadıma bir 

lətifə  düşdü.  Bir  quzu  gedib  qurda  yalvarır 

ki,  ay  qurd  qardaş  nə  olar  ağrın  alım.  Bax 

indi, burdaca aman vermədən məni ye. Üs-

tümdəndə su iç.

Nə  qədər  gülünc  səslənir.  Elə  deyilmi? 

Bax  beləcə  də  çox  amansız,  çox  qəddar 

qurd quzu donu –quzu libası geyinir. Özü də 

axsayır, yazıqlayır, fağırlaşır.

Bax  beləcə  azərbaycan  xalqı  Gürcüs-

tanda  bir  quzuya,  gürcü  dövlət  adamlarıda 

amasız qurda çevrilir. 

Onlar özləri istədilər, biz də kəndin adını 

dəyişdik. 

Təki hər yerdə və həmişə belə ola. Harda 

nə  vaxt  nə  istəsək  beləcə  yerinə  yetirələr. 

Bütün  problemlərimiz  də  tələm-tələsik  öz 

gözəl həllini tapa. 

Amin.....

Qoçuluda  yəni  Capala-da  görüşü  başa 

vurub, keçdik Həsənxocalıya. Bu kəndin hə-

mişə işsiz-gücsüz xalqı həmişə ortalıqda (iş-

sizlər Birjasında) olarlar. Bu həmişə belədi. 

Kimi harda itirsən, bu birjada tapa bilərsən. 

Heç kəsin nə işi var nə gücü. Günləri işsizlər 

birjasında keçir bu yazıq xalqın. 

Həsənxocalı kəndinin hörmətli ( işsiz qal-

malarına  baxma)  sakinləri  ilə  xoş-beşdən 

sonra öz gəlişimizin məqsədi haqda onlara 

məlumat verdik.

Səni  sağlıqla  görüm.  Qoçuludakı  görüş 

muştuluq oldu. Həsənxocalılar arasında elə 

bir canlanma olduki, mən belə bir xalqım ol-

duğu üçün fəxr elədim. 

Həsənxocalılar  sualları  cavablandırmaq-

la yanaşı öz kəndlərinin adı uğrunda müba-

rizəyə qalxdıqlarını söylədilər. Kəndin böyü-

yündən  –kiçiyinə  kəndin  adınını  dəyişdiril-

məsini tələb ediblərmiş. Bu üzdən bu kəndə 

bir neçə dəfə rayon rəhbərliyi xalqı dilə tut-

mağa gəliblər. Ancaq xalq dediyindən dön-

məyəndə  polislər  gəlib-getməyə  və  xalqa 

hədə-qorxu gəlməyə başlayıblarmış. Kəndin 

adını göstərən lövhə(trafaret) bir neçə dəfə 

yerindən  sökülüb  yox  edilibmiş.  Dövlətlə 

dövlətçilik  eləmək  olaz  ki,...  Axır  nəticədə 

zor öz işini görüb. Kəndin adı Muxrani olub. 

Qoçulu çapalayan kimi; bu da bir yazıq. 

Amma Həsənxocalıdan mənə qalan, “ el bir 

olsa, kərən sındırar” atalar sözünün öz yeri-

ni  bir  gün  gerçəkləşəcəyinə  inanmaq  oldu. 

Mən bu inamı atmaram.

Biz Həsənxocalıda öz işimizi bitirdik. İndi 

qonaqlar  Arıxlı  kəndinə  getmək  istədikləri-

ni  bildirdilər. Yenə  də  mənim  bələdçiliyimlə 

Arxlı  kəndinə  gəldik.  Bu  kənddə  də  işsiz-

lər  ordusu  çayxananın  həyətində  əyləncəli 

oyunlar  (  nərtaxat,  domino  kimi)  oyunlar 

oynayırdılar. Burada kənd sakinləri ilə əvvəl-

cə mən danışıb söylədim. Sonra qonaqları 

çayxananın həyətinə dəvət elədim. Qonaq-

lara oturmağa hörmətlə yer göstərdilər, çay 

gətirdilər.  Elbrus  Məmmədov,  yenə  xalqa 

bu  kəndə  nə  üçün  gəldiklərini  başa  saldı. 

Və onların bir neçə suala cavab vermələrini 

xahiş elədi. Arxlı kəndinin hörmətli xalqı da 

ədəb-ərkanla  razışdılar. Ancaq  onu  da  de-

yim ki, sual-cavabda mənim müdaxiləm qə-

bul olunmurdu. Mən sakit durub işin axırını 

gözləməli idim.

Elə birinci sualda kənd sakinləri çox gər-

gin mübahisələrlə başladılar, “kəndin adının 

dəyişməsində sizlərdən iştirak edən oldumu” 

sualını  cavablandırdılar.  Mübahisələrdən 

elə məlum olurdu ki, kimsə kimdənsə kəndin 

adının  dəyişdirilməsində  şübhələnir.  Bütün 

suallar zamanı belə gərgin mübahisələr oldu 

Arxlıda. Axırda belə məlum oldu ki, heç kəs 

kəndin adını dəyişməsinə razılıq verməyib. 

Əksinə dəstə-dəstə xalq öz etirazını bildirib-

lər.  Bolnisi  rayonunun  dövlət  rəhbərlərinə, 

onu  da  bildiriblər  ki,  o  vaxtkı  kənd  soveti, 

kəndin deputatı və 17 kənd sakini öz etriaz 

məktublarını adiyyatı qurumlara göndəriblər. 

Nə etirazlar, nə müraciətlər, nə də yazılan 

məktublar  Gürcüstan  dövlətinin  ətəyindən 

daşı tökdürə bilməyib. Axırda dövlət rəhbər-

ləri haqqında və zor tətbiq etməklə öz istə-

yinə çatıblar. Necə ki, kəndin adı Naxiduri ilə 

əvəz olunubdu. İndi bu gözəl Arxlı Naxiduri-

dir. Bununla da kəndin xalqı barışmır.

Axırda Arxlı xalqı dedilər ki, yaxşı biz Qo-

çulu deməyək Çabala deyək. Bu sözü başa 

düşürük  və  qanırıq.  Çabala  elə  Çabaladı 

da. İstər gürcücə çabala, istər lap azərbay-

canca  çabala.  Yıxılıb  qalxa  bilməyən  kənd 

və ya millət çabalaya-çabalaya qalar. Necə 

ki biz çabalayırıq. Amma bu Naxidurinin nə 

olduğunu  anlamırıq.  Bizidə  yandıran  odur 

ki,  niyə  mənasını  bilmədiyimiz,  bu  təhqira-

miz  sözləri  bizə  yamayırlar!?  Bu  sözlərlə 

bizi təhqir edirlər. Adını da qoyurlar ki, bəs 

deməzsənmi öz kəndimizin adını bəyənmə-

yib gürcüdən onun dəyişdirilməsində kömək 

istəmişik.  Bu  yalanlar  və  pisliklər  nə  vaxta 

kimi  davam  edəcəkdi?  Nə  vaxta  kimi  bizi 

ikinci  sort  xalq  sayacaqlar,  bizimlə  hesab-

laşmayacaqlar.  Nə  vaxta  kimi  bizim  sözü-

müzü söz saymayacaqlar? Ancaq səs ver-

mədən - səsverməyə biz özümüzü sərbəst 

vətəndaş  sanırıq.  Elə  ki,  səsvermə  ötdü, 

yenə oluruq ikinci sort millət. Nə vaxta kimi 

bizim haqqımızı pozacaqlar? Nə vaxta kimi 

dini problemlər və başqa problemlərimiz öz 

haqlı həllini tapa bilməyəcəklər? 

Kimin  ağlına  nə  gəlir  olar-olmazına 

baxmadan,bizim  başımıza  açırlar.  Qədi-

mi qəbirstanlığımızda oyunlar açırlar ki, bu 

ölüləri öz qəbirlərində rahatlıq verməyən bir 

oyunlardır. Eşitmişik ki, Dmanisin Hamamlı 

kəndindəki  qədim  qəbirstanlıqda  4-5  qəbiri 

söküblər. İçindən qiymətli metallar götürüb-

lər. Sümükləri neynəyib-neynəməyiblər. Baş 

daşlarınıda özləri üçün bəzək əşyasına çe-

viriblər. Belə ki, qoç şəkilli 4 baş daşı həmin 

rayonun  Qantiadi  qəbirstanlığında  qapının 

girişini bəzəyir. Elə bil ki, bu daşlar qəbirs-

tanlığa  gələn  xristianları  salamlayır.  Nədən 

bizim qəbirstanlığımızı təhqir edirlər? Nədən 

baş daşlarını hara gəldi ora aparırlar? Qə-

birstanlıqlarımız necə toponimlərimiz, məs-

cidlərimiz  də  elə.  Hər  yerdə,  hər  cəbhədə 

Gürcüstanda yaşayan azərbaycanlılar haq-

sızlıqlara  uğrayırlar.  Dünya  ictimaiyyəti  də 

bütün bu olub keçənlərə göz yumurlar. Ümu-

dimiz bir Allaha qalıb. Bir yandan Gürcüstan 

konvensiya  və  tələblərə  qol  çəkir,  az  saylı 

xalqların haqq və hüquqlarını qoruyacağını 

bildirir.  Digər  tərəfdən  də  Gürcüstanda  ya-

şayan azərbaycanlıların haqqını –hüququnu 

pozur. Pozur, özü də necə pozur. Borçalıda 

özünü görür, Bağdadda kor xəlifənin burnu-

nu qırdılar. Özünü də taxtdan saldılar. 

Arxlıda xalq bizdən ayrılmaq istəmirdilər. 

Ürəkləri  sözlə  dolu  idi.  Verilən  suallar  bir 

yana,  özləri  soruşulmayan  məsələləri  dilə 

gətirirdilər.  Mariya  isə  xalqdan  üzr  istədiyi-

ni bildirdi. Və getməli olduğunu dedi. Yoxsa, 

xalqın  nümayindələri  daha  çox  problemlər 

haqda  danışacaqadılar.  Elbrus,  Mariyanın 

sözlərini  tərcümə  elədi.  Ondan  sonra  xalq 

çox təəssüflə bizim getməyimizə razılıq bil-

dirdilər. 



Elşad Əliyev, 

Qarapapaq Xeyriyyə Cəmiyyəti.

QOÇULUDA YƏNİ CAPALA-DA GÖRÜŞÜ BAŞA VURUB, KEÇDİK HƏSƏNXOCALIYA

TİFLİSDƏ ƏLİ HƏSƏNOVUN GÜRCÜ DİLİNDƏ NƏŞR OLUNAN 

“GEOSİYASƏT” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Gürcüstan  paytaxtında  fəaliyyət  göstərən 

Qafqaz  Beynəlxalq  Universitetində  Azər-

baycan  prezidentinin  köməkçisi,  Prezident 

Administrasiyasının  İctimai-siyasi  şöbəsinin 

müdiri,  tarix  elmləri  doktoru,  professor  Əli 

Həsənovun gürcü dilində nəşr olunan “Geo-

siyasət” kitabının təqdimatı keçirilib.

APA-nın  Gürcüstan  bürosunun  məlumatına 

görə, təqdimatda Qafqaz Beynəlxalq Univer-

sitetinin  professor  və  müəllim  heyəti,  gürcü 

və azərbaycanlı tələbələr, QHT rəhbərləri və 

jurnalistlər iştirak edib.

Tədbiri  universitetin  rektoru  Kaxaber  Kor-

zaya  açaraq  kitabın  siyasi  əhəmiyyətindən 

danışıb. O qeyd edib ki, kitabın gürcü dilinə 

tərcüməsi  universitet  tələbələrinə  və  müəl-

limlərə  böyük  hədiyyədir.  K.  Korzaya  müəl-

lifin  Qafqaz  Beynəlxalq  Universitetinin  kita-

bxanasına bağışladığı 40 ədəd kitabı xüsusi 

hədiyyə adlandırıb və bu kitabın Azərbaycan 

və Gürcüstan dövlətləri arasında münasibət-

lərin daha da dərinləşdirilməsinə xidmət edə-

cəyini vurğulayıb.

Tədbirdə  Azərbaycan  Qadın  Jurnalistlər 

Assosiasiyasının  rəhbəri,  layihənin  koordi-

natoru  Sevil  Yusifova,  Qafqaz  Beynəlxalq 

Universitetinin  professorlarından  Aleksandr 

Rusetski, Tamar  Kikladze,  Gürcüstan Azər-

baycanlıları Milli Konqresinin sədri Əli Baba-

yev və başqaları çıxış edərək kitabın gürcü 

dilinə  tərcümə  olunaraq  nəşr  edilməsini 

alqışlayıblar.  Çıxışçılar  kitabın  universitetin 

tələbələri və müəllimləri üçün vacib bir dərs 

vəsaiti olduğunu qeyd ediblər.

Qafqaz  Beynəlxalq  Universitetinin  Qafqaz 

Geosiyasət  Araşdırmaları  laboratoriyasının 

müdiri, professor Aleksandr Rusetski “Geo-

siyasət”  kitabındakı  araşdırmaların  siyasət 

aləmində qiymətli olduğunu bildirib: “Bu kita-

bın  təqdimatında  biz  Qafqaz  əməkdaşlığını 

görürük.  Biz  daha  intensiv  şəkildə  işləməli-

yik. Əli Həsənovun regionda təcavüzkarlığa, 

terrorizmə aid fikirləri və onun bu proseslərə 

münasibəti regional əhəmiyyət kəsb edir”.

Qeyd  edək  ki,  Tiflisdə  nəşr  olunan  “Geosi-

yasət” kitabının elmi redaktoru və ön sözü-

nün  müəllifi  tarix  elmləri  doktoru,  professor 

Quram Marxuliyadır. Kitab 5 fəsildən ibarət-

dir.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə