Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil


MRMG №22 Human Rights Monitoring Group of Ethnic Minorities



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
1   2   3   4   5   6   7   8   9   10   11

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

7

Qəbul  etidiyimiz  məhsullar  nə  dərəcədə 



sağlamdır? Geni dəyişdirilmiş - bu söz bizə 

sanki tanışdır, ancaq bu termini nəyi ifadə 

etdiyi bizə məlum deyil. 

Bunu aydınlaşdırmaq üçün biz sizin hər gün 

etdiyinizi etdik. Dezertir bazarına getdik. Al-

ver etdik və satıcılardan soruşduq ki, geni 

dəyişdirilmiş məhsul satılırmı, bu barədə nə 

bilirlər? 

Nəticədə  üç  cür  satıcı  müəyyənləşdirdik: 

I.  Təsəvvürü  yoxdur;  II  Bilir  və  bu  barədə 

danışmır:  III.  Bilir  və  belə  məhsulu  vizual 

müəyyənləşdirir. 

Ümumi fon belədir; ilin bu fəslində, əsasən, 

gürcü  məhsulları  satıldığından  geni  dəyiş-

dirilmiş  məhsulların  yayılma  şansı  azdır. 

Belə  məhsullar  xaricdən  gəlir.  Qəbul  edil-

miş qanuna görə, belə məhsulların üzərinə 

KDM nişanı vurulmalıdır, ancaq buna əməl 

olunmur. Bir satıcının dediyinə görə, ticarət 

mərkəzininin  vet-həkimi  hər  gün  pul  topla-

maq üçün gəzir, məhsulu isə heç kim yoxla-

mır. Ticarət mərkəzinin vet-həkimi Avtandil 

Cxartişvili deyir ki, bazara  daxil olan məh-

sul yoxlanır, ancaq məhsulu KDM olduğunu 

müəyyənləşdirmək  imkanımız  yoxdur.  Bu, 

sərhəd gömrükxanasında yoxlanır.

Avtandil Cxartişvili: “Bütün məhsullar yoxla-

nır. Məsələn , ət sallaqxanalardan sənədlə 

daxil olur (forma 2) . Ət möhürlü olmalıdır. 

Burada  nəzarət  edilir  ki,  forma  2-siz  daxil 

olmasın  və  sonra  soyuduculara  paylanır. 

Tərəvəzlər  də  nitratda  yoxlanır.  KDM  –  a 

gəldikdə,  biz  buna  nəzarət  edə  bilmirik. 

Əgər  bizə  böyük  miqdarda  daxil  olursa, 

onun etiketi olmalıdır, ancaq satıcı bir necə 

kq alıb sonra özü satırsa, biz buna nəzarət  

edə bilmirik.”

Axtarışı  bazarla  bitirmədik,  gündəlik  istifa-

də məhsulları satılan marketlərə üz tutduq, 

etiketləri yoxladıq. Süd məhsullarının etiket-

lərini  yoxlayarkən  yalnız  bir  kompaniyanın 

qaymaq və mayonezində KDM-siz yazısına 

rast gəldik. Başqa  məhsullarda da eyni və-

ziyyətdir.  Super-market  administrasiyala-

rının  dediyinə  görə,  onların  mağazalarına 

KDM daxil olmur. 

İstehlakcılar  Assosiasiyasının  sədri  Qia 

Burcanadze:  “  Bizdə  qiyməti  və  adı  yaxşı 

yazırlar, qalanlar kiçik şriftlə yazılır. İstehsal-

çı yalnız məhsulu satıb pul qazanmağı dü-

şünür. Bu işdə ciddi nəzarət olmalıdır, Məh-

sulun  Zərərsizliyi  Agentliyi  buna  birbaşa 

borcludur ki, istehsalçılara nəzarət etsin”.

Milli  Məhsul  Agentliyinin  Məhsul  Depar-

tamentinin  rəisi  Kaxa  Soxadze:  “  Qanun 

2015- ci ilin dekabrında qəbul edilib, iyulun 

1-də  qüvvəyə  minib.  Əgər  qida    0,9-dan 

artıq  geni  dəyişdirilmiş  orqanizmlərdən 

ibarətdirsə,  yaxud  belə  orqanizmlərdən 

hazırlanıbsa,  bu  barədə  etiketdə  mütləq 

məlumat  verilməlidir.  Bizim  laboratoriya 

tədqiqatı  aparmağa  imkanımız  var.  Etiket 

pozuntularına görə biznes-operatoru 5 min 

lari cərimələyirik. Biz bu tipli nəzarəti davam 

etdirir, Avropa ekspertləri ilə məsləhətlər ke-

çiririk”.

Qia  Burcanadze:  “  Gürcüstana  salmone-

loz xəstəliyi ilə 129 ton toyuq qiyməsi daxil 

oldu, bunun gömrükxana buraxmışdı, əgər 

yoxlanmışdısa,  niyə  buraxırdı?!  İstehsalçı 

az qala dəli olmuşdu, əgər xəstə idisə Sarp 

gömrükxanası ki yoxladı, orada niyə heç nə 

demədilər? 129 tondan 15 ton gömrük, qa-

lan 114 ton satıldı. Sizin və bizim ailə üzv-

lərimiz yarım fabrikat adı ilə onu yedik. Bu 

zaman Gəlirlər Xidməti və Kənd Təsərrüfatı 

Nazirliyi harada idi? Toyuq ətinin bu xəstə-

liyi  patoloji  nəticələr  gətirə,  adamı  öldürə 

bilər”.

Kaxa Soxadze: “ Satılmamışdı. Milli Ərzaq 



Agentliyi bunun aşkar etdi. Biz buna fal nə-

zarət  etdik.  Aşkara  çıxarmaq  faktı  təsdiq 

olunur, satılma faktını təsdiq  edə bilmərik”.

Gəlirlər  Xidməti  aparatının  baçcısı  Xatia 

Moistsrapişvili:    Gürcüstanda  qanunveri-

ciliklə KDM –ın həm daxil olması, həm də 

realizasiyası nəzarətdə saxlanır. 

Gürcüstanın  gömrük  sərhədində  KDM-a 

nəzarət qaydası Maliyyə Nazirinin əmri ilə 

müəyyən  edilir.  Qanuna  müvafiq  olaraq, 

ölkəyə daxil olan KDM- un etiketində qeyd 

edilməlidir ki, məhsulun geni dəyişdirilmiş-

dir.  Ümumi  çəkidə  0,9  faiz  tərkib  yolve-

riləndir. Gömrükxana sənədində məhsulun 

tərkibi  qeyd  edilməlidir.  Etiket  yoxdursa, 

belə məhsula risk proqramına daxil edilib 

sənədlər  yoxlanmalıdır.  Sənədlərdə  də 

məlumat  olmadıqda,  nümunə  götürülüb 

laborator tədqiqat aparılmalıdır. Etiket var, 

ancaq  uyğunluq  düzgün  deyilsə,  ya  da 

əksinə,  -  etiket  yoxdur,  laborator  tədqiqat 

göstərdi ki, onda gen dəyişmə elementləri 

var, - o zaman importyor 5 min lari cərimə 

edilir.  Bu hal ikinci dəfə baş verərsə, im-

portyor 10 000 lari cərimə edilir”.

Faktor bir şey deyir, etiketi oxumalıyıq və 

kompaniyaya qarşı olduqca tələbkar olma-

lıyıq. Ancaq  hələlik  yalnız  etiketi  oxumaq 

kifayət  deyil.  Gürcü  istehlak  bazarı  hələ 

yenə  inkişaf  prosesindədir.  Qüsurlar  göz 

önündədir. Görək iyulun 1-də qəbul edilmiş 

tənzimləmə praktikada fəallaşacaqmı? 



Qiorqi Uruşadze.

GENİ DƏYİŞDİRİLMİŞ MƏHSULLARI QƏBUL EDİRİK?!



Bu gün, Gürcüstanın Barış və Vətəndaş bəra-

bərliyi məsələlər üzrə dövlət Nazirliyinin fəaliy-

yəti, Borçalı mahalında-Kvemo Kartli bölgəsində  

zaqs burosu fəaliyyətinə bənzəyir. Nə vaxt evlən-

mək, necə evlənmək, gülməli çıxsada nə üçün 

evlənmək Nazirliyin əsas fəaliyyəti olub. Halbuki, 

bu fəaliyyət Barış və Vətəndaş Bərabərliyi Nariz-

liyin mandatına uyğun gəlməyən fəaliyyətdir. 

Mərkəzdə uşaq bağcalarının məsələsi yenə 

kəskindir.  Munisipal  bağcalarda  qeydiyyat 

xeyli  vaxtdır  başa  çatıb,  bu  il  də  minlərlə 

uşaq  məktəbəqədər  tərbiyə  müəssisələrin-

dən kənarda qaldı.

Mütəxəssislər  deyirlər  ki,  problemin  kəs-

kiləşməsinə  Maarif  Nazirliyi  tərəfindən  tə-

yin edilən tənzimləmə səbəb oldu, hansına 

görə ki, 5 yaşlı uşaqlar məktəbə buraxırırlar. 

Bununla  birlikdə,  Tbilisi  meriyasının  qərarı 

ilə  bağcalarda  qeydiyyatdan,  birinci  mər-

hələdə, sosial müdafisəi olmayan və daşqın 

nəticəsində zərərçəkən ailələrin uşaqları ke-

çirdilər.  İkinci  mərhələ  iyulun  8-də  başladı, 

ancaq  bu  vaxta  qədər  dövlət  bağcalarında 

yerlər, demək olar, yox idi. 

Valideynlər  balacaların  uşaq  bağcalarında 

qeydiyyat mexanizminə bu günə qədər eti-

raz edirlər. Bəziləri hesab edirlər ki, kateqo-

riyalara  bölmək  doğru  deyil,  dövlət  onları 

qeyri-bərabər vəziyyətə salır.

Bir halda ki, nazirlik dövlət bağcalardan kə-

narda  qalmış  uşaqların  valideynlərin  alter-

nativ təklif etmir, o zaman şərtsiz seçin vaxtı 

gələcək  və  mərkəzdə  yetərincə  çoxalmış 

şəxsi bağcalar arasında ən yaxşısını axtar-

mağa başlayacaqlar.

Ancaq bəzi bağcalarda tərbiyəsinin qiyməti 

yetərincə yüksəkdir.

Prestijli  bağcalara  valideynlər,  təxminən, 

350 - 450 ABŞ dolları ödəyirlər, elə bağcalar 

var ki, illik vergisi ali təhsil məktəblərin qiy-

mətlərindən artıq, 4600 avrodur.

Daha  artıq  əyanilik  üçün  8  şəxsi  bağcanın 

siyahısının  və  onların  qiymətlərini  təqdim 

edirik. 

Gürcüstanda “Englich World Corporation” – 

un yeni uşaq bağcası “Diredə ingilis aləmi” 

açıldı. Aylıq qiyməti 450 laridir. 

Şəxsi  uşaq  bağcası  “Rediksi”.  Həftənin  iş 

günlərində 09.00-19.00 saata qədər işləyə-

cək. Qiyməti ayda 350 dollardır (ekvivalen-

ti  lari  ilə).  Birbaşa  ödəmə  halında  məbləğ 

3000 dollar təşkil edir. Əgər valideyn uşağı 

baxçada yarı gün qoymaq istəyirsə (09.00-

da 15.00-a qədər), hər ay 250 dollar ödəməli 

olur. 


Müasir  Təhsil  Akademiyası  (SEA)  4  yaş 

qrupundan  ibarətdir  (2-3  yaş,  3-4  yaş,  4-5 

yaş və 5 + ( məktəbə hazırlıq proqramları). 

Bağcada ingilis dilli qruplar fəaliyyət göstərir. 

İllik qiyməti 4800 lari, aylıq qiyməti isə 480 

laridir.


“Kindervil”  uşaq  bağcası,  buraya  uşaqları 

yaş-yardımdan götürürlər. Aylıq qiyməti 450 

laridir. 

Gürcüstan  nivesitetinin  uşaq  bağcası  “Yuçi 

Bağı” aylıq qiyməti 450 laridir. 

Məktəbəqədər Təhsil akademiyası “Tsinqie-

ri”.  Qiyməti  350  laridir.  1,  5-7  yaşa  qədər 

uşaqları götürür.

Sentyabrdan iyun da daxil olmaqla, tələbat 

olduğu halda –iyulda da.

Britaniya –gürcü akademiyasının bağcasına 

gəldikdə burada qiymət 320 ABŞ dollardır. 

Yüksək qiməti ilə frasız uşaq baxçası da se-

çilir, burada təhsilin qiyməti 4100-dən 4600 

avroya  oynayır.  2010-  cu  ildə  bağcanın  və 

məktəbin tikintisini keçmiş Baş Nazir Bidzi-

na İvanişvili maliyyələşdirib. 

“Alia” N 140

TBİLİSİDƏ 

ƏN PRESTİJLİ 

BAĞCALAR 

NEÇƏYƏDİR?



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə