Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
1   2   3   4   5   6   7   8   9   10   11

8

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

TBİLİSİ – 2014 

Kitabda  Gürcüstanda  Azərbaycan  türkləri 

yaşayan Sərtçala Muğanlı kəndində 2012-ci 

ildə keçəpapaqlar adlanan personajların işti-

rakı ilə keçirilmiş Novruz karnavalı təsvir və 

təhlil olunur. Müəllif belə bir əsas tezisi ortaya 

qoyur ki, keçəpapaq fenomeni, onların iştira-

kı ilə keçirilən Muğanlı Novruz karnavalı istər 

Azərbaycan,  istərsə  də  türk  dünyası  üçün 

unikal  hadisə  olub,  Novruz  bayramının  ən 

qədim  ritual-mifoloji  köklərini,  etnik-mədəni 

özünəməxsusluqlarını üzə çıxarmağa və bu 

bayrama yeni elmi kontekstlərdə yanaşmağa 

imkan verir. 



BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.

Kitab, adı 

Azərbaycanın milli yaddaş tarixinə 

Novruz bayramı ilə birgə yazılmış yazıçı və 

ictimai xadim Şıxəli Qurbanova ithaf olunur. 

KEÇƏPAPAQLARIN SORAĞI İLƏ

Onların sorağını ilk dəfə 2011-ci ilin Novruz 

bayramı qabağı aldım. Dostum və iş yolda-

şım – AMEA Folklor İnstitutunun hüquq məs-

ləhətçisi Səməd Mustafa oğlu Vəkilov xəbər 

gətirdi  ki,  Gürcüstanda  Borçalı  mahalının 

Qarayazı (dəyişdirilmiş adı: Qardabani) rayo-

nunun  Muğanlı  (dəyişdirilmiş  adı  –  Sərtçala 

Muğanlı) kəndində qeyri-adi Novruz bayramı 

keçirilir. Bu barədə ona həmin kəndin sakini, 

Gürcüstanın  «Azərbaycan  Evi»  Qeyri-Hö-

kumət  Təşkilatları  Koalisiyasının  rəhbəri, 

hüquq müdafiəçisi Elbrus Məmmədov məlu-

mat vermiş və mənim bu bayramla bağlı bir 

şey yazıb-yaza bilməyəcəyimi soruşmuşdu. 

Məlumata ilk reaksiyam ötəri oldu: qeyri-adi 

heç nə gözləmirdim. Sadəcə, fərqli etnoqra-

fik özəlliklərin ola biləcəyinə əmin idim. Ana 

etnosdan  siyasi,  inzibati,  linqvistik,  mədəni 

və s. cəhətlər baxımından ayrı düşmüş etnik 

toplumlarda  etnoqrafik  özünəməxsusluqlar 

milli özünüqoruma və özünüyaşatma mexa-

nizmlərinə çevrilir. Eləcə də Gürcüstanda mi-

nillərdən bəri öz ana vətənlərində (torpaqla-

rında) yaşayan Azərbaycan türkləri zamanla 

milli  hüquqlarından  (milli  məktəb,  milli  dildə 

tədris,  tarixi  etnotoponimika,  milli-mədəni 

özünüfadə və s.) məhrum olduqca toplumun 

etnik kimlik atributları onları Azərbaycan türk-

ləri kimi qoruyan və yaşadan formullar olaraq 

aktivləşmişdir. Belə toplumlarda zaman sanki 

donur. Azərbaycan ədəbi dili ilə xüsusilə orta 

məktəb  vasitəsi  ilə  həyata  keçirilən  birbaşa 

əlaqəsi  kəsilən  məhəlli  dialekt,  etnoqrafik 

yaşam  tərzi,  milli  adət-ənənələr,  bayram  və 

mərasimlər  milli  həyatın,  etnik  mövcudlu-

ğun  əsas  və  dominant  özünütəşkil  sxemləri 

səviyyəsinə  qalxır.  Bundan  dolayı  Gürcüs-

tandan Bakıya gəlib ədəbi mühitdə fəaliyyət 

göstərən azərbaycanlı yazıçı və şairlərin bə-

dii dilində, ədəbi düşüncəsində fərqli, oxucu-

ların  və  tənqidçilərin  milli  yaddaşını  oyadan 

koloritli  etnoqrafizm  boy  verir.  Onlar  ya  şair 

Zəlimxan Yaqub kimi daha çox xalq şeiri üs-

lubunda, milli poetik ənənə əsasında şeirlər 

qoşur, ya da yazıçı Mövlud Süleymanlı kimi 

öz bədii təsvirlərində canlı tarixi-etnik kolorit 

yarada bilirlər...

…Səmədin də Muğanlıdakı Novruz bayramı 

ilə bağlı dediklərində fərqli bir şeyin olacağını 

düşünmürdüm: «Elbrus gəlsin, – dedim, – bir 

danışsın, görək nədir».

Elburus Məmmədov 2011-ci ilin Novruz bay-

ramı öncəsi işlədiyim AMEA Folklor İnstitutu-

nun Mifologiya şöbəsində qonaq oldu. Kənd-

lərindəki Novruz bayramından, ən başlıcası, 

şir  maskalı,  qara  keçə  geyimli,  zınqırovlu 

keçəpapaqlardan  bəhs  etdi.  Marağıma  sə-

bəb  oldu.  O,  söz  verdi  ki,  kənddəki  Novruz 

bayramını videofilmə çəkdirib bizə gətirəcək.

Mən  həmin  ilin  Novruz  bayramını  folklorşü-

nas  alim  Ramazan  Qafarlı  ilə  birlikdə  Tür-

kiyənin  Fəthiyə  şəhərində  keçirdim.  Bura-

da  Türkiyə  Xalq  Mədəniyyəti  Araşdırmaları 

Qurumunun  Fəthiyə  Bələdiyyəsi  ilə  birlikdə 

«Türk dünyasında mərasimlər» mövzusunda 

təşkil etdiyi «Uluslararası Türk Kültürü Qurul-

tay»ında (21-23 mart 2011-ci il) iştirak edib, 

«Novruz bayramının konseptual-fəlsəfi əsas-

ları» mövzusunda məruzə etdim. Qayıdanda 

məni nə kimi bir sürprizin gözlədiyindən əsla 

xəbərim yox idi.

Elbrus,  dediyi  kimi,  Novruzdan  sonra  ye-

nidən  instituta  gəldi.  Söz  verdiyi  videofilmi 

yox,  bir  dəstə  fotoşəkil  gətirmişdi.  Şəkillərə 

baxanda məni heyrət bürüdü. Fotoların müa-

sir  dövr  Azərbaycan  dünyasında  keçirilən 

Novruz  bayramına  aid  olduğuna  bir  anlıq 

inanmaq  istəmədim.  Şəkillərdə  sanki  han-

sısa  mistik-xaotik  mərasimin  iştirakçıları  var 

idi. Onların əyinlərində tərsinə geyilmiş qara 

kürk, başlarında kürəklərinə qədər tökülmüş 

qara saçları olan keçə papaq, sifətlərində şir 

maskaları var idi. Kürkün üstündən iki kəmər 

bağlamışdılar:  birini  üfüqi  şəkildə  bellərinə, 

digərini isə çarpaz (aşırma) şəkildə çiyindən 

sinələrinə. Hər iki kəmərin üstündə çoxlu say-

da zınqırovlar, əllərində qamçı, çubuq, dana 

quyruğu və s. var idi.

Bu  halda  hər  bir  azərbaycanlı  tədqiqatçının 

ağlına  ilk  gələn  şey  şamanlar  olduğu  kimi, 

mən  də  sanki  canlı  şamanların  fotolarını 

görürdüm.  Təbii  ki,  bunlar  şamanlar  deyil-

di, lakin şamanizmdən, ümumən arxaik türk 

(oğuz)  animistik  təsəvvürlərindən  qıraq  ha-

disə də deyildi…

Fotolara zamanla uzun müddət tamaşa edib

onları  dəyərləndirmək  istədim.  Qarşımda 

canlanan mənzərənin kökü qədim oğuz-türk 

düşüncəsinin  ritual-mifoloji  dünyagörüşünə 

gedib  çıxan  arxaik  fenomeni  əks  etdirməsi 

aydın idi. Təkcə şəkillərə əsaslanıb, məlumat 

səciyyəli «nə isə» yazmaq olardı. Amma bu 

«nə  isə»  mənim  yazmaq  istədiyim,  ən  baş-

lıcası,  şəkilləri  görən  andan  keçəpapaqları 

canlı  şəkildə  görmək  arzusunun  qəlbimdə 

yaratdığı və mənim onlarla ilk görüşümədək 

sakitləşməyən coşqun ovqatın ifadəsi olma-

yacaqdı. 

Elmi  şəkildə  desək,  mən  arxaik  etnokosmik 

struktur  fenomeni  ilə  qarşılaşmışdım.  Onun 

öyrənilməsini  isə  ritualın  canlı  iştirakçısı  ol-

madan,  sadəcə  olaraq,  həyata  keçirmək 

mümkün  deyildi.  Ümumiyyətlə,  öz  yaşamını 

canlı şəkildə sürdürməkdə olan hər hansı bir 

ritualı görmədən, onu əyani olaraq (müşahi-

dəçi, iştirakçı və s. qismində) «yaşamadan» 

bir fenomen kimi təsvir və təsəvvür etmək çə-

tin məsələdir.

Yadıma  ingilis  etnoqraf-ritualisti,  sevimli 

müəllifim, rus dilində oxuduğum «Simvol və 

ritual»  adlı  kitabı  mənim  ritual-mifoloji  gü-

rüşlərimin  formalaşmasında  müstəsna  rol 

oynamış Viktor Ternerin (1920-ci il doğumlu) 

başına gələnlər düşdü. V.Terner əvvəllər öz 

etnoqrafik fəaliyyətində mənsub olduğu nəs-

lin cəmiyyətşünasları arasında mövcud olan 

ümumi rəyə uyğun olaraq ritualların öyrənil-

məsinə əhəmiyyət vermirmiş. Afrikada ndem-

bu  tayfaları  arasında  yaşayaraq  tədqiqat 

aparmış  alim  yazır:  «Mən  çöl  təcrübəsinin 

ilk  doqquz  ayı  ərzində  qohumluq  sistemi, 

kəndin quruluşu, nikah və boşanma, ailə və 

fərdi yığıncaqlar, tayfa və kənd siyasəti, kənd 

təsərrüfatı  dövriyyəsi  haqqında  çoxlu  sayda 

məlumatlar topladım. Qeyd kitabçalarımı şə-

cərələrlə  doldururdum;  kənd  evlərinin  plan-

larını cızır və siyahılaşdırma ilə məşğul olur-

dum; nadir və naməlum qohumluq termininin 

sorağından  ötrü  vurnuxurdum.  Buna  bax-

mayraq, hətta dili sərbəst şəkildə bilsəm də, 

həmişə qıraqdan baxırmış kimi özümü daim 

narahat hiss edirdim. Axı mən bilirdim ki, mə-

nim düşərgəmin yaxınlığında ritual baraban-

ları  gurlayacaq  və  mənim  tanışlarım  tez-tez 

məni bir neçə günlüyə qoyub gedəcəkdilər ki, 

ekzotik adları olan rituallarda iştirak etsinlər. 

Nəhayət,  mən  etiraf  etməyə  məcbur  oldum 

ki,  əgər  mən  ndembu  mədəniyyətinin,  heç 

olmasa, bir hissəsinin nə olduğunu başa düş-

mək istəyirəmsə, bu halda ritual əleyhinə əv-

vəlcədən mövcüd olan fikirlərimdən əl çəkib 

onun tədqiqinə başlamalıyam».

Nəhayət,  mən  də  fotoların  müşahidəsindən 

yorulub,  Ternersayağı  qərar  qəbul  etdim: 

«Əgər  mən  Muğanlı  kəndindəki  keçəpapaq 

fenomeninin,  heç  olmasa,  bir  hissəsinin  nə 

olduğunu başa düşmək istəyirəmsə, bu hal-

da onun canlı tədqiqinə başlamalıyam».

Qərarımı Elbrus bəyə bildirdim. O, bizə 2012-

ci ilin Novruzunu Muğanlıda keçirməyə hazır-

laşmağımızı bildirib, video və fotoçəkilişlərin 

ən  keyfiyyətli  texniki  vasitələrlə  təmin  edilə-

cəyinə,  bizi  Muğanlı  kimi  böyük  bir  kənddə 

dünyagörmüş  insanlarla  (hər  bir  folklorşü-

nasın gündüz lampa işığında axtardığı sinə-

dəftər  söyləyicilərlə)  görüşdürücəyinə  söz 

verdi.  Elbrus  Məmmədovun  Borçalı  mahalı, 

Gürcüstanda və Azərbaycan xalqı üçün kim 

olduğunu,  Gürcüstanda  azərbaycanlıların 

milli tarixi mədəniyyətinin, qeyri-maddi mədə-

ni irsinin qorunması və yaşadılmasından ötrü 

hansı həyəcan  və əzablara  düçar olduğunu 

və  hansı  əhəmiyyətli  işlər  gördüyünü  yaxşı 

bildiyim  üçün  «Novruz  qrafikimi»  qətiləşdir-

dim. 


ARXAİK YADDAŞ MÖCÜZƏLƏRİ

19 mart 2012-ci il. 

Sübh  namazından  sonra  Allahı  çağırıb 

Səmədlə  mənim  şəxsi  avtomobilimdə  üzü 

Qazax  rayonuna  –  Gürcüstan  sərhəddinə 

doğru yola çıxırıq. Yollar abaddır. Bəzi yerdə 

qoşa, bəzi yerdə tək olsa da, sərhədə qədər 

gözəl  yol  salınıb. Yol  qırağı  kəndlərin  evləri 

göz  oxşayır. Azərbaycan  insanının  istənilən 

şəraitdə  və  şərtlər  altında  çıxış  yolu  tapıb, 

öz həyatını qurmaq bacarığı – xalqımızın bu 

fövqəladi  yaşam  eşqi  onu  hər  yerdə  –  istər 

Azərbaycanda,  istər  Rusiyada,  istərsə  də, 

digər  yerlərdə  daim  fərqləndirir.  O,  hər  yer-

də  elitar  yaşamağa,  həyat  şəraitini  mövcud 

standartların  maksimumu  səviyyəsinə  qal-

dırmağa  çalışır.  Bununla  bərabər,  özü  kimi 

yaşamağı, dəyişən şərtlər və şərait içərisində 

özü olaraq qalmağı da bacarır. 

Yol boyu rayon mərkəzləri, onlara dönən yo-

layrıcıları xüsusilə abaddır: ticarət obyektləri, 

işıq dirəkləri həyatın yüksək ritmindən soraq 

verir. Səməd: «Özün görəcəksən, Gürcüsta-

nın yolları belə deyil, xüsusilə azərbaycanlı-

ların yaşadığı yerlərin yolları bərbad gündə-

dir», – deyir.

Bu,  əslində,  mənim  Gürcüstana  ikinci  səfə-

rim idi. Birinci dəfə 2011-ci ilin martında Tür-

kiyəyə (Fəthiyə şəhərinə) avtobusla səfərim 

zamanı gecə vaxtı Tiflisin içindən keçmişdim. 

Uzun yol, sərhəd yoxlamaları məni yorsa da, 

Tiflis mənim yaddaşıma avtobusun pəncərə-

sindən  gördüyüm  Kürsahili  işıqları,  böyük 

olmayan  binaları  və  kilsələrin  əsrarəngiz 

siluetləri  ilə  yazılmışdı.  Tiflisə  qədər  azər-

baycanlıların  yaşadığı  Borçalıda  gecə  qa-

ranlığında  SOKAR-ın  (State  Oil  Company 

of  Azerbaijan  Republik)  hansısa  yanacaq-

doldurma  məntəqəsindəki  15-20  dəqiqəlik 

fasiləni  nəzərə  almasaq,  mənim  tarixi Azər-

baycanın bu hissəsinə hələ ayağım dəymə-

mişdi. Yolboyu Borçalı ilə qarşıda məni göz-

ləyən görüşümü təsəvvür etdikcə içim vəcdlə 

dolurdu.


Qazaxda  bizi  Səməd  Vəkilovun  əmioğluları 

və dostları Məmmədhəsən Vəkilov və Mah-

mud  Vəkilov  qarşılayırlar.  Biri  riyaziyyatçı 

müəllim,  o  birisi  psixoloq  həkimdir.  Hər  ikisi 

bölgəyə məxsus səmimi əxlaqın tipik daşıyı-

cılarıdır. 

Təbii  ki,  bizi  qonaq  etməmiş  buraxmırlar. 

Səfərimizin məqsədi hər ikisində özünəməx-

sus  reaksiya  doğurur.  Mahmudun  doqma-

tik  düşüncə  sistemində  islam  hökmlərindən 

başqa  heç  nəyə  yer  yoxdur.  Xalq  adət  və 

inanclarına,  o  cümlədən  Novruz  bayramına 

əhəmiyyət  vermir.  Bizi  də  dindar  adamlar 

olmağımıza  baxmayaraq,  islamdankənar 

şeylərin dalınca düşdüyümüzə görə qınayır. 

Lakin  Mahmud  qazaxlıların  onun  danışığın-

da çox koloritli səslənən nitq folkloru, hər bir 

hərəkətində  bölgənin  mental  formullarını, 

folklor  davranışlarını  yaşatması,  tükənməz 

və təbii səmimiyyəti ilə mənim üçün çox ma-

raqlı və dinləməyi sevdiyim insandır.

Mahmudun  Novruza  biganə  münasibəti 

bölgə üçün səciyyəvi deyil. Bir neçə il öncə 

Azərbaycanın  folklor  paytaxtı  statusunu  da 

bir  illiyə  daşımış  Qazaxda  Novruz  bayra-

mı  coşqu  ilə  qeyd  edilir.  Təsadüfi  deyil  ki, 

bizim  səfərimiz  Məmmədhəsən  müəllimin 

dərin  marağına  səbəb  olur.  Gürcüstanda 

Borçalının  Muğanlı  kəndində  qeyri-adi  bir 

Novruz  bayramının  qeyd  olunduğunu  deyi-

rik. «Bizdəkinə – Yuxarı Salahlıda keçirilənə 

çatmaz»,  –  deyir.  Üzünü  hələ  canlı  şəkildə 

görmədiyimiz  keçəpapaqlar  haqqında  bəhs 

edirik. O isə bunun qarşılığında məni heyrətə 

salan  bir  məlumat  verir:  «Bizdə, Yuxarı  Sa-

lahlıda bayram gecəsi kişilər qadın paltarı ge-

yir. Səhərə qədər od yandırırlar, şənlik olur. 

Cürbəcür oyunlar olur».

Bu  məlumat  arxaik  oğuz  rituallarını  tədqiq 

edən folklorşünas kimi məni həyəcanlandırır. 

Kişilərin qadın paltarı geyməsinin, qadınların 

kişi  paltarı  geyməsinin  nə  olduğunu  yaxşı 

bilirəm.  Bu,  kökləri  arxaik  ritual-mifoloji  gö-

rüşlərə  gedib  çıxan  travestik  statusdəyişmə 

ritualıdır.  Ordubad  rayonunda  Novruzda  ke-

çirilən  «Xan  bəzəmə»  mərasiminin,  o  cüm-

lədən indinin özündə də bəzi bölgələrin toy-

larındakı «padşahseçmə» adətinin əsasında 

statusdəyişmə  ritualının  durduğunu  bilirdim. 

Bu  statusdəyişmələr  bütün  hallarda  sosial 

statusların (rolların) dəyişilməsi şəklində baş 

verir.  Ancaq  statusdəyişmənin  «cinsdəyiş-

mə» (travestizm) şəkli daha arxaik görüşlərlə 

bağlıdır.  Ona  müasir  dövr  Azərbaycanında 

rast gələ biləcəyimə inanmazdım.

Məmmədhəsən  müəllimin  Qazaxda  qalıb, 

Yuxarı  Salahlıdakı  bayramı  müşahidə  et-

məyimiz  haqqındakı  israrlı  təklifi  nə  qədər 

gerçək,  cazibədar  və  səmimi  bir  dəvət  olsa 

da, sərhəddin o tayında bizi dostumuz – Av-

ropa  insan  haqları  təşkilatları  ilə  birgə  Gür-

cüstanda həyata keçirdiyi layihələrdən bir an 

da olsa başı ayılmayan, daim iş dalınca qa-

çan Elbrus Məmmədov gözləyirdi. Onun hər 

dəqiqəsi isə insan hüquqlarına xidmət edirdi. 

Elbrusun zamanı ilə israfçılıq etmək olmazdı.

Mahmud Vəkilov öz avtomobili ilə bizi Sınıq-

körpüyə – Gürcüstan sərhəddinə götürür.



SƏRHƏDDƏ  QURTARAN  VƏ  BAŞLANAN 

VƏTƏN

Bura  sərhəddir:  Azərbaycan  respublika-

sı  ilə  Gürcüstanın  sərhəddi.  Hər  iki  ölkənin 

ağız-ağıza  duran  sərhəd-keçid  məntəqələri 

tikililərinin  strukturundan  tutmuş  texniki  va-

sitələrə,  hərbçilərin  geyimlərinə,  silahlarına, 

MUĞANLIDA

 NOVRUZ KARNAVALI




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə