Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

 
75 
insan m
əsuliyyətə cəlb olunur, lakin belə halda, məsuliyyəti 
yüngüll
əşdirən hal qeydə alınmalıdır).  
IV  İctimai  təhlükəyə  səbəb olmayan, az əhəmiyyətli 

quq pozuntuları; 
V Qanunların çatışmamazlığı (qanun kazusu) ilə əlaqə-
dar n
əzərə alınmayan (nəzərdən qaçmış) ictimai təhlükəli hə-
r
əkətlər (əməllər). 
VI  İmmunitеt hüququ sahibləri, yəni fəaliyyətinə  (si-
yasi f
əaliyyətinə) görə toхunulmazlıq hüququ sahibləri (Prе-
zid
еnt, Dеputat, diplomat və  s.) tərəfindən törədilən hüquq 
pozuntu
ları.  Lakin,  immunitеt sahiblərinə  qarşı  digər təsir 
vasit
ələri  mövcuddur. 
Xüsusil
ə qeyd etmək labüddür ki, qanunları bilmədən 
hüquq pozuntusuna yolverm
ə, hüquqi məsuiyyəti istisna et-
mir! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
76 
II HİSSƏ 
 
İNZİBATİ TERMİNLƏR 
 

ABDİKASİYA – istefa, (vəzifədən, taxtdan) əl çəkmə. 
ABOLİSİONİZM (latın abolitio - ləğvetmə, məhvetmə) - bu 
v
ə ya digər qanun aktının, yüksək vəzifəli şəxslərin, Hökümə-
tin q
ərarlarının qüvvədən düşməsinə və ya ləğvinə yönəlmiş 
ictimai h
ərəkat. A. XVIII-XIX  əsrlərdə  Amerika və  Avropa 
dövl
ətlərində yayılmışdır və əsasən quldarlığın ləğvi məqsə-
dini güdürdü. 
ABSENTİZM  (latın  absens, absentia  –  olmayan,  iştirak 
etm
əmək)  -  əhalinin öz vətəndaşlıq  hüquq  və  vəzifələrinə 
laqeyd münasib
ət bəsləməsi, seçkilər  zamanı  səsvermədən 
boyun qaçırmaları. A.-in müxtəlif səbəbləri ola bilər, o cüm-
l
ədən: vətəndaşların  siyasi  passivliyi  və  siyasi  bisavadlığı; 
v
ətəndaşların  yalnız  gündəlik  qayğılarla  yaşaması;  vətən-
daşlar tərəfindən siyasəti ambisioz şəxslərin eqoistik maraq-
larının  toqquşması  kimi  qəbul edilməsi; qeyri-demokratik 
seçkil
ərə, seçkilərin  saxtalaşdırılmasına  qarşı  olan  vətəndaş-
ların passiv etiraz forması və s. A.-ə yol verməməkdən ötrü 
b
əzi dövlətlərdə  məcburi səsvermə  sistemi tətbiq edilir və, 
h
ətta müəyyən məsuliyyət formaları tətbiq edilir. 
AB
SOLYUTİZM  (bəzi mənbələrdə  absolyut monarxiya
(latın absolutus – mütləq, qeyd-şərtsiz, çərçivəsiz) – heç bir 
ç
ərçivə  ilə  məhdudlaşmayan  monarxik,  despotik  idarəçilik 
forması,  harada  ki,  bütün  hakimiyyət  resursları,  siyasi  haki-
miyy
ət, mütləq  şəkildə  bir  şəxsə  -  monarxa  məxsusdur. A. 
özünd
ə mükəmməl hakimiyyət iyerarxiyası strukturunu etiva 
edir. A. –  bütün dövl
ət hakimiyyətinin (o cümlədən: Qanun-
verici, İcra və Məhkəmə hakimiyyətinin) və bəzi hallarda dini 
hakimiyy
ətin – taxt-tac sahibinə mənsub olmasının hüquqi və 


 
77 
faktiki b
ərkidilməsidir, lakin dövlət idarəçiliyində Monarx öz 
işini  asanlaşdırmaq  üçün  müxtəlif növ məsləhət, məşvərət 
orqanlarını yarada bilər. Müasir dünyada, 8 dövlətdə A. Qal-
maqdadır, o cümlədən: Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri 
(BƏƏ),  Bruney, Küveyt, Qətər,Oman, Səudiyyə  Ərəbistanı 
v
ə Vatikan. Absolyut hakimiyyət bir qayda olaraq imperator-
lara, çarlara, şahlara, sultanlara məxsus olub və xüsusi ilə son 
orta 
əsrlərdə inkişaf etmişdir. 
ACLIQ (AKSİYASI) – insanlar tərəfindən dövlətin apardığı 
siyas
ətə və ya dövlət məmuru tərəfindən qəbul edilən qərara 
qarşı  etiraz  olaraq,  qida  qəbul etməsindən imtina etməsi ilə 
əlaqədar  olan  aksiya.  A.  iki  forması  mövcuddur:  nisbi  aclıq 
v
ə susuz aclıq. A. hər iki forması ağır nəticələrə gətirib çıxara 
bil
ər, o cümlədən: infeksion, psixi və mübadilənin pozulması 
il
ə əlaqədar digər xəstəliklərə; fiziki və zehni zəifləməsinə və, 
h
ətta insanın vaxtsız ölümünə gətirib çıxara bilər. 
ADAPTASİYA  (latın  adaptare-uyğunlaşdırmaq;  adaptio-
uyğunlaşıram) – subyektin ətraf mühitə uyğunlaşması prosesi. 
Subyektin c
əmiyyətlə ünsiyyəti, qarşılıqlı fəaliyyəti nəticəsin-
d
ə  həmin subyekt tərəfindən cəmiyyətdə  hökm sürən hakim 
normaları  və  dəyərləri qəbul etməsi prosesi, eyni zamanda 
c
əmiyyət tərəfindən həmin subyekti qəbul edilməsi prosesi. 
A. dig
ər  forması  cəmiyyətin yeni zəmanənin tələblərinə 
uzlaşması  prosesidir  və  yeni siyasi kursun, iqtisadi islahat-
ların qəbulu prosesidir və həmin siyasi kursun, iqtisadi isla-
hatların cəmiyyətin maraqlarına uyğunlaşdırması prosesidir. 
ADMİNİSTRASİYA  (latın administratio - rəhbərlik, başçı-
lıq) – geniş mənada: idarəçilik sahəsində dövlətin fəaliyyəti; 
dövl
ətin İcra hakimiyyəti orqanlarının (Hökumət, Nazirliklər, 
Komit
ələr və  s.) məcmuəsi; idarə, müəssisə, təşkilatların 
r
əhbər orqanları; həmin orqanların vəzifəli şəxsləri, idarəçilik 
personalı. 
AGENTLİK – 1. müəyyən tapşırıqları icra edən dövlət və ya 


 
78 
qeyri-dövl
ət təşkilatı; 2. hər hansı bir idarə və ya müəssisənin 
nümay
ədəliyi; 3. kütləvi informasiya vasitələri  (KİV)  üçün 
qanuni yollarla m
əlumatı  axtaran,  əldə  edən,  hazırlayan 

əssisə.  
AGİTASİYA  (latın  agitatio-hərəkətə  gətirmək; vadar, 
m
əcbur, təhrik etmək) - kütləvi informasiya vasitələri (KİV) 
il
ə  (televiziya, radio, qəzet və  jurnal vasitələri ilə), eləcə  də 
mitinql
ərdə,  yığıncaqlarda  çıxışlar, məruzələr vasitələri ilə, 
bundan  savayı  görüntü  (plakat,  stend  şüarları)  və  incəsənət 
yaradıcılığı  (kino,  klip,  bədii  ədəbiyyat) və  s. vasitələri ilə 
insan kütl
əsini siyasi aktivliyə  cəlb etmək və  ya öz tərəfinə 
c
əlb etmək məqsədini güdən siyasi fəaliyyət. 
AKKLAMASİYA (latın acclamatio-nida, səsləmə, qışqırma) 
–  m
əsələni səsverməyə  çıxartmadan,  yəni çapançalmaqla, 
replikalar  işlətməklə  -  beynəlxalq təşkilatların  və  ya kon-
fransların təcrübəsində istifadə edilən – qərar qəbul etmə me-
todu. 
AKKREDİTASİYA (latın accredere - etibar göstərmək) – 1. 
beyn
əlxalq hüququn institutu: bir dövlətin nümayəndəsinin 
dig
ər dövlətin ərazisində və ya beynəlxalq təşkilatın yanında 
t
əsis edilməsi prosedurası; 2. jurnalistin Qanunvericilik orqa-
nı  və  ya beynəlxalq təşkilatın  yanında  fəaliyyət göstərməsi 
üçün xüsusi icaz
əsi. Bəzi hallarda, müəyyən dövlətlərdə (baş-
qa dövl
ətin vətəndaşı olan) jurnalistin və ya sahibkarın fəaliy-
y
ətinə də, A. tələb olunur. 
AKSİDENSİYA  (latın  accidens-təsadüf)  -  dövlətin, cəmiy-
y
ətin siyasi həyatına  təsir göstərə  bilən və  qabaqcadan 
gözl
ənilməyən siyasi hadisə  və  ya digər siyasi apanentləri 
üçün gözl
ənilməz olan siyasi hərəkat. 
AKSİONER  BİRLİK  (alman  Aktionär-aksiya saxlayan 
aksiya sahibi) –  (s
əhmdar cəmiyyət)  -  bazar  iqtisadiyyatı 
şəraitində, öz kapitalını  aksiyaların  buraxılması  və  satılması 
vasit
ələri ilə  formalaşdıran  iri  sosial-iqtisadi birlik. Aksiya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə