Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   89   90   91   92   93   94   95   96   97

 
292 
göst
ərməsi, hətta siyasi xarektirli qərarların qəbul edilməsi və 
h
əyata keçirməsi və nəzarət edilməsi. 
TİRAN (yunan týrannos-hökmdar, hakim) - zalım, hökmdar, 
müst
əbid; 1) Qədim Yunanistanda və  XIII-XVI  əsrlərdə 
İtaliyanın  şəhər-respublikalarında  hakimiyyəti zorla ələ 
keçir
ən  şəxs; 2) ölkəni  zorakılıqla  idarə  edən  amansız 
hökmdar; 3) (m
əcazi mənada) qəddar, zülmkar, qaniçən. T. 
anlayışı-despot və diktator anlayışlarından da ağır məna kəsb 
edir. T. vahid hökmdar dem
əkdir, heç bir qayda-qanunlara 
tabe deyil v
ə özü-özünü fövqəl-qanun sayır. 
TİRANİYA  (yunan  turannia, týrannis)  -  1) tiran hakimiy-
y
əti, qəddarlıq,  zülmkarlıq,  istibdad  hökuməti, dövləti; 
tiranlıq;  istibdad  üsullu  idarəçilik; 1) Qədim  Yunanıstanda 
zo
rakı  yolla  qurulmuş  və  təkbaşına  idarəçiliyə  əsaslanan 
dövl
ət hakimiyyəti  forması.  E.ə. VII-VI  əsrlərdən  -  e.ə. II 
əsrədək  mövcud  olmuş  T.-nın  bir  neçə  tarixi tipi -  erkən 
yunan  (v
ə  ya böyük), İran,  son  yunan  (və  ya kiçik) 
m
əlumdur; 2) Orta əsrlərdə  Şimali  və  Orta  İtaliyanın  şəhər-
dövl
ətlərində, qəddarlığa, zorakılığa əsaslanan siyasi quruluş 
forması;  3)  (mənfi mənada) T. despotizmə  əsaslanan 
hakimiyy
ət sinonimidir; 4) (məcazi mənada) zülmət, qəd-
darlıq, zorakılıq, hakimiyyət özbaşınalığı, cəfalət. 
TOLERANTLIQ 
(latın  tolerantia-dözüm, səbr)  -  öz 
baxışlarına,  mövqelərinə,  inanclarına  uyğun  olmayan,  hətta 
onlara zidd ged
ən digərlərin  baxışlarına,  mövqelərinə, 
inanclarına dözümlü, səbrli və, hətta sayqılı yanaşma; hüquqi 
dövl
ətin, demokratik, sivil cəmiyyətin mütləq prisipi. T.-ın 
konkret növl
ərinə  gəldikdə:  dini,  milli,  irqi,  siyasi  baxış  və 
müvqe, t
ənqidə münasibətdə və s. T. növləri müvcuddur. T.-
ın  xüsusi  növü-sosial T.-dır,  yəni mürəkkəb  quruluşlu 
c
əmiyyətin müxtəlif səbəbiyyatdan (maddi vəziyyət, təhsil, 
t
ərbiyyə  səviyyəsi, sosial status və  s.) müxtəlif təbəqələrə
zümr
ələrə  bölünmüş  insanların  biri-birinə  münasibətdə  olan 


 
293 
T. Eyni zamanda, T. cinay
ətlərə  və  digər növ hüquqpozun-
tulara (o cüml
ədən, beynəlxalq hüquqpozuntulara) müna-
sib
ətdə  şamil  edilmir.  T.  tolerant subyektin (fərdi  şəxsin, 
c
əmiyyətin,  xalqın)  inkişaf  səviyyəsinin,  dünya  görüşünün, 
humanistliyinin indikatorudur (göst
əricisidir). T.-irqçiliyin, 
mill
ətçiliyin (şovinizimin), qeyri-demoktatikliyin tam əksidir. 
TOTALİTARİZM  (son  latın  totalitas-dolğunluq,  bütövlük, 
tamlıq,  totus-tam, bütöv) -  dеmokratik  institutların  ləğv 
еdilməsi, hakimiyyət  resurslarının  monopoliyası  (inhisarı), 
informasiya  monopoliyası,  bir  şəхsin  sonsuz  (diskresion) 
hakimliyi, c
əmiyyətin və dövlətin bütün həyatına tam (total) 
n
əzarət və  özünə  tabe etdirilməsi, fərqli  (proqrеssiv) 
düşünənlərə  qarşı  (bəzi hallarda isə,  bütün  xalqa  qarşı) 
rеprеssiv  mеtodlardan  istifadə  еdilməsi, ictimai həyatın 
militarizasiyası  (hərbiləşdirilməsi), dövlət  bürokratik  aparatı 
t
ərəfindən  ayrı-ayrı  insanların  həyatına  müdaxilə  edilməsi, 
insan hüquq v
ə azadlıqlarının praktikada ümumiyyətlə tətbiq 
olunmaması, kimi irtica məqsədləri güdən, qəddar idarəçilik 
üsullu dövl
ət-hüquqi rеjimdir. 
   T. rejimin nümun
ələrini XX əsrdə: Sovet İttifaqında-
Stalin rejimini; Almaniyada-Hitlerin v
ə  İtaliyada-Mussolini-
nin faşist rejimlərini; Çilidə - Pinoçet rejimini və s. görmək 
olar. 
TRİBUNAL  (latın  tribunal-divanxana; Məhkəmə;  əsas 
m
ənası:  Qədim Romada mühüm vəzifəli  şəxslərin-konsul-
ların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü 
oturduqları  hündür  yer,  təpə)  -  1)  İnqilabi  T.-lar  -inqilab 
dövründ
ə, bəzi dövlətlərdə  (Böyük  Fransa  İnqilabi,  Böyük 
Oktyabr  İnqilabı)  -  əksinqilaba və  xüsusilə  təhlükəli 
cinay
ətlərə  qarşı  mübarizə  aparmaq üçün təsis  edilmiş 
fövq
əladə  Məhkəmələr; 2) Hərbi T.-lar  -hərbi cinayətləri: 
h
ərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət 
qayda  pozuntularını  araşdıran  Məhkəmələr; 3) Beynəlxalq 


 
294 
H
ərbi T.-lar  -İkinci  Dünya  Müharibəsi bitdikdən sonra 
(1945),  SSRİ,  ABŞ,  İngiltərə  və  Fransa dövlətlərinin birgə 
razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və 
c
əzalandıran  Məhkəmələr (Nyurnberq və  Tokio prosesləri); 
4)  Fransada,  İtaliyada  birinci  instansiya  Məhkəməsi və 
barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məh-
k
əmə instansiyası; bəzi Ali Məhkəmələrin adı. 
 

UNİTAR  DÖVLƏT  (fransız  unitaire,  latın  unitas-birlik, 
vahid sözünd
ən)  –  vahid dövlət; dövlətin vahid mərkəzdən 
idar
ə olunması ilə səciyyəvi olan, yəni vahid Konstitusiyalı, 
vahid Qanun
vеrici və  İcra hakimiyyətli  quruluşlu  formalı 
dövl
ətdir,  -  bu, ölkənin bütün ərazisində  mərkəzi hakimiy-
y
ətin nüfuzunun yüksək  olmasına  imkan  vеrir.  Dövlətin 
əraziləri, inzibati-ərazi vahidlərinə  (rayon, mahal, departa-
ment) bölünm
əklə, bərabər hüquqlu statusa malik olmaqla
m
ərkəzi dövlət hakimiyyəti  orqanı  tərəfindən  formalaşır  və 
ona ta
bеdirlər.  Еyni  zamanda,  unitar  dövlətin  subyеkti 
(subyеktləri) bu və  ya digər səbəbdən (misal: milli tərkibə 
gör
ə) müəyyən  muхtariyyat  statusuna  malik  ola  bilərlər. 
Dig
ər dövlət  quruluş  formalarından  (federasiya, konfedera-
siya) f
ərqli olaraq U.D. daha çox mərkəzləşdirilmişdir  və 
daha çevik idar
ə  olunandır,  elə  buna görə  də  bəzi federativ 
quruluşlu  dövlətlərdə  (misal:  ABŞ,  Almaniya,  Rusiya)  – 
unitar idar
əçilik tendensiyaları özünü göstərir, eyni zamanda
xalqların  (milli  azlıqların)  müstəqilliyə  can  atması  meylləri 
U.D.-l
ərin – federasiyaya çevrilməsi, hətta U.D.-in parçalanıb 
müst
əqil dövlətlərin  yaranması  tendensiyası  özünü  göstərir. 
Yeri g
əlmişkən, dünya ölkələrinin  əksəriyyəti  U.D.  quruluş 
formasına malikdirlər. 
URBANİZASİYA  (fransız  urbanisation;  latın  urbanus-
şəhərlə  bağlı  (əlaqəli) olan; urbs-şəhər sözündən)  –  cəmiy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə