Müasir Azərbaycan kitabxanalarına dövlət qayğısı 11 May, 2017



Yüklə 19.29 Kb.
tarix26.11.2017
ölçüsü19.29 Kb.

Müasir Azərbaycan kitabxanalarına dövlət qayğısı

11 May , 2017

http://binagadi.cls.az/front/files/libraries/5/images/thumbs/thumb_302_7978615.jpg

Bəşər mədəniyyətində kitabxanalar cəmiyyətlə birgə inkişaf etmiş, xidmət göstərmiş, fəaliyyətin yarandığı tarixi dövrə görə genişləndirilmişdir. Zamanın bütün dövrlərində kitabxanalar maddi – mənəvi sərvətimiz olan kitabları mühafizə etmişdir. Həmin kitabxanalar və kitablar bizə tarixi keçmiş, fəlsəfə və digər elm sahələri haqqında məlumat çatdırmış, sivilizasiyanın inkişafında mühüm rol oynamışlar.

Kitabxana – hər bir müasir insanın informasiya tələbatını ödəmək üçün üz tutduğu bir məkan, cəmiyyətimizin atributlarından biridir. Müasir dövrümüzdə artıq kitabxanalarımıza institut statusu verilmişdir. Bu gün də cəmiyyətin formalaşmasında, təhsilində, intellektinin artmasında kitabxanaların rolu böyükdür. Ümummilli lider Heydər Əliyev M.F.Axundov adına Milli kitabxanada “Vətənə, dövlətə, xalqa sədaqət andı” münüatür kitabın təqdimat sərgisindəki çıxışında kitabxana haqqında öz dəyərli kəlamını söyləmişdir. “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

Müstəqil Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi kitabxana işi və kitabxanaşünaslığın inkişaf istiqamətində də dövlətin diqqət və qayğısı aydın şəkildə özünü göstərmişdir. Belə ki, XX əsrin sonu və XXI əsrin əvvəllərindən müasir Azərbaycan kitabxanalarının inkişafını təkmilləşdirmək üçün Azərbaycan dövləti mühüm qanun və sərəncam, fərmanlar imzalamışdır. Tarixi əhəmiyyət daşıyan kitabxana informasiya sahəsi üzrə rəsmi dövlət sənədlərinin xronoloji ardıcıllıqla siyahısını təqdim etmək yerinə düşərdi.
1. “Azərbaycan Respublikasında 1995 – 1998 – ci illərdə Dövlət Mülkiyyətinin özəlləşdirilməsinin dövlət Proqramının təsdiq edilməsi haqqında AR–nın Qanunu / Heydər Əliyev : AR-nın Prezidenti . – Bakı, 1995, 29 sentyabr.

2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu / Heydər Əliyev : 


AR-nın Prezidenti . – Bakı , 1998, 6 fevral.

3. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu / Heydər Əliyev : AR-nın Prezidenti . – Bakı, 1998, 3 aprel.

4. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu / Heydər Əliyev: Azərbaycan Respublikasının Prezidenti . – Bakı,1998, 29 dekabr.- № 611 – 1Q.

5. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmanı / Heydər Əliyev: AR- nın Prezidenti . – Bakı, 1999, 12 mart.- № 115.

6. M.Ə.Rəsulzadə ad. Bakı Dövlət Üniversiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, professor, elm xadimi Xələfov Abuzər Alı oğlunun Şöhrət ordeni ilə təltif edilməsi haqqında fərmandan çıxarış / Heydər Əliyev : AR–nın Prezidenti .- Bakı, 2000, 11 fevral.

7. A.A.Xələfova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı / Heydər Əliyev : AR Prezidenti . – Bakı, 2001, 24 dekabr.

8. “ Azərbaycan Respublikasında inkişaf naminə İKT – nin tətbiqi və inkişaf etdirilməsinin milli strateqiyasının (2003 – 2012-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.- B, 17 fevral ,2003

9. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / İlham Əliyev : AR – nın Prezidenti. – Bakı, 2004, 12 yanvar № 56.

10. “ Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı Dövlət proqramı : 2004 – 2008-ci illər.- B, 2004.

11. “ 2005 – 2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında / İ.Əliyev : AR-nın Prezidenti.- Bakı , 2004, 27 dekabr.- № 562.

12. “ Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008 – ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”.- B.:, 2005.
13. “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və komunikasiya texnologiyaları ilə təminatı Proqramı 2005 – 2007-ci illər”.-B, 2005

14. Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verir. Cenevrədə İnformasiya cəmiyyəti üzrə Dünya Sammitinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi /Kitabxanalar Biliklər Cəmiyyətində .- Bakı: Nurlar,2006.- 449 s.

15. “ Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.- B.:,20 aprel, 2007.

1998–ci ildə Respublikamızda kitabxana işinin dövlət siysətinə uyğun müəyyənləşdirilməsi mədəniyyətin tərkib hissəsi olan kitabxana şəbəkələrinin qorunub saxlanması üçün maddi – texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının qorunması, yeni ədəbiyyatla təmin edilməsi məqsədilə “Kitabxana işi” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Kitabxana işi haqqında Az Res – nın Qanununda Maddə. 1 – də oxuyuruq : “ Kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Qanundan irəli gələn əsas müddəalara uyğun olaraq Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin “ 2008 – 2013 – cü illərdə inkişafı üzrə Dövlət proqramı “ işlənib hazırlanmışdır. Dövlət proqramında qarşıya qoyulan əsas vəzifələrdən biri Azərbaycanda kitabxanaların kitabxanaların modernləşdirilməsidir. Bu məqsədlə Azərbaycanın şəhər və rayonlarında kitabxanaların vəziyyəti öyrənilmiş, sosioloji araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar zamanı qarşıya çıxan nöqsanları və geriliyi,(oxucu qıtlığı, müasir tipli kitabxana şəbəkəsinin olmaması) aradan qaldırmaq üçün yeni tipli kitabxanaların ( biznes kitabxanalar, kitabxana – muzeylər, kitabxana kafelər) yaranması zərurəti ortaya çıxdı. Aparılan struktur dəyişiklikləri Bakı şəhərinə ayrı – ayrı rayonlarda fəaliyyət göstərən kütləvi kitabxanaların birləşdirilərək, hər bir rayon üzrə Mərkəzləşdirilmiş Sistem şəklində fəaliyyətini yeniləşdirdi. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaradılması Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1.5. bəndinə uyğun olaraq öz təsdiqini tapmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2011 – ci il 24 yanvar tarixli 40 № - li Sərəncamına əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011 – ci il tarixli 04 saylı Əmrinə əsasən mövcud kitabxanalar bazasında Mərkəzləşdirilmiş Kitabxana Sistemləri yaradılmış, şəhər və rayonlarda isə bir çox kitabxana – filiallar birləşdirilmiş, idarəetmə strukturunda təkmilləşdirmə işləri aparılmışdır. 

Bu gün müasir dövrümüzdə artıq kitabxanalarımızda kompüter şəbəkəsi yaradılmış və internetə giriş qoşulmuşdur. Bu texnoloji inqilab isə kitabxanaların bir – biri ilə təcrübi fəaliyyətini bölüşdürməyə imkan vermişdir. Bu işdə kitabxanalarda yaradılan veb - saytların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Şübhəsiz, informasiya cəmiyyətində müasir oxucu ( bu gün biz artıq onu “oxucu – istifadəçi” adlandırırıq ) öz məlumat tələbatını kitabxanasız ödəyə bilməz. Müasir şəraitdə elektron kitab xəzinəsindən istifadənin yaradılması üçün internetin kitabxana şəbəkəsinə tətbiqinin genişləndirilməsi kitabxana – biblioqrafiya sahəsində elmi və texnoloji xidmətin səviyyəsindən xəbər vermiş olar. Bəşəriyyətin bizə miras qoyduğu sərvətdən – kitabdan yararlanmaq hər bir sahədə səmərəli fəaliyyət göstərmək deməkdir. Zəruri fəaliyyətin həyata keçməsi üçün kitabxanaların xeyirxah missiyası özünü kitabxana fondlarının zənginləşdirilməsində tapır. Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanunun Maddə.15 – kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında ”12 yanvar 2004-cü il tarixli Sərəncamı kitabxanalarımızın kitab fondunun artmasına və zənginləşməsinə imkan yaradır. Zəngin və çoxsahəli kitabxana fondunun komplekləşdirilməsi kitabxanadan oxucu – istifadəçilərin operativ istifadəsinə imkan yaradır.Ənənəvi xidmət üsulları ilə kifayətlənməyərək kitabxanalarda tətbiq edilmiş informasiya texnoloqiyalarından istifadə edərək xidmət göstərmək bu günün tələbidir. Qarşıda duran tələbləri həyata keçirmək üçün bütün imkanlardan əhəmiyyətli dərəcədə yararlanmaq əsas şərtdir.

Yazdıqlarımız kitabxana – informasiya sahəsi üzrə dövlət sənədlərinin siyahısı deyildir. Lakin yuxarıda adları qeyd edilən dövlət sənədlərinin kitabxana işinin müasir mərhələdə inkişafında müstəsna rolu vardır. 



Ədəbiyyat

1) Mədəniyyət fəaliyyətinə aid Qanunlar toplusu /AR Mədəniyyət Nazirliyi.- Bakı, 2003.- 179 s. (“Kitabxana işi haqqında” Qanun)

2) Xələfov A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi.- Bakı: Azərnəşr, 2006.- 312 s. 

3) Xələfov A.A. Kitabxana və cəmiyyət.- Bakı: Azərnəşr, 2011.- 348 s. 

4) Azərbaycan kitabxanaları: modernləşmə yolları axtarışında: sosioloji sorğunun materiallarına əsasən /Tərtibçi- müəllif: t.e.n. Məmmədov L .- Bakı: Təhsil, 2003.- 56s. 

5) Xələfov A. XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: Mülahizələr, təkliflər və proqnozlar.- Bakı, 2006 .- 106 s. 

6) Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı.- Bakı, 2008.

Hazırladı:Metodika və biblioqrafiya şöbəsinin müdiri: Quliyeva Ş.



: front -> files -> libraries -> 2482 -> documents
documents -> Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
documents -> Zərdab rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
documents -> Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən
documents -> F. Köçərli adına Respublika Uşaq Kitabxanası
documents -> Deməli bəzi ailələrimizdə belə bir fikir formalaşıb-uşaqı istəyimiz kimi tərbiyyə etmək lazımdır
documents -> Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
documents -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi
documents -> Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə