Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomat peşəsinin səciyyəvi xüsusiyyətləri



Yüklə 81,96 Kb.
səhifə14/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   10   11   12   13   14   15   16   17   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomat peşəsinin səciyyəvi xüsusiyyətləri

Diplomat peşəsinin yaranması XV əsrdə daimi missiyaların yaranması dövrünə, Avropada geniş yayılması isə 1648-ci ilin Vestfal müqavilələrindən sonrakı dövrə təsadüf edir.

Əsas xüsusiyyətlər

1.Zəka, savad Bunlar diplomatın vacib keyfiyyətləri kimi həmişə qiymətləndirilib və qiymətləndirilir. Bunu həmişə həm Şərq, həm Qərbdə vurğulayırdılar.

2.Dürüstlük

3.Loyallıq – öz dövlətinə və dövlət başçısının yaratdığı siyasət yoluna sadiq olmaq, öz rəhbərliyinə məlumatları tamamilə obyektiv şəkildə çatdırmaq deməkdir.Diplomatlar bu prinsipi aşağıdakı hallarda pozurlar: - Rəhbərliyin gözlərində yaxşı görünmək, yaxud ərazisində işlədikləri dövlətlərin rəsmi dairələrin narazılığına səbəb olmamaq məqsədləri ilə rəhbərliklərinə düzgün, dürüst məlumatı yox, rəhbərlik eşitmək istədiyi xəbərləri çatdırarkən; - təmsil etdiyi, yaxud ərazisində işlədiyi dövlətin hökumətinin hərəkətlərini sərt və kobud sayaraq, bəzi ifadələri yumşaldılmış şəkildə, hətta düzəlişlər edib çatdırarkən. Diplomatların bu kimi hərəkətləri yolverilməzdir. Əgər o, öz rəhbərliyinin siyasi xətti ilə razılaşmırsa, onun seçimi var: tabe olmaq, yaxud istefa vermək.

4.Diplomatik dilə malik olmaq qabiliyyəti.Vaxtının mühüm hissəsini diplomat yazı masası arxasında – öz hökuməti və XİN ilə, həmçinin fəaliyyət göstərdiyi ölkənin rəhbərliyi və XİN yazışma üçün nəzərdə tutulmuş sənədləri tərtib edərək – keçirir.

Şəxsi keyfiyyətlər

1) Müstəqil düşüncə 2) Mehribanlıq, insanları cəlbetmək bacarığı ; 3) intellektual maraqlılıq, yeni nəsə öyrənmək həvəsi; 4) liderlik keyfiyyətləri (insanları arxasınca aparmaq bacarığı, digər insanları düzgün qiymətləndirmək üçün psixoloq olmaq);

Xüsusi biliklər


  1. Öyrənilməsi mümkündür:öz ölkəsi haqqında biliklər (coğrafiya, tarix, mədəniyyət, siyasi quruluş, iqtisadi inkişafı və problemləri və s.);digər ölkələr, xüsusən çalışacağı dövlət haqqında biliklər;beynəlxalq təşkilatlar, onların işləmə qaydası və mexanizmləri haqqında biliklər,Beynəlxalq hüquq sahəsində biliklər, Maliyyə və beynəlxalq ticarət sahəsində biliklər;Mükəmməl səviyyədə xarici dilləri bilmək (iki və daha çox);





  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə