Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Ənənəvi diplomatiya və müasir diplomatiyanın müqayisəli təhlili



Yüklə 81,96 Kb.
səhifə4/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   2   3   4   5   6   7   8   9   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Ənənəvi diplomatiya və müasir diplomatiyanın müqayisəli təhlili

I Dünya Müharibəsinə qədər davam edən dövrü diplomatiya tədqiqatçıları “ənənəvi diplomatiya” kimi xarakterizə edirlər. Ənənəvi diplomatiyanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri gizlilikdir. Gizlilik dedikdə, diplomatik görüşlərin inkişaf formasının və nəticələrinin ictimaiyyətə açıqlanmaması nəzərdə tutulur. Buna görə də I Dünya Müharibəsinin başlanmasına qədər beynəlxalq siyasət və diplomatiya bir növ “saray siyasəti” xüsusiyyəti daşıyırdı. Yəni diplomatik əlaqələr çox vaxt şəxsən hökmdarlar tərəfindən icra edilirdi. Xarici ölkələrə göndərilən diplomatlara da hökmdarın fərdi nümayəndəsi gözü ilə baxılırdı. Bu ənənəvi diplomatiya növündə yalnız diplomatik görüşlərin deyil, əldə edilən nəticələrində açıqlanmaması və ya gizli tutulması getdikcə sazişlərin və müqavilələrində gizli bağlanmasıyla nəticələnirdi. Bəzən bir bölgənin xalqı başqa bir dövlətin tabeliyinə keçdiyini sonradan öyrənirdi.

Müasir diplomatiya 18 əsrlik klassik diplomatiyadan əsaslı sürətdə fərqlənir. Müasir diplomatiyanı ənənəvi diplomatiyadan fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlər kimi aşağıdakıları qeyd edə bilərik:

1. Danışıqlar prosesinin rolunun artması və çoxtərəfli diplomatiyanın meydana çıxması. hazırda beynəlxalq təşkilatların daxilində və üçüncü dövlətlərin iştrakı ilə danışıqların əhatə dairəsi genişləndirilmişdir.

2. Yüksək səviyyədə həyata keçirilən diplomatiyanın rolunun artması. XX əsrin ikinci yarısından etibarən diplomatiyanın bu formasının yayılması beynəlxalq vəziyyətin dəyişməsində rol oynamış, vacib məsələlərin dar çərçivədən kənarda müzakirə olunmasına şərait yaratmışdır..

3. Beynəlxalq münasibətlərin xarakterinin dəyişməsi diplomatiyadan adekvat cavab tələb edir: Beynəlxalq arenaya yeni dövlətlərin çıxması, Vestfal sisteminin tənəzzülü və qeyri dövlət aktorlarının sayının artması diplomatik fəaliyyətə də təsir edir. Bu proseslər diplomatiyadan cəld və adekvat transformasiya olunmağı tələb edir.

4. Konflikt və böhran vəziyyətlərinin tənzimlənməsi. Bu müasir diplomatiyanın əsas vəzifələrindən biridir.Soyuq müharibədən sonra dünyanın bir çox bölgələrində müşahidə olunan etnik, dini və milli konfliktlər bu sahədə nəzəri və praktiki fəaliyyətin aparılması və təcrübənin artırılmasını zəruru edir.

5. Müasir diplomatiyanın səciyyəvi xüsusiyyətlərindən biri də çoxplanlılıqdır. Əvvəllər diplomatiya yalnız xarici siyasət və ticarətin tənzimlənməsinə yönəlmişdir,Müzakirə olunan məsələlərin əhatəsinin artması diplomatiyanın yeni üsul və vasitələrinin də meydana çıxmasına təsir etmişdir.





  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə