Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi



Yüklə 81,96 Kb.
səhifə5/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   2   3   4   5   6   7   8   9   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi

Diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir. Xarici siyasət diplomatiyanın məqsədləri və vəzifələrini müəyyən edir, diplomatiya isə öz növbəsində, özündə xarici siyasətin həyata keçirilməsi üçün istifadə edilən praktiki tədbirlərin, həmçinin formalar, metodlar və vasitələrin məcmusunu ehtiva edir. Diplomatiya və xarici siyasət ayrılmaz və vahid bütövlük təşkil edirlər, eyni bir prosesin bir-birini tamamlayan tərəfləridirlər.

Xarici siyasət daha geniş anlayışdır və diplomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplomatiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi güc, kəşfiyyat, xarici siyasi təbliğat və c. Lakin diplomatiyadan fərqli olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd və vəzifələrə malik olurlar. Diplomatiya – beynəlxalq münasibətlər sahəsində istifadə edilən, bu və ya digər dövlətə özünün xarici siyasi məsələ və məqsədlərini həyata keçirməyə yardımçı olan üsullar və hərəkətlər məcmusudur Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kursudur. O dövlətin məqsəd və vəzifələrini, onun beynəlxalq münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh, istərsə də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını müəyyən edir. Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki, diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda diplomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə xidmət edir.





  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə