Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Qədim Şərq diplomatiyası. İlk diplomatik sənədlər



Yüklə 81,96 Kb.
səhifə6/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   2   3   4   5   6   7   8   9   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Qədim Şərq diplomatiyası. İlk diplomatik sənədlər.


Qədim Şərq tarixi bir çox diplomatik sənədləri - məktubları, müqavilələri və digər beynəlxalq aktları dövrümüzə qədər qoruyub saxlamışdır. Ön Şərqin ən iri dövləti Misir idi. Misirlilər onlara məlum olan dünya ilə - Ön Asiyadakı Hett dövlətilə, Mesopotamiyanın şimal və cənubundakı dövlətlərlə Suriya və Fələstin knyazları ilə, Krit çarlığı ilə və Egey dənizindəki adalarla ticarət, mədəni və siyasi əlaqələr saxlayırdılar. Misirdə diplomatik yazışmalarla xarici işlər üzrə xüsusi dövlət dəftərxanası məşğul olurdu. Təkcə çarlar deyil, çariçalar da bir-birlərinə məktub göndərirdilər. İki qüdrətli sülalə arasında «gözəl sülhün» bərqərar olması münasibətilə Misir və Hett çariçaları sevinclərini bir-birlərinə bildirirdilər. Misir çariçasının ölümündən sonra Misir və Hett dövləti arasındakı siyasi ittifaq sülalə kəbini ilə - Ramzesin Hett çarı Xattuşilin qızına evlənməsilə daha da möhkəmləndi. Ramzesin Xattuşillə müqaviləsinin diplomatiya tarixi üçün birinci dərəcəli əhəmiyyəti vardı. Birincisi, bu, bizə məlum olan beynəlxalq hüquq abidələrinin ən qədimidir. Iknncisi, öz formasına görə bu müqavilə Qədim Şərq çarlıqlarının, eləcə də Yunanıstan və Romanın sonrakı müqavilələri üçün nümunə olmuşdur. Qədim dünya tarixi boyunca beynəlxalq müqavilənin forması əsasən dəyişməz qalmışdır. Yunanıstan və Roma Qədim Şərqin müqavilə praktikasını təkrar edirdi. Beləliklə, üç min ildən çox yaşı olan Misir - Hett müqaviləsi sonrakı beynəlxalq razılaşmaların müəyyən dərəcədə prototipi olmuşdur.

Qədim Şərq diplomatiyasının və beynəlxalq hüququn başqa diqqətəlayiq abidəsi Manunun qədimhind qanunlarıdır.Manu qanunlarına əsasən, diplomatiya məharəti müharibənin qarşısını almaq və sülhü möhkəmləndirmək bacarığından ibarətdir. Sülh və onun əksi olan müharibə elçilərdən asılıdır, çünki məhz onlar müttəfiqləri yaradır və bir-birinə qarşı qoyurlar. Hökmdarlar arasında sülhün bərqərar olmasına, yaxud müharibələrin baş verməsinə səbəb olan işlər məhz onların sərəncamındadır, onların fəaliyyətindən asılıdır. Manu qanunları diplomat qarşısında çox yüksək tələblər qoyurdu: o, nüfuzlu, cəsarətli, məsuliyyətli, dürüst, bacarıqlı, bəlağətli, uzaqgörən, mötəbər yaşda olan, bütün elmlərdən xali və digər insanlarda özünə qarşı rəğbət oyatmağı bacaran insan olmalıdır.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə