Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Nümayəndəliyin personalının şəxsi immunitet və imtiyazları



Yüklə 81,96 Kb.
səhifə36/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   32   33   34   35   36   37   38   39   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Nümayəndəliyin personalının şəxsi immunitet və imtiyazları

Dövlətlərarası əmakdaşlığın hərtərəfli geniş forma aldığı müasir günümüzdə immunitet və imtiyazlardan istifadə edən şəxslərin dairəsi də artmışdır. Bu cür imtiyazlardan istifadə edən daha bir kateqoriya nümayəndəliyin inzibati- texniki personalı və onların ailə üzvləridir. Nümayəndəliyin personalının əhəmiyyətli hissəsini məhz inzibati-texniki personal təşkil edir. Konvensiyanın layihəsi hazırlanan zaman bir sıra dövlətlərin təklifi əsasında mövcud diplomatik immunitet və imtiyazların qeyd-şərtsiz inzibati-texniki personala və onlarla bir yerdə yaşayan və yerli dövlətin vətəndaşları olmayan ailə üzvlərinə də şamil olunması müzakirə olunmuşdu. Müasir diplomatik praktikanın reallıqlarını əks etdirən bu tendensiya Beynəlxalq Hüquq Komissiyası tərəfindən də dəstəklənirdi. Bu cür yanaşmaya əsas verən səbəb odur ki, inzibati- texniki personalın bir çox üzvləri həyata keçirdikləri funksiyalarına görə ayrı-ayrı diplomatlardan daha artıq məxfi xarakterli informasiya haqqında bilgiyə malik olurlar (məslən, səfirin katibi, şifrəçi və s.).İnzibati- texniki personalın üzvləri diplomatik agentlərlə eyni qaydada şəxsi toxunulmazlıqdan, cinayət yurisdiksi yasına olan immunitetdən və vergi imtiyazlarından istifadə edirlər. Lakin diplomatik agentlərdən fərqli olaraq onlara mülki və inzibati yurisdiksiyadan immunitet təkcə 31-ci maddənin “a”, “b”, “c” bəndlərində göstərilən hallarda deyil, xidməti vəzifələri ilə əlaqəli olmayan istənilən halların heç birin də verilmir.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə