Müasir dövr Tarix və onun problemləri, №4 2014 127



Yüklə 63,04 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü63,04 Kb.
#50986


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

127 

 

                                                                               HÜSEYN BƏXTIYAROV  

GDU-nun dissertantı dos.əvəzi  

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

                  REGIONAL INTEQRASIYADA DINI-ETNIK AMILLƏRIN ROLU 

 

   

 

(1991-2013-CÜ ILLƏR) 

 

Açar sözlər: Azərbaycan, Beynəlxalq, Dövlət, Nəqliyyat, Regional 

Ключевые словa: Азербайджан, Международные, Государство, Транспорт, 

Региональный 



Key words:

  Azerbaijan, International, State, Transport, Regional 



  

         Müstəqil  Azərbaycan  dövlətinin  regional  əməkdaşlığında  dini  və  etnik  amil-  lər  böyük 

rol oynayır. Dini amillər daha çox islam ölkələri ilə əlaqələrdə özünü fərqli şəkildə göstərir. 

Qeyd  etmək  vacibdir  ki,  ölkəmizdə  müxtəlif  dini  icmaların  nümayəndələri  və  mərkəzləri 

fəaliyyət  göstərməkdədir.  Onların  inteqrasiyada  rolu  onunla  səciyyələnir  ki,  həmin  icmalar 

mənəvi  yaxınlığı  artırmaqla  əməkdaşlığı  möhkəmləndirirlər.  Ümumiyyətlə,  dini  amillər  bir 

sıra hallarda etnik amillərlə çulğaşmaqdadır.  

          Ölkəmizə  dini  və  etnik  baxımdan  daha  yaxın  olan  Türkiyə  Respublikası  regionda 

özünün  siyasi  fəaliyyətini  daha  da  artırmış  və  bunun  bariz  nümunəsi  kimi  XX  yüzilliyin 

sonlarında  yaradılmış  Türkdilli  Dövlətlər  Birliyinin  regional  inteqrasiyada  mühüm  rol 

oynadığını  göstərə  bilərik.  Birlik  tarixi,  dini    və  etnik  yaxınlığı  özündə  ehtiva  edir.  1992-ci 

ildə  əsası  qoyulan  TDB  tezliklə  regionun  türkdilli  döv-  lətlərinin  həmrəylik,  ticarət-iqtisadi, 

ekoloji,  elm,  təhsil  və  mədəniyyət  sahələrində  əməkdaşlıq  təşkilatına  çevrildi.  TDB  öz 

tərkibində  Türkiyə,  Azərbaycan,  Qazaxıstan,  Özbəkistan,  Türkənistan  və  Qırğızıstan 

dövlətlərini  birləşdirir.  Təşkilatın  ali  orqanı  Türkdilli  Dövlət  Başçılarının  Zirvə  Toplantı-

larıdır.  

          Göründüyü kimi, təşkilata üzv olan ölkələr müəyyən iqtisadi, siyasi və digər baxımdan 

fərqlənən  türk  dünyasına  daxil  olan  dövlətlərdir.  Həmin  dövlətlərin  nəhəng  SSRİ  dövlətinin 

süqutundan  sonra  bir  təşkilat  ətrafında  birləşməsi  bu  ölkələrin  tarixində  böyük  inkişaf  kimi 

qiymətləndirilməlidir.  Belə  ki,  onların  ya-  xınlaşmasına  çoxasaylı  maneələr  olsa  da,  türkün 

tarixi ənənəvi gücü süni sədlər qarşısında geri çəkilmədi və mötəbər təşkilat formalaşdı. Onu 

da vurğulamaq lazımdır ki, TDB tezliklə özünü doğruldan təşkilta çevrildi və türk xalqlarının 

tari xində mühüm rol oynamağa başladı. 

         Qeyd  etmək  lazımdır  ki,  təşkilatın  ilk  toplantısı  1992-ci  ilin  oktyabrında  Türkiyənin 

paytaxtı Ankara şəhərində keçirilmişdir. Toplantıda aparıcı məsələ dövlətlərarası inteqrasiyanı 

möhkəmləndirməkdən ibarət idi.  

        Doğrudur,  ilk  toplantıda  böyük  nailiyyətlər  əldə  edilməsə  də,  bu  yığıncaq    türkdilli 

xalqların  əməkdaşlığında  ciddi  rol  oynadı.  Belə  ki,  hər  şeydən  öncə  türk  xalqlarının  qısa 

zaman  kəsiyində  toplanmsı  mümkün olmuşdu. Digər  tərəgdən isə  Ankara  toplantısı türkdilli 

xalqların  regional  inteqrasiyaya  cəlb  olunmasında  stimul  oldu.  Buna  görə  də  ilk  zirvə 

toplantısı kimi bu yığıncaq yüksək qiymətləndirilməlidir. 

         TDB  dövlət  başçılarının  ikinci  toplantısı  1994-cü  il  oktyabrın  18-19-da  İstanbulda 

keçirildi  ki,  bu  toplantıda  əməkdaşlığın  müxtəlif  istiqamətləri  geniş  müzakirə  edildi. 

Toplantıda  diqqəti  cəlb  edən  məqamlardan  biri  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

128 


münaqişəsinin  dövlət  başçılarının  açıq  müzakirə  obyekti  olması  idi.  Qeyd  edək  ki,  ilk  dəfə 

olaraq  ölkəmizin qarşılaşdığı  münaqişə türkdilli dövlətlər  tərəfindən regional  münaqişə kimi 

qarşılandı və onun törətdiyi faciələrə iştirakçı dövlətlər obyektiv qiymət verdilər. Bu qiymət 

bir daha təsdiq etdi ki, türkdilli ölkələrın həm regional layihələrin həyata keçirilməsində, həm 

də münaqişə ocaqlarının aradan qaldırılmasında birləşməsi vacibdir.   

         İstanbul  toplantısının  yekunu  olaraq  24  maddədən  ibarət  bəyannamə  qəbul  edildi  (1, 

648).  Bəyannamədə  türk  dünyası  ölkələrinin  əməkdaşlığının  inkişaf  etdirilməsinin  vacibliyi 

vurgulandı  və  qeyd  edildi  ki,  toplantıların  davamlı  olması  üçün  bütün  maneələr  aradan 

qaldırılmalıdır. 

         Qeyd  edilməsi  zəruridir  ki,  vahid  türk  iqtisadi  itiifaqının  formalaşdırılması,  xüsusilə, 

vergi,  gömrük,  maliyyə  və  bank  birliklərinin  yaradılması  türkdilli  dövlətlərin  siyasi  gücünün 

artmasına kömək edir. Bunu dünya birliyində türkdilli dövlətlərin kifayət qədər möhkəmlənən 

nüfuzu  təsdiq  edir.  Azərbaycan,  Qazaxıstan,  Türkiyə,  Özbəkistan,  Qırğızstan  və 

Türkmənistanın  birgə  istehsal etdiyi  Ümumi  Daxili  Məhsulun həcmi 700  mlrd  dollardan bir 

qədər  çoxdur.  2008-ci  ildə  bu  dövlətlərdə  ÜDM-in  artan  tempi  8-9  faiz  olmuşdur.  ÜDM-in 

çəkisində Türkiyə 510 milyard, Qazaxıstan 85 milyard, Azərbaycan 45 milyard, Türkmənistan 

35 milyard, Özbəkistan 25 milyard, Qırğızıstan isə 4 milyard dollar paya malikdir (2,4).  

            Bu  rəqəmlərdən  göründüyü  kimi,  TDB-nə  Türkiyə  dövləti  rəhbərlik  etməkdədir. 

Bununla belə Qazaxıstan və Azərbaycan dövlətləri də təşkilatda böyük nüfuz sahibidirlər. Hər 

iki  dövlətin  müxtəlif  layihələrdə  fəal  iştirak  etməsi  onların  təşkilatda  mövqeyini  daha  da 

gücləndirir.  

         Azərbaycan  dövlətinin  iqtisadi  potensialının  qüdrəti  digər  layihələrdə  də  özünü  təsdiq 

etdirməkdədir.  Bu  baxımdan  Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya  qaz  kəmərini  xüsusi 

qeyd  edə  bilərik.  Həmin  layihəyə  əsasən  Avropanın  yanacaq  təminatında  Azərbaycanın 

üzərinə  böyük  öhdəliklər  düşür.  Belə  ki,  yeni  layihədə  Avropanın  yanacağa  olan  tələbatının 

böyük bir hissəsinin respublikamızın ehtityatları hesabına ödəniləcəyi nəzərdə tutulur. Bu, onu 

deməyə  əsas  yaradır ki, Azərbaycanın  mövcud qaz  yataqlarında  istismar  edilən qazın həcmi 

kifayət  qədər  çoxdur,  lakin,  bununla  belə  yeni-yeni  yataqların  qazılıb  istifadəyə  verilməsi 

zəruridir.  

         Qeyd edilən layihənin əhəmiyyəti həm də ondadır ki, onun Trans-Adriatik qaz kəməri ilə 

birləşməsindən  sonra  yeni-yeni  marşrutlar  ona  cəlb  ediləcəkdir.  Bununla  regional  və 

beynəlxalq  inteqrasiya xalqların  ictimai-siyasi və  iqtisadi həyatında böyük rol oynayacaqdır. 

Bütün  bunlar  xalqlar  arasında  əməkdaşlıq  münasibətlərini  daha  da  inkişaf  etdirməyə  stimul 

verir və inteqrasiyaya mane olan halları aradan qaldırır. 

         Qeyd  edək  ki,  türkdilli  dövlətlər  arasında  vahid  iqtisadi  sistemin  yaradılması  ortaq 

valyutanın dövriyyəyə buraxılmasına şərait yaradır. Bunun əhəmiyyəti onunla səciyyələnir ki, 

iqtisadi  gerilik  aradan  qaldırılır    və  xarici  maliyyə  institutlarından  kredit  asılılığına  son 

qoyulur.  Bir  fakt  vurğulanmalıdır  ki,  türkdilli  dövlətlər  arasında  investisiyanın  təşəbbüskarı 

rolunda  Türkiyə  Cümhuriyyəti  çıxış  etdiyi  halda,  hazırda  Azərbaycan  dövləti  liderliyi  ələ 

almaqdadır.  Təbii  ki,  bunun  başlıca  səbəbi  ölkə  prezidenti,  cənab  İlham  Əliyevin  apardığı 

uğurlu xarici siyasət xəttidir.  

Artıq dövlətimiz Türkiyə Respublikasında iri investisiya layihələrinin rəhbəri kimi ciddi 

addımlar  atmaqdadır.  Respublikamızın  iqtisadi  qüdrətinin  yüksəlməsi  türk  dövlətlərinin 

regional və beynəlxalq investisiya bazarında fəal iştirak etməsinə geniş imkanlar açmış və bu, 

həmin dövlətlərin inteqrasiyada rolunu sürətləndirmişdir. 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

129 

Azərbaycanın  digər  postsovet  türkdilli  ölkələrdən  fərqi  onda  özünü  göstərməkdədir  ki, 

ölkəmiz  region  ölkələrinin  neft-kimya,  yanacaq  və  nəqliyyat  layihələrinə  böyük  həcmdə 

kapital  qoymuş  və  bunu  geniş  miqyasda  davam  etdirir.  Təbii  ki,  bu,  ölkəmizin  son  20  ildə 

apardığı məqsədyönlü beynəlxalq iqtisadi əməkdaşlığın bariz göstəricidir. 

        Bu  istiqamətdə  atılan  mühüm  addımları  sırasında  ölkəmizin  qardaş  Türkiyə  dövlətində 

həyata  keçirilən  çoxsaylı  layihələrdə  aktiv  fəaliyyətini  göstərə  bilərik.  Respublikamız  yaxın 

gələcəkdə  Türkiyədə  iri  neft  emalı  və  neft  sənayesi  kompleksləri  tikməklə  onun 

iqtisadiyyatına milyardlarla dollar investisiya qoymağı planlaşdırır ki, bununla Azərbaycanın 

regionda iqtisadi qüdrəti dəfələrlə artmış olacaq. Eyni zamanda iki dövlət arasında əməkdaşlıq 

münasibətləri daha dərin xarakter daşıyacaq.  

          Göründüyü  kimi,  ölkəmiz  regionun  ən  qüdrətli  dövlətləri  sırasına  çıxmış  və  bununla 

ölkəmizin  bölgədəki  nüfuzu  ilə  nəinki  region  ölkələri,  həm  də  aparıcı  dünya  dövlətləri 

hesablaşmağa başlamışdır.  

        Müasir  mərhələdə  sevindirici  hal  ondan  ibarətdir  ki,  türkdilli  dövlətlər  dünya  birliyinin 

enerji  təminatçısı  rolunda  öz  fəallıqları  ilə  seçilir.  Regionu  dünyanın  müxtəlif    bölgələri  ilə 

birləşdirən  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzrum,  Bakı-Tbilisi-Qars  layihələri  Avropa 

dövlətlərinin  enerji  təhlükəsizliyinin  təmin  edilməsində    və  beynəlxalq  nəqliyyat 

infrastrukturunun  yaradılmasında  mühüm  strateji  əhəmiyyət  daşımaqdadır.  Bu  layihələrin 

həyata keçirilməsi təsdiq edir ki, Azərbaycan dövləti inteqrasiya prosesində fəal iştirak edir və 

onun  fəaliyyəti  nəticəsində  dünyanın  müxtəlif  regionları  arasında  əməkdaşlıq  geniş  xarakter 

daşıyır. 

         Qeyd  edilməsi  zəruridir  ki,  həmin  layihələrin  həyata  keçirilməsi  ilə  Azərbaycan  və 

Türkiyə  dövlətlərinin  dünya  birliyində  mövqeləri  möhkəmlənməklə  yanaşı,  digər  türkdilli 

dövlətlərin, o cümlədən Qazaxıstan və Türkmənistanın da Avropaya çıxışı üçün əlverişli şərait 

yaranmışdır.  Bu  istiqamətdə  Qazaxıstan  dövləti  daha  çox  aktivlik  nümayiş  etdirməkdədir. 

Belə  ki,  artıq  Qazaxıstan  Trans-Xəzər  marşrutunun  çəkilməsinə  dair  sazişi  imzalamışdır. 

Vurğulanması  zəruridir  ki,  Trans-Xəzər  marşrutu  Qazaxıstan  və  Türkmənistanın  neft  və  qaz 

ehtiyatlarının  ölkəmizin  ərazisindən  keçməklə  Avropaya  nəqlini  nəzərdə  tutur  və  regionun 

iqtisadi  inkişafında  böyük  əhəmiyyət  daşıyır.  Trans-Xəzər  enerji  dəhlizi  Xəzər  dənizi-Qara 

dəniz-Avropa  Birliyi  layihəsi  kimi  də  səciyyələndirilməkdədir.  Ümumiyyətlə,  bu  layihə 

türkdilli  ölkələri  sıx  birləşdirməklə  yanaşı,  onların  dünya  birliyinin  aparıcı  dövlətləri  ilə 

inteqrasiyasını təmin edən enerji dəhlizi hesab edilir. 

         Bununla  yanaşı  olaraq  vurğulanmalıdır  ki,  ABŞ  və  Avropa  Birliyinin  dəstəklədiyi 

NABUCCO  layihəsinin  həyata  keçirilməsində  də  türkdilli  dövlətlərin  mövqeyi  mühüm 

əhəmiyyət  daşıyır.  Belə  ki,  bu  layihə  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  qazınının 

hesabına  Mərkəzi  və  Qərbi  Avropanın  bir  hissəsinin  yanacaq  ehtiyacının  təmin  olunmasını 

nəzərdə tutur. Bir daha təsdiq edilir ki, Avropa ölkələrinin neft və qazla təhlükəsiz təminatında 

Xəzər regionu başlıca mənbədir,  region ölkələri arasında türkdilli ölkələr isə əsas rol oynayır.  

       Ümumiyyətlə,  Türkiyə-Bolqarıstan  sərhəddindən  Avstriyanın  Baumqarten  un  der  Març 

qəsəbəsinə  kimi  çəkilməsi  nəzərdə  tutulan  NABUCCO  layihəsi  Avropa  Birliyi  ölkələri  və 

ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi  Cənub 

axını  layihəsinə  rəqib  olaraq  irəli  sürülmüşdür.  Bolqarıstandan  başlayıb  Rumıniya, 

Macarıstandan  keçərək  Avstriyaya  qədər  uzanması  planlaşdırılan  bu  xəttin  ümümi  uzunluğu 

1329  km-dir. 

Nabukko Təbii Qaz  Boru Xəttinin minimum 10,  maksimum 23  milyard barrel 

illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur (3,1) 

 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

130 


         Türkdilli  ölkələrin  nəqliyyat  şəbəkələrinin  genişlənməsində  böyük  əhəmiyyət  daşıyan 

Bakı-Tbilisi-Qars  (BTQ)  dəmiryolu  xətti  nəinki  regional,  həm  də  beynəlxalq  inteqrasiyanı 

sürətətləndirir.  Təbii  ki,  bu  layihədə  də  Azərbaycan  və  Türkiyə  dövlətlərinin  tarixi-etnik  və 

dini yaxınlığı xüsusi qeyd edilməlidir.

  

 

2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu 



xəttinin  təməli  qoyulmuş  və  hər  üç  ölkə  prezidentlərinin  iştirakı  ilə  həmin  kənddə  yerləşən 

stansiyada açılş mərasimi keçirilmişdir.                                  

BTQ  Azərbaycan  üçün  həm  siyasi,  həm  iqtisadi,  həm  də  strateji  baхımdan  böyük 

əhəmiyyət  daşıyır.  Dəmiryolu  vasitəsi  ilə  ölkəmiz  beynəlхalq  nəqliyyat  dəhlizlərinə  və 

Türkiyəyə  birbaşa  gediş  əldə  edəcək.  Bakı-Tbilisi-Qars  dəmiryolu  Bakı-Tbilisi-Ceyhan

  boru 


 xəttindən  sonra  Azərbaycanın  iqtisadiyyatını  daha  da  inkişaf  etdirəcək.  Azərbaycanın  ilk 

illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək (4,1). 

Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə 

maliyyə  mənbələrinin  olmaması  tikintinin  başlanmasına  maneələr  törətdi. Digər  tərəfdən  isə  

ABŞ  və  Avropa  Birliyi  layihəyə  qarşı  çıxış  edərək  ona  qarşı  Qars-Gümrü-Tbilisi  dəmiryolu 

xəttinin  açılmasını  təklif  etdilər.  Ancaq,  Azərbaycan  və  Ermənistan  arasında  mövcud  olan 

Dağlıq  Qarabağ  münaqişəsi belə  bir  layihənin  həyata  keçirilməsinə  mane  oldu.  Məhz, 

Azərbaycan  dövlətinin  dəmiryolu  xəttinin  tikintisinin  maliyyələşdirilməsini  öz  üzərinə 

götürməsi onun leallaşdırılmasına şərait yaratdı. 

 

         BTQ  Mərkəzi  və  Şərqi  Avropa  regionu  ilə  yanaşı,  Asiyanın  qabaqcıl  dövlətlərinin 



yerləşdikləri  əraziləri  də  əhatə  edir.  Həmçinin,  Çin,  Hindistan  və  digər  ölkələrin  də  bu 

dəmiryolundan istifadə etməsi mümkün olacaqdır. Bununla BTQ Çindən  Mərkəzi Avropaya 

və Böyük Britaniyaya qədər uzanmaqla beynəlxalq layihə kimi iqtisadi və siyasi əhəmiyyətini 

artıracaqdır.  Göründüyü  kimi,  BTQ  “Şərq-Qərb”  marşrutu  sistemində  daha  çox  rentabelli 

nəqliyyat dəhlizinə çevriləcək. 

         Türkdilli  dövlətlər  arasında  inteqrasiyada  TÜRKSOY-un  yaradılması  böyük  əhəmiyyət 

daşımışdır.  TÜRKSOY-un  əsası  1992-ci  ilin  iyununda  6  türk  dövlətinin  Mədəniyyət 

Nazirlərinin İstanbul şəhərində keçirilən toplantısında qoyuldu. Onun formalaşıb başa çatması 

isə  bir  neçə  mərhələdən  keçdi.  Belə  ki,  Türkdilli  Ölkələrin  Mədəniyyət  Nazirlərinin  Daimi 

Şurası  adlanan  quruma  1992-ci  ilin  dekabrında  Bakıda  keçirilən  toplantıda  TÜRKSOY  adı 

verildi. 

         1994-cü  ilin  əvvəllərində  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi  “TÜRKSOY-

un fəaliyyət strukturu və prinsipləri barədə müqavilə” layihəsi hazırlamışdı. Müqavilə layihəsi 

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 25  may  1994-cü il tarixli 216  saylı qərarı  ilə 

təsdiq olunmuş və onun həyata keçrilməsi üçün müvafiq sərəncamlar verilmişdi (5,5). 

         Qeyd  etmək  vacibdir  ki,  TÜRKSOY-un  fəaliyyətində  respublikamızın  çoxşaxəli  rolu 

inkaredilməz faktorlardandır. Fikirlərimizi ölkə prezidenti, cənab İlham Əliyevin TÜRKSOY 

Fondunun  yaradılmasına  dair  təkilifi  də  təsdiq  edir.  Ümumiyyətlə,  Fond  bütün  türk  dünyası 

ölkələrində tarixi  abidələri  bərpa etmək və  mədəniyyətlərarası  əməkdaşlığı  genişləndirməklə 

xalqlarımızı daha sıx birləşdirəcəkdir. Eyni zamanda türkdilli dövlətlərin zəngin tarixinin elmi 

tədqiqi kimi çox məsuliyyətli vəzifə Fondun üzərinə düşür. Qazaxıstan prezidenti Nusrsultan 

Nazarbayevin  təklif  etdiyi  kimi,  Fond  çərçivəsində  Türkdilli  Akademiyanın  yardılması 

türkdilli xalqların dilinin, mədəniyyətinin araşdırılması və öyrənilməsinə dəstək ola bilər. 

         Beləliklə,  araşdırdığımız  dövrdə  regional  inteqrasiyada  dini-etnik  amillər  kifayət  qədər 

mühüm  əhəmiyyət  daşımış,  bu  məsələ  Ulu  öndər  Heydər  Əliyev  və  onun  varisi,  ölkə 

prezidenti,  cənab  İlham  Əliyev  tərəfindən  ciddi  dəyərləndirilmiş,  onun  vacibliyi  xarici 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

131 

siyasətdə  prioritet  xətlərdən  biri  kimi  göstərilmişdir.  Buna  görə  də  regional  əməkdaşlıqda 

Azərbaycan Respublikası fəal iştirakçı dövlətlərdən birinə çevrilmişdir.     

      


   

       


   

İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT: 

 

1.Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. B. 2005. 



2.

www.google.az.

 XIX əsrin əvvəllərində dünyanın bir hissəsini idarə edən dövlətlər 

3.www.google.az.

 

NABUCCO qaz layihəsi.



 

4.

www.google.az.



 

Bakı-Tbilisi-Qars dəmiryolu xətti.

 

5.www.google.az.



 

Muxtarov K. Azərbaycan Respublikası və TÜRKSOY.

 

 

 



 

                                                                                                        Г.БАХТИЯРОВ 

 

РЕЛИГИОЗНО-ЭТНИЧЕСКОЙ ФАКТОРОВ РОЛЬ 

В РЕГИОНАЛЬНОЙ ИНТЕГРАЦИИ (1991-2013 ГОДЫ) 

 

            В  статье  региональных  религиозных  и  этнических  факторов  вопросы  были 



рассмотрены  роль  в  интеграции  нашей  страны.  Было  отмечено,  что  в  Азербайджане 

религиозные и этнические факторы имел важное значение в расширении регионального 

сотрудничества. В этом направлении и ведущее место занимало исламских государств 

тюркоязычных  стран.  Именно  с  этими  странами  связей  нашей  страны,  региональное 

сотрудничество  углублялось.  В  целом  исследования  показали,  что  религиозные  и 

этнические факторы серьезно входит в число факторов. 

 

   


 

 

 



 

 

 



 

H. BAKHTIYAROV 

 

RELIGIOUS AND ETHNIC FACTORS ROLE IN REGIONAL INTEGRATION 

(1991-2013 YEARS) 

 

Our  country  regional  religious  and  ethnic  examined  the  role  of  factors  issues  in  the 



integration  the  article.  It  was  noted  that  the  expansion  of  cooperation  between  religious  and 

ethnic  factors  was  of  great  importance,  Azerbaijan's  regional.  Turkic-speaking  countries 

leading  place  in  this  direction  and  islamic  states.  It  is  our  country  even  more  exacerbated 

conflicts regional cooperation relations with these countries. In general research showed that 

religious and ethnic factors is among serious factors. 

 

 



 

Rəyçilər: t.ü.f.d. Z.Cəfərova, t.e.d. A.Məmmədov 

 

GDU-nun  Azərbaycan  tarixi  kafedrasının  15  oktyabr  2014-cü  il  tarixli  iclasının 

qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2). 

 

Yüklə 63,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə