Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
132
SEVİNC RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
E-mail: sevinj.ruintan@gmail.com
CAVİD ƏLİSGƏNDƏRLİ
SOAS, London Universiteti
E-mail: javid_alisgandarli@yahoo.com
SSRİ MƏRKƏZİ HÖKUMƏTİNİN MƏRKƏZİ ASİYA
VƏ QAFQAZ RESPUBLİKALARINA MÜNASİBƏTDƏ
SİYASƏTİNİN XARAKTERİ HAQQINDA
Açar sözlər: SSRİ, imperiya, müstəmləkəçilik siyasəti, Mərkəzi Asiya, Qafqaz, Azərbaycan,
Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan
Ключевые слова: СССР, империя, колониальная политика, Центральная Азия, Кавказ,
Азербайджан, Грузия, Армения, Казахстан, Киргизия, Узбекистан, Туркмения,
Таджикистан
Keywords:
USSR, empire, colonial policy, Central Asia, the Caucasus, Azerbaijan, Georgia,
Armenia, Kazakhstan, Kyrgyzstan,Uzbekistan, Turkmenistan, Tajikistan
Giriş. XX əsrin iki super dövlətindən biri olan Sovet Sosialist Respublikalar İttifaqının
(SSRİ) 1991-ci ildə dağılmasına baxmayaraq, postsovet məkanda onun təsiri hələ də
əhəmiyyətli dərəcədə hiss olunmaqdadır. 23 ildir ki, hüquqi baxımdan müstəqil olan postsovet
dövlətlərin həyatlarının demək olar ki, bütün sahələrində yaşanan problemlərin böyük bir
hissəsi mahiyyət etibarilə birbaşa, yaxud dolayısı ilə sovet dönəmi tarixləri ilə bağlıdır.
Rusiyalı araşdırmaçı M.İ.Piskotin yazır ki, “SSRİ-nin dağılması, kommunist rejiminin çökmə-
si ilə bir çox suallar meydana çıxdı ki, onların arasında hələ də cavabını tapa bilmədiklərimiz
var” (1, səh.24-27). Bu baxımdan postsovet ölkələri və xalqlarının sovet dövrü tarixinin
araşdırılması hələ də aktuallığını saxlamaqdadır. Bundan çıxış edərək, hazırki araşdırmada
postsovet və xarici müəlliflərin əsərləri əsasında aşağıdakı məsələlərə aydınlıq gətirməyə cəhd
ediləcək: ümumilikdə müstəmləkə və müstəmləkə siyasəti nədir; SSRİ-nın Mərkəzi Asiya və
Qafqaz regionu dövlətlərinə münasibətində müstəmləkəçi siyasət yeritdiyini deməyə əsas ve-
rən məqamlar hansılardır; postsovet dövlətlərdə məsələyə münasibət necədir.
Müstəmləkə, müstəmləkəçilik siyasəti. Müstəmləkə dedikdə - hər hansı digər dövlətin
(metropoliyanın) hakimiyyəti altında olan, siyasi, iqtisadi, idarəçilik müstəqilliyi olmayan
ərazi, yaxud dövlət nəzərdə tutulur. Müstəmləkə siyasəti – daha güclü olan dövlətin hərbi, si-
yasi və iqtisadi təzyiq vasitəsilə nisbətən az inkişaf etmiş əhalinin yaşadığı əraziləri ələ keçir-
məsi, istismar etməsi deməkdir.
Vaxtilə ABŞ prezidenti Ronald Reyqan tərəfindən “şər imperiyası” adlandırılan (2),
1922-1991-ci illərdə mövcud olmuş SSRİ-nin qanunvericiliyində onun bərabərhüquqlu res-
publikaların ittifaq dövləti olduğu göstərilsə də, əslində vəziyyət fərqli idi. Qeyd edilməlidir
ki, bütünlükdə bolşevik hökumətinin xarakterindən irəli gələn, SSRİ-nin bütün respublika-
larına şamil olunan məsələləri (repressiyalar, ateizm və s.) yalnız bir qrup respublikalara aid
edilən qərarlardan (əlifba dəyişikliyi, dil siyasəti, orduda xidmət, deportasiya və s.) fərqlən-
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
133
dirmək düz olardı. “Bir qrup respublika” siyahısına isə Mərkəzi Asiya və Qafqazın türk mü-
səlman respublikaları hər zaman daxil edilmişlər. SSRİ-nin Mərkəzi hökumətinin müttəfiq
respublikalara münasibətdə siyasətinin müstəmləkəçi xarakterdə olduğunu göstərən məqam-
lara aydınlıq gətirmək üçün mühüm hesab etdiyimiz bir neçə məsələyə xüsusi diqqət verməyi
gərəkli hesab edirik. Bunlar: idarəçilik, elm, təhsil və mədəniyyət sahələrinə aid olan məsə-
lələrdir.
İdarəçilik. 1922-ci ildə 4 respublika: Rusiya Sovet Federativ Sosialist Respublikası
(RSFSR), Ukrayna Sovet Sosialist Respublikası, Belorusiya Sovet Sosialist Respublikası və
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) SSRİ-nin yaradılması haqda mü-
qavilə imzaladılar. ZSFSR 3 Cənubi Qafqaz respublikasını – Azərbaycan, Gürcüstan və Ermə-
nistanı özündə birləşdirirdi (3, səh.22). SSRİ-nin yaradılması haqda Bəyannamədə qeyd olu-
nurdu ki, “sovet respublikalarının yarandığı gündən dünya iki düşərgəyə bölünüb: kapitalizm
düşərgəsi və sosializm düşərgəsi. Kapitalizm düşərgəsində düşmənçilik, bərabərsizlik, müs-
təmləkəçilik, milli zülm, qarət, müharibələr; sosialist düşərgəsində isə qarşılıqlı inam və eti-
mad, milli müstəqillik və azadlıq, xalqlar arasında dinc yanaşı yaşama və qardaşlıq prin-
sipləri hökm sürür. Burjuaziya xalqlar arasında əməkdaşlığı təmin edə bilmir. Yalnız sosialist
düşərgəsində xalqlar arasında əməkdaşlıq mümkündür. Bu və digər səbəblərdən çıxış edərək,
Sovet Sosialist respublikalarının xalqları birləşərək SSRİ-ni yaradırlar. SSRİ bərabər hüquqlu
xalqların könüllü birliyidir və hər bir respublikanın İttifaqdan çıxmaq hüququ var” (4).
SSRİ-nin 1924-cü ildə qəbul olunmuş
Konstitusiyasının
“Müttəfiq
respublikaların
suveren hüquqları və ittifaq vətəndaşlığı” adlı 2-
ci bölümündə (5, maddə 3), 1936-cı il Konsti-
tusiyasının “Dövlət quruluşu” adlı II Fəslində (6,
maddə 13) və 1977-ci il Konstitusiyasının
“SSRİ-nın milli dövlət quruluşu” adlı bölümü-
nün “SSRİ – ittifaq dövləti” adlı 8-ci fəslində
(7, maddə 70-72) də müttəfiq respublikaların
ittifaqdan çıxmaq hüququnun olduğu qeyd
edilirdi. Lakin bu, yalnız sözdə belə idi.
Əslində isə, bəzi tarixçilərin fikirlərinə
görə, bu hüquq SSRİ-nin mövcudluğu illə-
rində sadəcə formal xarakterli olmuş, həqiqətdə
respublikalar suveren qərarlar qəbul edə bilməmişlər (8, səh.51). Səbəb olaraq, yenə SSRİ
Konstitusiyasına görə, cəmiyyətdə və dövlətdə Kommunist Partiyasının hakim mövqeyə malik
olması göstərilir (9, “SSRİ-nin ictimai quruluşunun və siyasətinin əsasları” bölümü, I fəsil.
Siyasi sistem, maddə 6). Bunun həqiqətən belə olduğunu görmək üçün, 80-90-cı illərdə ittifaq
respublikalarının suverenlik istiqamətində atdıqları addımların, bəzən isə hətta öz haqlarını
müdafiə etmək cəhdlərinin Mərkəzi hökumət tərəfindən necə cəzalandırıldığını xatırlatmaq
kifayət edir (Vilnüs (Litva) – март 1991 (10), Tbilisi (Gürcüstan) – 9 aprel 1990 (11), (Bakı
(Azərbaycan) – 20 yanvar 1990, (12)).
Elm, təhsil, mədəniyyət. 20-30-cu illərdə sovet hökumətinin mədəni quruculuq sahəsin-
də həyata keçirdiyi siyasət tarixə “mədəni inqilab” adı ilə daxil olub. Mədəni inqilabın müsbət
cəhətləri ilə yanaşı (savadsızlıq ləğv edildi, ixtisaslı kadrların hazırlığı yüksəldi və s.), mənfi
tərəfləri də olmuşdur. Mədəni inqilabın qarşısında duran əsas vəzifə - xalqı 1917-ci ildən
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
134
başlayaraq həyata keçirilən siyasətin yeganə düzgün siyasət olduğuna inandırmaq; elm və
təhsil sahəsində isə - mövcud rejimə tamamilə sadiq kadrların hazırlanması idi (8, səh.76-80).
Müstəmləkəçilik siyasətinə haqq qazandırmaq məqsədilə müxtəlif nəzəriyyərlər yara-
dılır, SSRİ xalqlarının tarixi saxtalaşdırılır, mədəniyyəti məqsədli şəkildə dəyişdirilir, təhsil
müəssisələrində “beyinlərin yuyulması” prosesi həyata keçirilir; mədəniyyətdə - “formaca
milli, mahiyyətdə sosialist” mədəniyyəti formalaşdırılırdı (13, səh.132, 134,138-139). Mərkəzi
Asiya və Qafqazın türk və müsəlman xalqlarının öz tarixi keçmişlərindən, mənəvi dəyər-
lərindən uzaqlaşdırılması məqsədilə əlifba islahatları keçirildi, tarixləri (xüsusilə də milli
kimlik və dövlətçilik məsələlərində) saxtalaşdırıldı (14, səh.74).
Rusiyanın Qafqazda dayağı hesab olunan Ermənistanda, erməni tədqiqatçıların arasında
SSRİ-yə maraqlı, bir qədər incik münasibət olduğunu görmək mümkündür. Erməni müəllif-
lərdən elə hesab edənlər var ki, 1918-1920-ci illərdə öz problemlərini həll edə bilmək üçün
Türkiyə liderləri ilə əməkdaşlıq edən Rusiya ermənilərin maraqlarını qurban verib. Ermə-
nilərin sözləri ilə desək, “Rusiya ilə Türkiyə arasında olan razılaşma nəticəsində Ermənistan
dövlətinin müstəqilliyi itirilib, “Qərbi Ermənistan torpaqları” türklərə geri qaytarılıb, Şərqi
Ermənistan isə sovetləşdirilib” (20, səh.22).
Postsovet məkanda SSRİ-
nin dağılmasına münasibət. Bu
gün yalnız postsovet respublika-
ların deyil, həmçinin bütün post-
kommunist dövlətlərin mövcud
problemlərinin birbaşa, yaxud do-
layısı ilə səbəbkarı hesab edilən
SSRİ 1991-ci ildə dağıldı. Maraq-
lıdır ki, mövcudluğuna olduğu ki-
mi, yoxluğuna da münasibət bir-
mənalı deyil. Həm postsovet mə-
kanda, həm də bütünlükdə dün-
yada ziyalılar, elm adamları ilə sı-
ravi insanların fikirləri arasında
bir-birinə tamamilə zidd olan fi-
kirlərə rast gəlmək mümkündür. Deyilənləri təsdiq etmək üçün bir neçə misal gətirməklə
kifayətlənəcəyik.
Türk müsəlman xalqlarının tarixi üzrə araşdırmaçı, azərbaycanlı tarixçı Altay Göyüşov
yazır ki, sovet rejimi dönəmində baş verən “hadisələrin müqayisəli şəkildə təhlili Lenin haki-
miyyətinin müsəlman xalqlarına qarşı yeritdiyi siyasətin konturlarını müəyyənləşdirməyə, so-
vet hökumətinin bir çox xüsusiyyətlərinə görə çar rejiminin imperiya siyasətinin varisi oldu-
ğunu, hətta bir sıra hallarda bu xalqların tarixinə, mənəviyyatına, dövlətçilik ənənələrinə,
ümumtürk təfəkkürünə vurduğu ziyanları meydana çıxarmağa imkan verməkdədir” (14,
səh.7).
Eyni yanaşmaya digər bir tədqiqatçının, rusiyalı Madina Tolstanovanın araşdırmasında
rast gəlirik. “Sovet/Rusiya imperiyası”, “Janus-faced empire”, “quazi-colonia” yazması onun
da eyni mövqedə olduğunu göstərir (13, səh.135, 137).
Digər bir tədqiqatçı, əvvəldə adını çəkdiyimiz rusiyalı müəllif M.İ.Piskotin yazır ki,
SSRİ-nin “kriminal inqilab” nəticəsində dağıldığını söyləyənlər var və yəqin ki, zamanla bu
fikirə münasibəti aydınlaşdıracaq cavabları tapmaq mümkün olacaq (1, səh.42-44).
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
135
Gürcüstanda məsələyə yanaşma özünəməxsusluğu ilə diqqəti cəlb edir. Gürcü müəllif-
ləri ümumilikdə SSRİ-nin dağılmasına “ikinci dərəcəli” məsələ kimi yanaşır, onu ümumilikdə
kommunist rejiminin çökməsi, həmçinin Gürcüstanın dövlət müstəqilliyi əldə etməsi fonunda
təqdim edirlər. Hətta orta məktəb dərsliklərində belə məsələyə bu mövqedən yanaşılır. Tbilisi
məktəblərindən birinin müəlliminin sözləri ilə desək, “SSRİ-nin çatışmayan cəhətləri çox idi
və ona görə də dağıldı. Belə olması normaldır. Şagirdlər bunu öyrənməkdənsə, XI – XII əsr-
lərdə yaşamış görkəmli gürcü çarı Qurucu Davidin fəaliyyəti, onun vətənpərvərliyi haqda
öyrənsələr daha faydalı olar” (19).
Digər fikir tərəfdarları - “SSRİ-yə görə nostalji” hiss edən-
lər adlandırılırlar. SSRİ-nin dağılmasından dərhal sonra həyatın
bütün sahələrində yaşanan çətinliklər, narazılıqlar elə həmin gün-
lərdən bu yanaşmanın yaranmasına səbəb oldu. SSRİ-yə görə
nostalji yaşayanlar öz münasibətlərini müxtəlif formalarda bildi-
rirlər: filmlər, hətta seriallar çəkilir, mahnılar yazılır, sərgilər
keçirilir, muzeylər təşkil olunur, istirahət məkanları açılır və s.
Rusiyada “Nostalgiya” adlı TV kanal fəaliyyət göstərir. Eyni za-
manda müxtəlif sorğular keçirilir. Hətta internet sorğular keçirilir.
Belə sorğulardan bir neçəsindən götürülmüş fikirləri diqqətə çat-
dırmaq istərdik.
Mərkəzi Asiya və Qafqaz respublikalarının SSRİ-yə müna-
sibətinə müəyyən qədər aydınlıq gətirmək məqsədilə bir faktı nəzərdən keçirək. 1990-сı ildə
SSRİ-nin müttəfiq respublikarı arasında “Yeni ittifaq müqaviləsinin” imzalanması məsələsi
müzakirə olunurdu (respublikaların hüquqlarının artırılması, iqtisadi baxımdan daha çox
hüquq verilməsi, hətta respublikaların “suveren” statusunun tanınacağı vəd edilirdi). Ümu-
milikdə, Yeni İttifaq müqaviləsinin 13 layihəsi hazırlanmışdı ki, bunlardan 7-si, 5-i Orta Asiya
respublikaları olmaqla 7 respublika tərəfindən hazırlanmışdı. Gürcüstan və Ermənistan da da-
xil olmaqla 6 ittifaq respublikası isə referendumun keçirilməsinin əleyhinə çıxdılar. Bu res-
publikalarda referendumun keçirilməsini təşkil etməli olan mərkəzi komissiyalar yaradıl-
madığı üçün, yerli Xalq deputatları Sovetləri, ictimai birliklər tərəfindən yaradılmış komissiya
və dairələr sorğu keçirdilər (21). Ümumilikdə, refendumun keçirilməsi, yaxud keçirilməməsi
ilə bağlı respublikalar üzrə nəticələri aşağıdakı kimi olmuşdur (22):
N
Respublika
lehinə
əleyhinə
1
Azərbaycan
93,5%
5,8%
2
Qazaxıstan
94,1%
5,0%
3
Qırğızıstan
96,4%
4,0%
4
Özbəkistan
93,7%
5,2%
5
Türkmənistan
97,7%
1,7%
6
Tacikistan
96,2%
3,1%
7
Gürcüstan
boykot etmişdi
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
136
8
Ermənistan
boykot etmişdi
Maraqlıdır ki, SSRİ-nin saxlanması ilə bağlı referendumda Azərbaycan üzrə 93,5%
lehinə səs verməsinə baxmayaraq, 29 dekabrda Respublikanın müstəqilliyi ilə bağlı keçirilən
refendumda səsvermədə iştirak edən əhalinin 95%-i bu dəfə də Azərbaycanın müstəqilliyinin
lehinə səs vermişdi (23).
Rusiya Federasiyasının sosial sorğular mərkəzinin məlumatlarına görə, “SSRİ-nin xif-
fətini çəkənlərin” sayı get-gedə azalır, dağılmasına təəssüflənənlərin sayı (2000-ci ildə 19%-
dən 2013-cü ildə 35%-ə qədər) isə artır (26).
“SSRİ-nin dağılmasına münasibətiniz necədir?” sualına verilən 2 cavabdan birində
“Münasibətim yaxşıdır. Hökumətlə eyni fikirdə olmayanların həbs edildiyi ölkədə yaşamaq
istəməzdim”; digərində isə “SSRİ-nin dağılması sadəcə “dəhşətli səhv” deyil, əslində bu,
dövlət cinayətidir” deyilib (15).
Digər bir sorğuya verilmiş cavablardan birində “SSRİ-nin dağılması ilə əldə etdiklə-
rimiz yoxsulluq və nasizm olub. SSRİ-də evsizlər, yetimlər indi olduğundan dəfələrlə az
olub”; digərində isə “SSRİ dağıldı, onunla birlikdə həm də xalqlar arasında dostluğa son
qoyuldu. Rusiya, Belorus, Ukrayna nəyə görə ayrılmalı idilər?” deyilir (16).
Hətta Rusiya kommunistlərinin təzyiqləri ilə 1996-cı ildə Rusiya Dövlət Duması SSRİ-
nin dağılmasını hüquqi cəhətdən rəsmiləşdirən Belovejsk sazişinin denonsasiyası haqda qərar
qəbul etmişdi. Azərbaycan və Türkmənistan Prezidentləri bu məsələyə münasibətlərini bildi-
rərək qeyd etmişdilər ki, Azərbaycan və Türkmənistan xalqları müstəqil və suveren inkişaf
yolu ilə irəliləmək haqda qərar qəbul ediblər. Hər 2 dövlətin müstəqil statusu beynəlxalq birlik
tərəfindən tanınmışdır və heç bir digər dövlət, yaxud onun orqanı tərəfindən müzakirə möv-
zusu ola bilməz. Rusiya Dövlət Dumasının adı çəkilən qərarının heç bir hüquqi əsası yoxdur
(18, səh.121).
Daha bir maraqlı görünə biləcək məsələ, hazırda ABŞ-ın Qırğızıstandakı səfiri Pamela
Spratlen Qırğızıstannın Rusiya ilə münasibətlərindən narahatlığını bildirir. Spratlen Rusiya ilə
əməkdaşlığın Qırğızıstanda demokratiyanın inkişafına təhlükə olduğunu qeyd edir (25).
Nəticə. Yuxarıda nəzərdən keçirilənləri yekunlaşdıraraq, belə nəticəyə gələ bilərik ki,
formaca ittifaq dövləti olaraq görünən SSRİ-nin müttəfiq respublikalara, o cümlədən Mərkəzi
Asiya və Qafqaz respublikalarına münasibətdə yürütdüyü siyasət mahiyyət etibarilə müstəm-
ləkə siyasəti olmuşdur. İttifaqın Əsas Qanunu olan Konstitusiyada respublikaların ittifaqdan
çıxmaq hüququnun olduğu qeyd edilməsinə baxmayaraq, 1991-ci ildə respublikaların əvvəl
suverenliklərini, daha sonra isə müstəqilliklərini elan etdikləri zaman Mərkəzi hökumətin on-
ların qərarlarına münasibəti bu deyilənin əyani sübutudur. Lakin buna baxmayaraq, postsovet
məkanda SSRİ-nin dağılmasına münasibət birmənalı deyil. Nə qədər qəribə görünsə də, istis-
mar edildiyi deyilən insanların bir hissəsi bu fikirlə razılaşmır, SSRİ-də daha güvəndə yaşa-
dıqlarını, problemlərin daha az olduğunu deyirlər. Bunun isə, hazırda bütünlükdə postsovet
məkanda, o cümlədən Mərkəzi Asiya və Qafqaz regionlarında mövcud dövlətlərin inkişaf
səviyyəsi ilə, əhalinin sosial-iqtisadi durumu ilə, problemlərin çoxluğu ilə əlaqəli olduğunu
hesab etmək olar.
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
137
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1. Пискотин М.И. Россия в ХХ веке. Неоконченная трагедия. Москва, Юристь, 2004.
2. «Империя зла»: 30 лет спустя. - http://www.golos-ameriki.ru/content/evel-empire-phrase-
reagan/1617412.html. [Baxılıb: 7 Noyabr 2014].
3. Libaridian, Gerard. 2004. Ch 1 “From People to Nation: An Overview from the 1850s to the
1970s” in Modern Armenia. People, Nation, State. New Brunswick and London: Transaction,
pp. 13-48.
4. Декларация и договор об образовании СССР. 30 декабря 1922 г.-
http://www.rusarchives.ru/statehood/09-02-deklaraciya-obrazovanie-sssr-1922.shtml.
[Baxılıb: 7 Noyabr 2014].
5. Конституция СССР 1924 года. -http://www.tarasei.narod.ru/konst1924.htm. [Baxılıb: 7
Noyabr 2014].
6. Конституция СССР 1936 года. -http://constitution.garant.ru/history/ussr-
rsfsr/1936/red_1936/3958676/chapter/2/#1200. [Baxılıb: 7 Noyabr 2014].
7. Конституция СССР 1977 года. -http://www.hist.msu.ru/ER/Etext/cnst1977.htm.
[Baxılıb: 7 Noyabr 2014].
8.Эльдар ИСМАИЛОВ. Очерки истории России советского периода. Баку, Ziya-Nurlan,
2008.
9. Конституция СССР 1977 года. -http://www.hist.msu.ru/ER/Etext/cnst1977.htm.
[Baxılıb: 7 Noyabr 2014].
10. Литва: Двадцатый День Независимости. 02.04.1990.-
http://www.kommersant.ru/doc/266046. [Baxılıb: 7 Noyabr 2014].
11. Разгон митинга в Тбилиси 9 апреля 1989 года. 09.04.2014. - http://www.kavkaz-
uzel.ru/articles/240130/. [Baxılıb: 7 Noyabr 2014].
12. 20 января 1990 года. Хроника преступления глазами жертв и очевидцев. 20.01.2014.
- http://www.1news.az/analytics/20120120115437067.html. [Baxılıb: 7 Noyabr 2014].
13. Tlostanova, Madina. 2012. “Post-socialist / postcolonial: on post-Soviet imaginary and
global coloniality. Journal of Post-colonial writing (March). 48 (2), p.130-142. -
https://www.academia.edu/3666204/Postsocialist_postcolonial_On_post-
_Soviet_imaginary_and_global_coloniality. [Baxılıb: 7 Noyabr 2014].
14. Altay Göyüşov. Rusiyada monarxiyanın süqutundan SSRİ-nin yaranmasına qədər olan
dövrdə müsəlman-türk xalqlarının milli-azadlıq mübarizəsi (1917-1921). Bakı, El-Aliance,
2002.
15. “Ваше отношение к распаду СССР?”. İnternet sorğu. -
http://pollservice.ru/p/otnosheniye-k-raspadu-sssr. [Baxılıb: 7 Noyabr 2014].
16. Игорь Цесельский. Возможно-ли денонсировать беловежские соглашения. -
http://professionali.ru/Soobschestva/biznes-klub/vozmozhno-li-denonsirovat-
belovezhskie/#thread93255982. [Baxılıb: 7 Noyabr 2014].
17. 18 лет назад усилиями депутатов фракции КПРФ Госдума денонсировала
преступные Беловежские соглашения. -http://kprf.ru/history/date/129339.html. [Baxılıb: 7
Noyabr 2014].
18. Sevinc Ruintən. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı
illəri). Bakı: Adiloğlu, 2005.
19. Амалия Оганджанян. Распад СССР в грузинских учебниках теряется на фоне
провозглашения независимости. - http://www.dw.de. [Baxılıb: 8 Noyabr 2014].
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
138
20.Libaridian, Gerard. 2004. Ch.1 “From People to Nation: An Overview from the 1850s to
the 1970s” in Modern Armenia. People, Nation, State. New Brunswick and London:
Transaction, pp. 13-48.
21. Референдум о сохранении СССР (6 республик бойкотируют). Март 1991. -
http://histrf.ru/ru/lenta-vremeni/event/view/riefieriendum-o-sokhranienii-sssr-6-riespublik-
boikotiruiut. [Baxılıb: 9 Noyabr 2014].
22. Игорь Цесельский. Возможно-ли денонсировать беловежские соглашения. -
http://professionali.ru/Soobschestva/biznes-klub/vozmozhno-li-denonsirovat-belovezhskie/.
[Baxılıb: 7 Noyabr 2014].
23. 18 oktyabr – Azərbaycanın Müstəqillik günü. -http://www.anl.az/18oktyabr_ru.html.
[Baxılıb: 9 Noyabr 2014].
24. Иван Мельник. Посол США в Кыргызстане назвала дружбу России с Киргизией
проблемой. 06 ноября 2014. -http://tvzvezda.ru/news/vstrane_i_mire/content/201411061813-
s05j.htm.[Baxılıb: 9 Noyabr 2014].
25. Pamela Spratlen. Democracy in Central Asia: Supporting Kyrgyzstan’s “Island of
Democracy”. The Ambassadors REVIEW. Fall 2014. -
https://www.americanambassadors.org/publications/ambassadors-review/fall-
2014/democracy-in-central-asia-supporting-kyrgyzstan-s-island-of-democracy. [Baxılıb: 9
Noyabr 2014].
26. В Советский Союз уже не очень хочется.14.01.2013. Поданным Всероссийского
центра изучения общественного мнения. -
from:http://wciom.ru/index.php?id=269&uid=113534. [Baxılıb: 9 Noyabr 2014].
СЕВИНДЖ РУИНТАН
доцент Бакинского Государственного Университета
ДЖАВИД АЛИСКАНДАРЛИ
SOAS, Лондонский Университет
О ХАРАКТЕРЕ ПОЛИТИКИ ЦЕНТРАЛЬНОГО ПРАВИТЕЛЬСТВА СССР
В ОТНОШЕНИИ К РЕСПУБЛИКАМ ЦЕНТРАЛЬНОЙ АЗИИ И КАВКАЗА
Несмотря на распад в 1991 году одного из двух сверхдержав ХХ века – Совет-
ского Союза, его присутствие и влияние в постсоветском пространстве по-прежнему
имеет особое значение. Уже 23 года как де-юре независимые постсоветские госу-
дарства стараются решить проблемы почти во всех сферах своей жизни, которые прямо
или косвенно связаны с советской историей. С этой точки зрения, исследование исто-
рии постсоветских стран в рамках Советского Союза по-прежнему актуально. В рамках
данной статьи делается попытка прояснить политику Центрального Правительства
Советского Союза в отношение к республикам Центральной Азии и Кавказа.
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
139
SEVİNJ RUİNTAN
Baku State University
JAVID ALISKANDARLI
SOAS University of London
ON THE CHARACTER OF THE POLICY
OF THE CENTRAL GOVERNMENT OF THE USSR IN RELATION
TO THE REPUBLICS OF CENTRAL ASIA AND CAUCASUS
In spite of the collapse in 1991 of one of the two superpowers of XX century - the
Soviet Union, its presence and influence in the former Soviet Union still has a special
relevance. 23 years as a de jure independent post-Soviet states are trying to solve the problems
in almost all areas of their lives that are directly or indirectly related to the Soviet history.
From this point of view, the study of the history of post-Soviet countries in the frame of the
Soviet Union is still urgent. An attempt to clarify the policy of the central government of the
Soviet Union in relation to the republics of Central Asia and the Caucasus was made in this
article.
Rəyçilər: t.e.n.A.R.Göyüşov, t.e.d.M.B.Fətəliyev
Bakı Dövlət Universiteti “Türk xalqları tarixi” kafedrasının 2 dekabr 2014-cü il ta-
rixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3).
Dostları ilə paylaş: |