Müasir dövr Tarix və onun problemləri, №4 2014



Yüklə 66,04 Kb.

tarix04.02.2018
ölçüsü66,04 Kb.


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

110 


                                            HÜSEYN HÜSEYNLİ  

Bakı Dövlət Universiteti 

                                                                                    Tarix fakültəsi doktorantı 

                  E-mail: huseynhuseynli@hotmail.com 

 

KÖRFƏZ MÜHARIBƏSI ZAMANI NATO – TÜRKIYƏ MÜNASIBƏTLƏRI 

 

Açar sözlər: Türkiyə, ABŞ, NATO, körfəz, müharibə 



Ключевые слова: Турция, США, НАТО, залив, война 

Key words: Turkey, USA, NATO, gulf, war 

 

18  fevral  1952-ci  ildə  Türkiyənin  NATO-ya  üzv  qəbul  edilməsi  onu  siyasi  baxımdan 



bölgədə və regionda əsas söz sahibinə çevrilməsində mühüm rol oynadı. XX əsrin  ortalarında 

baş  verən  Suriya  böhranını  çıxmaq  şərtilə  Orta  Şərq  bölgəsi  Türkiyənin  müdafiə  və 

təhlükəsizlik siyasətində prioritet rol oynamamışdır.   

Coğrafi ve geopolitik məkan kimi Türkiyə həm şərqdir həm qərb. O həm Asiyalı həm 

də  avropalı  sayılır.  Eyni  zamanda  Türkiyə  Orta  Şərqdir,  Balkanlara  aiddir  və  nəhayət  o  bir 

Qaradəniz ölkəsidir və Qafqaza nüfuz ede biləcək qədər yaxındır. Bütün bunlar strateji region 

kimi Türkiyənin NATO-dakı xüsusi əhəmiyyətli region olmasını əsaslandırmaqdadır.   

Soyuq  Savaşın  başa  çatması  dönəmində  artıq  dünyada  birqütblü  güc  mərkəzi 

formalaşmaqda  idi.  SSRİ-nin  dağılması  ilə  Varşava  paktının  iflasa  uğraması      ABŞ-ın 

təkbaşına hegomonluğunun əsas qaynağına çevrildi.  

1980-ci  illərin  sonunda  Türkiyə-ABŞ  münasibətlərində  soyuqluq  müşahidə  olunurdu. 

Bu xüsusilə ABŞ-ın qondarma erməni soyqrımına həddən ziyada maraq ayırması ilə bağlı idi.   

Körfəz  müharibəsi  dövründə  baş  vermiş  hadisələr  Türkiyə  -  ABŞ  və  NATO 

münasibətlərində  çox  böyük  rol  oynamışdır.  Soyuq  müharibə  başa  çatdıqdan  sonra  həm 

Türkiyə,  həm  də  Amerika  Birləşmiş  Ştatları  regional  qarşıdurmaları  öz  təhlükəsizlikləri  və 

mənfəətləri  baxımından  təhdid  olaraq  qiymətləndirmişdir.  Məhz  soyuq  muharibədən  sonra 

Türkiyə  regional  güc,  ABŞ  isə  dünyanın  yeganə  sahibi  kimi  çıxış  etməyə  başlamışdır.  İran-

İraq  müharibəsi başa çatdıqdan sonra hərbi cəhətdən Orta Şərqdə ən əhəmiyyətli gücə sahib 

ölkə  mövqeyinə  gələn  İraq,  müharibə  zamanı  Körfəz  ölkələrindən  aldığı  borclarını  geri 

ödəməsi  mövzusunda  çox  ciddi  problemlər  yaşamağa  başlamışdır.  Lakin  ABŞ-ın  bilavasitə 

təsiri  ilə  körfəz  ölkələrinin,  xüsusilə  Səudiyyə  Ərəbistanın  və  BƏƏ-nin  siyasəti  nəticəsində 

neftin qiyməti xeyli aşağı düşmüşdü. İraq ilə ziddiyyətlərlə əlaqədar Səudiyyə Ərəbistanının 

Ciddə  şəhərində  aparılan  görüşmələrdən  heç  bir  nəticə  əldə  edilməyəndən  sonra,  İraq  hərbi 

dəstələri  2  avqust  1990-cı  il  tarixində  Küveyti  işğal  etdi.  Küveytin  ABŞ  üçün  strateji 

əhəmiyyətə  malik  olması  bu  ölkənin  təhlükəsizliyinin  təmin  edilməsini  daha  da 

aktuallaşdırmışdır.  İraqın  Küveyti  işğal  edərək  dünya  neft  ehtiyatlarının  2/3-sinə  nəzarət 

edəcək  olması  ABŞ  tərəfindən  dünya  iqtisadiyyatına  qarşı  bir  təhdid,  özlərinə  qarşı  şantaj 

olaraq qiymətləndirilmişdir. Buna görə də ABŞ Körfəz ölkələrinə “Səhra Qalxanı Əməliyyatı” 

(Operation Desert Shield) adı altında hərbi əməliyyatlara başladı. Müharibənin başlanğıcında 

Türkiyə  sanki  gözləmə  mövqeyi  tutdu.  Lakin  ABŞ  rəsmilərinin  davamlı  səfərləri  ABŞ-ın 

Türkiyəni  fəal  siyasətə  sürükləmək  niyyətində  olduğundan  xəbər  verirdi.  Türkiyənin  region 

ölkəsi  olması  ilə  yanaşı  NATO-ya  daxil  olan  ölkələr  sırasında  ikinci  ən  böyük  əsgəri  gücə 

sahib olan ölkə olması ABŞ-ı Türkiyə ilə münasibətlərdə daha da fəallaşdırırdı. Türkiyənin bu 

müharibəyə  gözləmə  mövqeyindən  yanaşması  və  daha  çox  barışdırıcı  kimi  çıxış  etmək 

niyyətinin  bir  səbəbi  də  bu  ölkələr  arasındakı  iqtisadi  münasibətlər  idi.  Körfəz  müharibəsi 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

111 

öncəsi Türkiyənin qonşu dövlətlər içərisində ən çox ixracat göstəricisi olan ölkə İraq idi   (1, s 

29-38). 

ABŞ-ın  yüksək  səviyyəli  rəsmi  nümayəndələrinin  səfərləri  NATO-nun  Türkiyəni  öz 

siyasəti  istiqamətində  yönləndirməyə  çalışdığını  açıq-aşkar  hiss  etdirirdi.    BMT-nin 

Təhlükəsizlik  Şurası  üzvləri  arasında  böhran  ilə  əlaqədar  təmin  edilən  görüş,  Körfəzdə  baş 

vermiş böhranın həlli  yolunda  dünya ictimaiyyətin ümumi  mövqeyini də  ortaya  çıxarmışdır. 

BMT-nin Təhlükəsizlik Şurası üzvləri böhran ilə bağlı çağrılan iclasında Türkiyə də öz  milli 

maraqlarını ən yaxşı şəkildə qorumaq üçün Amerika Birləşmiş Ştatlarının liderlik etdiyi Qərb 

müttəfiqlərin yanında iştirak etməyi seçdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 661 

saylı  qərara  əsasən  İraq  və  işğal  altındakı  Küveytə  qarşı  iqtisadi  embarqo  tətbiq  edilməyə 

başlandi.  Nəticədə,  Kərkük-Yumurtalıq  neft  boru  xətti  bağlanılarkən,  Küveyt  və  İraqın 

Türkiyədəki  rekvizitləri  donduruldu,  bu  iki  ölkəylə  idxalat,  ixracat  və  tranzit  ticarət 

dayandırıldı.  Türkiyənin  Körfəz  böhranının  ilk  günlərində  yürütdüyü  Qərb  yönümlü  siyasət 

irəliləyən mərhələlərdə onu ABŞ ilə daha yaxınlaşdırdı. (2) 

Türkiyənin  Körfəz  savaşına  qoşulması  məsələsindən  danışmazdan  öncə  bir  məsələni 

qeyd etmək lazımdır ki, hal-hazırda Turkiyənin özündə bir sıra siyasətçilər və iqtisadçılar bu 

savaşa qoşulmanın yalnış addım olduğunu qeyd edirlər. Onlar qeyd edir ki, əslində bu savaşın 

Türkiyəyə nə bilavasitə, nə də dolayı yolla  o qədər də dəxli yox idi.  

İşğalın dərhal ardından Brüsseldəki NATO mərkəzindən edilən şərhdə İraqın Küveytə 

qarşı hücumu sərt şəkildə tənqid edilmiş, Küveyt torpaqlarında olan İraq qüvvətlərinin dərhal 

və qeyd-şərtsiz geri çəkilməsi tələb edilmişdir. Körfəzdə baş verən böhranla əlaqədar olaraq, 

İngiltərə  baş  naziri  Marqaret  Tetçer,  Kanada  baş  naziri  Brian  Mulroney  və  NATO-nun  baş 

katibi  Manfred  Vörnerin  ABŞ  prezidenti  Corc  Buş  ilə  görüşmələrdən  sonra  verilən  ümumi 

bəyənatlarda Körfəz  problemində NATO-ya  uyğun rollar  olduğu qeyd edilmişdir. 10 avqust 

1990-cı  il  tarixində  Brüsseldə  keçirilən  NATO-nun  Nazirlər  Şurası  iclasında  Amerika 

Birləşmiş  Ştatları  tərəfindən  təklif  edilən  dörd  maddəlik  təklif  paketi  üzv  ölkələr  tərəfindən 

qəbul edilərkən, prezident Buşun Səudiyyə Ərəbistanına əsgər göndərmə qərarı dəstəklənilmiş 

və Türkiyəni mütləq müdafiə etmə zəmanəti verilmişdir. Türkiyə  NATO əsgərlərinin köməyə 

göndərilməsini  böhranın  bu  mərhələsində  daha  ciddi  olaraq  qiymətləndirməyə  başlamışdır. 

Körfəzdə  qarşıdurma  ehtimalının  artmasından  sonra,  Türkiyə  NATO-ya  müraciət  edərək, 

NATO tarixində ilk dəfə cinah ölkələrin ordularını möhkəmlətmə üçün nəzərdə tutulan Çevik 

Alayın  hava  ünsürlərinin  öz  torpaqlarına  göndərilməsini  istəmişdir.    NATO  ilk  dəfə  olaraq 

Türkiyəyə  havadan  müdafiə  zamanı  yardım  məqsədilə  Çevik  Alaya  bağlı  hava  ünsürlərini 

Türkiyənin  cənubi-şərq  bölgəsinə  göndərmişdir.  Çevik  Alayın  SSRİ  və  Varşava  Paktından 

kənar bir ölkəyə qarşı vəzifələndirilməsi ittifaq tarixində bir ilk idi. (3) 

Komitə  tərəfindən  alınan  qərara  əsasən,  Türkiyənin  cənubi-şərq  bölgəsinə  NATO 

Çevik Alayına  bağlı alman, belçika  və  italyan təyyarələrindən ibarət olan hava  qüvvələrinin  

göndərilməsi təsdiqlənmişdir. Alınan bu qərar çərçivəsində Almanya 18 ədəd Alfa Reaktiv və 

300  alman  əsgər  heyətinin  Türkiyəyə  göndərmə  qərarı  almışdır.  Almaniyanın  göndərəcəyi 

əsgəri heyət II Dünya Müharibəsindən sonra bu ölkənin xaricə göndərdiyi ilk əsgəri birliklər 

olmuşdur.  Almaniyadan  başqa  Hollandiya  hökuməti  iki  ədəd  Patriot  və  Havk  mərmi 

batareyası və 150 əsgər heyətini Türkiyəyə göndərmişdir. Belçika 18 ədəd Mirage və İtaliya 6 

ədəd  F-104  tipli  döyüş  təyyarəsi  göndərməyi  qərarlaşdırmışdır.  Türkiyənin  tələbi  üzərinə 

Almaniya, Belçika və İtaliya tərəfindən göndərilən NATO-nun Çevik Alay havadan müdafiə 

etmə  ünsürlərindən  42  ədəd  döyüş  təyyarəsi  və  516  hərbi  personal  Malatya  Erhaç  hava 

limanında  cəmləşdirilmişdir.  Almaniya  daha  sonra  fevral  ayı  ərzində  Alfa  Reaktiv 

təyyarələrinin  qorunması  məqsədiylə  Türkiyəyə  iki  ədəd  Roland  və  Havk  zenit  mərmiləri 

göndərmişdir.  NATO  tərəfindən  alınan  bu  qərarda  ABŞ-ın  böyük  rolu  olmuş  və  Türk 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

112 


hökuməti  bu qərarlardan  məmnun qalmışdır. Xüsusilə Avropalı  müttəfiqlərin və  NATO-nun  

rolunun  “daxili  sahədən”  “xarici  sahəyə”  daşınmasının  razı  salınması,  Türkiyədən  çox 

Amerika  Birləşmiş  Ştatlarına  sərf  edirdi.  Körfəz  böhranı  zamanı  NATO-nun  Avropa 

müttəfiqləri arasında ortaq razılıq əldə edilsə də, əslində hadisələrin gedişatında bunun heç də 

belə  olmadığı  aşkar  olundu.  Xüsusilə  də,  Almaniya  və  Belçika  hökumətləri  Çevik  Alay 

birliklərinin  ola  biləcək  bir  döyüş  vəziyyətində  necə  hərəkət  edəcəyinin  yeni  bir 

qiymətləndirmə  və  qərar  tələb  edəcəyini  ifadə  etmələri  və  öz  hökumətlərinin  bu  mövzuda 

alınacaq qərarlarda söz sahibi olacaqlarını bildirmələri Ankarada narazılıqla qarşılanamışdır. 

Danimarka  və  Norveç,  F-16  döyüş  təyyarələrində  istifadə  edilmək  üzrə  Amerikan  istehsalı 

“Sidewinder”  raketini  Türkiyəyə  göndərərkən,  Türkiyənin  NATO-dan  tələb  etdiyi  “Patriot” 

raketləri  Hollandiya  və  ABŞ  tərəfindən  təchiz  edilmişdir.  Körfəz  müharibəsinin  

başlamasından dərhal əvvəl Türkiyəyə səfər etmiş ABŞ Xarici İşlər Naziri Ceyms Beyker F-

111  bombardman  təyyarələrinin  İncirlikdə  yerləşdirilməsinə  icazə  verilməsi,  NATO  Çevik 

Alayının  həm  hava,  həm  də  quru  olmaq  üzrə  bütün  ünsürləriylə  Türkiyəyə  dəvət  edilməsi, 

İncirlikdə  daha  dörd  döyüş  təyyarəsinin  yerləşdirilməsinə  icazə  verilməsi,  Türkiyənin  İraq 

sərhədinə  qoşun  cəmləməsi  və  B-52  ağır  bombardman  təyyarələrinin  ehtiyyat  üçün 

saxlanılması haqqında razılıq əldə edilmişdir. (4, s 12-15).   

Türk  hökuməti,  məclisdə  qəbul  edilmiş  olan  sərhəddən  kənarda  müharibə  etmək 

səlahiyyətindən istifadə edərək Əncirlik hərbi bazasını İraqın bombalanması üçün ABŞ döyüş 

təyyarələrinə açmasıyla birlikdə dolayı yol ilə də olsa müharibəyə qatılmış sayılırdı. Əncirlik 

aerodromunun açılmasından sonra,  Türkiyə  Xarici  işlər naziri Əli  Bozer   İraqdan  Türkiyəyə 

hücum  olmadığı  müddətdə  Türkiyənin  İraqa  hər  hansı  bir  müdaxilə  etməyəcəyini  bəyan 

etmişdir.  Lakin  bir  qədər  sonra  Əli  Bozer  prezident  Özalla  böhran  barəsində  kəskin  fikir 

ayrılığı  yaşamış və  Ağ evdə  Corc  Buşla  görüş zamanı onun iştirakına  icazə  verilməməsi  bu 

ziddiyyətləri  daha  da  dərinləşdirmiş  və  nəticədə  Bozer  12  oktyabr  1990-cı  ildə  tutduğu 

vəzifədən  istefa  etmişdir.  Türkiyə  hökumətini  Körfəz  müharibəsi  zamanı  aparılan 

əməliyyatlardan  daha  çox  müharibədən  sonrakı  vəziyyət  və    Orta  Şərqdə  meydana  çıxa 

biləcək  problemlər  maraqlandırırdı.  Körfəz  müharibəsinin  başlanmasından  dərhal  sonra 

Türkiyənin  boynuna  götürəcəyi  öhdəliklər  və  hərbi  birləşmələrdən  istifadəsi  mövzusunda 

ABŞ ilə aparılan danışıqlarda Türkiyə ABŞ-dan iki məsələ barəsində siyasi təminat istəmişdi. 

Bunlardan  birincisi  İraqın  torpaq  bütövlüyünün  qorunması,  ikincisi  isə  ortaya  çıxacaq 

qarışıqlıq mühitində bölgədə müstəqil bir Kürd dövlətinin qurulmasına icazə verilməməsi idi. 

(5)  

Qeyd  etmək  lazımdır  ki,  Körfəz  müharibəsinin  gedişi  zamanı  Türkiyənin  ən  çox 



narahat  olduğu  məsələlərden  biri  də  bu  idi.  Müharibənin  bitməsindən  sonra  Türkiyənin  bu 

narahatçılığının  əbəs  olmadığı  üzə  çıxdı.  Sonrakı  siyasi  proseslər  göstərdi  ki,  ABŞ  nəinki 

Türkiyəyə  münasibətdə  kürd  problemini  həll  etmək  niyyətindədir,  həmçinin  İraqa 

münasibətdə  onu  tamamilə  işğal  etmək  və  bölgənin  karbohidrogen  zənginliyini  və  strateji 

zəruriliyini  öz  təsiri  altında  saxlamağı  planlaşdırır.    Mart  ayının  əvvəlində  tərəflər  arasında 

təmin  edilən  atəşkəsdən  sonra,  əhalisinin  əksəriyyətini  şiə  ərəblərin  təşkil  etdiyi  Bəsrə 

bölgəsində, daha sonra isə şimalda olan kürdlər İraq hökumətinə qarşı baş qaldırdılar. Səddam 

Hüseynə  sadiq  hərbi  birləşmələrin  şimalda  kürd  və  cənubda  şiə  azlıqlara  qarşı  başlatdıqları 

qırğınlar xüsusilə  mart ayı sonunda  Türkiyə sərhədinə  minlərlə kürd mühacirin  yığılması ilə 

nəticələndi.  Hərbi  qoşunlar  tərəfindən  də  dəstəklənilən  və  Dinc  Hərəkat  (Operation  Provide 

Comfort)  adı  verilən  bu  əməliyyat  çərçivəsində  Türkiyə  sərhədindən  İraqa  keçən 

amerikan,ingilis  və  fransız  əsgərlər  Şimali  İraqda  kürd  mühacirlər  üçün  düşərgələr  salmağa 

başlamışdır. Adı çəkilən ölkələr tərəfindən yaradılan və “Çəkic Güc” olaraq adlandırılan hərbi 

quruluş,  İraqın  şimalında  32  və  36-cı  paralellər  arasında  uçuşa  qadağan  bölgədə  İraq  hərbi 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

113 

birləşmələrinin  fəaliyyətinə  nəzarət  etmək  və  bu  paralellər  arasında  mühacir  kürdlərin  geri 

dönməsi  üçün  etibarlı  bir  sahə  meydana  gətirmək  əsas  hədəf  olmuşdur.  Başlanğıcda 

Türkiyənin  istəkləri  istiqamətində  yaradılan  Çəkic  Güc  daha  sonra  bölgədə  ortaya  çıxan 

problemlər  istiqamətində  Türkiyə  üçün  öz  təhlükəsizliyi  baxımından  təhdid  hesab  edilməyə 

başlanmışdır.  Bunun  əsas  səbəbini  isə  Şimali  İraqda  mərkəzi  hökumətin  nüfuzunun  yox 

olmasıyla  birlikdə  yaranan  boşluğun  bir  Kürd  dövləti  yaradılması  üçün  uyğun  zəmin 

hazırlamış  olması  və  Türkiyədə  fəaliyyətdə  olan  PKK-nın,  Türkiyəyə  hücumlar  üçün  bu 

bölgəni əsas mərkəz kimi istifadə etməyə başlaması olmuşdur. (6) 

Körfəz böhranı bir növ Türkiyə üçün Qərbə sədaqətini göstərmək baxımından onəmli 

olsa  da,  eyni  zamanda  da  Şərq  ilə  əlaqələrini  davam  etdirmə  baxımından  mühüm  bir  sınaq 

olmuşdur.  Böhranın  başladığı  andan  etibarən  Qərb  ilə  yaxından  əməkdaşlıq  edən  Türkiyə, 

regional  balansı  və  bu  bölgə  ilə  olan  tarixi  və  mədəni  əlaqələrini  də  hər  zaman  göz  önündə 

saxlamaq məcburiyyətində qalmışdır. 

İraqa  qarşı  hərbi  əməliyyatlar  başladıqdan  sonra  ABŞ-ın  Türkiyədəki  NATO-ya  aid 

təsisdən başqa bir ölkəyə qarşı hərbi əməliyyat məqsədilə istifadə etməyə başlaması, NATO-

nu  birbaşa  bu  qarşıdurmaya  daxil  etmişdir.  İraq  tərəfindən  Türkiyəyə  ediləcək  bir  hücum 

qarşısında  NATO-nun  Türkiyəni  müdafiə  etmə  öhdəliyi  altına  girməsi,  onsuz  da  olduqca 

mübahisəli  olan  bu  mövzunu  təkrardan  gündəmə  gətirmişdir.  NATO-nun  Avropa 

müttəfiqlərinin  Türkiyəyə  yardım  mövzusunda  göstərdikləri  qərarsızlıq,  eyni  zamanda  bu 

ölkələrin kütləvi informasiya vasitələrində davam edən mübahisələrin inikası olmuşdur. (7) 

1991-ci  il  fevralın  28-də  Körfəz  müharibəsinin  başa  çatmasından  sonra  iyun  ayının 

əvvəllərində görüş keçirən NATO Xarici İşlər Nazirləri iclasdan sonra nəşr olunan hesabatda 

NATO-nun Avropanın yeni təhlükəsizlik arxitekturasında baş rol oynayacağı ifadə edilmiş və 

Orta Şərq bölgəsinin NATO üçün olan əhəmiyyəti xüsusi vurğulanmşdır. Məlumatda NATO-

nun  hər  zaman  gözlənilməz  münaqişələrə  hazır  olmasının  vacib  oduğu  qeyd  edilmiş, 

bölgədəki  böhranların  NATO-nun  ənənəvi  maraq  dairəsi  xaricində  belə  olsa,  ittifaqın 

təhlükəsizliyinə  birbaşa  təsir  edə  biləcək  gücdə  olduğu  deyilmişdir.  NATO  Nazirlər  Şurası 

yığıncağında gündəmə gələn əsas məsələlərdən biri də təşkilatın daxilində yaradılacaq Sürətli 

Müdaxilə  Gücünün  (Rapid  Reaction  Force)  başlıca  vəzifəsinin  Orta  Şərqdə  baş  verəcək 

münaqişələrə  dərhal  müdaxilə  etməli  olduğu  razılaşdırılmışdır.  NATO  Nazirlər  Şurasında 

qəbul edilən bu məsələ Türkiyə tərəfindən çox müsbət qiymətləndirilmiş, yeni yaradılacaq bu 

gücə Türkiyənin iki briqada ilə iştirak edə biləcəyi açıqlanmışdır.(8)  

Beləliklə,  Körfəz  Müharibəsinin  ABŞ-Türkiyə  və  NATO-Türkiyə  münasibətlərinin 

yüksələn xətt üzrə inkişafında mühüm rol oynadığını qeyd edə bilərik. Bu müharibənin Soyuq 

müharibədən sonrakı  dövrdə Türkiyənin beynəlxalq  münasibətlərə fəal inteqrasiyasında  yeni 

bir  mərhələnin  başlanğıcı  olduğunu  da  deyə  bilərik.  Müharibə  dövründə  Türkiyənin 

diplomatik gedişləri onun Yaxın və Orta Şərqdə NATO üçün nə dərəcədə əhəmiyyətli bir üzv 

dövləti  olduğunu  aşkara  çıxardı.  Bunun  nəticəsi  isə  XX  əsrin  sonu,  XXI  əsrdə  NATO  və 

Türkiyə arasında hərbi-diplomatik münasibətlərin kifayət qədər sıxlığında hiss olunur.  

                                 

                                         ƏDƏBİYYAT 



 

1.

 



Alptekin Molla. Soğuk Savaş Sonrası Körfez Krizleri Ve Türkiye-ABD-NATO İlişkileri. 

Ankara  2009. 330 səh 

2.

 

Cumhuriyet qəzeti, 24 İyun Ankara 1990  



3.

 

Cumhuriyet qəzeti, 8 Avqust Ankara 1990  



4.

 

NATO Füze Savunma Sistemi ve Türkiye. Strateji Düşüncə İnstitutu. Ankara  2011.183 



səh 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

114 


5.

 

www.pandora.com.tr /Ali Husrev Bozer 



6.

 

Çankaya gündemi qəzeti, 23 İyul Ankara  2003 



7.

 

Longman. Keesing's Record of World Events,37-ci cild, Miçiqan 2010. 420 səh 



8.

 

www.kitabxana.org/ Gulf War. 



                                                                                                

 ГУСЕЙН ГУСЕЙНЛИ   



                                                            Кафедра Новая и Навейшая история      

странь Европы и Америки Бакинкского  

Государственного Университета 

 

ВЗАИМООТНОШЕНИЙ МЕЖДУ НАТО И ТУРЦИЕЙ ВО ВРЕМЕНИ    

 ВОЙНА ЗАЛИВЕ 

 

В данной статье исследуется влияние войны в заливе, ставшей отправной точкой 

взаимоотношений  между  НАТО  ей  и  НАТО  после  холодной  войны,  на  турецко-

американские  и  турецко-натовские  взаимоотношения.  Война  в  заливе  также  оставила 

глубокий след в турецко-иранских взаимоотношениях. Было установлено, что эта война 

в значительной степени повлияла на дальнейшие отношения между Турцией и НАТО. В 

то  же  самое  время  после  холодной  войны  становится  очевидным  стремительное 

присоединение  Турции  к  международным  отношениям  и  возможность  влиять  на 

региональные конфликты. Также эта война подтвердила, что Турция является наиболее 

влиятельной силой региона. 

                                                                                   

                                                                                                  HUSEYN HUSEYNLI  

                                                   Baku State University the Department of the 

                                  New and Modern Ages history of Europe and America 

    

         THE RELATIONS OF NATO-TURKEY DURING GULF WAR        

                                                    

Gulf War was investigated in this article as the beginning of the relationship of Turkey-

NATO and its influence on this relation after Cold  War. Gulf War also influenced deeply in 

the  relationship  of  Turkey  and  Iraq.  It  is  determined  this  war  affected  considerable  to  the 

Turkey-NATO  relation.  Besides  of  them  Turkey  could  take  part  in  the  international 

relationship  and  could  affect  considerable  to  the  regional  and  local  threats.  This  war  has 

affirmed that Turkey is the biggest strength in the region. 



 

 

 



Rəyçilər: t.e.d. M.Fətəliyev, t.e.d. İ.Zeynalov 

 

BDU-nun  Avropa  və  Amerika  ölkələrinin  yeni  və  müasir  tarixi  kafedrasının  29 

oktyabr 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2). 

 

: Tarix%20ve%20onun%20problem -> 2014%20%204
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 46 sevda hüseynova tarix fakültəsi “Slavyan ölkələri tarixi”
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 132
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 57 aydin mirzəzadə Siyasi elmlər üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 50 mehdiyeva aytən dos., t.ü. f d. Adpu
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 90 ramin sadiqov tarix üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 238 S. Misirxanova bakı Dövlət Universiteti
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 127
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 165


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə