Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.

səhifə1/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
növüReferat
  1   2   3   4   5   6   7   8   9   ...   37


   

 

     

XƏZƏR UNİVERSİTETİ 

 

 



  Fakültə: Humanitar və sosial elmlər  

    Departament: Jurnalistika 

    İxtisas: Beynəlxalq jurnalistika 

 

 

                               MAGİSTR TEZİSİ 

 

 

   Mövzu: Müasir dövrdə AzərTAc İnformasiya Agentliyinin fəaliyyəti                          

 

 

                                          

                                          Magistrant:  Günel Rəhimova  

                                          Elmi rəhbər: Vəfalı Ənsərov, siyasi elmlər üzrə  

   


 

 

 



 

 

    fəlsəfə doktoru                                 



 

    

                                                  

 

 

 

 

                                           Bakı-2012                  


 

-2- 


Referat 

İlk  xəbər agentliklərin  yaranması 19-cu əsrə təsadüf edir. Tam  olaraq bu cür adlanması 

da, dünyada xəbər agentliyinin ilk nümunəsi bostonlu tacir Samuel Gilbertin adı ilə bağlıdır. 

Bostonda digər ölkələrdə baş verənlər barədə məlumat əldə etmək istəyən şəxslər Avropadan 

gələn gəmiləri qarşılayaraq, dənizçilərdən xəbər almağa çalışırdılar. 

Bügünkü mənada xəbər agentliyinin ilk nümunəsi isə əslən macar olan fransalı Çarlz Luis 

Havasın 1832-ci ildə yaratdığı “Havas Bürosu”dur. Bu agentliyinin devizi bu gün də hamının 

nail olmağa çalışdığı məqsəd idi: “Xəbəri tez al, tez çatdır”. 

Hər  bir  ölkənin  informasiya  siyasəti  onun  sosial,  iqtisadi  və  mədəni  inkişaf 

xüsusiyyətlərindən aslıdır. 

İndi Azərbaycan dünya informasiya məkanında öz yeri olan, yayılan xəbərlərin dəqiqliyi 

və  etibarlığı  ilə  seçilən  bir  ölkəyə  çevrilmişdir.Beynəlxalq  miqyasda  tanınmış  informasiya 

agentlikləri  nüfuzlu  mənbə  kimi  AzərTAc-ın  xəbərlərindən  istifadə  edir.  AzərTAc 

Azərbaycan  dövlətinin  informasiya  siyasətinin  həyata  keçirilməsində  mühüm  rola  malikdir. 

Agentlik  Azərbaycan  milli  tarixinin  1920-ci  ilin  martından  indiyə  qədərki  dövrünün  və 

müstəqillik illərinin əhatəli, sanballı səlnaməsini yaratmışdır. 

Tədqiqat  işində  Azərbaycanda  xəbər  istehsalı  ilə  bağlı  görülən  işlərin  tarixinə  nəzər 

salınmaqla  müasir  dövrdə  ölkəmizin  bir  informasiya  məkanı  kimi  özəlliklərinin  təhlili,  bu 

sahədə  böyük  tarixi  xidmətləri  olan  AzərTAc-ın  fəaliyyətinin  tədqiqi,  eyni  zamanda,  müasir 

insanların  informasiyalardan  bəhrələnmə  imkanları,  informasiya  resursları  və  ondan 

istifa¬dənin vəziyyəti kimi məsələlər əsas götürülmüşdür. 

Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 

Girişdə  müasir  informasiya  işi,  cəmiyyətin  inkişafında  informasiyanın  rolu,  milli 

informa-siya  resurslarının  formalaşması,  Azərbaycanın  dünya  informasiya  məkanında  yeri, 

AzərTAc informasiya agentliyi haqqında qısaca məlumat verilmişdir. 

Tədqiqatın “İNFORMASIYA VƏ XƏBƏR AGENTLIYI MƏHFUMLARI”adlı 1-ci fəsli 

üç yarımfəsildən ibarətdir. 

“İnformasiya  nədir?”adlanan  birinci  yarımfəsildə  informasiyanın  cəmiyyət  həyatındakı 

əhəmiyyətini,informasiya  resursları  və  informasiya  mübadiləsi  haqqında  geniş  məlumat 

verilmişdir. 

Burada göstərilir ki, informasiya cəmiyyətin inkişafının yeni mərhələsində iqtisadiyyatın 

və sosial həyatın əsas resurslarından biridir. 

Müasir dünyada informasiya həm də çox baha qiymətə satılan, mübadilə edilən və kifayət 

qədər  etibarlı  vasitələrlə  qorunan  məhsuldur.  Digər  resurslardan  fərqli  olaraq,  informasiya 




 

-3- 


maddi  sərvətlərin  əla  növüdür  ki,  o  heç  vaxt  tükənmir,  əksinə  getdikcə  daha  da  artır, 

işləndikcə  köhnəlmir,  keyfiyyətcə  yeniləşir,  eyni  zamanda,  ondan  təbii  əmtəə  növlərindən 

səmərəli faydalanmaqda, onların qorunmasında, yenilərinin yaradılmasında istifadə edilir. 

İnformasiya mübadiləsi ölkə daxilində yerli qanunvericilik aktları, beynəlxalq aləmdə isə 

dövlətlər,  transmilli  qurumlar  arasında  imzalanmış  müqavilələr  və  sazışlər  əsasında  həyata 

keçirilir. İnformasiya mübadiləsi ilə əlaqədar ilk beynəlxalq sazişlər 19-cu əsrə aiddir. 

Yuxarıda  deyilənləri  ümumiləşdirərək  bu  qənaətə  gəlmək  olar  ki,  informasiya  və  onun 

mübadiləsi müasir cəmiyyətdə inkişafın mühüm tərkib hissəsidir. 

“İnformasiyaya  tələbatın  təmin  edilməsində  xəbər  agentliklərinin  rolu”adlanan  ikinci 

yarımfəsildə  göstərilir  ki,  1970-ci  illərin  əvvəlində  xəbərlərini  bütün  dünyaya  yayan  beş 

informasiya  agentliyi  vardır:  Assoşieyted  Press,  Yunayted  Press  (ABŞ),  Röyter  (İngiltərə), 

Frans  Press  (Fransa)  və  SİTA  (SSRİ).  Digər  ölkələrin  xəbər  agentlikləri  isə  öz  məhsullarını 

əsasən daxildə, qismən də yerləşdikləri regionlarda yayırdı. 

Başqa sözlə desək, indi dünya informasiya məkanı yuxarıda adı çəkilən beş xəbər agent-

liyinin  inhisarında  deyil,digər  böyük  və  kiçik  ölkələrin  informasiya  agentlikləri  də  bu 

məkanda öz yerlərini tutmuşdur və tutacaqdır. 

“İnformasiya  mənbələri,  xəbərlərin  əldə  edilməsi  yolları,  xəbərlərin    hazırlanması  və 

yayılması  problemləri”adlanan  üçüncu  yarımfəsildə  isə  informasiyanın  əldə  edilmə  yolları 

haqqında məlumat verilir. 

İnformasiya əldə edilməsinin  yolları əsasən bunlardır: 

• ədəbiyyat materialı ilə işləmək və icmallar tərtib etmək

• informasiyanı  saxlayan  təşkilatlara  (dövlət  və  ictimai  təşkilatlar  və  müəssisələrə) 

sorğular göndərmək; 

• bu işə məsləhətçilər və ya ekspertlər cəlb etmək; 

• internetdə informasiya axtarışı. 

İnformasiya  mənbələrinin  çoxalması,  onların  infrastrukturunun  gündən-günə  artması, 

məlumat  bazasının  məzmunca  və  formaca  zənginləşməsi,  çeşidli  şəbəkələr  halına  gəlməsi 

müasir dövrün reallığına çevrilmişdir. 

Tədqiqatın “MÜASİR DÖVRDƏ DÖVLƏT XƏBƏR AGENTLİYİ –AzərTAc” adlanan 

ikinci fəsli üç yarımfəsil və iki qısa yarımfəsildən ibarətdir. 

“AzərTAc-ın yaranması və inkişaf mərhələləri” adlanan birinci yarımfəsildə göstərilir ki,  

1920-ci  il  martın  2-də  “Azərbaycan”  qəzetində  ilk  dəfə  olaraq  “AzərTAc”  imzası  ilə 

xəbərlər  dərc  olundu.  Bu  fakt  agentliyin  məhz  1920-ci  il  martın  1-də  fəaliyyətə  başladığını 

deməyə əsas verir.  






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə