Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 

-30- 


Çoxsaylı  mənbələrdən  ən  lazımlılarını  seçərkən  müəyyən  meyarları  rəhbər  tutmaq 

lazımdır.  Bu  meyarların  ən  əsası  dəqiqlik  və  etibarlılıqdı.  Jurnalistikada  qəbul  edilmiş 

qaydaya  görə,  etibarlı  informasiya  daşıyıcısı  kimi  sabit  nüfuz  qazanmış mənbələrə  etibar 

edilir.  Bu,  ilk  növbədə,  mövzuya  birbaşa  aidiyyəti  olan  və  hadisələrə  bilavasitə  cəlb 

edilmiş vəzifəli şəxslər və təşkilatlardır. Hadisələrin iştrakçılarının özləri, eləcə də səriştəli 

və hadisələrin bütün təfərrüatına bələd olan mətbuat xidmətləri bu qabildəndir. 

Yoxlanılmış  və  naməlum  mənbələrdən  (eləcə  də  üçüncü  şəxslərin  və  ya  təşkilatların 

sözlərinə  əsasən)  alınmış  informasiyadan  istifadə  edilməsinə  son  dərəcə  ehtiyatla  yanaş-

maq  lazımdır.  Əks  təqdirdə,  xəbərlərini  yoxlanılmamış  məlumatlara  əsaslanıb  hazırlayan 

və yayan informasiya agentliklərinə istehlakçıların (auditoriyanın) etimadı itər. Buna görə 

də  məlumatları  və  faktları  başqa  mənbələrdən  alınmış  informasiya  ilə  tutuşdurmaq,  onlar 

bir-birinə  uyğun  olmadığı  halda  xüsusi  təhqiqat  aparmaq  və  hər  şeyi  diqqətlə  yenidən 

yoxlamaq son dərəcə vacibdir. 

İnformasiya axtarışı və KİV işçilərinin məlumatlandırılması sisteminin mükəmməlliyi 

məsələsi  də  çox vacib  amillərdəndir.  İnformasiyanın  haradan  əldə  edilməsi  jurnalist  üçün 

ən  başlıca  məsələdir.  Cəmiyyətdə  belə  bir  fikir  yaranmışdır  ki,  mütətəkkil  informasiya 

dəstəyi göstərilməsi KİV-lər üçün zəruridir. Bu gün cəmiyyətdə baş verən hadisələr barədə 

jurnalistlərin  məlumatlandırılması  üçün  kifayət  qədər  geniş  sistem  mövcuddur. 

Məlumatlandırmanın əsas formalarına aşağıdakıları aid etmək olar: 

Brifinqlər  –kütləvi  informasiya  vasitələri  işçilərinin  qısa  müşavirələri.  Burada  onlar 

hakimiyyət strukturlarının bu və ya digər məsələyə dair mövqeyi ilə tanış olurlar; 

Təqdimatlar  –yeni  müəssisə,  yeni  məhsul,  fəaliyyətin  yeni  nəticələri  ilə  tanış  olmaq 

üçün  hər  hansı  dövlət,  ictimai  və  ya  özəl  strukturların  nümayəndələrini  ictimaiyyətlə,  o 

cümlədən mətbuat nümayəndələri ilə görüşləri

Mətbuat konfransları  –dövlət  və  ya ictimai  xadimlərin, elm, mədəniyyət nümayəndə-

lərinin  və  başqalarının  jurnalistlərə  aktual  hadisələrlə  əlaqədar  məlumat  vermək  və  ya 

onların suallarını cavablandırmaq üçün keçirdiyi görüşlər

Press-relizlər müvafiq mətbuat xidmətlərinin bu və ya digər mühüm məsələlər barədə 

hazırladığı məlumatların xüsusi icmalları; 

Müxtəlif  idarələrin  və  ictimai  birliklərin  mətbuat  katiblərindən,  mətbuat 

xidmətlərindən,  mətbuat  mərkəzlərindən  kütləvi  informasiya  orqanlarına  faks  və  ya 

elektron poçt vasitəsilə daxil olan təcili məlumatlar.

 

20

 



                                                           

20

 Azərbaycan  mətbuat  tarixi:  Ali  məktəb  tələbələri  üçün  dərslik  /  A.Şahverdiyevin  redaktəsi  ilə.  Bakı: 



Təhsil, 2006, səh. 250 

 



 

-31- 


Jurnalistlərin  dövlət  orqanlarından  və  təşkilatlardan,  ictimai  birliklərdən  və  vəzifəli 

şəxslərdən  informasiya  tələb  etmək  və  onu  almaq  hüququnun  qanunvericilik  yolu  ilə 

nəzərdə tutulması son dərəcə əhəmiyyətli faktdır. 

İnformasiyanın yayılması üçün müxtəlif kanallar seçərkən təcrübədə özünü doğruldan 

aşağıdakı mühüm amillər nəzərə alınır.  

-

 



Auditoriyanın həcmi; 

-

 



Auditoriyanın keyfiyyət (peşə, sosial, problemə maraq dərəcəsi və s.) tərkibi; 

-

 



İnformasiyanın  çatdırılma  müddəti  (elektron  məktub  ünvan  sahibinə  bir  neçə 

dəqiqəyə  çatırsa,  çap  edilmək  üçün  redaksiya  tərəfindən  qəbul  edilmiş  məqalənin  nəşrini 

bir neçə ay gözləmək lazım gələ bilər); 

-

 



İnformasiyanın  həmin  kanal  vasitəsilə  yayılması  üçün  zəruri  resurslar,  o  cümlədən 

maliyyə resursları. 

Hər  bir  dövlətin  əsas  məqsədlərindən  biri  öz  vətəndaşlarına  informasiya  və  biliklərə 

yiyələnmək  və  vətəndaşların  əsas  azadlıqlarından  birini  –öz  fikrini  ifadə  etmək,  mədəni 

həyatda  və  elmi  tərəqqidə  iştirak  etmək  azadlığını  həyata  keçirmək  hüququ  verməkdir. 

Dövlət orqanları bu məqsədə nail olmaq üçün getdikcə daha çox həcmdə elə informasiya 

yaradırlar  ki,  onlara  İnternet  vasitəsilə  müraciət  mümkündür.  Bu  informasiyanın  bir 

qisminin əhali tərəfindən açıq istifadə edilməsinə məhdudiyyət qoyulmuşdur, çünki həmin 

hissə intellektual mülkiyyət hüquqları kimi qorunur, milli təhlükəsizlik və ya vətəndaşların 

şəxsi  həyat  sahəsinə  aiddir,  ya  da  başqa  səbəblərə  görə  məxfi  informasiya  hesab 

edilir.Qlobal  elektron  informasiya  məkanından  hamılıqla  yararlanmaq,  çoxdilliliyi  inkişaf 

etdirmək və bu imkandan istifadə barədə YUNESKO-nun tövsiyəsində ictimai sərvət olan 

informasiyaya  aşağıdakı  kimi  tərif  verilir:  “Əhali  üçün  əlyetən  olan,  istifadə  edilməsi, 

məxfiliyə riayət olunması barədə qanunla nəzərdə tutulan hüquq və öhdəliklərin heç birini 

pozmayan informasiya ümumi sərvət hesab edilir. Bu tərif, bir tərəfdən bütün əsərlərə və 

ya  müəllif  hüquqlarına  oxşar  hüquqların  obyektlərinə  şamil  edilir.  Bu  obyektlər  lap 

əvvəldən  milli  və  ya  beynəlxalq  qanunvericiliklə  qorunmadığına  görə,  yaxud  bu  cür 

müdafiənin  müddəti  başa  çatdığına  görə  cəmiyyətin  bütün  üzvləri  heç  bir  icazə  almadan 

onlardan  istifadə  edə  bilərlər.  Digər  tərəfdən,  bütün  rəsmi  informasiya  və  cəmiyyət 

tərəfindən  yaradılmış,  istifadə  edilməsinə  məhdudiyyətlər  dövlət  orqanları  və  ya 

beynəlxalq təşkilatlar tərəfindən könüllü şəkildə ləğv olunmuş məlumatlar bu tərifə uyğun 

gəlir.”


21

 

                                                           



21

 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.24, siy.1, sax., vah. 412. v.19 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə