Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 

-55- 


Bunları nəzərə alaraq, informasiya agentlikləri özlərinin xüsusi müxbir məntəqələri şəbə-

kəsi ilə yanaşı, yerlərdə fəaliyyət göstərən potensial ştatdankənar informatorlarla da sıx əlaqə 

saxlamalı, hətta onlar üçün treninqlər və istiqamətləndirmə tədbirləri keçirməli, həmin şəxs-

lərə  jurnalist  işi,  zəruri  texnika  və  aparatlarla  işləmək  vərdişlərini  öyrətməlidirlər.  Nəticə 

etibarilə  agentliyin  informatorları  öyrətmək  üçün  çəkdiyi  xərclər  xəbərlərin  daxil  olmasının 

operativliyinin artması və “çiy material”ın redaksiyada işlənilməsi  vaxtının  azalması  forma-

sında ödəniləcəkdir. 

Müasir  texnologiyaların  tətbiqi  informasiya  agentliklərinin  strukturunda  da  dəyişiklik-

lərin  edilməsini,  yeni  bölmə  və  sahələrin  yaradılmasını  zərurətə  çevirmişdir.  Bu  proses  son 

illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyində –AzərTAc-da da sürətlə gedir. Fəaliyyətini 

müasir tələblər səviyyəsində yenidən quran AzərTAc-da informasiya istehsalı və yayılması ilə 

bağlı bir sıra müasir strukturlar yaradılmışdır. İnformasiyanın çeşidinin çoxalması, çoxprofilli 

xəbərlərə  tələbatın  artması  ilə  əlaqədar  AzərTAc-da  yeni  multimedia  və  videoxəbər  şöbəsi, 

səsli  və  görüntülü  xəbər,  infoqrafika,  slaydşou,  fotolent,  sosial  şəbəkəyə  çıxış  xidmətləri, 

xarici  əlaqələr,  ingilis  və  rus  dillərindən  əlavə,  fransız,  alman  və  ərəb  dillərinə  tərcümə 

bölmələri yaradılmışdır. İnformasiya işinin təşkilində yeni mərhələ olan bu strukturlar məhz 

müasir dövrün tələblərindən irəli gəlmişdir. 

İnformasiya işinin təşkilində baş verən dəyişikliklər həm dünyada gedən siyasi və iqtisadi 

proseslərin qlobal mahiyyət daşıması ilə, həm də müasir insanın sosial, intellektual və psixo-

loji  inkişafında  baş  verən  dəyişikliklərlə  bağlıdır.  Bu  amillər  arasındakı  zəncirvari  inkişaf 

dialektikası cəmiyyətdə çoxçeşidli və çoxprofilli informasiyaya tələbatın həndəsi silsilə üzrə 

artmasına  gətirib  çıxarmışdır.  Bütün  bunlar  real  həyatın  rəngarəngliyinin  daha  peşəkarlıqla, 

daha  operativ,  daha  dəqiq  əks  olunmasını  tələb  edir.  Bunlar  isə  informasiya  agentliklərində 

insanların  daha  böyük  coğrafiyada  ünsiyyətinə  cavab  verə  biləcək  uyğunlaşmanı  gündəliyə 

gətirir.  İnformasiya  işinin  təşkilində  yeni  mərhələni  şərtləndirən  bu  amillər  xəbər  istehsalı 

sistemində müasir forma və  standartların  yaranması  ilə  müşayiət  olunur.  Bu sahədə  aparılan 

araşdırmalarda vurğulanır ki,  informasiya-kommunikasiya texnologiyaları  təkcə inkişafa  yol 

açan qüvvə deyil, o, həm də yeni həyat tərzi yaradır.“İnformasiya-kommunikasiya texnologi-

yaları ünsiyyət, qarşılıqlı münasibətlər və dostluq üçün hər gün yeni imkanlar və perspektivlər 

açır…  Artıq  bu  gün  özünün  electron  poçtu  olmayan,  yaxud  informasiya-kommunikasiya 

texnologiyalarının  bu  və  ya  digər  növündən  istifadə  etməyən  insanları  təsəvvür  etmək 

çətindir.”

40

 

                                                           



40

 Gündüz  O.M.  Jurnalistlər  üçün  informasiya  texnologiyaları.  Bakı:  Multimedia  informasiya  sistemləri  və 

texnologiyaları mərkəzi, 2009, səh. 94

 



 

-56- 


Müasir  dövrdə  mediatexnologiya  dövlət  və  vətəndaş  cəmiyyəti  qurumları  arasında 

təmasların  şəffaflığında,  iqtisadiyyat,  sosial,  elm,  təhsil  və  mədəniyyət  sahələrinin  və 

insanların  həyat  tərzinin  inkişafında  universal  katalizator  rolu  oynayır.  Ancaq  bu  da 

məlumdur  ki,  cəmiyyətdə  informasiyaya  tələb  təklifi,  təklif  isə  tələbi  tamamladıqda 

mediatexnologiyalar  səmərə  verməyə  başlayır.  Başqa  sözlə,  informasiya-kommunikasiya 

texnologiyalarının  geniş  miqyasda  tətbiqini  cəmiyyətin  sosial  sifarişi  şərtləndirir.  Media 

iqtisadiyyatı  baxımından  müasir  dünyada  cəmiyyətin  yeni  informasiya  texnologiyalarına 

sifarişini  İnternet  təcəssüm  etdirir.Bu  resursun  rəqəmsallığı,  multimediallığı,  interaktivliyi 

informasiya işinin yeni tələblər səviyyəsində təşkili praktikasında real hadisələrə çevrilmişdir. 

Rəqəmsallıq  informasiyanı  fayllaşdırmağa,  yaddaşa  köçürməyə,  onu  kodlaşdırmağa, 

elektron  poçtla  göndərməyə  və  qəbul  etməyə,  şəbəkədə  yaymağa,  müxtəlif  formatlarla 

çevirməyə imkan yaradır.Mediatexnologiyanın multimediallığı offlayn rejimində informasiya 

istehsalının  ən  müxtəlif  növlərini  (rəqəmsal  xəbərlər,  videolar,  hərəkət  edən  təsvirlər, 

hipermətnlər,  veb-nəşrlə)  vəhdətdə  təcəssüm  etdirir.  İnteraktivlik  isə  kommunikasiya 

vasitələri  sistemində  informasiyanın  mənbəyi,  yayıcısı  və  istehlakçısı  arasında  birbaşa 

əlaqənin qurulmasını ehtiva edir. 

İnformasiya işinin təşkilində yenilikərdən olan interaktivlik bir sıra tədqiqatlarda offlayn 

nəşrlərin səciyyəvi mahiyyəti sırasında nəzərdən keçirilir. 

İnteraktivliyin kommunikativ mahiyyətinin oxucunun (istifadəçinin) informasiyanın şərh 

olunması, qaldırılan problemin müzakirə prosesində iştirakı kimi formalarda təzahür edən bir 

neçə  cəhəti  vardır.  Birincisi,  interaktivlik  auditoriyadan  operativ  surətdə  rəy  almağa  imkan 

verən informasiya fəaliyyətinin  reallaşması  mexanizmi kimi nəzərdən keçirilə bilər.  İkincisi, 

interaktivlik  həm  də  auditoriyanı  informasiya  resursuna  cəlb  etməyin  ən  səmərəli  vasitəsi 

hesab edilir. 

Offlayn nəşrlərin informaisya məhsullarının istehlakçısı (oxucusu, dinləyicisi, tamaşaçısı) 

ilə  istehsalçısı  arasında  birbaşa  əks-əlaqənin  qurulması  formalarını  araşdıran  tədqiqatçılar 

interaktivliyin  media  sahəsində  “öz  xəbərinizi  yerləşdirin”,  “redaksiya  kollegiyasının  üzvü 

ol”,  “siz  materialın  mövzusunu  seçirsiniz”,  “müzakirə”,  “forum”  və  s.  yeni  formalar 

yaratdığını yazırlar. Əslində isə, bu formalar heç də yeni deyildir. Offlayn nəşrlərdən çox-çox 

qədim  olan  mətbu  nəşrlərdə  oxucu  auditoriyası  ilə  əks-əlaqənin  kifayət  qədər  ənənəvi 

formaları  olub  və  indi  də  vardır.  “Redaksiyanın  poçtundan”,  “Bizə  yazırlar”,  “Oxucu 

məktubları”,  “Oxucu  konfransları”,  “Mütəxəssisin  tribunası”,  “Maraqlı  görüşlər  klubu”, 

“Səyyar  redaksiya”  ənənəvi  Azərbaycan  mətbuatında  auditoriyaya  hesablanmış  əlaqə 

formalarının heç də tam siyahısı deyildir. Buna görə də offlayn nəşrlərdə “əks-əlaqənin yeni 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə