Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   37

 

-6- 


keçmişdir.  2004-cü  ilin  sentyabrında  agentliyin  həyatında  çox  əlamətdar  bir  hadisə  baş 

vermiş,  AzərTAc  Asiya  və  Sakit  Okean  Ölkələri  İnformasiya  Agentlikləri  Təşkilatına 

(OANA)-ya  üzv  qəbul  olunmuşdur.  Bunun  sayəsində  AzərTAc-ın  hər  gün  20-25 

informasiyası,  o  cümlədən  fotoinformasiyaları  OANA-nın  saytında  (www.oananews.org) 

yerləşdirilir  və  quruma  üzv  olan  33  ölkənin  40  informasiya  agentliyi  həmin  məlumatlardan 

məhdudiyyətsiz istifadə edə bilir. 

AzərTAc-ın  həyatında  ən  mühüm  hadisələrdən  biri  də  2008-ci  il  aprelin  18-nə  təsadüf 

edir.  Həmin  gün  AzərTAc  daha  bir  nüfuzlu  regional  media  qurumuna,  Avropa  Xəbər 

Agentlikləri Alyansına (EANA)-ya üzv qəbul olunmuşdur. 

AzərTAc  2008-ci  ildən  Asiya  Xəbər  Agentlikləri  Konsorsiumunun  (Asiya  Pulse) 

üzvüdür. 

“Azərbaycan  reallıqlarını  dünyaya  çatdırmaqda  yeni  texnologiyalardan  istifadə”  adlı 

ikinci  yarımfəsildə  isə  göstərilir  ki,  Dünyanın  nüfuzlu  xəbər  agentlikləri  insanları  operativ 

surətdə  informasiya  ilə  təmin  etmək  üçün  daim  müasirləşən  informasiya  texnologiyaları 

vasitələrindən  daha  geniş  istifadə  etməyə  çalışır.  Bu  baxımdan  AzərTAc  da  fəaliyyətinin 

key¬fiyyətcə  yeni  dövrünə  qədəm  qoyur,  zamanla  ayaqlaşmağa  çalışır.  Qlobal  informasiya 

dünyasının  ən  müasir  texnoloji  innovasiyaları  AzərTAc-ın  fəaliyyətində  də  geniş  yer 

tutmaq¬dadır. 

AzərTAc-ın texnik strukturunda 80-dən çox kompyuter, 18 ədəd səs yazma cihazı, 2 ədəd 

çap maşını, 9 ədəd faks avadanlığı və.s avadanlıqlar yerləsir. Rus və ingilis dilləri ilə yanaşı, 

alman,  fransız  və  ərəb  dillərində  də  audio  və  videomateriallar  hazırlanması  istiqamətində 

intensiv iş gedir. 



 

ABSTRACT  

The  thesis  carried  out  the  analysis  of  features  of  the  modern  people  resources  of 

opportunities, at the same time the benefiting from information, information cast a glance to 

the  history  of  AzerTaj,  the  news  agency  in  Azerbaijan  connected  with  news  production  as 

information place of our country in the research in the modern time and problems have been 

taken as situation of the usage from him basicly. 

The thesis consists of the Introduction, three ChaptersResult and References

 

 

 

 



 

-7- 


Mündəricat 

 

Giriş ............................................................................................................................. 8 



I Fəsilİnformasiya və xəbər agentliyi məfhumları ....................................................... 15 

1.1. İnformasiya nədir? ................................................................................................ 15 

1.2. İnformasiyaya tələbatın təmin edilməsində xəbər agentliklərinin rolu ................ 23 

1.3.  İnformasiya  mənbələri,  xəbərlərin  əldə  edilməsi  yolları,  hazırlanması  və  yayılması 

problemləri .......................................................................................................................... 26 

 

II FəsilMüasir dövrdə dövlət xəbər agentliyi–AzərTAc .............................................. 35 

2.1. AzərTAc-ın yaranması və inkişaf mərhələləri ...................................................... 35 

2.2. Müstəqillik dövründə AzərTAc ............................................................................ 41 

2.2.1. Müstəqilliyin ilk illərində AzərTAc .................................................................. 43 

2.2.2. Son illərdə AzərTAc .......................................................................................... 44 

2.3. Müstəqil AzərTAc-ın informasiya siyasəti ........................................................... 48 

 

III Fəsil. Ölkənin dünya informasiya orbitinə inteqrasiyasında AzərTAc-ın rolu ..... 60 

3.1. AzərTAc və digər xəbər agentlikləri: oxşar və fərqli cəhətlər ............................. 60 

3.2. Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda yeni texnologiyalardan istifadə .. 69 

Nəticə ........................................................................................................................... 77 

Ədəbiyyat ..................................................................................................................... 82 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

-8- 


Giriş 

Bəşəriyyət  yarandığı  vaxtdan  insanlar  həmişə  məlumat  əldə  etməyə  ehtiyac 

duymuşdur.  Tarix  boyunca  xəbərlərin  ötürülməsinin  müxtəlif  üsulları  olmuşdur:  tonqal 

işarələri,  qasidlər,  göyərçinlər,  məktublar,  teleqraf,  telefon,  radio,  qəzetlər,  informasiya 

agentlikləri, televiziya, internet və s. 

İlk xəbər agentliklərin yaranması 19-cu əsrə təsadüf edir. Tam olaraq bu cür adlanması 

da,  dünyada  xəbər  agentliyinin  ilk  nümunəsi  bostonlu  tacir  Samuel  Gilbertin  adı  ilə 

bağlıdır. Bostonda digər ölkələrdə baş verənlər barədə məlumat əldə etmək istəyən şəxslər 

Avropadan  gələn  gəmiləri  qarşılayaraq,  dənizçilərdən  xəbər  almağa  çalışırdılar.  Bostonlu 

tacirlərin  ticarət  və  siyasət  sahəsindəki  xəbərlərə  olan  ehtiyacını  nəzərə  alan  Samuel 

Gilbert 1811-ci ildə öz dükanının bir hissəsini qiraətxana və çay salonuna çevirmişdir. O, 

salonda  iki  dəftər  qoyaraq,  dənizçilərdən  aldığı  xəbərləri  və  məlumatları  bu  dəftərlərə 

köçürüldü. 

Bügünkü mənada xəbər agentliyinin ilk nümunəsi isə əslən macar olan fransalı Çarlz 

Luis Havasın 1832-ci ildə yaratdığı “Havas Bürosu”dur.  Bu agentliyinin devizi bu gün də 

hamının nail olmağa çalışdığı məqsəd idi: “xəbəri tez al, tez çatdır”. Havasın ardınca,1850-

ci  illərdə  Londonda  Röyter  Xəbər  Agentliyinin  əsası  qoyulmuş,  1853-cü  ildə  Turində 

Stefani Agentliyi, 1855-ci ildə Almaniyada Volf Xəbər Agentliyi, 1857- ci ildə isə ABŞ-da 

Nyu York Assoşieyted Press fəaliyyətə başlamışdır. 

Dünya  sivilizasiyanın  yeni  mərhələsi  sayılan  20-ci  əsrin  sonu  və  üçüncü  minilliyin 

başlanğıcı müasir məzmunlu informasiya cəmiyyətini formalaşdırmışdır. Ən yeni texnika 

və texnologiyaların yaratdığı mühit insan şüuruna, onun təfəkkürünə və sosial həyat tərzinə 

də  ciddi  təsir  göstərməklə  yeni  universal  düşüncəli  şəxsiyyət  tipini  meydana  gətirmişdir. 

Bu  inkişaf    bir  çox  mühüm  sahələrdə  dünyanın  birgə-kollektiv  idarə  olunmasına,  təbii 

ehtiyatların  və  ekologiyanın  müştərək  istifadəsinin  yeni  meyarlarının  müəyyənləşdiril-

məsinə, yeraltı, yerüstü və kosmik fəaliyyətlərin birgə tənzimlənməsinə gətirib çıxarmışdır. 

Tərəqqinin  bu  cür  gedişi  insan  amilinin  bütün  sahələrdə  nəzərə  alınmasını  və  cəmiyyətin 

sərhədsiz, maneəsiz, senzurasız informasiya təminatının labüdlüyünü zəruri etmiş və bütün 

bunları inkarolunmaz, həm də artıq geriyə dönülməsi mümkün olmayan fakta çevirmişdir. 

Müasir  cəmiyyət  çoxyönlü  və  çoxçeşidli  informasiya  kanallarına,  çox  zəngin  və 

əhatəli  informasiya  ehtiyyatlarına  malikdir.  Ən  başlıcası  da  odur  ki,  cəmiyyətin  hər  bir 

üzvü bu informasiyani almaq, ondan bəhrələnmək və ona öz şəxsi münasibətini bildirmək, 

əlavələr  etmək  imkanları  da  qazanmışdır.  Bu,  insanın  şəxsi  və  sosial  həyatını  birbaşa 

siyasələşməsi  ilə  deyil,  eyni  zamanda, onun intellektual qabiliyyətinin,  mədəni  səviyyəsi-




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə