Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   29   30   31   32   33   34   35   36   37

 

-79- 


şərtləndirən əsas amil odur ki, AzərTAc-ın tarixi həm də Azərbaycanın son 90 illik tarixi 

ilə sıx bağlıdır,  onun bir hissəsidir. 

AzərTAc-ın  təşəkkül  tarixini  araşdırarkən  əldə  etdiyimiz  faktlara,  sənədlərə,  arxiv 

materiallarına  baxarkən  bu  qənaətə  gəldik  ki,  keçilmiş  yolu  üç  mərhələyə  bölmək  olar. 

Birinci  mərhələ  çox  qısa  bir  müddəti  –1920-ci  ilin  mart-aprel  aylarını  əhatə  edir.  Bu 

mərhələni  AzərTAc-ın  əsasnaməsinin  hazırlanması,  ştat  cədvəlinin  və  xərclər  smetasının 

müəyyənləşdirilməsi,  milli  agentliyin  ilk  xəbərini  yaymağa  başlaması  kimi  də  səciyyə-

ləndirmək olar. Bu mərhələ Xalq Cümhuriyyətinin süqutu ilə başa çatmışdır. 

İkinci  mərhələ  Azərbaycanda  sovet  dönəmini  –1920-ci  ilin  mayından  1991-ci  ilin 

sonlarına  qədər  olan  dövrü  əks  etdirir.  Bu  dövrdə  yenidən  təşkil  olunma,  rejimin  sərt 

qayda-qanunları  ilə  əlaqədar  agentliyin  adı  bir  neçə  dəfə  dəyişdirilmişdir.  Azərbaycanın 

bolşevik  Rusiyası  tərəfindən  işğalından  sonra  AzərTAc  ilk  aylar  tarixi  adını  qoruyub 

saxlasa da, 1920-ci ilin avqustundan AzQafROSTA, 1921-ci ildən AzərTA, 1972-ci ildən 

Azərinforum adı altında fəaliyyət göstərmişdir. Yetmiş il sürən bu mərhələdə siyasi rejimin 

sərt  nəzarəti  altında  fəaliyyət  göstərən  agentlik  Azərbaycanın  keçdiyi  təzadlarla  dolu 

inkişaf  yolunun  iqtisadi-siyasi,  sosial-mədəni,  elmi-əbədi  salnaməsini  yaratmışdır.  Bu 

dövrdə  həm  də  agentlikdə  peşəkar  kadr  potensialı  formalaşmış,  milli  jurnalistikanın 

ənənələri yeni dəyərlərlə zənginləşdirilmişdir. 

Nəhayət,  1991-ci  ildə  Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa  etməsindən  sonrakı 

dövr  –üçüncü  mərhələ  gəlir.  Bu  mərhələnin  əvvəlində  agentliyin  həyatında  ən  əlamətdar 

hadisə 1992-ci ildə onun tarixi adının bərpası olmuşdur. Lakin bununla belə, müstəqilliyin 

ilk  illəri  Azərbaycanın  özü  kimi,  AzərTAc  üçün  də  asan  kecməmişdir.  Heç  bir  hazırlıq 

olmadan  agentliyin  təsərrüfat  hesabına  keçirilməsi  ciddi  maliyyə  çətinliklərinə  səbəb 

olmuş, peşəkar jurnalistlərin bir çoxu kollektivdən ayrılmışdı. Yalnız 1993-cü ildə Heydər 

Əliyevin  Azərbaycanda  siyasi  hakimiyyətə  qayıdışından  sonra  bütün  sahələrdə  olduğu 

kimi,  AzərTAc-ın  da  fəaliyyətində  dönüş  yaranmışdır.  Azərbaycan  Prezidentinin  verdiyi 

fərman  və  sərəncamların  icrası  sayəsində  agentlik  yenidən  dövlət  himayəsinə  keçirilmiş, 

onun  fəaliyyətinin  təkmilləşdirilməsi,  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  və 

işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görülmüş, AzərTAc-ın 

tarixində ilk dəfə olaraq xarici ölkələrdə müxbir məntəqələri açılmışdır. 

Hazırda informasiya mənbələrinin, informasiya məhsulunun yayılması coğrafiyasının 

genişləndiyi,  xəbərin  məzmunu,  dəyəri  və  keyfiyyətinin  əsas  amilə  çevrildiyi  bir  vaxtda 

agentliklərin fəaliyyətində və struktur arxitekturasında mühüm dəyişikliklər baş vermişdir. 

AzərTAc-ın  da  strukturu  dünyanın  qabaqcıl  xəbər  agentliklərinin  təcrübəsi  nəzərə  alın-




 

-80- 


maqla  yenidən  qurulmuş,  informasiya  məhsulunun  yayılması  üçün  müasir  infrastruktur 

yaradılmışdır. 

AzərTAc-ın  xarici  əlaqələrinin  təşəkkülü  Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpa-

sından sonrakı illərə təsadüf edir. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 

Azərbaycanın  dünyada  tanıdılması  istiqamətində  görülən  işlər  ölkənin  beynəlxalq  aləmdə 

nüfuzunun  artmasında  və  mövqeyinin  möhkəmlənməsində,  eləcə  də  AzərTAc-ın  xarici 

əlaqələrinin  inkişafında,  onun  dünya  informasiya  məkanına  inteqrasiyasında  mühüm  rol 

oynamışdır. 

Cəmiyyətin  inkişafının  müasir  mərhələsində  informasiyanın  operativ  hazırlanması  və 

yayılması  yeni  texnologiyaların  tətbiqi  olmadan  mümkün  deyildir.  Elmi-texniki  nailiy-

yətlərə  həssaslıqla  yanaşan  AzərTAc  da  son  texnologiyalarla  təchiz  edilmiş  multimedia 

redaksiyaları  yaradaraq  video,  foto,  səsli  və  yazılı  informasiyanı  eyni  vaxtda  istifadəçiyə 

çatdırır.  İndiyədək  Azərbaycan,  rus  və  ingilis  dillərində  informasiya  yayan  AzərTAc-da 

alman, fransız, ərəb dillərində informasiya redaksiyaları yaradılmışdır. Həyata keçirilən bu 

iddialı proqramın auditoriyaya təqdim etdiyi yeniliklərdən biri də təsviri xəbər adlandırılan 

infoqrafikadır.  Son  vaxtlar  agentlikdə  görüntülü,  səsli  və  yazılı  xəbərlərlə  yanaşı,  infor-

masiya təminatında infoqrafikadan da geniş istifadə edilir. 

Qloballaşan  dünyada  mass-mediada  təzahür  edən  yeniliklərdən  biri  də  sosial 

şəbəkələrdir.  Sosial  şəbəkələrin  informasiya  məkanında  rolu  getdikcə  artır.  Dünyada 

aparıcı informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində 

onların  linkini  yerləşdirir.  Araşdırmalar  göstərir  ki,  milli  agentliklərin  böyük  əksəriyyəti 

sosial şəbəkələrə qoşulmağa bir o qədər də can atmır. Bunun başlıca səbəbi həmin sahədə, 

ilk  növbədə,  elektron  məlumatların  və  intellektual  mülkiyyətin  qorunması  ilə  bağlı 

müəyyən risklərin olmasıdır. Sosial şəbəkələr çox böyük potensiala malik olmaqla bərabər 

təəssüf  ki,  informasiya  piratlarının,  parolların  dağıdılması  və  məlumat  bazasına  qanunsuz 

müraciət, o cümlədən məxfi və şəxsi xarakterli məlumatların ələ keçirilməsi və ictimailəş-

dirilməsi üzrə ixtisaslışdırılmış xakerlərin fəaliyyət meydanına çevrilmişdir. Buna görə də 

AzərTAc  da  bu  inteqrasiya  prosesinə  qoşulmaqda  maraqlı  olsa  da,  hələlik  bu  məsələyə 

ehtiyatla yanaşmağı üstün tutur. 

Hər  bir  cəmiyyətdə  və  ümumən  dünyada  yayılan  informasiyaların  dəqiqliyi,  obyek-

tivliyi, qərəzsizliyi ən başlıca şərt kimi son dərəcə vacibdir. Bu tələblərə əməl edilmədikdə 

cəmiyyətdə xoşagəlməz problemlər yaranır. Obyektivlikdən uzaq, qərəzli, sifariş xarakterli 

informasiyalar beynəlxalq məkana çıxdıqda isə Prezident İlham Əliyevin vurğuladığı kimi, 

dövlətlər arasında ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. 




 

-81- 


Son  illərdə  Azərbaycanın  qüdrətli  sosial-iqtisadi  inkişafı,  Cənubi  Qafqazda  şəksiz 

liderə  çevrilməsi,  müstəqil  siyasət  yeridən  dövlət  kimi  regionda  və  beynəlxalq  aləmdə 

nüfuzunun  artması  onun  həm  də  mühüm  informasiya  məkanı  olaraq    tanınmasına  səbəb 

olmuşdur. Xarici mətbuatda dərc olunan yazılarda ölkəmizin bu uğurlarından bəhz edilir, 

inkişafın Azərbaycan modeli kimi qiymətləndirilir. 

Şübhəsiz ki, bütün bunlar AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə, dünya 

informasiya  məkanına  daha  sıx  inteqrasiyasını  müsbət  təsir  göstərməyə  bilməzdi.  Vaxtilə 

axtaran  AzərTAc  indi  özü  barədə  təkliflər  alır.  Geniş  ikitərəfli  əməkdaşlıq  əlaqələri  olan 

AzərTAc  indi  həm  də  dünyanın  ən  böyük  regional  xəbər  agentlikləri  təşkilatları  olan 

OANA  və  EANA-nın,  habelə  bir  neçə  başqa  qurumun  fəal  üzvlərindən  biridir.  Bu, 

ölkəmizin  rəsmi  xəbər  agentliyinə  Azərbaycan  həqiqətlərinin  dünyada  daha  geniş 

yayılması, onun daha yaxşı tanıdılması, AzərTAc-ın özünün dünya informasiya məkanında 

mövqeyinin möhkəmləndirilməsi baxımından yeni imkanlar açır. 

Hazırda  müstəqil  Azərbaycan  dövləti  informasiya  vasitələrinin,  internet  saytlarının 

getdikcə daha çox maraq göstərdiyi bir məkana çevrilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

-82- 


 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

Azərbaycan dilində: 

1.

 



Agentlikləri  Rəhbərləri  Şurasının  iclasında  iştirak  edən  nümayəndə  heyətlərinin 

başçılarını qəbul etmişdir. “Azərbaycan” qəz., Bakı, 2010, 2 mart 

2.

 

Ağalıyev X.D., Məmmədli Ə.Ə. İnternet hüququ. Bakı: Qanun nəşriyyatı, 2009, 92 s. 



3.

 

Amaşov  Ə.Ə.,  Əlibəyli  Q.S.  Media  və  hakimiyyət.  Bakı:  Azərbaycan  Jurnalistləri 



Müdafiə Komitəsi, 2002, 152 s. 

4.

 



Aslanov A.Ə. Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, 178 s. 

5.

 



Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli 

yol. Bakı: Şərq-Qərb, 2008, 184 s. 

6.

 

Azərbaycan  Dövlət  İnformasiya  Agentliyinin  (Azərinformun)  tarixi  adının  bərpa 



edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı.  “Azərbaycan”  qəz., 

Bakı, 1992, 31 dekabr. 

7.

 

Azərbaycan  Xalq  Cümhuriyyəti.  Parlament.  1918-1920  (Stenoqrafik  hesabatlar).  2 



cilddə, II c., Bakı: Azərbaycan, 1998, 992 s. 

8.

 



Azərbaycan jurnalistikasının tarixi təcrübəsi və müasirlik: Elmi əsərlər toplusu. Bakı: 

ADU, 1985, 144 s. 

9.

 

Azərbaycan  mətbuat  tarixi:  Ali  məktəb  tələbələri  üçün  dərslik  /  A.  Şahverdiyevin 



redaktəsi ilə. Bakı: Təhsil, 2006, 265 s. 

10.


 

Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.24, siy.1, sax., vah. 412. v.19 

11.

 

Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı: 



Azərbaycan, 2001,s.175 

12.


 

Azərbaycan tarixi: 7 cilddə, V cild (1910–1920-cil illər), Bakı: Elm, 2008, 696 s. 

13.

 

Bəşirli A., Kərimova A., Vəkilova D., Xəbərçilik: xəbərin toplanması və yayılması: 



Dərslik. Bakı: Oskar mətbəəsi, 2007, 215. s. 

14.


 

Brüer D.,  Onlayn jurnalistlər üçün vəsait. Bakı:  Azərbaycan Media Mərkəzi,  2007, 

40 s. 

15.


 

Əhmədli  N.A.  Kütləvi  informasiya  vasitələri  xaricə  siyasi  təbliğat  sistemində.  B.: 

Bakı Universiteti nəşriyyatı, 2004, 92 s. 

16.


 

 Əliyev Heydər.Müstəqilliyimiz əbədidir.Bakı:Azərnəşr, 2009, s, 226 

17.

 

Gündüz  O.M.  Jurnalistlər  üçün  informasiya  texnologiyaları.  Bakı:  Multimedia 



informasiya sistemləri və texnologiyaları mərkəzi, 2009, 104 s. 


 

-83- 


18.

 

Həsənov Ə.M. Geosiyasət Dərslik. Bakı: Aypara-3,  2010, s. 486 



19.

 

Hiebert R., Ungurait D., Bohn T. Kütləvi informasiya vasitələri: Müasir kommunika-



siyaya  giriş  /  İngilis  dilindən  tərcümə  edəni  X.Hüseynova,  K.Aslan.  VI  nəşr.  Bakı:  Xəzər 

Universiteti nəşriyyatı, 2005, 625 s. 

20.

 

Qloballaşan dunyada informasiya hamı ücün.Bakı: Şərq-Qərb, 2009, s 53. 



21.

 

Xarici ölkələrin kütləvi informasiya vasitələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 



255 s. 

22.


 

Xudiyev N.M. Radio, televiziya və ədəbi dil. Bakı: Azərnəşr, 2001, 658 s. 

23.

 

 Jurnalistlərin hüquq-məlumat kitabı / Tərtib edəni: Ş.Xuduoğlu. Bakı: Qanun, 2000, 



208 s. 

24.


 

Məhərrəmli Q.M. Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Bakı: “Azərbaycan 

Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2002, 357 s. 

25.


 

Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı: Elm, 2006, 467 s. 

26.

 

Mehdiyev R. Ə. Azərbaycan: qloballaşma dövrünün tələbləri: Bakı: Yeni nəşrlər, 



27.

 

Ottauey  C.X.  Jurnalistin  məlumat  kitabı  /  Tərcümə  edəni    S.Hüseynova,  T. 



Əliheydəroğlu  Bakı: Yeni Era, 2002, s.38. 

28.


 

Prezident İlham  Əliyev AzərTAc-ın  90 illik yubileyi mərasimində və MDB Ölkələri 

Milli İnformasiya 

29.


 

Sivilizasiyanın dialoqu: siyasi partiyalar. Bakı: Şərq – Qərb, 2008,s. 424. 

30.

 

Şərifov A.A. Bu bizim tariximizdir // AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli 



yol. Bakı: Şərq-Qərb, 2008, s.10-13. 

31.


 

Türkdilli agentliklərin Bakı görüşü. Bakı: Şərq – Qərb, 2008, 172 s. 

32.

 

Vəliyev  H.A.  Dünya  informasiya  agentlikləri:  Dərs  vəsaiti.  B.:  Bakı  Universiteti 



nəşriyyatı, 2003, 75 s. 

 

Türk dilində: 

33.


 

Enserov  V.,  Azerilerin  90  yıllık  sesi  AZERTAC.  Bizim  Gazete.  Turkiye,  2009,  26 

Ekim, s.5 

 

Rus dilində: 

34. Афанасьев В.Г. Социальная информация. М.: Наука, 1994, 201 с. 

35. АзТАГ, Б.; Коммунист, 1971, 46 с. 

36. Буданцев Ю.П. Системность в изучении массовых информационных процессов. 

М.: Наука, 1986, 175 с. 




 

-84- 


37.  Кязимзаде  А.  От  АзКавРОСТА  до  Азеринформ.  Газ.  “Бакинский  рабочий”, 

Баку, 1990, 8 мая 

38.  Иоселиани  А.Д.Информационное  общество//Глобалистика:Энциклопедия./Ред. 

и сост. И.И.Мазур и А.Н.Чумаков. М.:Радуга, 2003, c.350 

39. Тоффлер Э Третъя  волна /  Научный редактор,предисловие  П.С. Гуревич.  М.:  

Изд-во АКТ, 2002, с.36  

 

Fransız dilində: 

40.  Azerbaidjan:  un  Carrefour  strategiue  entre  |’Orient  et’|  Occident.  La  Lettre 

diplomatique, Paris, 2011, №92, s.16 

 

İngilis dilində: 

41. Judith and David  LeRoy. Yes, web use is  growing, but  TV is  still  setting records  // 

http://www.current.org/audience/aud1007web-bcast.shtml  (müraciət olunub: 10.06.2012) 

42.  Kevin  S.,  Neil  R.  and  Yves  L.  MBONE:  Multicasting  Tomorrow’s  Internet  // 

http://www.savetz.com/mbone/ch1.html (müraciət olunub: 27.05.2010) 

43.  Monroe  P.,  Beata  R.,  Stefan  V.  Media  Reform:  Democratizing  the  media, 

democratizing the state. New York: Routledge, 2003, 304 p. 

44. Pinker S. Mind Over Mass Media  

//http://www.edge.org/3rd_culture/pinker10/pinker10_index.html 

(müraciət 

olunub: 

05.06.2012) 

45.  Miller  T.  Technologies  of  Truth:  Cultural  Citizenship  and  the  Popular  Media. 

Minneapolis: University of Minnesota Press, 1998, 290 p. 

46.  Vaughan  T.  Multimedia:  Making  It  Work:  First  edition.  Osborne/McGraw  –  Hill, 

Berkeley, 1993. 

47. Wood C. Keeping pace with mainstream social media  

//http://www.dmnews.com/keeping-pace-with-mainstream-social-media/article/147429  

(müraciət olunub: 26.05.2012) 

 

İnternet resursları: 

48

. http://en.wikipedia.org/wiki/multimedia 



49. http://www.bbc.co.uk/news/technology-10713199 

50.  MDB  ölkələri  Milli  İnformasiya  Agentlikləri  Assosiasiyası  –  http://www.ania-

news.info 



 

-85- 


51. Asiya xəbər agentlikləri konsorsiumu – www.asiapulse.com 

52. Türkdilli Xəbər Agentlikləri Birliyi – www.tkaonline.org 

53. www.reuteras.com /article/Idustre 62G5A420100318 

54. www.newsalliance.org/members/frames.htm 



55. www.azertag.gov.az/ “Bizim tərəfdaşlar bölməsi”. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə