Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   37

 

-9- 


nin  yüksəlməsi  və dünyəvi  proseslərə qoşulmaq  imkanına malik  olması  ilə səciyyələnir. 

İndi  dövlət  siyasətini,  dünya  və  regional  səviyyəli  iqtisadi  tədbirləri,  habelə  kommersiya 

fəaliyyətlərini  informasiyasız  təsəvvür  etmək  mümkün  deyildir.  Ona  görə  də  hər  bir 

regionun,  dövlətin,  xalqın,  onun  ayrı-ayrı  sosial  qruplarının  və  fərdlərin  informasiya 

tələbatının  təmin  edilməsi  çox  ciddi  və  aktual  problemə  çevrilmişdir.  İnformasiya 

cəmiyyətinin  bütün  təbəqələrini  öyrənmək,  dünyəvi  və  cəmiyyətdaxili  problemləri  tədqiq 

etməklə  baş  verən  hadisə  və  təzahürlərə  bağlı  informasiyaları  hazırlayıb  müasir 

kommunikasiya vasitələrinə ötürmək çox ciddi yaradıcılıq tələb edən işdir. 

İnformasiya işi bütünlükdə cəmiyyətin həyati, o cümlədən dövlət, onun daxili və xarici 

siyasəti,  beynəlxalq  əlaqələri  ilə  bağlı  bir  məsələdir.  Vaxtilə  informasiya  işi  ilə  yalnız 

mətbuat  məşğul  olurdusa,  indi  bununla  bütün  siyasi,  iqtisadi,  mədəni  qurumlar,  özəl 

müəssisə  və  təsisatlar,xüsusilə  də  kommersiya  müəssisələri  məşğul  olur  və  onların 

ictimaiyyətlə  əlaqələr  şöbələri  də  vardır.  Ən  nüfuzlu,  güclü  təşkilatlarla  yanaşı,  indi  adi, 

sadə strukturlu idarələrdə də informasiya işi ilə  məşğul olan ayrıca şəxslər, müşavirlər və 

məsləhətçi  qruplar  fəaliyyət  göstərir.  Bir  sözlə,  informasiya  işi  müasir  idarəetmə  siste-

mində ən mühüm amilə çevrilmişdir. İnformasiya işinin təşkili, toplanmış informasiyadan 

istifadə, demək olar ki,  idarəetmənin  bütün  səviyyələrində özünəməxsus  yer tutur.  Bu isə 

informasiyanın ictimai münasibətlərdə, iqtisadiyyatın təşkilində, daxili və xarici siyasətdə 

getdikcə çox önəmli rol oynadığını göstərir. 

Müasir informasiya işi, eyni zamanda, çağdaş tarixin gedişi və istiqaməti ilə bağlı bir 

məsələdir.  Bu  gün  tarixin  məzmunu  tamamilə  başqalaşmış,  siyasi  və  iqtisadi  baxımdan 

yeni düşüncəyə əsaslanan “yeni tarix” meydana gəlmişdir. Yeni dünyəvi, iqtisadi siyasətin 

yaradılması ilə əlaqədər yeni tipli cəmiyyətə keçid həqiqi demokratik, hüquqi dövlətlərin 

qurulmasını,  eyni  zamanda,  informasiya  cəmiyyətinin  bütün  təbəqələrə  təsirini  nəzərdə 

tutur.  Çünki  bütün  sivilizasiyalı  cəmiyyətlər  informasiya  işini  özlərinin  sosial-iqtisadi, 

siyasi  və  mədəni  inkişafının  əsası  sayır.  Buna  görə  hər  bir  dövlət  özünün  müstəqil, 

məqsədyönlü  informasiya  siyasətini,  həm  də  ideologiyasını  müəyyənləşdirir.  Zəngin  və 

əhatəli informasiya resursları cəmiyyətin və dövlətin kapitalıdır. Nəzərə almaq lazımdır ki, 

milli informasiya resurslarının formalaşması, xəbərlərin toplanması, yayılması və onlardan 

siyasi  və sosial  idarəetmədə, habelə  kommersiya  məqsədi  ilə istifadə  olunması  məsələləri 

çox  mühüm,  həm  də  beynəlxalq  əhəmiyyətli  işdir.  Bu,  eyni  zamanda,  müasir  dövrün  ən 

ciddi  ekoloji,  siyasi  və  sosial  problemləri  ilə  bağlıdır.  “Böyük  səkkizlik”  ölkələrinin  yeni 

informasiya  siyasətinin  formalaşması  və  onun  ardıcıl  surətdə  həyata  keçirilməsi  də  bu 



 

-10- 


məsələnin  nə  qədər  aktual  olduğunu  göstərir.  Bu,  həm  dövlətlərarası,  həm  də  hər  bir 

dövlətin daxili məsələsidir. 

Hər  bir  ölkənin  informasiya  siyasəti  onun  sosial,  iqtisadi  və  mədəni  inkişaf 

xüsusiyyətlərindən  aslıdır.  Ölkələr  bu  siyasəti  həyata  keçirmək  üçün  qısamüddətli  və 

uzunmüddətli  proqramlar  qəbul  edir  və  bu  sahədə  mövcud  olan  inkişaf  sürəti  ilə 

ayaqlaşmağa  çalışırlar.  Həmin  proqramların  əsas  məqsədi  inkişafın  yeni  mərhələsinə 

keçmək  üçün  geniş  informasiya  cəmiyyətinin  qurulmasını  və  onun  dünya  informasiya 

məkanına daxil olmasını təmin etməkdir. 

İndi  Azərbaycan  dünya  informasiya  məkanında  öz  yeri  olan,  yayılan  xəbərlərin 

dəqiqliyi və etibarlığı ilə seçilən bir ölkəyə çevrilmişdir. Ona görədə beynəlxalq miqyasda 

tanınmış  informasiya  agentlikləri  nüfuzlu  mənbə  kimi  AzərTAc-ın  xəbərlərindən  istifadə 

edir.  Bu  yenilik  və  təcrübələrin  ümumiləşdirilməsi,  elmi  cəhətdən  araşdırılması  da  böyük 

aktuallıq  kəsb  edir.  Məhz  buna  görə  də  AzərTAc-ın  keçdiyi  tarixi  inkişaf  yolu, 

Azərbaycanın  ictimai-siyasi,  mədəni  həyatında,  dövlətçiliyin  möhkəmlənməsi  yolunda 

fəaliyyəti,  ölkəmizin  qarşılaşdığı  informasiya  blokadasının  aradan  qaldırılmasında  və 

Azərbaycan həqiqətlərinin dünyada  yayılmasında rolunun araşdırılması bu tədqiqat işində 

əsas götürülmüşdür. Lakin burada da dünya təcrübəsi, onun regiondakı təzahürləri, iqtisadi 

və  sosial  məsələlərdə  informasiyanın  rolu,  beynəlxalq  əlaqələr,  informasiya  məkanı  kimi 

Azərbaycanın imkanları, madd-texniki və intellektual resursları da diqqətdə saxlanılmışdır. 

Digər  tərəfdən,  informasiya  ictimai-siyasi  məzmun  kəsb  etməklə  yanaşı,  həm  də  elmi  və 

mədəni  yaradıcılıq  işidir,  tarixin,  jurnalistikanın,  ədəbiyyatşünaslığın,  sosial  fəlsəfənin  və 

politologiyanın da çulğalaşdığı bir sahədir. Tədqiqat işində informasiyanın həmin sahələrlə 

əlaqələrinə və AzərTAc-ın təcrübəsinin ümumiləşməsinə də yer verilmişdir. 

Müasir dünyada informasiya şəbəkələrinin genişlənməsi, kommunikasiya texnologiya-

larının sürətli inkişafı, internetin, süni peyk əlaqələrinin güclənməsi, kabel televiziyasının, 

rəqəmli  və  multimedia  sistemlərinin  vüsətli  tərəqqisi,  bu  sahənin  cəmiyyətə,  insanlara 

təsirinin getdikcə artması bütün bunların elmin müxtəlif sahələrində araşdırılmasına təkan 

vermişdir.  Bununla  belə,  sırf  informasiya  işi-onun  hadisə  yerindən  əldə  edilməsi, 

görüntülü, yazılı, səsli, səssiz və s. formalarda hazırlanması, onun siyasi, iqtisadi, mədəni 

və  mənəvi  amil  kimi  insanlara  təsiri,  ideoloji  mübarizədə  ondan  istifadə  forması,  müasir 

cəmiyyətdə  ümumiləşmələrlə  yanaşı,  qütbləşmə  prosesləri  informasiya  işinin  elmi-nəzəri 

və  praktik  təhlilində  mühüm  yer  tutur.  Elmi  araşdırılmalarda  məsələnin  siyasi,  ideoloji, 

kulturoloji, sosioloji,psixoloji və fəlsəfi tərəfləri geniş tədqiq olunur. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə