Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 

-16- 


Bu  konsepsiyalardan  irəli  gələn  qənaəti  ümumiləşdirərək,  informasiyanın  cəmiyyət 

həyatındakı  əhəmiyyətini  qısaca  belə  ifadə  etmək  olar:  cəmiyyətin  inkişafının  yeni 

mərhələsində iqtisadiyyatın və sosial həyatın əsas resurslarından biri informasiyadır. 

Müasir  dünyada  informasiya  həm  də  çox  baha  qiymətə  satılan,  mübadilə  edilən  və 

kifayət  qədər  etibarlı  vasitələrlə  qorunan  məhsuldur.  Digər  resurslardan  fərqli  olaraq, 

informasiya maddi sərvətlərin əla növüdür ki, o heç vaxt tükənmir, əksinə getdikcə daha da 

artır,  işləndikcə  köhnəlmir,  keyfiyyətcə  yeniləşir,  eyni  zamanda,  ondan  təbii  əmtəə 

növlərindən  səmərəli  faydalanmaqda,  onların  qorunmasında,  yenilərinin  yaradılmasında 

istifadə  edilir.  Çünki  informasiyanın  ehtiva  etdiyi  elmi  və  təcrübi  biliklər  olmadan  təbii 

sərvətlərin  hasilatı,emalı  və  bazara  –istehlakçıya  çatdırılmasının  yeni  üsullarını  yaratmaq 

mümkün deyildir. 

Digər  mühüm  məqam  ondan  ibarətdir  ki,  maddi  sərvətlərlə  bağlı  sövdələşmələr 

rəqabət  doğurduğu  halda,  informasiya  mübadiləsi  əməkdaşlığa  rəvac  verir  və  burada 

meydana çıxan rəqabət intellektual mahiyyət daşıyır. Bu mənada informasiya elə sərvətdir 

ki,  onu təəssüflənmədən  başqaları ilə  bölüşmək olar.  İnformasiya istehsalı  və  istehlakının 

digər üstün xüsusiyyəti də vardır: maddi sərvətlərin istehsalı və istehlakı ətraf mühitə ciddi 

ziyan vurduğu halda, informasiyadan istifadə texnogen təhlükə doğurmur, eyni  zamanda, 

insanlarda  ekoloji  bilikləri  artırır,  təbiət  haqqında  təsəvvürlərdəki  qeyri-müəyyənliyə 

aydınlıq gətirir. 

İnformasiya resursları bütövlükdə insanın intellektual fəaliyyəti prosesində yaranan və 

formalaşan  məlumatlar  toplusundan  ibarət  olduğuna  görə,  hər  bir  ölkənin  inkişaf 

istiqamətlərini  müəyyənləşdirməkdə,  qərarların  qəbul  edilməsində,  strateji,  taktiki  və 

operativ  məsələlərin  həllində  ondan  geniş  istifadə  edilir.  Bəs  bütün  informasiyalardan  bu 

məqsədlə  istifadə  etmək  olarmı?  Suala  birmənalı  olaraq  “yox”  cavabı  veriləcəkdir. 

Problem  bəzi  hallarda  informasiyanın  yoxlanılmamış,  ilk  mənbədən  dəqiqləşdirilməmiş 

faktlar  əsasında  və  ya  qərəzli  mövqedən  yazılması  ilə  bağlıdır.  Hazırda  qlobal  internet 

şəbəkəsində hər gün xeyli sayda informasiya yerləşdirilir. Ancaq bu məlumatların heç də 

hamısı  nəinki  işə  yaramır,  hətta  fərdin  şüuruna  zərərli  təsir  göstərir,  sivilizasiyalar  və 

dövlətlər  arasında  nifaq  toxumu  səpir.  Müasir  dünyada  maraq  qrupları  bu  qəbil 

informasiyalardan öz məqsədləri üçün məharətlə istifadə edirlər. 

Bu  amili  nəzərə  alaraq,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

AzərTAc-ın 90 illik yubileyi mərasimində və MDB Ölkələri Milli İnformasiya Agentlikləri 

Rəhbərləri  Şurasının  iclasında  iştirak  edən  nümayəndə  heyətlərinin  başçıları  ilə  görüşdə 



 

-17- 


demişdir:  “Ölkələr  və  xalqlar  arasında  qarşılıqlı  anlaşmanın  möhkəmləndirilməsində 

informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətində çox şey aslıdır. 

Həqiqi  məlumatın  vaxtında  verilməsi  operativ  qərarların  qəbulu,  proseslərin  düzgün 

şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol 

oynayır. Lakin təəsüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli 

informasiya,  yaxud  sifariş  xarakterli  informasiya  ikitərəfli  münasibətlərə  müəyyən 

dərəcədə  zərər  də  vura  bilər.  Buna  görə  də  KİV  nümayəndələri  öz  vəzifələrinə 

məsuliyyətlə yanaşmalıdırlar.”

7

 

Buradan  aydın  görünür  ki,  tarixi  inkişafın  müasir  mərhələsində  kütləvi  informasiya 



vasitələrinin  cəmiyyətin  həyatında  rolu  və  əhəmiyyəti  qeyri-adi  dərəcədə  artmış,  mass-

medianın  qarşısında  qoyulan  ictimai-siyasi  tələblər  və  peşəkarlıqla  bağlı  meyarlar 

dəyişmişdir.  Vaxtilə  inkişaf  etmiş  ölkələrdə,  habelə  keçmiş  SSRİ-də  dövlətin  siyasətinə 

uyğun olan informasiyanı ictimai şüura aşılamağa xidmət edən xüsusi qurumlar var idi. Bu 

qurumlar  informasiyanın  həqiqi  elmi-ictimai  məzmunundan  daha  çox  onun  təbliğati-

ideoloji mahiyyətinə əhəmiyyət verirdi. Kütləvi şüura yalnız dönə-dönə süzgəcdən keçiril-

miş faktlar deyil, həm də həmin faktların geniş ictimaiyyət tərəfindən qavranılması üsulları 

yeridilirdi, yəni əslində, auditoriyaya əvvəlcədən formalaşdırılmış fikirlər təlqin olunurdu. 

Totalitar  rejimin  süqutundan  sonra  birqütüblü  dünyada  mətbuat  nəinki  ideoloji 

buxovlardan azad olmuş, həm də yeni keyfiyyətlərlə zənginləşərək ən müxtəlif mövzularda 

saysız-hesabsız informasiyanın yer aldığı qlobal şəbəkəyə çevrilmişdir. İnternet adlanan bu 

planetar  şəbəkəyə  məcazi  mənada  “ümumdünya  hörümçək  toru”  tərifini  verənlər 

haqlıdırlar.  Tarix  elmləri  doktoru  Əli  Həsənov  yazır:  “Elmi-texniki  inqilabın  və  elektron 

texnologiyaların  sürətlə  informasiya  və  kommunikasiya  sahələrini  əhatə  etməsi  üçüncü 

minilliyin  başlanğıcında  planetin  geosiyasi  məkanını  “vahid    dünyanın  transmilli  kütləvi 

informasiya  vasitələri  ölkələrin  milli  hüdudlarını  aşaraq  vahid,  virtual  informasiya  və 

təbliğat məkanı yaratmışdır.”

8

 



Bu  virtual  məkanda  hər  kəs  nəinki  onu  maraqlandıran  informasiyanı  əldə  edə,  hətta 

fikir mübadiləsi apara, şərh verə bilər. Təsadüfi deyil ki, mətbuatın müasir tipoloji sistem-

lərinin  təsnifatını  verməyə  çalışan  tədqiqatçılar  mass-medianın  qlobal,  yaxud  regional, 

rəsmi, yaxud qeyri-formal, ciddi, yaxud bayağı-bulvar, demokratik, yaxud totalitar, yazılı, 

yaxud  audiovizual  cütlərini  təklif  edirlər.  Bu  təsnifatdan  aydın  görünür  ki,  cəmiyyət 

                                                           

7 Prezident İlham Əliyev AzərTAc-ın 90 illik yubileyi mərasimində və MDB Ölkələri Milli İnformasiya 

Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir. 

“Azərbaycan” qəz., Bakı, 2010, 2 mart 

8

 Həsənov Ə.M.,Geosiyasət Dərslik. Bakı: Aypara-3, 2010, səh. 486 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə