Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə1/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
  1   2   3   4   5   6   7   8   9   ...   117
Həyat.Təhlükəsizliyi.Müh



MÜHAZİRƏ 1
GİRİŞ
Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin
sağlamlığı, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə səmərəli idarəetmə sisteminin
əsas tərkib hissəsinin təşkilinə yönəldilməlidir.
İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi bütün dünyada ən aktual
problemlərdən biri sayılır.
Elmi-texniki tərəqqi dövrü olan müasir zamanda, yeni texnika və texnologiyaların tətbiqi
ilə əlaqədar peşə risklərinin meydana gəlməsi bu risklərin idarə olunması zərurətini yaradır.
Orqanizmin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliyyətinə və səhhətinə ətraf mühitin
ayrı-ауrı sahələri və orada baş verən təbii və texnogen hadisələr ciddi təsir göstərir. İnsan
cəmiyyətinin təbiətlə münasibəti problemi müasir şəraitdə kəskin və aktual xarakter almışdır.
İnsanın ətraf mühitlə qarşılıqlı əlaqəsi dialektik olaraq mürəkkəb və çoxşəkillidir. Bir tərəfdən,
insan və başqa canlı orqanizmlər məskunlaşdığı yerlərin müxtəlif psixi, kimyəvi, bioloji, təbii
faktorlarının təsirinə məruz qalır, digər tərəfdən onların ətraf mühitlə əlaqələri və qarşılıqlı təsiri
sosial-iqtisadi aspektdə yeni konkret münasibətlərin yaranmasına səbəb olur. Beləki insan tək
bioloji varlıq yox, o, həmçinin sosial bir varlıqdır. Onun ətraf mühitlə qarşılıqlı münasibəti
əsasən əmək və təsərrüfat fəaliyyəti ilə bağlı olan sosial faktorlarla müəyyən edilir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sənaye kompleksi sahələrinin təhlükəsizlik
məsələləri xüsusilə diqqət mərkəzindədir. Bu hal qəza və zədələnmələrin yaranmasının sosial və
iqtisadi cəhətdən böyük itki olduğu qənaətindən yaranmışdır.
Texnogen qəzaların və onlardan törənən nəticələrin miqyası istehsalatın intensivliyindən,
onun ayrı-ayrı obyektlərinin xüsusiyyətindən, texnoloji proseslərin və avadanlıqların
modernləşdirilməsindən, həmçinin mütəxəssislərin hazırlıq dərəcəsindən asılıdır. Bütün bu
amillər istehsalatın təhlü-kəsizlik vəziyyəti və ətraf mühitə təsir dərəcəsi baxımından əsas
səbəblər hesab edilir.
Məlumdur ki, bəşər tarixi insan və təbiət arasında olan qarşılıqlı münasibətlərin inkişaf
prosesindən ibarətdir. İnsanların əmək fəaliyyəti prosesində təbiətdən istifadə qanunauyğunluq-
larına riayət etməməsi onların həyatındamürəkkəbləşmələrə gətirib çıxarır. Bu halın baş
verməməsi üçün təbiətin inkişaf qanunlarının, onun cəmiyyətlə qarşılıqlı münasibət formalarının,
təbii sistemə yolveriləbilən təsir dərəcələrinin əsaslı surətdə öyrənilməsi ən vacib
məsələlərdəndir.
Təbiətə zərərli təsir göstərən hər hansı bir amilin nəticəsinin aradan qaldırılması üçün
kompleks tədbirlərin işlənib hazırlanması “Həyat fəaliyyətinin təhlükəsizliyinin” (HFT) prioritet
istiqamətlərindən biridir. Kompleks tədbirlər qanunvericilik, təşkilatçılıq, sanitar-gigiyenik,
mühəndisi-texniki və ekoloji tədbirləriözündə birləşdirir. Bu tədbirlər bakalavr üzrə mütəxəssis
hazırlığı tədris planına daxil olan HFT fənninin tərkib hissəsi olan “Əmək mühafizəsi”, “Ətraf
mühitin mühafizəsi” və “Fövqəladə hallarda təhlükəsizlik” bölmələrinin ardıcıl birgə tədrisi ilə
həyata keçirilir. Lakin, “Fövqəladə hallarda təhlükəsizlik” bölməsi müasir tədris planına sərbəst
fənn kimi daxil olan “Mülki müdafiə” fənni tərkibində tədris olunduğu üçün təqdim olunan
“Həyat fəaliyyətinin təhlükəsizliyi” dərsliyi “Əmək mühafizəsi” və “Ətraf mühitin mühafizəsi”
bölmələrinin metodiki inteqrasiya əsasında tərtib edilmişdir.
Bu baxımdan təqdim olunan “Həyat fəaliyyətinin təhlükəsizliyi”dərsliyinə əsasən
aşağıdakı müstəqil bölmələr daxil edilmişdir.


1. HFT-nin nəzəri əsasları.
2. HFT-nin ekoloji əsasları.
3. İstehsalat şəraitində HFT (Əməyin mühafizəsi).
4. Yanğın təhlükəsizliyi.
Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları bölməsində təhlükəni xarakterizə edən
əsas göstəricilər, təhlükə və zərərli istehsalat faktorları şərh olunur. Burada, həmçinin mürəkkəb
hadisələrin, anlayışların, obyektlərin sistemləşdirilməsi, təsnifatı, təhlükəsizliyin yaratdığı
nəticələri əks etdirən risk nəzəriyyəsinin əsas müddəaları ətraflı formada ifadə olunur.
Mütləq və münasib risk anlayışları, təhlükəsizliyin sistemli təhlili, təhlildə istifadə olunan
metodoloji vasitələr və üsullar, təhlükəsiz fəaliyyətin təmin olunmasının prinsip və vasitələri bu
bölmədə təhlil olunur.
Bölməyə daxil edilmiş HFT-nin erqonomikasında göstərilmişdir ki, qəza və
zədələnmələrin təşkilatı-psixoloji səbəblərinin əsasını iş fəaliyyətinin keyfiyyəti təşkil edir.
HFT-nin ekoloji əsaslarında ətraf mühitin mühafizəsi və ya təbiətin mühafizəsinin
ekologiyanın elmi bazası olduğu göstərilmişdir. Burada, ətraf mühitin mühafizəsi elmi-tədqiqat
sahəsi kimi müəyyən edilir. Bu bölmədə biosfera, ekoloji amillər, ekoloji sistem və
biogeosnozlar, ekoloji faktorlar və mövhumlarının şərhi daxil edilmişdir. Həmçinin istehsalatın
antropogen çirklənməsindən ətraf mühitin mühafizəsi, tullantı qazlarının və suların təmizlənməsi
və zərərsizləşdirilməsi üsulları, torpağın sənaye çirkləndiricilərdən mühafizəsi, neft və dağ-
mədən sənayesində yer təkinin mühafizəsi öz əksini tapmışdır.
İstehsalatda işçilərin təhlükəsizliyi problemi mürəkkəb kompleks tədbirləri əhatə edir.
Problemin həlli istiqamətində müxtəlif elm sahələrinin nailiyyətlərindəntam şəkildə istifadə
olunmalıdır.
İnsanın əmək fəaliyyətinin öyrənilməsi ilə məşğul olan elmsahələri sırasında “Əmək
mühafizəsi”dolğunluğu və genişliyi ilə fərqlənir. Onun üç əsas hissəsi vardır: 
1. Əmək qanunvericiliyinin əsasları.
2. Sənayedə əməyin gigiyenası və istehsalat sanitariyası.
3. Təhlükəsizlik texnikasının əsasları.
Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat zərərləri və onların törətdiyi
peşə xəstəlikləri ilə məşğul olur.
Əmək gigiyenası əmək mühafizəsinin profilaktika hissəsidir. O, iş şəraitinin və istehsalat
mühitinin insan orqanizminə təsirini öyrənir.
Əmək mühafizəsi kursunun metodoloji əsası iş şəraitinin, texnoloji prosesin, istifadə edilən
xammalın və istehsal edilən məhsulun təhlükəlilik dərəcəsinin elmi təhlilindən ibarətdir. Belə bir
təhlil nəticəsində istehsalatın təhlükəli sahəsi və ortaya çıxa biləcək təhlükəli şərait aşkar edilir,
onların ləğvi üçün tədbirlər hazırlanır.
Təcrübə göstərir ki, çox vaxt bədbəxt hadisələr iş yerində atmosfer şəraitinin pisliyi, təbii
və süni işıqlanmanın qeyri-kafiliyi, yüksək səs-küy, radioaktiv şüalanma, işçinin yorğunluğu və
s. səbəbindən, eyni zamanda, texnoloji prosesə düzgün riayət olunmamasından yaranır.
Əmək mühafizəsi elminin bu məsələlərini kimya, fizika, gigiyena, fiziologiya,
psixologiya, istehsalatın planlaşdırılması və təşkilli, eləcə də mühəndis-texniki fənlərlə əlaqədar
şəkildə öyrənmək tələb olunur.
İstehsalatda qurğu və avadanlıqların layihələndirilməsi və yerləşdirilməsi yanğın və
partlayış təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir. Texnoloji proseslərin mürəkkəb-
ləşməsi qurğu və avadanlıqlar arasında sıxlığın yaranmasına gətirib çıxarır, ağır nəticə törədə
bilən yanğının yaranma ehtimalını artırır. Bunları nəzərə alaraq, istehsalatda yanğın təhlükəsini


aradan qaldırmaq üçün kompleks profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi əsas
şərtlərdəndir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə