Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
1   ...   7   8   9   10   11   12   13   14   15

2. 

Xələfov 


A.A.,Qurbanov 

A.İ. 


Kitabxanaların  komtüterləşdirilməsinin  əsasları: 

Dərslik.-B.,BUN.-2007.-200s. 

3.Xələfov  A.A.,  Hüseynova  A.S.  Elektron 

kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı 

Universitetinin  Xəbərləri    (humanitar  elmlər 

seriyası).- 2004.-№4.-S.288-290. 



                                                 

 

 

13.

 

Elektron kataloq- SBA-nın tərkibhissəsi 

kimi fərqli cəhətləri 

 

 

Hər bir kitabxananın biblioqrafik məlumat 

bazasının  SBA-da toplanması  barədə  tələbələrə  

məlumat  verərkən,  hər  şeydən  əvvəl SBA-nın  

kitabxananın    biblioqrafik    fəaliyyət    proses-

lərində  rolunu    əsaslandırmaq    lazımdır.    Bütün 

tip kitabxanaların biblioqrafik fəaliyyətinin əsası 

kimi    soraq-biblioqrafiya  aparatının  əhəmiyyəti, 

soraq-biblioqrafiuya 

aparatının 

təşkilinin 

məqsədi,  məzmun  xüsusiyyətləri barədə  ətraflı  

məlumat  vermək  lazımdır.   Soraq-biblioqrafiya 

aparatının  sənədli  informasiya  axtarış  sistemi 

kimi 

xüsusiyyətləri, 



müasir 

informasiya 

texnologiyalarının  tətbiqi  nəticəsində  soraq-

biblioqrafiya aparatına müsbət təsiri, informasiya 

cəmiyyətinin  əsas  tələbi  kimi,  biblioqrafik 



məlumat  bazalarının  yalnız  ənənəvi  formada 

deyil, elektron  formada  tələbatçılara  çatdırılması 

yollarını    faktiki    mənbələrə    əsaslanaraq    şərh  

etmək    lazımdır.  Elektron  kitabxana,  elektron 

kataloq,  elektron  məlumat  bazaları  haqqında  

yeni  nəzəri  ədəbiyyata  istinad  edərrək  müasir  

informasiyalaşmış  cəmiyyətdə  tətbiqinin  üstün-

lükləri  haqqında  məlumat  vermək  lazımdır. 

 

İnformasiya  cəmiyyətinin    yaradılmasında 



və  təkmilləşdirilməsində  informasiya  ehtiyat-

larını toplayan, gələcək nəslə ötürən, informasiya 

daşıyıcısı  kimi  fəaliyyət  göstərən  kitabxananın 

rolu 


əvəzedilməzdir. 

Müasir 


informasiya 

cəmiyyətində 

kitabxanaların  kommunikasiya 

sistemində  əhəmiyyəti  o  qədər  artmışdır  ki, 

kitabxanasız  cəmiyyətin  informasiya  təminatını 

ödəmək    mümkün  deyil.  Hər  bir  kitabxananın 

biblioqrafik  məlumat  bazası  onun  SBA-da 

cəmləşir.  SBA-nın  təşkilində  əsas  məqsəd 

kitabxana  fondunun  məzmununu  tam,  həm  də 

müxtəlif  aspektdən  analitik  şəkildə  açmaqdan 

ibarətdir.  SBA-nın  şərhini    aşağıdakı  kimi 

ümumiləşdirmək  olar.SBA  sənədli  məlumat 

axtarış  sistemi  olub  biblioqrafik,  kitabxana  və 

faktoqrafik  məlumatın  təbliği,  axtarışı  və 

verilməsinin optimallaşdırılması məqsədi daşıyır. 

Müasir  informasiya texnologiyalarının  xüsisilə, 

kompüter  texnologiyasının  biblioqrafik  proses-



lərə  tətbiqi  kitabxananın  SBA-na  müsbət    təsir 

göstərir.  Kitabxana-biblioqrafiya  proseslərini 

avtomatlaşdırılmasında  yeni  texnologiyaların 

tətbiq  edilməsi  kitabxanada  ənənəvi  kataloq  və 

kartotekaların  elektron  formaya  keçirilməsinə 

imkan  verir  və  nəticədə    biblioqrafların  apar-

dıqları  axtarış  zamanı  ənənəvi  informasiya 

mənbələri və texnologiyalardan tədricən elektron 

mənbəyə keçirlər. 

 

Ədəbiyyat 

 

1.Əliyev 

Z.H., 

Məmmədov 



Ə.M. 

Biblioqrafik  işin  kompüterləşdirilməsinin  nəzəri 

və  praktiki  əhəmiyyəti  //  Kitabxanaşünaslıq  və 

biblioqrafiya.-1998.-№2.-S.63-69. 

2. 

Xələfov 


A.A.,Qurbanov 

A.İ. 


Kitabxanaların  komtüterləşdirilməsinin  əsasları: 

Dərslik.-B.,BUN.-2007.-200s. 

3.Xələfov  A.A.,  Hüseynova  A.S.  Elektron 

kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı 

Universitetinin  Xəbərləri    (humanitar  elmlər 

seriyası).- 2004.-№4.-S.288-290. 

4.    Vəzirova  R.Ə.  Elektron  biblioqrafik 

məlumat    bazası  SBA-nın  əsas  tərkib  hissəsidir 

//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri 

və təcrübi jurnal.-B.:BUN.,2007.-№2.-S.76-86. 

 



14.

 

Elektron  biblioqrafik məlumat bazası 

axtarış mənbəyi kimi 

 

 

Mövzu    izah    olunarkən    biblioqrafik 

proseslərin  avtomatlaşdırılmasının  istiqamətləri, 

eyni  zamanda  biblioqrafik  axtarış  proseslərinin 

avtomatlaşdırılması  məsələlərinə  tarixi  genetik  

aspektdən  yanaşmaq    lazımdır.  Kompüter 

texnikasının  biblioqrafik  fəaliyyət  proseslərində 

tətbiqi,  avtomatlaşdırılmış  sənəd  massivinin 

elektron  kataloqda  yerləşdirilməsi  avtomat-

laşdırma  və  kompüterləşdirmə  probleminin  nə-

zəri  və  təcrübi  əhəmiyyəti  haqqında  nəzəri  

ədəbiyyata  əsaslanaraq  tələbələrdə  aydın  təs-

əvvür    yaratmaq    lazımdır.  İnternet  vasitəsilə 

biblioqrafik  axtarışın  iki  rejimi  haqqında, 

kompüterləşdirmiş  biblioqrafik  məlumat  baza-

larının,  xüsusilə elektron kataloqun axtarış mən-

bəyi kimi səmərəliliyi  barədə  faktiki  mənbələrə  

əsaslanaraq  şərhini  vermək  lazımdır. 

 

İntelektual,    zehni    fəaliyyətin    mexanik-



ləşdirilməsi    və    avtomatlaşdırılması    XX    əsrin  

ən    xarakterik    cəhətidir.    Avtomatlaşdırma    və  

onun  bir  növü  olan kompüterləşdirmə  cəmiy-

yətin  bütün  sahələrinə  təsir  göstərir.  Bu təsir  

sənəd  kommunikasiya  sistemində  də  öz  əksini  

tapır.    Avtomatlaşdırma    və    kompüterləşdirmə  

probleminin  nəzəri  və  təcrübi  əhəmiyyəti  aşa-



Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə