Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
1   2   3   4   5   6   7   8   9   ...   15

formasında  meydana  gəlmişdir.  Bu  siyahılar  

kitabxana  kataloqlarının  ilk  formasıdır.  Məhz 

kitabxana kataloqları biblioqrafik informasiyanın  

tarixən  ilkin  mövcudluq  formasıdır.  Biblioqrafik  

informasiyanın sosial funksiyalarından  biri olan 

biblioqrafik axtarış biblioqrafik  fəaliyyətin  ilkin  

əsasını təşkil  edir. 

 

                                             



 

Ədəbiyyat 

 

1.Əliyev  Z.H. Biblioqrafik informasiya və 

onun  elmi  mahiyyəti  //Kitabxanaşünaslıq  və 

biblioqrafiya.-1998.-№1.-S.17-25. 

2.Əliyev 

Z.H., 


Məmmədov 

Ə.M. 


Biblioqrafik  işin  kompüterləşdirilməsinin  nəzəri 

və  praktiki  əhəmiyyəti  //  Kitabxanaşünaslıq  və 

biblioqrafiya.-1998.-№2.-S.63-69. 

3.  Xələfov  A.A.,Qurbanov  A.İ.  Kitab-

xanaların 

komtüterləşdirilməsinin 

əsasları: 

Dərslik.-B.,BUN.-2007.-200s. 

4.Xələfov  A.A.,  Hüseynova  A.S.  Elektron 

kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı 

Universitetinin  Xəbərləri    (humanitar  elmlər 

seriyası).- 2004.-№4.-S.288-290. 



 

 



    

                               



3.

 

Biblioqrafik evristikanın nəzəri 

məsələləri 

 

 

Mövzu izah edilərkən  qeyd edilməlidir ki, 

biblioqrafik  fəaliyyət  prosesləri  olan  bib-

lioqrafiyalaşdırmanın  və  biblioqrafik  xidmətin 

ilkin əsası  biblioqrafik axtarışdır. Ümumi axtarış 

anlayışının  bir  tərkibi  hissəsi  kimi  biblioqrafik 

axtarışın fərqli cəhətləri, biblioqrafik axtarışı əks 

etdirən 


sxem 

izah 


 

edilməlidir. 

Sənəd-

informasiya  axtarışının  məntiqi  davamı  kimi 



biblioqrafik axtarışın xüsusiyyətləri, biblioqrafik 

axtarış  üçün  vacib  olan  anlayışlar  olan 

pertinentlik,  relevantlıq,  axtarış  əlaməti,  axtarış 

tərzi,  axtarış  təlimatı,  biblioqrafik  axtarışın 

dolğunluğu  və  dəqiqliyi    haqqında  tələbələrə 

ətraflı məlumat vermək lazımdır. 

 

Biblioqrafik    fəaliyyət prosesləri olan  bib-



lioqrafiyalaşdırmanın  və  biblioqrafik  xidmətin 

ilkin  əsası  biblioqrafik  axtarışdır.  Biblioqrafik 

axtarış  müəyyən  topluda  nəyinsə  aşkar  edilib, 

müəyyənləşdirilməsi  məqsədilə  aparılan  pro-

sesləri  nəzərdə  tutan  ümumi  axtarış  anlayışının 

bir tərkib hissəsidir.  Biblioqrafik axtarışdan bəhs 

edərkən  qoyulan  məsələnin  düzgün  mənim-

sənilməsi  üçün    zəruri  olan  bəzi  anlayışların 




biblioqrafik  mənasını  müəyyənləşdirmək  lazım-

dır.  Bunlar    pertinentlik,  relevantlıq,  axtarış  əla-

məti,  sənədin axtarış  tərzi, axtarış təlimatı, bib-

lioqrafik  axtarışın  dolğunluğu  və  dəqiqliyi 

anlayışlarıdır. 

 

Biblioqrafiyaya  görə  pertinentlik  məlum 



biblioqrafik  informasiyanın    onunla  maraqlanan  

şəxsin  əsl tələbatına uyğun gəlməsi deməkdir. 

 

Relevantlıq  ümumi  halda    əldə  edilmiş 



sənədlərin  sorğuda    ifadə  olunan  tələbata  uyğun 

gəlməsi  deməkdir.  Biblioqrafiyada  relevantlıq  

ikipilləli    xarakter    almaqla    mürəkkəbləşir. 

Birinci  pillədə    bu,  sorğu    ilə  ona  cavab  olaraq  

müəyyən edilən biblioqrafik  informasiya  arasın-

dakı uyğunluğu bildirir.  İkinci pillədə  müəyyən-

ləşdirilmiş    biblioqrafik  informasiya  ilə  orada 

haqqında  məlumat  verilən  sənədlər  arasındakı 

uyğunluq nəzərdə  tutulur. 

 

Biblioqrafik xidmət zamanı axtarış əlaməti 



dedikdə sənədin  bəzi məzmun və ya formal me-

yarları nəzərdə tutulur və əldə edilən biblioqrafik 

informasiya  bunlara  uyğun  gəlməlidir.  Sənədin 

mövzusu, onun müəllifi, nəşr ili, nəşr forması və 

s.  bunlara  misal  ola  bilər.  Axtarış  tərzi  və  ya 

sənədin  səciyyələndirilməsi  sənədin  sorğu  ilə 

əlaqədar biblioqrafik axtarışı və eyniləşdirilməsi 

üçün  zəruri olan  sənədlərin təsvirini əks etdirən 

topludur.  Sənədin  biblioqrafik  təsviri,  təsnifat 



indeksləri,  predmet  rubrikaları,  həmçinin  anno-

tasiya  və  ya  referat  bunun  üçün  səciyyəvi  ola 

bilər.  

 

Axtarış təlimatı  – sorğunun axtarış aparıl-



malı  olan  biblioqrafik  informasiya  kütləsinin 

məlumat dilində (məsələn, KBT və ya UOT – un 

indekslərilə)    və  ya  konkret  sənədin  tapılması  

üçün    lazım  olar.  Formal  əlamətlərin    (müəllif, 

sərlövhə, buraxılış məlumatları və s.)  toplusu ilə 

ifadə olunan məzmundur. 

 

Biblioqrafik  relevantlıq  –  məzmuna 



(mənaya) və formaya  görə ola bilər. Birinci hal-

da  əldə  etdiyimiz  biblioqrafik  informasiyanın  və 

orada  əks  olunan  sənədlərin  sorğuya  mövzu, 

ikincidə  isə  forma  etibarı  ilə  uyğunluğu,  yəni 

relevantlıqları  nəzərdə  tutulur.    Biblioqrafik  ax-

tarışın  dolğunluğu  -  əldə  edilmiş  relevant 

biblioqrafik  qeydlərin  axtarış  aparılan  bib-

lioqrafik  informasiya  toplusunda  ehtimal  olunan  

relevant  qeydlərin    ümumi  sayına  nisbəti  ilə  öl-

çülür.  Məsələn,  kitabxananın  sistemli kataloq-

unda  və    məqalələrin  sistemli  kartotekasında 

oxucunun  maraqlandığı    məsələ  üzrə  200    sə-

nədin    biblioqrafik  qeydinin    toplandığı  ehtimal 

edilir,  belə olan halda biblioqrafik axtarışın dol-

ğunluğu 150-200 nisbəti ilə ölçülür  və bu  da 75 

faizə bərabər olur.  




Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə