Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
1   2   3   4   5   6   7   8   9   10   ...   15

axtarış  növü  daha  çox  Dövlət  Biblioqrafiya 

orqanlarının  nəşrlərində      və  referativ  jurnallar 

üzrə tətbiq edilir.  

 

6.  Biblioqrafik  isnadlar  üzrə  informasiya 



axtarışı  metodu  -    İnformasiya  axınının  artdığı  

müasir  dövrdə  biblioqrafik  isnadlar  üzrə 

informasiya axtarışı metodu genişlənmişdir. Belə 

axtarışı  asanlaşdırmaq  məqsədilə    xüsusi  növ 

olan  biblioqrafik  vəsait  –  sitat  gətirilmiş 

ədəbiyyat  göstəricisi  nəşr  edilir.  Biblioqrafik 

isnadlar  üzrə  axtarış  metodu  təcrübi  fəaliyyətlə 

məşğul olan  hər bir biblioqraf üçün əlverişlidir. 

 

7.  Biblioqrafik  evristikanın dialektika ilə  



birbaşa    əlaqəsi    olan  mücərrədlikdən,  konkret-

liyə  informasiya  axtarış  metodu  -    bu  axtarış  

metodu  müxtəlif  növ  sənədlərin  axtarışı  üzrə 

müəyyənləşir. Hər bir mənbənin axtarışı  ictimai  

fəaliyyətin  məqsədinə  görə  aparılır.-  Müc-

ərrədliyin  rolu,  yaxud  axtarışın  obrazı  ancaq 

biblioqrafik  təsvir  (annotasiya,  referat),  ədəbiy-

yat  mənbələri    (kitab,  məqalə  və  s.)  və 

mənbələrin  özü    iştirak  edir.  Bütün  bunlar  mət-

buat aparatının öyrənilməsi yolu ilə mütləq təyin 

edilir:    nəşriyyat  annotasiyası,  sərlövhə,  ön  söz, 

son söz və s. 



 

 

 


Ədəbiyyat 

 

1. 


Берков 

П.Н. 


Библиографическая 

информационная 

эвристика.-М.:РОУ,1992.-

162с. 


2. 

Гречхин    А.А.  Библиографическая  

эвристика.-М.:1984.-48с. 

3. 


Корщунов 

О.П. 


Библиогра-

фоведение.Общий  курс.:Учебник.-М.,1990.-

232с. 

 

 

6.

 

İnformasiya axtarışı  prosesinə qoyulan 

ümumi tələblər 

 

 

 Mövzu  izah  edilərkən  tələbələrə  hər 

şeydən  əvvəl    müasir  inkişaf  etmiş  cəmiyyətin 

elm,  texnika,  istehsalatın  müxtəlif  istiqamətli 

proseslərinin 

həllində 

informasiya  axtarış 

sistemləri,  sənədlərdə  əks  olunmuş  infor-

masiyanın  axtarışında  biblioqrafik  axtarış 

metodları mühüm rol oynadığı qeyd edilməlidir.  

Bu  proseslərdə  avtomatlaşdırılmış  vasitələrin 

rolu, xüsusilə, informasiya – axtarış sistemlərinin  

(İAS)  tətbiqi.  İnformasiya  axtarışının  kommu-

nikasiya  prosesinin  tərkib  hissəsi  kimi  məqsədi, 

İnformasiya  axtarışında  əsas  cəhət  kimi  onun 



operativliyi,  dolğunluğu,  dəqiqliyi  haqqında  

ətrflı məlumat verilməlidir. 

 

Müasir  informasiyalaşdırılmış  cəmiyyətdə 



elmin,  texnikanın  inkişafı  ilə  əlaqədar  olaraq 

sənəd kütləsi sürətlə artır,  mütəxəssislərin infor-

masiya  tələbatı  dərinləşir.  İnfoformasiyanın 

sürətli  artımı,  informasiya  axınının  mürəkkəb-

ləşməsi, diferensiasiyası  və inteqrasiyası ilə əla-

qədar olaraq onun operativ  yığılması, işlənməsi, 

axtarışı  və  verilməsi  problemləri  yaranır.  Digər 

tərəfdən,    elm-texmika-istehsalat  elementləri 

arasında  informasiya  əlaqəsi  yaratmaq    zərurəti 

meydana    çıxır.  Qeyd  olunan  bu  obyektiv 

proseslər bir tərəfdən geniş sosioloji və psixoloji 

tədqiqatlar  aparılmasını,  məlumatın  təhlilini  və 

sintezini, digər tərəfdən müasir  avtomatlaşdırma 

vasitələrinin  informasiya  fəaliyyətində  geniş 

tətbiqini  tələb  edir.  Bütün  bunlar  öz  təcrübi 

həllini  informasiya  –  axtarış  sistemlərinin  (İAS)  

yaradılmasında tapmışdır.  

 

İnformasiya  axtarışı  həmişə  kommu-



nikasiya  prosesinin    tərkib  hissəsi  olmuşdur. 

Axtarışın  əsas  məqsədi  hər  şeydən    əvvəl  ilkin 

sənədin  və  ya  ona  dair  məlumatın  tapılmasıdır. 

İnformasiya  axtarış  sistemləri  (İAS)  ənənəvi 

texnologiyalardan  avtomatlaşdırılmış  texno-

logiyalara  qədər  uzun  bir  təkamül  yolu 

keçmişdir.  Ümumdünya  hörümçəyinin  (Word  



Wide  Web)    yaranması  bu  təkamül  yolunu 

inqilabi yola çevirmişdir.  Bununla da külli miq-

darda  sənəd  massivləri,  müxtəlif  formatlı  və 

məzmunlu  əsərlər  dünyəvi,  coğrafi,  xronoloji  və 

dil əhatəsində bütün insanların istifadə obyektinə 

çevrilmişdir.  Onların    çox  hissəsi  artıq  kitab-

xanalara  toplanmır,  nəzarət  edilmir    və  vahid 

texnoloji  sxem  əsasında  emal  olunmur.  Buna 

görə  də    informasiya  axtarışının  yeni  texnoloji 

mexanizmini  işləmək  və  istifasdəçi    üçün  daha 

əlverişli  sistemlər  yaratmaq  bütün  müasir 

informasiya sferası üçün aktuallıq kəsb edir.  

 

 

 

Ədəbiyyat 

 

1. Əliyev  Z.H. Biblioqrafik informasiya və onun 

elmi 

mahiyyəti 



//Kitabxanaşünaslıq 

və 


biblioqrafiya.-1998.-№1.-S.17-25. 

2.  Əliyev  Z.H.,  Məmmədov  Ə.M.  Biblioqrafik 

işin  kompüterləşdirilməsinin  nəzəri  və  praktiki 

əhəmiyyəti 

// 

Kitabxanaşünaslıq 



və 

biblioqrafiya.-1998;№2S.63-69. 

3.  Xələfov  A.A.,Qurbanov  A.İ.  Kitabxanaların 

komtüterləşdirilməsininəsasları.      Dərslik.-

B.,BUN.-2007.-200s. 

 



Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə