Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

tələbələrə məlumat verərkən  SBA-nın kitabxana 

fondunun    “açarı”,  fondun  “güzgüsü”  olduğu 

barədə  nəzəri məsələləri izah etmək lazımdır. 

 

Soraq-biblioqrafiya  aparatı  kitabxanaların 



bütün  biblioqrqfik  fəaliyyətinin  zəruri  əsası  ol-

maqla    oxuculara  soraq,  informasiya  xidməti  və 

tövsiyə  biblioqrafiya  fəaliyyətini  həyata  keçir-

məyə  imkan  verir.  Onun  köməyi  ilə  kitabxana-

biblioqrafiya  bilikləri  təbliğ  edilir,  kitabxanada 

biblioqrafik  vəsaitlərin  tərtibi  üçün  lazım  olan 

ədəbiyyat  meydana  çıxarılır.  Onun  tərtibində  

qarşıya  başlıca  məqsəd  kitabxana  fondunun 

məzmununu  tam  açmaqdan  ibarətdir.  Daha 

doğrusu, o fond üçün açar rolunu oynamalı, eyni 

zamanda onun məzmunu  müxtəlif aspektlərdən,  

tərəflərdən açmalıdır. 

 

SBA-nın  başlıca  əhəmiyyəti  onda  kitab-



xana fondunun tam əks olunmasıdır. Getdikcə bu 

əhəmiyyətin  miqyası  genişlənir,    belə  ki,  o 

konkret  regionun,  ərazikitabxanalarının  fondunu 

əhatə  edir.  Mərkəzləşdirilmiş  kitabxana  sistem-

ində  əhaliyə  kitabxana-biblioqrafiya  xidməti 

zamanı  kitabxana  və  elmi-texniki  məlumat 

orqanları    fondlarından  istifadə  ənənəsi  inkişaf 

etdikcə  SBA-nın  əlaqələndirici  funksiyası    daha 

aparıcı rol oynayır. SBA-nın birinci hissəsi daha 

çox  aparatın  axtarış  funksiyasını,  ikinci  hissəsi 

isə 

əlaqələndirici, 



 

ideya-tərbiyəvi 

və 



istiqamətləndirici-tanışedici  funksiyalarını  ifadə 

edir.  Əsas  terminlər  və    şərhlər  standartında 

(QOST  7.26-84)  “Soraq  biblioqrafiya  aparatı”  

ilk  dəfə  olaraq  öz  düzgün  şərhini  tapmışdır. 

Orada  SBA-nın  mahıyyəti  belə  izah  edilir:  “Çap 

əsərlərinin  və  digər  sənədlərin  təbliği  və  inkişaf 

dərəcəsi  və  kitabxana-biblioqrafiya  xidmətinin 

həyata  keçirilməsi  xüsusiyyəti  ilə  xarakterizə 

olunur.”  SBA  kitabxanada    soraq-biblioqrafiya 

işinin  bazası  və  əsas  aləti  hesab  olunur. 

Arayışların  böyük  bir  qismi  aparatın  optimal 

təşkili  zamanı    99%-ni  SBA-nın    köğməkliyi  ilə 

yerinə 

yetirilir. 



Kitabxana-biblioqrafiya 

biliklərinin  təbliği  əsasən  SBA  vasitəsilə  həyata 

keçirilir 

və 


yaxud 

oxuculara 

məlumat 

nəşrlərindən,  kataloq  və  kartotekalardan  sərbəst 

istifadənin  öyrədilməsi  məqsədi  daşıyan  bütün 

proseslər  də  SBA  ilə  bilavasitə  əlaqədardır.  

Kitabxana-biblioqrafiya  biliklərini  mənimsəmiş 

oxucular üçün SBA özünəxidmət alətinə çevrilir. 

 

SBA-nın  təşkili  hər  şeydən  əvvəl  cə-



miyyətin  daimi    informasiya  tələbatının  ödənil-

məsi  məqsədini  daşıyır.  Elmi-metodiki  cəhətdən 

düzgün  təşkil  olunmuş  SBA    olmadan  yüksək 

səviyyəli  kitabxana-biblioqrafiya  xidmətini  hə-

yata keçirmək mümkün deyil. SBA-nın quruluşu 

nəzəri  ədəbiyyatda  təcrübi    nöqteyi-nəzərdən 




xarakterizə edilir. Qeyd olunur ki, o iki hissədən 

ibarətdir: 

1. Soraq və biblioqrafik nəşrlər fondu; 

2. Kataloq və  kartoteka  sistemi. 

 Qeyd  etmək  lazımdır  ki,  belə  bölgü 

aparılması  müəyyən  üstünlüyə  malikdir.    O, 

əyani  surətdə  SBA-nın  təşkilinin  spesifikasını 

özündə əks etdirir. SBA-nın bu hissələrindən hər 

biri  qnunauyğun  şəkildə  yaranmış  və  onlar  biri 

digərini tamamlayır, birlikdə  sistem yaradır. 

 

Keçən    əsrin    80-ci    illərində    SBA-nın  



tərkib    hissəsi    nəzəri    ədəbiyyatlarda    təcrübi  

cəhətdən  xarakreizə  edilərək  3  hissədən ibarət 

olduğu  qeyd  edilirdi: 

1. Soraq  və  biblioqrafik  nəşrlər  fondu; 

2.  Kataloq  və  kartoteka  sistemi

3. Ödənilmiş  arayışlar  fondu. 

1990-cı  ildə  çapdan  çıxmış  “Kitabxanada  

biblioqrafiya işinin  təşkili  və  metodikası”  adlı  

dərslikdə  isə  SBA-nın  2  tərkib  hissəsi  olduğu  

qeyd    edilmişdir.    Artıq    burada    ödənilmiş  

arayışlar  fondu  soraq  və  biblioqrafik  nəşrlər  

fondunun  dördüncü  hissəsi  kimi  verilir. 

 

SBA    tədricən    biblioqrafın    subyektiv  



münasibətinin    nəticəsi    kimi    təkmilləşsə    də,  

son    həddə    obyektiv    forma    alır    və    bir    sıra  

məzmun    xüsusiyyətlərinə    malik    olur.    Onlar-



dan    ən    başlıcası      sistemlilik,   ahəgdarlıq,   eti-

barlılıq  və  qənaətcillikdir. 

 

SBA-da    sistemlilik      hər    şeydən    əvvəl  



onun  özündə  məlumat-axtarış  sistemini  olması  

ilə    izah    olunur.    SBA-nın    düzgün    tərtibi  

zamanı    onun    tərkib    hissələri    bir-birini    ta-

mamlayır. 

 

SBA-nın    dinamikliyi    onun    ahəng-



darlığında  özünü  göstərir.  Ahəngdarlıq  SBA-

da    elə    mühüm    xüsusiyyəti    təmin    edir    ki,  

bunun  vasitəsilə  orada  məlumat  axtarışı  daha  

operativ    həyata    keçirilir.    SBA-nın    yenidən  

komplektləşdirilməsi,    rubrikaların    təzələnməsi  

üçün    kataloq    və    kartotekaların    redaktə  

olunması,    onun    köhnəlmiş    məlumatlardan  

təmizlənməsi,    SBA-dan    istifadəni    asanlaşdırır 

və    tezləşdirir.  Ahəngdarlıq    SBA-nın    etibar-

lılığına  təminat  verir,  orada  operativ  məlumat-

axtarışına  imkan  yaradır.  SBA-nın  etibarlılığı  

vacib    məlumat    ehtiyatlarının    toplanması    və  

onun  quruluşunun  düzgün  təşkilində  meydana  

çıxır.   

 

SBA-nın    mürəkkəbləşməsi    qanunauyğun  



olaraq  baş  verir.  Bəzən  kitabxanalarda  bütün  

kartotekaları  birləşdirməyə  cəhd  edirlər.  Lakin  

bu    məlumat-axtarış    sisteminin    keyfiyyətini  

xeyli    aşağı    salır.    Bu    vəziyyətdən    çıxmaq  

üçün    SBA-  na    “açar”    tərtib    olunur.    “Açar”  



Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə