“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə



Yüklə 125,56 Kb.

tarix17.10.2017
ölçüsü125,56 Kb.


“Mərkəzi Klinika” Bakı Ambulatoriyası

Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005

“Mərkəzi Klinika” Bakı Xəstəxanası

Ünvan: Parlament pr. 76, Az1006

MƏRKƏZİ KLİNİKA

“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur.”

Heydər Əliyev

BÜLLETEN-1 | NOYABR 2014

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

Tariximiz 

Mərkəzi Klinika yarım əsrlik tarixə malik nü-

fuzlu  bir  səhiyyə  ocağıdır.  Xəstəxananın  bi-

nası 1963-cü ildə layihələşdirilmiş və 1965-ci 

ilin oktyarbrın 1-də tikintisi sona çatdırılaraq 

istifadəyə  verilmişdir.  Həmin  dövrdə  baş-

qa  ünvanda  fəaliyyət  göstərən  Azərbaycan 

SSR  Səhiyyə  Nazirliyinin  IV  Baş  İdarəsinin 

1  saylı  Xəstəxanası  bu  binaya  köçürülmüş 

və  1999-cu  ilədək  fəaliyyət  göstərmişdir. 

Xəstəxananın ilk baş həkimi görkəmli səhiyyə 

işçisi  və  təşkilatçısı  Məcid  Ələsgər  oğlu  Ha-

cıyev olmuşdur. 300 çarpayılıq bu xəstəxana 

xüsusi  bir  kontingentə,  o  cümlədən  yüksək 

dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə 

tibbi xidmət göstərərək, xalq arasında “Leç-

komissiya”  adı  ilə  məşhurlaşmışdır.  Respub-

likamızın ilk müstəqillik illərində bir müddət 

Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsinin 1 

saylı xəstəxanası kimi fəaliyyət göstərdikdən 

sonra,  Ümummilli  liderimiz  Heydər  Əliyevin 

şəxsi təşəbbüsü ilə xəstəxananın  binası qısa 

müddətdə  (01.05.1999-01.03.2001-ci  illər) 

beynəlxalq  standartlara  uyğun  rekonstruk-

siya edilmiş və 24 aprel 2001-ci il tarixindən 

Türkiyə  Cümhuriyyətinin  AHSEL  Holdinq 

Şirkətinə  10  il  müddətinə  idarəetməyə  ve-

rilmişdir.  Həmin  dövrdən  də  Səhiyyə  Nazir-

liyinin  tam  təsərrüfat  hesablı  Mərkəzi  Klinik 

Xəstəxanası  adı  ilə  fəaliyyətə  başlamışdır. 

2007-ci  ildə  möhtərəm  prezidentimiz  İlham 

Əliyev  cənabları  tərəfindən  xəstəxananın 

fəaliyyətinə  ən  ali  səviyyədə  yüksək  etimad 

göstərilmiş  və  Mərkəzi  Klinika  adı  altında 

Azərbaycan  Respublikasının  Prezidentinin 

Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilmiş-

dir. 2009-cu il iyunun 25-də Mərkəzi Klinika-

nın inkişafının məntiqi davamı kimi başqa bir 

ünvanda Ambulatoriya fəaliyyətə başlamışdır. 

Hazırda Mərkəzi Klinika Bakı şəhərində iki ün-

vanda  -  Parlament  prospekti  76  ünvanında 

Xəstəxana, Zərifə Əliyeva 5 ünvanında isə, Am-

bulatoriya kimi xalqımıza tibbi xidmət göstərir. 

Yaranma zərurəti və vacibliyi

Sovet İttifaqının dağılması və müstəqil respub-

likanın elan edilməsi ilə əlaqədar keçid dövrü-

nün sosial-iqtisadi problemləri bütün sahələrdə 

olduğu  kimi,  səhiyyə  sahəsində  də  çətin 

vəziyyət  yaratmışdı.  Səhiyyə  müəssisələrinin 

texnika və texnologiyaları fiziki və mənəvi aşın-

maya məruz qalmış, köhnəlmiş, bu səbəbdən 

də xalqa lazımi səviyyədə tibbi xidmət göstərə 

bilmirdi.  Vətəndaşlarımız  ən  adi  xəstəliklərin 

diaqnoz  və  müalicəsi  üçün  xarici  ölkələrə  üz 

tuturdu.    Belə  hallar  vətəndaşlarımıza  nara-



Mərkəzi Klinika: dünən və bu gün...

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

2

hatlıq  gətirməklə  yanaşı,  səhiyyə  sistemimizə 



olan etibarın da azalmasına gətirib çıxarmışdı. 

Bununla birlikdə onların xarici ölkələrdə ikinci 

dərəcəli vətəndaşlar kimi qarşılanması, mənəvi 

cəhətdən  alçaldılmaları  halları  da  baş  verirdi. 

Bu  hallar  respublikamızdan  böyük  miqdar-

da valyutanın xarici ölkələrə axımına da şərait 

yaradırdı.  Mövcud  yüksək  ixtisaslı  tibbi  kadr-

lar  ya  xarici  ölkələrə  gedir,  ölkədə  qalanlar 

isə  müasir  nəzəri  və  praktik  biliklər  əldə  edə 

bilmədiklərindən  inkişafdan  geri  qalırdı.  Bu 

vəziyyəti xəstəxanamızın açılışı zamanı Ümum-

milli Liderimiz öz nitqində daha dəqiq ifadə et-

mişdir: “Son illər belə bir halı müşahidə etməyə 

başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin 

müalicəsi  mümkün  deyil,  hətta  xəstəliklərin 

deyil,  bəzi  xəstəliklərə  aid  müayinənin  aparıl-

ması  da  mümkün  deyil.  Çünki  masir  səhiyyə 

elmi əsaslarla, dünyada əldə olunmuş təcrübə 

əsasında  və  bir  də  səhiyyə  sahəsində  elmi-

texniki-tərəqqinin, bu sahədə dünyada yaran-

mış imkanların əsasında qurulur”.

Belə  bir  vəziyyət  ölkəmizdə  yüksək  səviyyəli 

bir  səhiyyə  müəssisəsinin  yaradılmasını  gü-

nün  ən  aktual  məsələsinə  çevirirdi.  Lakin  o 

dövrdə  respublikanın  maliyyə  imkanlarının 

məhdudluğu  və  yeni  müasir  tələblərə  im-

kan  verən  xəstəxananın  yaradılmasının  isə 

çox  böyük  maliyyə  vəsait  tələb  etməsi,  bu 

sahəyə  vəsait  ayrılmasına  böyük  cəsarət  və 

uzaqgörənlik  tələb  edirdi.  Məhz  Ümummilli 

Liderimiz hər sahədə olduğu kimi, burada da 

öz  cəsarətini  və  uzaqgörənliyini  göstərərək 

Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi 

müdrik qərar verdi və maliyyə vəsaiti  ayırdı. 

Məhz  buna  görə  Mərkəzi  Klinik  Xəstəxana 

müstəqil Azərbaycan dövlətinin banisi və me-

marı,  təkcə  Azərbaycanın  deyil,  dünyanın  ta-

nınmış  siyasi  xadimlərindən  biri,  Ümummilli 

Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin  

xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.

Missiya, məqsəd və vəzifələr

Mərkəzi  Klinikanın  missiyası  Azərbaycan 

səhiyyəsində  yeni,  beynəlxalq  standartlara 

uyğun  tibbi  xidmət  sistemini  və  təfəkkürünü 

formalaşdırmaq  və  həyata  keçirməkdən 

ibarətdir.  Əsas  məqsədimiz  tibbin  ən  son 

nailiyyətlərindən,  texnika  və  texnologiya-

larından  istifadə  etməklə  xalqımıza  müa-

sir  standartlar  səviyyəsində  tibbi  xidmət 

göstərməkdən  ibarətdir.  Daha  doğrusu 

xəstəxananın  açılışı  mərasimində  Ümummil-

li  Liderimiz  Heydər  Əliyevin 

proqram  xarakterli  nitqində 

qarşımıza  qoyduğu  aşağıdakı 

məqsəd  və  vəzifələri  rəhbər 

tutaraq  fəaliyyət  göstərir  və 

onlara  nail  olmağa  uğur  qa-

zanmağımızın  əsas  meyarı 

kimi  baxırıq.  Bu  vəzifələr  aşa-

ğıdakılardan ibarətdir:

  Xalqımıza 



yüksək 

keyfiyyətli və beynəlxalq stan-

dartlara  cavab  verən  tibbi 

xidmətlər göstərmək;

  Azərbaycan  vətəndaşlarının 



xarici  ölkələrdə  deyil,  məhz  öz 

vətənlərində  indiyədək  həyata 

keçirilməmiş hər növ tibbi xidmətlər almalarını 

təmin etmək;

  Yüksək  ixtisaslı  və  müasir  səviyyədə  tibbi 



bilik və bacarığa malik milli tibbi kadrlar ha-

zırlamaq;

  Respublikamızdan  müalicə  məqsədilə  xa-



rici  ölkələrə  gedən  xəstələrin  vətəndə 

müalicə  almalarını  təmin  etməklə  yanaşı, 

bu  məqsədlə  xaricə  aparılan  milli  valyu-

ta axımının qarşısını almaq və onun xalqın 

mənafeyi naminə istifadəsini təmin etmək.

Fəaliyyət və uğurlarımız

Mərkəzi  Klinika  fəaliyyət  göstərdiyi  on  dörd 

ilədək  bir  müddət  ərzində  qarşısına  qoydu-

ğu vəzifələri ləyaqətlə yerinə yetirmişdir və bu 

istiqamətdə  fəaliyyətimizi  bu  gün  də  davam 

etdiririk. Xəstəxanamız tibbin əsas istiqamətləri 

üzrə  xalqımıza  beynəlxalq  standartlara  uy-

ğun xidmət göstərərək qısa müddətdə nəinki 

Azərbaycanda, eyni zamanda Qafqazda böyük 

nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Əsası 

Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən  qoyul-

muş  Mərkəzi  Klinika,  hazırda  onun  layiqli  da-

vamçısı möhtərəm prezidentimiz İlham Əliyev 

cənablarının xüsusi qayğısı və diqqətilə əhatə 

olunmuşdur.  Mərkəzi  Klinikanın  Azərbaycan 

Respublikasının  Prezidentinin  Xüsusi  Tibb 

Xidmətinin  tabeçiliyinə  verilməsi  bu  qayğı  və 

diqqətin əyani sübutudur. Eyni zamanda dünya 

şöhrətli alim və həkim, yüksək şəxsi və işgüzar 

keyfiyyətlərə  malik  bir  şəxsiyyət  olan  Akade-

mik  Cəmil  Əliyevin  Xidmətə  rəhbərlik  etməsi 

qarşımızda daha ciddi və məsuliyyətli vəzifələr 

qoymaqla  yanaşı,  Mərkəzi  Klinikanın  yeni  in-

kişaf  mərhələsinə  qədəm  qoymasına  səbəb 

olmuşdur. Belə ki, qısa müddətdə ən son tib-

bi  texnika  və  texnologiyalarla  təchiz  edilmiş 

Mərkəzi Klinikanın Ambulatoriyasının istifadəyə 

verilməsi, Mərkəzi Klinika Xəstəxanasında əsaslı 

yenidənqurma və genişləndirmə işlərinin aparıl-

ması, xəstəxanada istifadə müddətini başa vur-

muş cihazların ən son nəsil tibbi texnika və tex-

nologiyalar hesabına yeniləri ilə əvəz edilməsi 

məhz  Akademik  Cəmil  Əliyevin  rəhbərliyi  al-

tında  mümkün  olmuşdur.  Burada  fəaliyyət 

göstərəcək milli kadrların hazırlanması, mövcud 

kadrların bilik və bacarıqlarının daha da artırıl-

ması məqsədlə Akademik Cəmil Əliyevin şəxsi 

təşəbbüsü və himayəsi ilə onlarla tibbi kadrlar 

Avstriya, Türkiyə və dünyanın bir sıra ölkələrinə 

təkmilləşmə kurslarına göndərilmişdir. 

Məhz bu siyasətin nəticəsidir ki, Mərkəzi Kli-

nika  beynəlxalq  standartlara  uyğun,  daim 

yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan 

texnika,  texnologiya  və  peşəkar  personal-

la  tibbi  xidmət  göstərir.  Xəstəxanamızda  bü-

tün  istiqamətlərdə  təkmilləşmə  işləri  apa-

rılır,  xidmətlərimizin  keyfiyyəti,  növləri  və 

istiqamətləri daim genişləndirilir, yeni layihələr 

həyata  keçirilir.  Xalqımıza  müasir  tibbin  ən 

son  nailiyyətlərindən  peşəkarcasına  istifadə 

Məhz buna görə Mərkəzi Klinik Xəstəxana 

müstəqil Azərbaycan dövlətinin banisi və 

memarı, təkcə Azərbaycanın deyil, dünyanın 

tanınmış siyasi xadimlərindən biri, Ümummilli 

Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin  

xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.

Mərkəzi Klinika Ambulatoriya



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

3

etməklə  tibbi  xidmət  göstərmək  və  beləliklə 



də,  onlarda  milli  səhiyyəyə  inamı  və  etibarı 

daha da gücləndirmək Mərkəzi Klinikanın əsas 

FƏALİYYƏT FƏLSƏFƏSİNƏ çevrilmişdir. 

Mərkəzi  Klinika  Xəstəxanasının  həyətyanı 

sahəsi 39455, binasının sahəsi 22200 kvadrat-

metr, ümumi çarpayı sayı 213-dür, o cümlədən 

156  stasionar,  19  reanimasiya,  11  uşaq  re-

animasiyası,  8  təcili  yardım,  10  əməliyyat, 

6  əməliyyatdan  sonra  müşahidə  (recovery) 

çarpayısı, 50-dən çox poliklinika  və diaqnos-

tika  otağı  mövcuddur.  Əsasən  statisionar 

xidmətlərin  həyata  keçirilməsi  nəzərdə  tutu-

lan  bu  xəstəxanada  ən  müasir  tibbi  cihaz  və 

avadanlıqlarla  təchiz  olunmuş  poliklinika,  di-

aqnostika,  laboratoriya  şöbələri  də  fəaliyyət 

göstərir.  Xəstəxanamızda  5  ədəd  təcili  tibbi 

yardım  avtomobili  və  mobil  uşaq  reanimsiya 

avadanlığı da mövcuddur.

Mərkəzi  Klinika  Ambulatoriyası  isə  3 

mərtəbədən  ibarət  olmaqla  ümumi  sahəsi 

4200 kvadratmetrdir. Burada ən son tibbi ci-

haz və avadanlıqlarla təchiz olunmuş və mü-

asir  tibbi  texnologiyalar  əsasında  fəaliyyət 

göstərən Əməliyyatxana, Diaqnostika, Gine-



kologiya,  Pediatriya,  Terapiya,  Kardiologi-

ya, Travmatologiya, Fizioterapiya və s. kimi 

şöbələr  fəaliyyət  göstərir  ki,  onların  təchizat 

və  yaradılmış  imkanlar  baxımından  regionda 

analoqu yoxdur. 

Mərkəzi  Klinikada  (Xəstəxana  və  Ambulato-

riyada)  ümumilikdə  16  tibbi,  8  inzibati  şöbə 

fəaliyyət  göstərir.  Xəstəxanada  hazırda  ümu-

mi  1110  nəfər,  o  cümlədən  175  həkim,  460 

orta və kiçik tibb işçisi, 340 texniki-inzibati işçi, 

47 nəfər müqavilə əsasında əməkdaşlıq edən 

işçilər  və  88  həkim-rezident  əmək  fəaliyyəti 

ilə  məşğuldur.  Eyni  zamanda,  onlarla  xarici 

həkim  və  tibbi  mütəxəssislər  dəvət  əsasında 

xəstəxanada xidmət göstərir. 

Ölkə  rəhbərliyinin  xüsusi  diqqəti  və  qayğı-

sı  nəticəsində  yaradılan  bu  şərait  əsasında 

bu  günədək  bir  vaxtlar  ölkəmizdə  həyata 

keçirilməyən 

tibbi 


xidmətləri, 

cərrahi 


əməliyyatları, o cümlədən 10 000-dən çox açıq 

ürək əməliyyatı, 30 000-dən çox angioqrafiya, 

sümük iliyinin transplantasiyası, süni mayalan-

dırma və sair mürəkkəb əməliyyatlar uğurla icra 

edilmişdir.  Vətəndaşlarımıza  ən  müasir  tibbi 

cihazlarla  (KT,  MRT,  Angioqrafiya,  Mammoq-

rafiya,  Densitometriya,  Litotripsiya  və  s.)  son 

dərəcə dəqiq diaqnozlar qoymağa və labora-

tor analizlər aparmağa imkan verən şərait ya-

radılmışdır.  Təcrübəli  həkimlərimiz  tərəfindən 

həyata keçirilən əməliyyatlar və göstərilən tibbi 

xidmətlər nəticəsində on minlərlə vətəndaşımız 

öz  sağlamlığına  qovuşmuş  və  şəfa  tapmış-

lar.  Artıq  fəxrlə  deyə  bilərik  ki,  nəinki  öz 

vətəndaşlarımız, hətta xarici ölkə vətəndaşları, 

diplomatik  nümayəndəliklərin,  nüfuzlu  xari-

ci  şirkətlərin  əməkdaşları  da  xəstəxanamızda 

göstərilən  tibbi  xidmətlərdən  istifadə  edir,  öz 

sağlamlıqlarını bizə etibar edirlər.

Fəaliyyətimiz nəticəsində maliyyə imkanlarımız 

ildən-ilə artmış, ümumi dövriyyəmiz 100 milyon 

manata yaxınlaşmışdır. Bundan başqa, fəaliyyətə 

başladığı dövrdən indiyədək Mərkəzi Klinikadan 

dövlət büdcəsinə və fondlara 25 milyon manat-

dan çox vergi və sosial sığorta haqqı ödənilmiş, 

yüzlərlə  yüksək  ixtisaslı  kadrlar  hazırlanmış, 

1000-dən  çox  vətəndaşımız  daimi  işlə  təmin 

edilmişdir. Bu gün Xəstəxanamızda yetişdirilmiş 

yüzlərlə  yüksək  ixtisaslı  mütəxəssislər  respub-

likamızın  müxtəlif  səhiyyə  müəssisələrində  də 

əmək fəaliyyəti göstərərək, yüksək nailiyyətlər 

əldə edir.

Bir sözlə həm xidmətlərimizin sayı və ümu-

mi  dövriyyəmiz,    həm  də  cəmiyyət  arasın-

da  etibar  və  nüfuzumuz  durmadan  artır, 

xəstəxanamıza  bəslənən  ümidləri  doğrul-

duruq.  Mərkəzi  Klinika  səhiyyə  sahəsində 

bir  milli  brendə  çevrilərək,  bütövlükdə 

Azərbaycan  Səhiyyəsində  sürətli  inkişafın 

hərəkətverici qüvvəsinə -lokomotivinə  çev-

rilmişdir.



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

4

Azərbaycan  Respublikası  Elmlər  Akademiya-



sının  ilk  prezidenti,  tanınmış  ictimai  xadim,  ilk 

azərbaycanlı  alim-cərrah,  tibb  elmləri  dok-

toru,  professor,  əməkdar  elm  xadimi,  akade-

mik  Mirəsədulla  Mirələsgər  oğlu  Mirqasımov 

17  noyabr  1883-cü  ildə  Bakı  şəhərində  ruhani 

ailəsində  anadan  olmuşdur.  Mirəsədulla  Mir-

qasımov  hələ  təhsil  aldığı  gimnaziyanın  yuxarı 

siniflərində  oxuyarkən    ictimai  fəaliyyətə  baş-

lamış,  qəzet  və  jurnallara  məqalələr  yazmışdır. 

İctimai  xadim  1913-cü  ildə  Odessa  şəhərində 

yerləşən  Novorossiya  İmperator  Universitetinin  

(hazırda İ.İ. Meçnikov adına Odessa Milli Univer-

siteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək 

Odessada həkim, 1916-1929 illərdə Bakıda hərbi 

lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum 

evində cərrah, Azərbaycan Dövlət Universitetinin 

tibb Fakültəsində dosent işləmişdir. 1945-1947-

ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının 

ilk  Prezidenti  olmuşdur.  Alimin  elmi  fəaliyyəti 

əsasən  sidik  daşı  xəstəliklərini  etiologiyası,  kli-

nikası  və  müalicəsinin  öyrənilməsinə,  irinli 

peritonit-ləri,    anesteziologiya,  travmotologi-

ya, urologiya və cərrahlığın aktual məsələlərinə 

həsr olunmuşdur. Onun yüksək ixtisaslı kadrlar 

hazırlanmasında xüsusi xidmətləri var. Cərrahlıq 

sahəsində  Azərbaycan  dilində  yazılmış  ilk 

dərsliyin müəllifidir.

Mirəsədulla  Mirqasımov  Azərbaycanda  müa-

sir  tibb  təhsilinin  və  elminin  banilərindəndir. 

O,  tədqiqatlarını  birləşdirərək  “Azərbaycanda 

sidik  daşı  xəstəliklərinin  öyrənilməsinə  dair 

materiallar”  mövzusunda  doktorluq  disserta-

siyasını  müdafiə  edir.    Beləliklə,  M.Mirqasımov 

Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq 

dissertasiyasını müdafiə edən ilk milli mütəxəssis 

kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi 

yer tutur. İstedadlı alim müvəffəqiyyətlə müdafiə 

etdiyi  doktorluq  dissertasiyasının  motivləri 

əsasında  müasir  dövrümüzdə  də    öz  praktiki 

əhəmiyyətini,  aktuallığını  itirməyən  monoqrafi-

ya  çap  etdirib  və    bununla  da  ilk  azərbaycanlı 

alim-cərrah  adına  yiyələnərək  tibbi  cərrahiyyə 

elmi məktəbinin əsasını qoyur.  

Mirqasımov  Mir  Əsədulla  Mir  Ələsgər  oğlu  20 

iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mərkəzi Klinikada Yaponiyanın böyük 

şirkətlərindən  biri  olan  International 

Total Engineering Corporation (ITEC) 

ilə  Mərkəzi  Klinika  MMC  arasında 

“Səhiyyə  sahəsində”  məsləhətçilik 

xidmətlərinin  verilməsi  məqsədilə 

əməkdaşlıq  münasibətlərinin  qurul-

ması,  genişləndirilməsi  ilə  əlaqədar 

görüş keçirilmişdir.

Görüşdə, International Total Engine-

ering  Corporation  (ITEC)  Prezidenti 

Takao  Seki-nin  başçılıq  etdiyi  Yapon 

heyyəti və Mərkəzi Klinika MMC-nin 

Baş direktoru Dr. Toğrul Adıgözəlovun 

başçılıq  etdiyi  heyət  ilə  qarşılıq-

lı  müzakirələr  aparılmış  və  “Tibbi 

xidmətlərin  təşkilində  məsləhətçilik 

verilməsi, qazanılmış müasir təcrübə 

metodlarından  istifadə  edilməsi” 

istiqamətində  ikitərəfli  əməkdaşlıq 

qurulması  barədə  fikir  mübadiləsi 

edilmişdir.

Görüşün  sonunda  Mərkəzi  Klinika 

MMC  və  International  Total  Engine-

ering  Corporation  (ITEC)  arasında 

müvafiq  razılaşma  memorandumu 

imzalanıb.

Tərəflər  qarşılıqlı  maraq  dairələri 

daxilindəki elmi problemlərə həll tap-

maq  mövzusunda  bir-birilərinin  elm 

və  təcrübələrindən  faydalanacaqlar. 

Tərəflər  tibbi,  qeyri-tibbi,  inzibati, 

akkreditasiya  müddətləri  və  s.  möv-

zularda  əldə  olunmuş  “know  how” 

bilgisi  və  təcrübələri  ilə  məsləhət 

verəcək, təcrübə, bilgi və konsultasiya 

mübadiləsi  həyata  keçirəcək  və  mü-

şavirlik xidmətləri göstərə biləcəklər.

  Almaniyanın  qabaqcıl  tibb 

müəssisələrindən  biri  olan  Al-

manya Kardiologiya Mərkəzi ilə 

Mərkəzi  Klinika  MMC  arasın-

da  tibb  sahəsində  əməkdaşlıq 

münasibətlərinin 

qurulması, 

genişləndirilməsi  ilə  əlaqədar 

görüş keçirilmişdir.

Görüşdə,  Almaniya  Kardiolo-

giya  Mərkəzinin  Baş  direktoru 

Prof. Dr. Roland Hetzerin başçı-

lıq etdiyi nümayəndə heyəti ilə 

Mərkəzi Klinika MMC-nin Baş di-

rektoru Dr. Toğrul Adıgözəlovun 

başçılıq  etdiyi  heyət  arasında 

qarşılıqlı  müzakirələr  aparıl-

mış  və  “Kardio-Cərrahiyə  və 

tibbin  digər  sahələrinin  inki-

şafı”  istiqamətində  ikitərəfli 

əməkdaşlıq  qurulması  barədə 

fikir mübadiləsi edilmişdir.

Görüşün  sonunda  tərəflər 

arasında  imzalanan  razılaş-

ma  memorandumunda  tibb 

sahəsində  birgə  təlimlərin 

keçirilməsi,  müalicə  sahəsində 

birgə  işlərin  aparılması,  tib-

bi  və  qeyri-tibbi  kadrların 

mübadiləsi,  eləcə  də  müxtəlif 

xəstəliklər  haqqında  müştərək 

araşdırmaların  aparılması  kimi 

məsələlər yer almışdır.



Akademik  Mirəsədulla  Mirqasımov

 

Almaniya Kardiologiya Mərkəzi ilə memorandum imzalanıb

Beynəlxalq əlaqələrimiz genişlənir

Yaponiyanın “International Total Engineering Corporation” 

şirkəti ilə birgə əməkdaşlığın perspektivləri müzakirə edilib 

Azərbaycan səhiyyəsinin tarixi


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

5

- Siz insan orqanizminin ən vacib və ən həssas üzvü 

olan ürəyin müalicəsi sahəsində çalışırsınız. İnsanlara 

yaxın olmaq üçünmü bu sahəni seçdiniz?

- Ürək insan fiziologiyasının mərkəzi orqanıdır. Mənim 

ürək  xəstəliklərini  və  ya  ürək-damar  cərrahiyyəsini 

seçməyimdə səbəb şübhəsiz ki, ürəyin mərkəzi orqan, 

insan orqanizminin ən vacib üzvü olmasının da böyük 

təsiri olub. Açığı, mən hələ orta məktəbdə və institutun 

tibb  fakültəsində  oxuduğum  illərdə  ürək  və  ya  beyin 

cərrahı olmaq barədə içimdə ciddi dilemmalar yaşamı-

şam. Amma tibb fakültəsinin axırıncı kursunda oxuyan-

da ürək cərrahı olmağa qərar vermişəm. 



- Adətən bəstəkarlar ilk mahnısını, şairlər ilk şeirini, 

rəssamlar  ilk  əsərini  unutmurlar.  Bəs  həkimlər  necə, 

ilk  xəstələrini  xatırlayırlarmı?  Həmin  insana  kömək 

edə bilmişdinizmi?

- Artıq ürək-damar cərrahiyyəsi sahəsində Azərbaycanda 

da rezidentura sistemi başlayıb. Mən tibb təhsilimi və 

rezidentura təhsilimi Türkiyədə almışam. Rezidenturaya 

başlayandan sonra əməliyyatlarda mərhələli şəkildə iş-

tirak edirdik. Ən sadə mərhələsindən başlayıb, bir neçə 

ildən sonra ən mürəkkəb əməliyyatları müstəqil şəkildə 

icra etməyə başlayırdıq. Mən ilk dəfə etdiyim açıq ürək 

əməliyyatını  Süleyman  bəy  adlı  bir  türk  vətəndaşının 

üzərində  həyata  keçirdim.  Mən  onu  unutmuram.  Çox 

qəribədir ki, bir neçə il bundan əvvəl o məni Facebo-

ok vasitəsilə tapdı. Hal-hazırda da bizim sosial şəbəkə 

vasitəsilə görüşümüz davam edir. 

- Belə demək olarmı, ilk uğurlu əməliyyatınız seçdiyi-

niz sahədə sizin qarşınızda yaşıl işıq yandırdı? 

- Cərrahiyyə ilə, xüsusən əgər ürək-damar cərrahiyyəsi 

kimi kompleks bir işlə məşğul olursunuzsa atılan ilk ad-

dımlar  və  qazanılan  uğurlar  çox  vacibdir.  Çünki  moti-

vasiya olmadan bu qədər fiziki və psixoloji ağır işi icra 

etmək olmaz. Çünki bunu bir ömür boyu icra edirsən. 

Ciddi motivasiya olmadan bunu davam etdirmək müm-

kün deyil. Bizim professional həyatımızda qazandığımız 

uğurlar bu işə motivasiya olmağımız və ilk gündəki kimi 

eyni həyəcanla və sevgi ilə davam etdirməyimizi təmin 

edən ən vacib faktordur. 

- Qəfil ölümləri adətən infarktla bağlayırlar. Həmçinin 

ÜST-ün göstəriciləri də, dünya həkimlərinin narahat-

lığı da infarktın cavanlaşması ilə bağlı həyəcan təbili 

çalır. Səbəb nədir? 

-  ÜST-ün  statistikasına  baxanda  da  görərsiniz  ki,  qəfil 

ölümlərin  ən  böyük  səbəbi  ürək-damar  tutulmalarıdır. 

Təəssüf ki, bu xəstələr qəfil ürək ölümü dediyimiz bir di-

aqnozla itirilir. Biz bunu gündəlik praktikamızda da çox 

yaşayırıq. Qəfil ürək ölümü riski daşıyan yüzlərlə xəstəni 

əməliyyat  etmişik  və  onlar  bu  gün  həyatlarına  davam 

edirlər.  Bugünkü  imkanlarımız  əlimizdə  olmadığı  vaxt-

larda  bu  xəstələr  birmənalı  şəkildə  itirilirdi.  Çünki  vax-

tında diaqnozu qoyulmurdu, vaxtında onun xəstəliyinin 

qarşısını alacaq müalicəsi aparıla bilmirdi və bu xəstələr 

itirilirdi. İnfarktın cavanlaşması məsələsinə gəlincə, bəli, 

bu  xəstəlikdə  cavanlaşma  tendensiyası  hiss  olunur.  Bu, 

sadəcə respublikamız xas deyil, bütün dünyada xəstəliyin 

cavanlaşması gedir. Məncə bu, daha çox xarici faktorlar-

la  –  ekoloji,  stress,  qidalanma  rejimi  və  s.  əlaqədardır. 

Çox təəssüf ki, siqaret başda olmaq şərti ilə bəzi zərərli 

maddələrdən istifadənin artması nəticəsində bu xəstəlik 

getdikcə  daha  cavan  xəstələrlə  qarşılaşır.  Açığı,  ürək-

damar xəstəliyindən ötrü bizim 30-40 yaşında əməliyyat 

etdiyimiz xəstələrin sayı təəssüf ki, artır. 

- Mətbuatda tez-tez yazılır ki, xəstələrimiz daha çox 

müalicə üçün xarici ölkələrə üz tuturlar. Azərbaycanda 

səhiyyə sistemi getdikcə inkişaf etdiyi, ən son avadan-

lıqlarla  təchiz  olunduğu  və  səriştəli  mütəxəssislərin 

artdığı bir vaxtda xaricə getməyə ehtiyac varmı?

-  Mən  həm  bir  azərbaycanlı  mütəxəssis,  həm  də 

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 

sədri  kimi  bütün  məsuliyyətimlə  deyirəm  ki,  bu  gün 

ürək-damar  xəstəliklərindən  ötrü  insanlarımızın  hər 

hansı xarici ölkəyə üz tutmasına ehtiyac yoxdur. Çox şü-

kür ki, bu gün respublikamızda ürək-damar xəstəlikləri 

ilə  bağlı  dünyada  mövcud  olan  bütün  diaqnoz  və 

müalicə imkanları mövcuddur. Bu, təkcə Mərkəzi Klinik 

Xəstəxanada deyil, respublikamızın bir çox klinikasında 

həyata keçirilir. Bəzi insanlarımızın xarici ölkələrə üz tut-

masına gəlincə, bu, bir həqiqətdir, ancaq sizin fikrinizlə 

tam razı deyiləm. Mən 13 ildir Azərbaycanda işləyirəm. 

10 və ya 13 il bundan əvvəllə müqayisə etdikdə xarici 

ölkələrə üz tutan vətəndaşlarımızın sayında ciddi azal-

ma var. Konkret öz sahəmizə baxdıqda görürəm ki, ürək-

damar  xəstəlikləri  ilə  əlaqədar  10-15  il  bundan  əvvəl 

xəstələrin  böyük  əksəriyyəti  xaricə  üz  tuturdusa,  bu 

gün həmin xəstələrin böyük əksəriyyəti respublikamız-

da qalır və başda Mərkəzi Klinik Xəstəxana olmaqla öz 

klinikalarımızda müalicə olunur. Bu günə qədər sadəcə 

Mərkəzi  Klinikada  10  000-dən  artıq  ürək  və  damar 

əməliyyatları icra etmişik. Bu baxımdan, xaricə üz tutan 

xəstə  saylarımızda  ciddi  azalma  müşahidə  olunur.  Ar-

tıq bizim klinikamızda çox sayda xarici ölkə vətəndaşını 

əməliyyat edirik. Ürək-damar xəstəliklərindən əməliyyat 

etdiyimiz  xəstələr  arasında  ABŞ,  İngiltərə,  Şotlandi-

ya, Avropa ölkələri, eləcə də Rusiya, İran, Türkiyə və s. 

ölkələrdən olan xəstələrimiz olub. Onlar məhz Mərkəzi 

Klinik  Xəstəxanada  əməliyyat  olunub  və  öz  ölkələrinə 

getmək ehtiyacı hiss etməyiblər. 

-  Son  vaxtlar  qadınlar  arasında  da  infarkt  halına  çox 

rast gəlinir. Kişilərlə müqayisədə bu, azlıq təşkil etsə də, 

şəxsən öz müşahidələrimə əsasən deyə bilərəm ki, keçən 

illərə nisbətən qadınlar arasında da bu xəstəlik artıb. 

- Tibbi və elmi cəhətdən bu məsələ sizin müşahidələrinizlə 

üst-üstə  düşür.  Həqiqətən  də  menopauzadan  əvvəlki 

yaş dövrünə baxıb kişilərlə qadınları müqayisə etdikdə, 

qadınlarda həqiqətən ürək-damar xəstəlikləri və infarkt 

az rast gəlinir. Ancaq menopauzadan sonrakı dövrdə isə 

qadınlarla  kişilərdə  ürək-damar  xəstəliklərinin  nisbəti 

bərabərləşir. Ancaq bu o demək deyil ki, menopauza-

dan əvvəlki dövrdə qadınlarda infarkt və ya ürək-damar 

xəstəlikləri ola bilməz. Sadəcə, kişilərlə müqayisədə az 

olur. Bu gün də bu, belədir.

 

- Sizcə, yaxşı həkim yaxşı insan deməkdir? 

- Digər peşə və məsləklərlə əlaqədə onu deyə bilmərəm. 

Ancaq  mən  inanıram  ki,  yaxşı  insan  olmadan,  yaxşı 

həkim olmaq mümkün deyil. Və ya yaxşı həkim olub, 

yaxşı insan olmamağı təsəvvür edə bilmirəm.  



-  Azərbaycanın  səhiyyə  tarixində  bir  çox  yeniliklərə 

imza  atmısnız,  hətta  ölkəmizdən  kənara  da  səsiniz 

çatıb. Kamran Musayev şanslıdırmı, yoxsa bu işin sir-

ri  sadəcə  öz  sənətinizə  peşəkar  yanaşmanızdan  irəli 

gəlir? 

-  Mən  özümü  şanslı  hesab  edirəm.  Həqiqətən, 

müstəqil Azərbaycanın səhiyyəsində pioner rolu oyna-

yan Mərkəzi Klinikada çalışmaq və bu tarixi hadisələrin 

iştirakçısı  olmaq  insana  qürur  verir.  Şübhəsiz,  öz 

sənətinizə peşəkar yanaşmasanız hər hansı bir uğur-

dan söhbət gedə bilməz. Professionalizm sənətinizdə 

uğur qazanmağın və bu uğuru davam etdirmənin ən 

önəmli açarıdır. Biz də öz işimizdə professionalizmdən 

güzəştə  getmirik.  Gənc  həmkarlarıma  da  professio-

nalizmi  tövsiyyə  edirəm.  Hər  şeydən  əvvəl,  onlar  bu 

sənəti seçməyə professional yanaşmalıdır. Seçimlərini 

etdikdən sonra bilməlidirlər ki, bu işdə geriyə yol yox-

dur. Daim irəli getmək üçün isə daim öz üzərində çalış-

malıdırlar. Tibb təhsili davamlı təhsildir. Daim axtarışda 

və daim çalışmada olmayacaq birisi, məncə, həkimlik 

sənətini seçməməlidir. 

- Deyirlər, hər güclü kişinin arxasında güclü qadın da-

yanır, sizcə bu doğrudurmu?

Mən  buna  səmimi  qəlbdən  inanıram.  Həyat  yoldaşım 

həyatımın bütün aspektlərində, o cümlədən professio-

nal karyeramda ən böyük dəstəkçim və həmdəmimdir. 

O olmasaydı, ürək-damar cərrahiyyəsi kimi fiziki və psi-

xoloji cəhətdən ağır bir sahədə ən xırda uğur qazana 

bilməzdim.  

-  Qeyd  etdiniz  ki,  hazırda  ölkəmizdə  ürəklə 

bağlı ən mürəkkəb əməliyyatlar həyata keçi-

rilir. Siz özünüz də indiyə qədər çox insanları 

müalicə edib həyata qaytarmısınız. Maraqlı-

dır, sınmış bir ürəyi müalicə etmək olarmı?

- Biz məsələnin bioloji tərəfinə daha çox baxırıq. 

Əslində, mən insanın biopsixososial varlıq oldu-

ğuna inanıram. İnsanın sadəcə bioloji bir varlıq 

olduğuna inanmıram. Sınmış ürəyin əlbəttə, bi-

oloji tərəfini təmir edə bilirik, amma psixososial 

tərəfini  biz  həkimlərin  təkbaşına  təmir  etməsi 

çox da asan deyil. Xəstə nəticə etibarilə həkimə müraciət 

edəndə, həkim ona yalnız «Bunda filan xəstəlik var, mən 

onu  müalicə  edəcəyəm»  kimi  baxmamalıdır.  O,  insanın 

bir psixologiyasının olduğunu, onun sosial bir mühitdən 

gəldiyini qəbul etməlidir. Həkim mütləq xəstə ilə empatiya 

qurmalı, yəni özünü bir az xəstənin yerinə qoymağı bacar-

malıdır. Əgər həkim özünü xəstənin və ya onun ailə üzvü-

nün yerinə qoya bilsə, məncə yaxşı həkimliyə və insanlığa 

gedən yol burdan başlayır. 



- Akademik Yevgeni Çazov ürək xəstəlikləri haqqında 

cild-cild dərsliklər yazandan, fundamental tədqiqatlar 

aparandan  sonra  belə  bir  qənaətə  gəlib:  «Öz  həyat 

planlarınızı qurun və optimist olun. Bu, hər şeyi həll 

edir». Həyata fəlsəfi baxış doğurdanmı, hər şeyi həll 

edə bilir?

- Hər şeyi həll etmir, ancaq çox şeyi həll edir. Çünki insan 

həyata necə baxırsa, o cür yaşayır. Yaşım və təcrübəm 

artdıqca, mən buna daha çox inanıram. Həyat bir güz-

güdür. Ona necə baxırsınızsa, elə də görəcəksiniz. Buna 

fəlsəfi yöndən də inanıram. Əgər həyata optimist ola-

raq baxarsınızsa, hər şey optimist olar. Və ya pessimist 

olaraq baxarsınızsa, hər şey pessimist olar. 



-  Biz  insanlar  adətən  bir-birimizə  cansağlığı  arzula-

yırıq. Düşünürük ki, bundan gözəl nemət yoxdur. Bəs 

«çörəyi xəstədən çıxan” həkimlər necə, onlar da insan-

lara bunu arzulayırlarmı?

- Şübhəsiz... Biz məsələyə insan olaraq baxmalıyıq. Biz 

hamımız  bu  dünyaya  gəlirik,  bir  dövr  yaşayıb  köçü-

rük.  Hamımızın  məqsədi  dünyada  xoşbəxt  yaşamaq-

dır.  Amma  sağlamlıq  olmadan  xoşbəxtlik  olmaz.  Mən 

həkim olmağı ona görə sevirəm ki, insanların sağlam-

lığının qorunmasında iştirak edirəm. Məncə həkimliyin 

ən mühüm məqamı da budur.   



Dos. Dr. Kamran Musayev: 

“Mərkəzi Klinikada çalışmaq insana qürur verir” 

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Əməkdar həkim Dos. Dr. Kamran Musayevlə müsahibə:

Biz hamımız bu dünyaya gəlirik, bir dövr 

yaşayıb köçürük. Hamımızın məqsədi 

dünyada xoşbəxt yaşamaqdır. Amma 

sağlamlıq olmadan xoşbəxtlik olmaz. 



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

6

“Ebola”  virus  xəstəliyi  Qərbi  Afrikada  geniş 



yayılmış  kəskin  yoluxucu  xəstəlikdir.  Xəstəlik 

1976-cı  ildə  ilk  dəfə  Sudan  və  Konqoda  aş-

kar  olunmuşdur.  Demək  olar  ki,  hər  il  Afrika 

ölkələrində bu virus xəstəliyi qeydə alınır, lakin 

heç vaxt epidemiya belə böyük ərazini əhatə 

etməmiş  və  bu  qədər  insan  tələfatına  səbəb 

olmamışdır. 

Xəstəliyin  təbiətdə  mənbəyi  yarasalardır.  Ya-

rasalardan  virus  meymunlara,  bəzi  donuz 

növlərinə  və  insanlara  ötürülür.  Məsələn, 

2014-ci  ilin  mart  ayından  başlayan  epidemi-

yanın səbəbi kimi, 2 yaşlı uşağın yarasa ətini 

qidada  istifadə  etməsi  və  bunun  nəticəsində 

xəstələnməsi sayılır. Heyvanlardan insana yo-

luxan virus sonra daha sürətli şəkildə insanlar 

arasında yayılır.

Azərbaycanda  bu  xəstəliyin  təbii  ocaqları  ol-

madığı üçün ölkəmizə xəstəlik sadəcə səyahət 

edən insanlar vasitəsi ilə gətirilə bilər.

  Mərkəzi Klinikanın hər biri 750m³  



həcmində olan 2 ehtiyat su anbarı var-

dır və ehtiyac olduğu təqdirdə 1 həftə 

ərzində klinikanı su ilə tam şəkildə 

təmin edə bilər;

  Mərkəzi Klinikada istifadə etdiyi-



miz su 3 karbon filtrindən, 3 qum 

filtrindən, 2 su yumşaltma filtrindən  

və 2 ultrabənövşəyi  lampa filtrindən 

keçərək istifadəyə verilir;

  Hal-hazırda Mərkəzi Klinika 



Xəstəxanasının həyətində 125 palma 

ağacı, 1200-dən çox şam ağacı və 

5000-dən çox cavan ağaclar vardır;

  2013-ci il ərzində Mərkəzi Kli-



nika Xəstəxanasına daxil olan 

avtomobillərin sayı 200 000-dən çox-

dur;



  Döş qəfəsindən çıxarılan insan ürəyi 



qısa müddət döyünə bilir. Çünki onun 

özünün xüsusi elektrik sistemi var;

  İnsanın ürək ritmləri və mimikası qulaq 



asdığı musiqidən asılı olaraq dəyişir;

  İnsan sümüyü poladdan möhkəmdir. 



Belə möhkəmliyə baxmayaraq 

sümüklərin 31 faizi sudan ibarətdir;

  Hamiləlik zamanı ananın hər hansı or-



qanı zədələnsə, döl bu orqanın bərpası 

üçün kök hüceyrə ötürür;

EBOLA VİRUSUNUN YOLUXMA YOLLARI

  XƏSTƏ İNSANIN QANINA VƏ YA BAŞQA BƏDƏN MAYELƏRİNƏ TOXUNMAQLA



  EBOLA VİRUSU İLƏ ÇİRKLƏNMİŞ TİBBİ ALƏTLƏRƏ (MƏSƏLƏN, İYNƏLƏR) TOXUNMAQLA

  EBOLA VİRUSUNA YOLUXMUŞ VƏ YA BU VİRUSU DAŞIYAN HEYVANLARA, ONLARIN QA-



NINA VƏ ƏTİNƏ TOXUNMAQLA 

EBOLA VİRUS XƏSTƏLİYİNİN 

SİMPTOMLARI



Qızdırma



Baş ağrısı



Əzələ ağrısı



Qusma 



İshal



Qansızma və qanaxmalar

EBOLA VİRUSU hAqqINdA FAkTLAR



Ebola virusu su ilə keçməz



Ebola virusu hava ilə ötürülməz



Ebola virusu qida məhsulları ilə yoluxmaz

Müasir dünyanın yeni kabusu-Ebola virusu

BİLİRSİNİZMİ?

Təsisçi: Mərkəzi Klinika

Baş redaktor: Toğrul Adıgözəlov

Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov, Nikbin Yusifov

Məsul katib: Şəhla Bağırova

Bülleten ayda bir dəfə nəşr olunur. 



Tiraj: 500

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az  www.facebook.com/MerkeziKlinika   twitter.com/MerkeziKlinika



Mərkəzi Klinika rəhbərliyi qoruyucu vasitələrin və dezinfektantların təmin olunmasına ciddi 

nəzarət edir, Xəstəxanada və Ambulatoriyada bütün işçilər arasında “Ebola” xəstəliyi ilə əlaqəli 

mühazirələr aparılır. Mərkəzi Klinik Xəstəxana və Ambulatoriyasına “Ebola” virus xəstəliyi ilə 

əlaqəli təlimat yazılmış və bütün adiyatı olan şöbələrə paylanılmışdır. Mərkəzi Klinikanın per-

sonalı hər an bu məsələ ilə bağlı olaraq  İnfeksiya Nəzarət Komissiyasına müraciət edə bilər.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə