Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
  1   2   3   4   5   6   7   8   9   ...   33



 
    Giriş 
 
 
 
 
 
 
 
Müasir  tarixin  (1918-1945-ci  illər)    mövzusunu  Avropa  və  Amerika  ölkə- 
lərinin  I  dünya  müharibəsinin  başa  çatmasından  II  dünya  müharibəsinin  sonuna- 
dək siyasi,iqtisadi,hərbi,mədəni və beynəlxalq əlaqələr tarixi təşkil edir. 
Bu  dövr  5  mərhələyə  ayrılır.I  mərhələ:1918-1923-cü  illəri  əhatə  edir.Bu 
mərhələdə  I  dünya  müharibəsinin  yekunu  olaraq  dünyanın  nəhəng  imperiyaları-
Rusiya,Almaniya,Avstriya-Macarıstan  və  Osmanlı  imperiyaları  dağıldı,onların 
süqutu  nəticəsində  dünyanın  siyasi  xəritəsində  yeni  dövlətlər  yarandı.Rusiyada 
bolşeviklərin hakimiyyətə gəlməsi ilə dünyada iki sistem-kapitalizm və sosializm 
sistemləri  arasında  mübarizə  başlandı.Yeni  Rusiyanın  Antanta  dövlətləri  tərəfin- 
dən  tanınmaması,xüsusilə,bolşevik  Rusiyasının  Paris  sülh  konfransında  iştirak- 
dan  kənarlaşdırılması  mübarizənin  kəskin  xarakter  aldığını  göstərirdi.Versal-
Vaşinqton  sisteminin  yaradılması  dünyanın  müharibədən  sonrakı  quruluşunu 
müəyyən etməklə yanaşı,qalib dövlətlərlə məğlub dövlətlər arasında ziddiyyətləri 
tamamilə həll etmədi. 
 
Nəzərdən keçirilən dövrdə Qafqaz problemləri, xüsusilə,Azərbaycan məsə- 
ləsi  də  mühüm  yer  tutur.Buna  görə  də  AXC-nin  beynəlxalq  münasibətlər  siste- 
mində mövqeyi müəyyənləşdirilir,onun süqutunun səbəbləri göstərilir. 
 
II  mərhələ-1924-1928-ci  illəri  əhatə  edir.Bu  mərhələ  kapitalizmin  inkişa- 
fının  nisbi  sabitləşməsi  ilə  xarakterizə  olunur.Ayrı-ayrı  kapitalist  ölkələrində 
müharibənin  ağır  nəticələri  aradan  qaldırılır,bərpa-quruculuq  prosesi  başlanır, 
burjuaziyanın  rəhbərliyi  altında  idarəetmə  sistemləri  möhkəmləndirilir,eyni  za- 
manda fəhlə hərəkatı da güclənir,həmçinin,milli məsələ siyasi müstəviyə gətirilir. 
Bundan başqa bəzi ölkələrdə faşist təşkilatları formalaşma dövrünü başa çatdırır, 
habelə,  hakimiyyətə  gələrək  siyasi  idarəetməni  ələ  keçirirlər.Qeyd  edilən  dövrdə 
imperiya və müstəmləkələr arasında münasibətlər də yeni forma və məzmun kəsb 
edir.Nisbi sabitləşmə illərində beynəlxaq münasibətlər güc amilindən qarşılıqlı   
anlaşmaya keçidlə xarakterizə olunur. 
 
III mərhələ-1929-1933-cü illəri əhatə edir.1929-cu ildə ABŞ-da başlanmış  



 
iqtisadi  böhran  tezliklə  Avropa  dövlətlərinə  də  təsir  göstərdi.Hələ  kapitalizmin 
nisbi sabitləşməsi dövründə əldə edilən nailiyyətlər dünya iqtisadi böhranı illərin- 
də  böhranın  təsirinə  məruz  qaldı.Sənaye  və  kənd  təsərrüfatında  gerilik  yalnız 
1933-cü ildə aradan qaldırıldı və bu sahələrdə göstəricilər 1913-cü il səviyyəsinə 
çatdı. 
 
Həmçinin,böhran  illərində  müstəmləkə  xalqlarında  milli-azadlıq  hərəkatı 
yüksəldi  və  imperiya  hökumətini  sarsıtdı.Dünya  iqtisadi  böhranı  ayrı-ayrı  döv- 
lətlərdə partiyalararası ziddiyyətləri dərinləşdirdi,fəhlə hərəkatını gücləndirdi. 
 
IV  mərhələ-1933-1939-cu  illəri əhatə edir.Yeni  mərhələdə beynəlxalq zid- 
diyyətlər dərinləşərək kapitalist dövlətləri arasında yeni blokların formalaşmasını 
başa  çatdırdı.Faşizmin  hakimiyyətə  gəlməsi  və  onun  yeritdiyi  siyasət  Avropada 
və habelə,dünyada böyük təhlükələrə səbəb oldu.SSRi-nin timsalında Sovet döv- 
lətinin  faşist  təcavüzünə  hazır  olmaması  yeni  diplomatik  addımların  atılmasını 
tələb  edirdi.Bir  sıra  dövlətlərdə  Xalq  Cəbhələrinin  və  bu  tipli  təşkilatların  yaran 
ması  beynəlxalq  ziddiyyətlərə  təsir  göstərsə  də,yeni  dünya  münaqişəsini  aradan 
qaldıra  bilmədi.Faktiki  olaraq  dünya  xalqları  müharibə  təhlükəsi  ilə  qarşılamalı 
oldu. 
 
V  mərhələ-1939-1945-ci  illəri  əhatə  edir.Bu  mərhələ  isə  İkinci  dünya  mü-
haribəsinin  başlanmasından  müharibənin  sonunadək  davam  edir  ki,bu  illərdə 
xalqlar arasında ziddiyyətlər müharibə ilə nəticələnir və müharibənin yekunu ola- 
raq  dünyanın  siyasi  xəritəsində  dəyişikliklər  baş  verir.Müharibənin  I  dövründə 
hərbi  əməliyyatlar  yalnız  kapitalist  dövlətləri  arasında  getdiyi  halda,II  dövrdə 
Sovet dövləti də müharibəyə cəlb olunur.Müharibənin son mərhələsində isə faşist 
Almaniyasının  darmadağın  edilməsi  başlanır,ABŞ-Sovet-ingilis  diplomatiyasının 
vahid cəbhədə mübarizəsi alman faşizmini və yapon militarizmini tamamilə məhv 
edir.  
 
Avropa  və  Amerika  ölkələrində  müasir  tarixinin  öyrənilməsi  cəmiyyətin 
inkişafının qanunauyğunluqlarını,beynəlxalq aləmdə baş verən mürəkkəb ictimai-
siyasi prosesləri dərk etməyə  və praktik  nəticələr çıxarmağa kömək edir.Belə ki, 
dünya  tarixinin  bu  mərhələsi Qərb,Sovet və  müasir tarixçilər tərəfindən  ciddi  



 
araşdırılmış və tədqiqatlar davam etdirilməkdədir.Bu baxımdan Enmio Di Nolfo-  
nun  “The  history  of  international  relations.1918-1933”  ,Peterham  Lizin  “Britain 
in  the  20
-th 
centry”,  Raul  R.  Viotti,Mark  V.Kappinin  “International  relations  and 
Word Politics” əsərlərini,V.V.Aleksandrovun “Новейшая история стран Европа 
и  Америка.1918-1945”,F.V.İlliyuxinanın“Лига  нации.1919-1934”  əsərlərini, 
habelə,  M.Qasımlının  “Avropa  və  Amerika  ölkələrinin  müasir  tarixi.1918-1945”  
əsərlərini qeyd etmək olar. 
 
Müqayisəli  təhlil  zamanı  məlum  olur  ki,Qərb  və  Sovet  tarixçilərinin  müx- 
təlif  əsərlərə  yanaşma  tərzi  fərqlidir.Sovet  tarixçiləri  hesab  edir  ki,Qərb  alimlə- 
rinin əsərlərində ayrı-ayrı məsələlərin təhlili reallığı əks etdirmir.Ona görə də So- 
vet  tarix  elminin  prinsipləri  kifayət  qədər  əsaslıdır  və  Qərb  tədqiqatından  özü- 
nün elmiliyi ilə fərqlənir.Sovet tarixşünaslığında əsaslandırılmağa çalışılır ki,Ver- 
sal-Vaşinqton  sitemi  daxili  konfliktlərlə  dolu  bir  sistem  olmuş,dünyada  mövcud 
qarşıdurmanı  daha  da  gücləndirmiş,müstəmləkə  əsarətinin  möhkəmləndirilməsi- 
nə  şərait  yaratmışdır.Bununla  onlar  Qərb  ideoloqlarının  irəli  sürdükləri  fikirlərə 
qarşı çıxmışlar ki,bu da iki müxtəlif ideologiyaya məxsus tarixçilər arasında ciddi 
elmi mübahisə doğurmuşdur.Qeyd etdiyimiz kimi bu fikirlər İkinci dünya müha- 
ribəsinin  başlanmasına  münasibətə  də  aiddir.Belə  ki,Sovet  tarixçiləri  müharibə- 
nin başlanmasında Qərb dövlətlərini,Qərb tarixçiləri isə Sovet İttifaqını təqsirlən- 
dirir.Halbuki,müharibənin törədilməsində hər iki tərəf rol oynamışdır. 
 
Müasir  tarixçilər  arasında  M.Qasımlı  özünün  əsərləri  ilə  daha  çox  diqqəti 
cəlb edir.Belə ki,onun 2003-cü ildə nəşr edilmiş “Avropa və Amerika ölkələrinin 
müasir  tarixi”  adlı  əsəri  müasir  dövrdə  yazılan  ən  sanballı  əsərlərdəndir.Kitabda 
Avropa və Amerikanın ayrı-ayrı ölkələri,habelə,beynəlxalq münasibətlər tarixi və 
İkinci dünya müharibəsi öz əksini tapmışdır. 
 
Bütün bunlardan başqa kollektiv müəlliflər tərəfindən “Avropa və Amerika 
ölkələrinin  müasir  tarixi  ”  nə  dair  dərsliklər  və  dərs  vəsaitləri  yazılmş  və  nəşr 
edilmişdir.Ümumiyyətlə,Avropa  və  Amerika  ölkələrinin  müasir  tarixinə  dair  ye- 
ni-yeni tədqiqatlar aparılır və bundan sonra araşdırmalar davam etdiriləcəkdir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə